Kremlin yeni hücum planı: Postsovet ölkələri hədəfdə .....                     "Kiyev Bakı ilə təbii qazın yeni tədarükünü müzakirə edir" .....                     Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik .....                     Bakıda niyə yeni binalar tikilmir? .....                     Durum Trampın düşündüyü kimi deyil, Bakı və İrəvan... .....                     Dost Ermənistanla əlaqələrimiz var .....                     Ərəb turistlər bizim müqəddəs şəxslərimizin ruhlarına qarşı hörmətsizlik edib .....                     "Dərdimi kimə deyim... necə edim?" .....                     Rusiyanın özü gərginlikdə maraqlıdırsa... .....                     “Bravo” qaydaları ən çox pozan marketdir .....                     “Binəqədi İTD” ASC nizamnamə kapitalında dəişiklik edəcək .....                     Stefançukdan Sahibə Qafarovaya zəng, Bakıya dəstək .....                     BDU-da Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimi .....                     Rusiyadakı azərbaycanlılara DAHA BİR ŞOK .....                     Gəncəyə yeni həbi prokuror təyin olunub .....                     Bağça müdiri vəzifəsinə işə qəbul üzrə sənəd qəbuluna start verildi .....                     Naxçıvan FHN-də yeni İdarə rəisi təyin edilib .....                     Məşhur müğənninin sponsoru olan kriminal lider həbsdən çıxdı .....                     Hətta Moskva din xadimi cildində təxribatçılar da yetişdirib .....                     Rusiya Azərbaycan vətəndaşları üçün yeni iş qadağaları tətbiq edir .....                     Ukrayna neytral olsaydı, müharibə olmazdı! .....                     “Azərsu” 1300 ton xlor alır .....                     Ermənistanın “EV TAPŞIRIĞI” .....                     “Rusiya hərbi qüvvələrinin qarşısında şərt qoymuşduq ki, belə addımlar atılsa, cavabımız olacaq” .....                     İcra başçısı onlara vəzifə verdi .....                     Gəncədə İstiqlal Parkına qarşı hörmətsizlik: Şəhid xatirəsinə ucaldılmış abidə zədələndi .....                     “Heç bir təbliğat etmirəm” .....                     Həbsdəki müğənninin cəzası ARTIRILDI .....                     Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirildi, ittiham aktı yarımçıq qaldı .....                     “Chef Orxan” restoranın müştəriləri TƏHLÜKƏDƏ .....                     Rasim Musabəyov: Artıq Azərbaycan Rusiyaya bəyanatla yox, hərəkətlə cavab verməli, Ukraynaya silah satmalıdır .....                     Mülayim şərq küləyi əsəcək .....                     PUTİN SOCAR-ı “VURMAQLA” BAKINI NƏYƏ TƏHRİK EDİR? .....                     Laçın yaxınlığındakı kənddə erməni itkin düşdü... .....                     "Azərbaycan turistik ölkədir.., AMMA..." .....                     “İrşad” cərimələnə bilər .....                     İran “savaş baltaları”nı BASDIRIR .....                     Ermənistan türk dünyasına daxil olacaq .....                     İranın gömrükçüləri MEYMUNLUQ EDİRLƏR... .....                     Zelenski bununla NƏ ETSİN AXI... .....                 

İİN ŞEFİNƏ QARŞI KAMPRAMAT YAĞIŞI
Tarix: 20-01-2012, 13:15 | Çap et
İİN ŞEFİNƏ QARŞI KAMPRAMAT YAĞIŞI

FƏRHAD ƏLİYEV, HEYDƏR BABAYEV.. ŞAHİN MUSTAFAYEV DƏ BU В«KARVANAВ» QOŞULUR

ŞOK: NAZİRİN XARİCDƏKİ BANK HESABINDA 3 MİLYARD DOLLAR PUL YIĞILIB

DİA.AZ: - Heydər Babayevdən sonra iqtisadi inkişaf naziri postunu tutan Şahin Mustafayevin hələ o ərəfədə kimliyi hər kəs üçün maraqlı idi. Lakin sonradan onun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kadrı olduğu təsdiqləndi. Məhz FHN şefinin dəstəyi ilə qısa müddət içində baş mühasiblikdən nazir postuna qədər yüksəliş dövrü keçən Şahin Mustafayev bu dəfə karyera yüksəlişini durdurmalı olacaq. Bu barədə В«Gündəm XəbərВ»ə daxil olan məlumatlardan aydın olur ki, bu ilin may ayına nəzərdə tutulan kadr islahatlarının əsas hədəflərindən biri də elə Şahin Mustafayevdir.

Kimdir Şahin Mustafayev? Əslində bir çoxları üçün yeni sima təsiri bağışlayan Şahin Mustafayev hakimiyyətin üst düzəyinə hansı formada yol tapması ilə bir çoxlarını heyrətləndirsə də, bilgili dairələr burada təəccübə səbəb olacaq nəsə görmədilər. Yəni onlar bu təyinatı normal qarşıladılar. Çünki Şahin Mustafayev hələ Heydər Babayev görəv başında olarkən bu posta hazırlanırdı. Sürətli şəkiddə vəzifə yüksəlişi yolu artıq onunla bağlı ciddi planların mövcudluğundan xəbər verirdi. Və nəhayətdə bu planlar Şahin Mustafayevi nazir postuna qədər daşıdı.

İndi isə onun tərcümeyi-halına qısa nəzər salaq və elə buradan hər şeyi apaydın görmək mümkündür. Mustafayev Şahin Abdulla oğlu 1965-ci ildə anadan olub. 1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqdisad İnstitutunun Bakı filialını bitirib. 1990-1991-ci illərdə Bakı Baş Tikinti İdarəsində baş mühasib işləyib. 1991-1992-ci illərdə “Spektr” kiçik müəssisəsində baş mühasib vəzifəsində çalışıb. 1992-1999-cu illərdə Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi olub.

1999-2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyində İqtisadi Təhlil, Uçot, Hesabat və Vergi Daxilolmalarının Proqnozlaşdırma İdarəsində şöbə rəisi vəzifəsində çalışıb. 2000-2003-cü illərdə Vergilər Nazirliyinin İqdisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəis müavini, rəisi olub. 2003-2005-ci illərdə Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin rəisi işləyib. 2005-2006-cı illərdə Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti olub.

Və ən nəhayətdə artıq yüksəliş dövrü başlayır və 2006-cı ilin sentyabrında Vergilər nazirinin birinci müavini təyin edilib. Bundan sonra isə 2008-ci ilin prezident seçkilərindən sonra görəvdən alınan Heydər Babayevin yerinə həmin ilin 31 oktyabrın tarixində İqtisadi İnkişaf naziri təyin olunur və bu günə qədər də cəmiyyətin В«qaradinməzВ» adam kimi tanıdığı Şahin Mustafayev hakim komandanın üst düzəyində qərarlaşmaqla yanaşı, yerini möhkəmləndirmə kursu götürür.

Əslində onun bir В«korrupsioner məmurВ» obrazı olmasa da, məhz bu şəkildə sıradan çıxarılacağı haqda bir neçə gün əvvəl dövrü mətbuatda xəbərlər dolaşmağa başladı. Bildirilirdi ki, iqtisadi inkişaf nazirliyinin korrupsiyaya uğramısını sübuta yetirən çox ciddi faktlar В«donosВ» şəklində Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ötürülüb. İlk əvvəl bu faktların araşdırılmasına cəsarət nümayiş etdirən olmasa da, sonradan məhz siyasi hakimiyyətin qərarı ilə araşdırmalar başlayıb.

Hər halda, Şahin Mustafayevin bir korrupsioner kimi təftiş olunacağını yenə də cəmiyyət gözləmirdi. Amma burası Azərbaycandır və burda istənilən kəs üçün münasib bir В«statyaВ»nın tapılması çox asandır. Xüsusən də Şahin Mustafayev üçün. Hər halda, onun keçdiyi yol da təsdiqləyir ki, daha çox kağız-kuğuz, yazı-pozu işi ilə məşğul olan Şahin Mustafayev əslində bu vaxta qədər mövcudluğu hələ də şübhəli qalan gizli büdcənin əsas mühasibi rolunu oynayıb.

Bu barədə redaksiyamıza məlumat verən mötəbər qaynaq iddia edir ki, Şahin Mustafayev heç də ilk təəssüratın oyatdığı qənaətə uyğun olaraq nə В«qaradinməzВ» deyil, nə də В«fağırВ»: В«Bu adamın imzası altında Azərbaycan dövlətindən talanan milyonlar ayrı-ayrı oliqarx-məmurların şəxsi büdcəsinə ötürülübВ». Mənbəmizə görə, Şahin Mustafayev bu işdə o qədər peşəkar və ustadır ki, onun kimi bir profesionala sahiblənmək bu gün hər bir oliqarx-məmurun arzusudur: В«Qara mühasibatı gözəl bildiyindən hətta ən üst səviyyədə təmsil olunan məmurlar da öz işlərini günü bu gün də ona həvalə edirlər. Şahin Mustafayev bəlkə də bu keyfiyyəti səbəbindən В«toxunulmazВ» elan edilə bilər. Amma artıq onun da zamanı bitib və onun bu gün iqtisadi inkişaf naziri olaraq görəv başında qalması məhz gizli büdcənin sahiblərinə münasib deyil. Dövlət ayrı, dərin dövlət ayrıВ».

Təbii ki, zaman-zaman dövrü mətbuatda Azərbaycanın В«dərin dövlətiВ» ilə bağlı müəyyən məlumatlar verilib. Yox, bizdə heç də məsələ Türkiyədə mövcud olan və bu gün Ərdoğan iqtidarı tərəfindən xeyli dərəcədə yıpradılaraq yerində alternativi qurulan Türkiyə Dərin Dövlətinin bənzəri yoxdur. Çünki bizdə В«dövlətВ» anlamının mahiyyətinə yanaşma da fərqlidir. Əgər Türkiyədə В«dərin dövlətВ» görünən dövlətin bir növ çirkablıqlarını udaraq onu daha da möhkəmlətməyə xidmət edirsə və bu zaman bir növ DÖVLƏT MAFİYASI - MAFİYALAŞMIŞ obrazı təəssüratını yaradırsa, Azərbaycanda tamam fərqlidir. Azərbaycanda mafiya - mafiyadır, dövlət isə mafiyadan betər mafiyadır və sırf olaraq mafiya-klan qanunları ilə idarə olunur. Odur ki, bizdə mövcud olan В«dərin dövlətВ» görüntüdə olan dövlətin yox, hakimiyyət rıçaqlarını əlində saxlayan konkret klanın, iqtisadi-siyasi qrupların maraqlarını güdən bir formadır.

Azərbaycanın В«dərin dövlətiВ»i daha çox ayrı-ayrı nazirlərə, hakim komandanın rəhbərlərinə məxsus olan strukturların iqtisadi fəaliyyətinin məcmusudur ki, bu da tam olaraq qanunazidd bir təzahürdür. Doğrudur, istənilən bir В«dərinliyə varmışВ» institutun qanuni fəaliyyətlə tərs-mütənasiblik təşkil etməsi tamamən şübhəsizdir. Amma mahiyyət və hədəf məsələsi də önəmli olduğundan Azərbaycanda mövcud olan В«dərin dövlətiВ» daha çox dərinliyə hopmuş, dərinlikdə gizlənmiş mafiya - yəni В«dərin mafiyaВ» adlandırmaq olar. Yəni doğrusu budur.

Və bu В«dərin mafiyanınВ» baş mühasibliyini uzun müddət həyata keçirmiş, günü bu gün də Azərbaycan xalqından və Azərbaycan dövlətindən oğurlanan milyardları В«rəsmiləşdirməkləВ» məşğul olan Şahin Mustafayev artıq funksiyasını itirmiş və yaxud da missiyası başa çatmış durumdadır. Artıq sıra daha peşəkarlarındır və gəlişmiş dünyanın yeni iqtisadi fırıldaqlarına bələd olanlara növbə çatıb. Hər halda, köhnə sovet maarifləndirməsinin durduğu bir nöqtə də var. Ki, məhz bu nöqtənin başlanğıca çevrilməsi səbəbindən artıq Şahin Mustafayevin xidmətlərinə ehtiyac yoxdur. Həm də bu ehtiyac yoxluğunu zərurətə çevirən bir məqamın yaşanılması artıq Şahin Mustafayevin arxivə göndərilmə zamanını diqtə edir.

Fərhad Əliyev iqtisadi inkişaf naziri postunu tutandan bir fərqli obrazda idi. Əslində onun yaratdığı təəssürat məhz İİN-nin şüurlarda olan və nəzəriyyənin diqtə etdiyi xarakterə daha çox uyğun idi. Bunu həm də o zamanın, yəni Heydər Əliyev dövrünün tələbi ilə də əlaqələndirmək olar. Yəni o ərəfədə mövcud olan siyasi iradə diqtə edirdi ki, Fərhad Əliyev iqtisadi inkişaf naziri olaraq, məsələn, sahibkarların keşiyində dayansın və Azərbaycanın milli burjuaziyasının yaranışına dəstək olsun.

Məhz buna görə də Fərhad Əliyev nazir olduğu zaman sahibkarlar hətta prezidentlə görüşə, prezidentə öz problemlərini açıq şəkildə çatdıra da bilirdilər. İlham Əliyev dövlətin başına keçəndən sonra bu ab-hava müəyyən qədər qorunub saxlansa da, sonradan hər şey alt-üst oldu. Bəlkə də bu dəyişkənlik diqtə edirdi ki, Fərhad Əliyev görəv başından alınsın. Və bu yüzə yüz belədir. Artıq Fərhad Əliyevin missiyası başa çatmışdı. Çünki yeni siyasi iradə tamam fərqli bir ovqatı, şərtləri diqtə etməkdə idi. Fərhad Əliyev isə buna ayaq uydura bilməzdi.

İlham Əliyev iqtidar başına gələndən təxminən 2-3 ay sonra prezident olmağın çətinliyini etiraf etdi. Haqlı olaraq prezidentin bu etirafını bir sıra ekspertlər В«İlham Əliyev artıq hakimiyyətdə oturub Azərbaycanı parçalayaraq idarə edən mafioz qruplaşmalarla tanış olduВ» qənaətini ortaya qoydular. Məhz bu tanışlığından sonra ikinci mərhələdə döyüş baş verməli idi. İlham Əliyev isə həmin döyüşdən məğlub ayrıldı. Bunun da nəticəsində Azərbaycan hamının yox, mafiyalaşmış klanın inhisarına keçdi. İlham Əliyev isə hamının yox, konkret bir klanın prezidenti oldu.

Bunun da ardından artıq məlum proseslər yaşandı. Azərbaycan kimi ölkələrin iqtisadiyyatın bel sütunu hesab olunan orta və xırda sahibkarlar ordusunun məhvolma prosesinə start verildi. Bunun üçün isə ilk addım kimi Fərhad Əliyev sıradan çıxarılmalı idi. Çıxarıldı da. Xatırlayırsınızsa, Fərhad Əliyev həbsindən bir neçə ay əvvəl belə bir açıqlama ilə çıxış etmişdi: В«Məni ölümlə hədələyirlər, mənim həyatım təhlükə altındadırВ».

Təbii ki, normal halda bir ölkənin naziri belə bir təhlükəni yaşamamalıdır, yaşayırsa da, bu məsələnin üstünə gedilməli idi. Amma sanki belə bir təhlükə anonsu verilməyibmiş kimi davranıldı. Və sonradan təhlükə barədə xəbər verən Fərhad Əliyevin özü həbs olundu. Maraqlı məqam idi. Amma bu vaxta qədər bu məqam da araşdırılmayıb.

Bu məqamla bağlı redaksiyamızı məlumatlandıran mənbə bildirir ki, Fərhad Əliyev həmin ərəfədə əslində dövlət adına çıxış edən mafiyalaşmış strukturların hədəfində idi. Və nə yazıq ki, İlhaim Əliyev prezident kürsüsünə keçəndən sonra məhz həmin strukturların girovuna çevrildi. Bunun ardından da məlum olaylar yaşandı. Fərhad Əliyev zərərsizləşdirildi, sahibkarlar bir sinif kimi sıradan çıxarıldı. Məlum oldu ki, Fərhad Əliyevi ölümlə hədələyənlər kimlər imiş. Onlar Fərhad Əliyevi həbs etdirəndən sonra rahatlaşdılar.

Oliqarxların maraqlarının hakim kəsildiyi bir ərəfədə isə keçid dövrü üçün iqtisadi inkişaf naziri olaraq müəyyən olunan Heydər Babayev İİN şefi postunda В«layiqliВ» ola bilmədi. Bunu onun В«nebloqdarnıВ» keyfiyyəti ilə əlaqələndirsələr də, əslində Heydər Babayevin gedişi tamam fərqli situasiyanın nəticəsi idi. Rusiyanın iqtisadi dairələri ilə sıx bağlı olan və eyni zamanda beynəlxalq müstəvidə iqtisadiyyatın peşəkarlarından hesab olunan Heydər Babayev də bu hakimiyyətin, daha doğrusu, oliqarx korpusun istədiklərini verə bilmədi. Bilməzdi də.

Amma bunların fonunda Şahin Mustafayev çox uğurlu və münasib bir kadr idi. Hər halda, gizli iqtisadiyyatın bilicisi olaraq kifayət qədər etimad qazanmış Şahin Mustafayevdən başqa bir təmaüldə istifadə oluna bilərdi. Bu həm də onnun mükafatlandırılması kimi qəbul olunmalı idi. Yəni Şahin Mustafayev əslində nazir postuna təyin olunduğu zaman həm məlum fəaliyyəti səbəbindən mükafatlandırılırdı və həm də yeni bir görəvə təhkim olunurdu.

Şahin Müstafayev görəv başına təyin olunandan sonra onun fəaliyyətini izlədikdə bir məqam daha çox qabarır: Bu adam sahibkarların qənimidir. Əslində belə idimi? Təbii ki, burada şübhəyə düşmək, hansısa başqa səbəb aramaq ən doğru olmayanıdır. Şahin Mustafayev nazir təyin edildikdən sonra Azərbaycan sahibkarının qara günləri başlayır. Şahin Musatafayev məhz ona verilən tapşırıqlara, onun boyuna biçinə öhdəliyə uyğun olaraq Azərbaycanda milli burjuasiyanı bitirir.

Məhz o nazir olandan sonra Azərbaycanda dondurma istehsalçıları Mübariz Mənsimlinin, duz istehsalçıları Abdolbari Gozalın, limonad istehsalçıları Kəmaləddin Heydərovun ayağına verilir. Məhz Şahin Mustafayevin sayəsində bu gün Azərbaycan sahibkarları inhisarçıların maraqları naminə xərclənib. Bu gün İqtisadi İnkişaf Nazirliyinin ayrı-ayrı idarələri Kəmaləddin, Heydərov, Ziya Məmmədov kimi nazirlərin iqtisadi maraqlarının keşikçilərinə çevrilib. Bu gün iqtisadi inkişaf nazirliyi В«AzərduzВ» zavodunda В«AzərsunВ» Holdinqlə ortaq olması səbəbindən 20-yə yaxın duz istehsal edən sexin fəaliyyətinə qadağa qoyulub. Bu gün minlərlə, on minlərlə işçi çölə atılır, işsiz qalır, o səbəbə görə ki, hansısa oliqarx-məmurun iqtisadi maraqları müdafiə olunur və bu prosesin baş icraçısı Şahin Mustafayevdir. Bu gün Şahin Mustafayevin ayrı-ayrı oliqarx-məmurlara xidmətinin nəticəsi olaraq bağlanan iş yerlərinin yaratdığı biabırçı mənzərəni hətta hakimiyyətin saxta 600 minlik iş yeri statistikası belə ört-basdır edə bilmir.

Məlumatlı mənbələrin bildirdiyinə görə, Şahin Mustafayevlə bağlı artıq qərar verilib. Artıq hakimiyyət ondan imitnə niyyətindədir. Bunun səbəblərinə yuxarıda toxunduq.

Onun yerinə Kərəm Həsənovun gətiriləcəyini bildirən mötəbər qaynaq iddia edir ki, bu qərar həm də hakimiyyət strukturlarında qruplaşma maraqlarının darmadağın edilməsi anlamını daşıyır: В«Hər bir iri oliqarx məmur özünün nüfuz dairəsini formalaşdıraraq bir neçə dövlət strukturunu nəzarətində saxlayır ki, bu əslində daha çox iqtidarın ümumi maraqlarının ziddinədirВ».

Mənbəmiz bildirir ki, prezident İlham Əliyev hansısa qruplaşma marağına yox, məhz ümumi komandaya işləyən yeni kadrların önə sürülməsi marağını budəfəki dəyişikliklər zamanı da hiss etdirəcəkВ».

Onu bir daha xatırladaq ki, Şahin Mustafayev nazir postuna gələndən sonra daha çox oliqarx məmurların biznes maraqlarının qorunması ilə məşğul olub. Ayrı-ayrı dönəmlərdə xırda istehsalçıları hədəfə alan İİN-nin bütün fəaliyyəti əslində inhisarçılığa dəstək xarakteri daşıdığından artıq Azərbaycanda normal sahibkarlıq mühitinin olmadığını və bir zamanlar ciddi bir ordu təsirini bağışlayan sahibkarlar korpusunun sıradan çıxarıldığını söyləyə bilərik. Ki, bu da əslində Şahin Mustafayevin aktivinə yazılmalıdır.Əldə etdiyimiz məlumatlara görə, Şahin Mustafayev həm də elə dünənə qədər xidmət etdiyi qruplaşmaların güdazına gedib. Bu barədə məlumat verən mötəbər qaynaq iddia edir ki, İİN şefi bir neçə beynəlxalq əhəmiyyətli əməliyyatın qurbanına çevrilib: В«Bu günlərdə məlum oldu ki, Azərbaycanda inqilab planını cızan Qərb dairələri hakimiyyətə aid nüfuzlu simaları xarici baknlardakı hesabları ilə təhdid etməyə başlayıblar. Halbuki bu məsələdən əsas sorumlu elə məhz Şahin MustafayevdirВ». Mənbənin məlumatlarından belə məlum olur ki, Şahin Mustafayev çox nüfuzlu bir məmurun bank hesablarındakı əməliyyatları tənzimləməli imiş və bu zaman məxfiliyin qorunması şərt olub: В«Lakin götürülən öhdəliyə əməl olunmayıb. Əksinə, Şahin Mustafayevin nəzarətində olan bir bank hesabına yasaq qoyulubВ».

Mənbənin sözlərindən belə aydın olur ki, sözügedən bank hesabı fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olub: В«məlumdur ki, son olaraq Qərb dairələri Azərbaycan məmurlarına aid 20-yə yaxın bank hesabına qadağa qoyub ki, həmin bank hesabları da birbaşa olaraq Şahin Mustafayevin nəzarəti altında imiş. Həmin bank hesablarından isə yalnız birində - məhz kəmaləddin Heydərova aid hesabda yüklü miqdarda pul olubВ».

Onu da bildirək ki, son vaxtlar İqtisadi İnkişaf Nazirliyindən şikayətlərin miqyası və masştabı sürətlə böyüyür. Şahin Mustafayevin gəlişindən sonra nəhayət ki, bu nazirliyin gerçəkdən də ölkənin iqtisadi inkişafında maraqlı bir quruma çevriləcəyini gözləyənlər sözün həqiqi mənasında yanıldıqlarını hiss etməyə başlayıblar. Cənab Mustafayev özəlliklə də Heydər Babayevin zamanında artan sahibkarlara qarşı В«iqtisadi repressiyalarВ»ı durdurmaq yerinə, daha da gücləndirib.

İri oliqarx-məmurlar qarşısında xeyli dişsiz olan, onların maraqlarının xidmətçisinə çevrilən Şahin Mustafayev bunun əvəzini kiçik və orta sahibkarlardan çıxmaqda, ölkə boyu elə də geniş imkanlara və himayədarlara malik olmayan biznesmenləri seçki ili kimi həssas bir dövrdə hökumə qarşı hiddətləndirməkdədir.

Nazirliyin əsassız yoxlamaları, cərimələri, istehsal müəssisələrinə qarşı yepli-yersiz hücumları paytaxtdan başlayıb və proses günbəgün ölkə ərazisinin hər yerinə yayılmaqdadır. Məsələn, İqtisadi İnkişaf Nazirliyinin (İİN) əməkdaşları Daşkəsən sakini Gülnar Həsənovanın ərzaq mağazasında yoxlama aparılarkən təxminən 47 manatlıq istehlak müddəti bitmiş ərzaq məhsulları aşkar edilib. Faktı aktlaşdıran İqtisadi İnkişaf Nazirliyi Yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiə Dövlət Xidmətinin Gəncə-Qazax regional idarəsinin əməkdaşları sahibkara 1500 manat cərimə kəsiblər. Mediaya şikayət göndərən Gülnar Həsənova isə adıçəkilən dövlət orqanının ona böyük məbləğdə cərimə kəsməsindən şikayətçidir: В«Mən günahımı danmıram. Doğrudan da mənim mağazamda bir neçə ərzaq məhsulunun istifadə müddəti mayın sonunda bitmiş və mən onları satışdan çıxarmamışdım. Ancaq niyə 46 manat 80 qəpiklik ərzaq üçün mənə 1500 manat cərimə kəsirlər? Bu insanları soymaq deyil?В»

İİN-in əmkdaşları faktı mağazadakı nəzarət kitabçasına da qeyd ediblər, sahibkara inzibati xəta pozuntusu üzrə Gəncədə i keçiriləcək məhkəmə prosesinə çağırış da veriblər. Ancaq cərimənin məbləği sənədlərin heç birində qeyd olunmayıb: В«İİN-nin əməkdaşları mənə dedilər ki, 1500 manat cərimə verəcəksən, 100 manat da bizə “hörmət” edərsən. Gülməlidir. Məni bu qədər cərimələyiblər, hələ mən bunlara “hörmət” eləməliyəmВ».

İndi sahibkar şübhələnir ki, birdən 1500 manat rəsmilərin В«hörmətВ» dediyi rüşvət, 100 manat isə cərimə ola bilər.

Doğrudur, mediaya açıqlamasında İqtisadi İnkişaf Nazirliyi Yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiə Dövlət Xidmətinin əməkdaşları, məsələn, qurumun Gəncə-Qazax regional idarəsinin rəisi Təbriz Axundov deyir ki, onlar dövlətin onların üzərinə qoyduğu vəzifənin icrası ilə məşğuldurlar, söylənilən cərimələr isə İnzibati Xətalar Məcəlləsinə görə müəyyən edilir, amma reallıqda başqa məqamlar ortaya çıxır. Belə ki, yararlılıq müddəti bitmiş ərzaq məhsullarının satışı üzrə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək cərimə olunurlar.

Dəhşətlisi odur ki, 47 manatlıq yararsız məhsula görə iri cərimə məbləğini - 1500 manatı kəsən İİN əməkdaşları, başqa bir obyektdə tutaq ki, 547 manatlıq yararsız məhsul aşkarlasalar nə edirlər? Onadamı yüksək cərimə məbləğini kəsirlər? Belə bir məntiqsizlik ola bilərmi?

Düzdür, Şahin Mustafayevin adamları iddia edir ki, bu, məhsulun dəyərindən və miqdarından asılı olmayan məbləğdir. Onların sözlərinə görə, yəni yararsız məhsul 10 qəpiklik ya 1000 manatlıq da olsa, cəriməsi 1500 manatdır. Bu məbləğ birinci dəfə aşkar edilən qayda pozuntusu üçündür. İkinci və üçüncü dəfələrdə cəzalar bir qədər də sərtləşdirilir. Ortada bir hüquqi boşluğun olduğu göz önündədir, bəs bu boşluqdan istifadə edib, kiçik biznes subyektlərinin cibini talamaq hansı vicdana və məntiqə sığır? Ümumiyyətlə, istər paytaxtdan, istərsə də rejgionlardan gələn məlumatlara görə, İİN əməkdaşları sahibkarlardan tələb etdikləri qanunsuz məbləği rahatlıqla ala bilirlərsə, yararsız məhsulları da unudurlar, istehlakçıların sağlamlığını da, İnzibati Xətalar Məcəlləsini də, cərimə yazmağı da… İş yalnız o vaxt skandallı nöqtəyə gəlir ki, sahibkarlar Şahin Mustafayevin adamlarının onlardan hər hansı nöqsana görə tələb etdikləri В«şirinliyiВ» ödəmirlər; bu zaman cərimə də В«fontanВ» vurur, qeyri-qanuni tələb olunan məbləğin miqdarı da!

Cərimə anlaşıldı, bəs İİN əməkdaşlarının sahibkarlardan 100 manat rüşvət tələb etməsi necə, bu barədə də İnzibati Xətalar Məcəlləsində hansısa maddə varmı? Bəlkə cənab Mustafayevin işçiləri artıq rüşvəti də qanuniləşdiriblər, iş adamlarının xəbəri yoxdur?Hər halda bu suallara nazirlikdən bir cavab veriləcəyini gözləmirik. Sadəcə, soruşuruq. Soruşmağa görə isə deyəsən, qanunvericilikdə cərimə-zad nəzərdə tutulmayıb.

Təbii ki, bu son daha çox Şahin Mustafayevə aiddir. Mənbə bildirir ki, gediş fətvası verilən Şahin Mustafayevlə bağlı planların yekunu bundan ibarətdir: В«Təbii ki, o, nə Fərhad Əliyevin taleyini yaşayaraq həbsə göndəriləcək, nə də Heydər Babayevin taleyini yaşayaraq mədəni sürgünə. Onunla bağlı planlar başqadırВ».

Mənbə bildirir ki, Şahin Mustafayev gizli iqdisadiyyatın maliyyə işlərində iştirakını qoruyub saxlasa da, o, artıq əvvəlki qədərində etimad sahibi deyil: В«Artıq Şahin Mustafayev bitmiş fikirdir və onun ardından nöqtənin qoyulma zamanı yetişibВ».

Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Şahin Mustafayevlə bağlı əldə edilən kampramat xarakterli materialların birində belə bir fakt da yer alıb ki, hər kəsin fağır kimi tanıdığı bu nazir əslində, son illər ərzində xaricdə özünə yaxın şəxslərin adına bir neçə bank hesabı açıb və həmin bank hesablarında bu günə kimi kimsənin inana bilməyəcəyi bir məbləğ 3 milyard ABŞ dolları həcmində vəsait toplanıb: В«Bu isə o deməkdir ki,həmin vəsait В«obşıy katyolВ»dan oğurlanıb. Bunun bədəlinin ödənilməsi isə ağır olurВ».










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kremlin yeni hücum planı: Postsovet ölkələri hədəfdə - NƏ ETMƏLİ?
Bu gün, 17:38
"Kiyev Bakı ilə təbii qazın yeni tədarükünü müzakirə edir" - Ukraynanın energetika naziri
Bu gün, 17:29
Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik - Ukrayna XİN
Bu gün, 17:18
Bakıda niyə yeni binalar tikilmir? - NƏ BAŞ VERİR?
Bu gün, 17:17
Durum Trampın düşündüyü kimi deyil, Bakı və İrəvan... - “Politico”
Bu gün, 17:08
Dost Ermənistanla əlaqələrimiz var - Pezeşkian
Bu gün, 17:02
Ərəb turistlər bizim müqəddəs şəxslərimizin ruhlarına qarşı hörmətsizlik edib - ONDA GÖRƏ DƏ...
Bu gün, 17:00
"Dərdimi kimə deyim... necə edim?" - ÇARƏSİZLİK...
Bu gün, 16:56
Rusiyanın özü gərginlikdə maraqlıdırsa... - AKTUAL
Bu gün, 16:51
“Bravo” qaydaları ən çox pozan marketdir – 7 dəfə protokol yazılıb
Bu gün, 16:47
“Binəqədi İTD” ASC nizamnamə kapitalında dəişiklik edəcək - YIĞINCAQ
Bu gün, 16:45
Stefançukdan Sahibə Qafarovaya zəng, Bakıya dəstək - “SOCAR-a hücumlar ...”
Bu gün, 16:37
BDU-da Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimi - FOTO
Bu gün, 16:30
Rusiyadakı azərbaycanlılara DAHA BİR ŞOK - Tamamilə qadağan edilir, 4 ay sonra...
Bu gün, 16:21
Gəncəyə yeni həbi prokuror təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:13
Bağça müdiri vəzifəsinə işə qəbul üzrə sənəd qəbuluna start verildi - DİQQƏT!
Bu gün, 16:11
Naxçıvan FHN-də yeni İdarə rəisi təyin edilib - ƏMR
Bu gün, 16:10
Məşhur müğənninin sponsoru olan kriminal lider həbsdən çıxdı
Bu gün, 15:05
Hətta Moskva din xadimi cildində təxribatçılar da yetişdirib - ONA GÖRƏ DƏ...
Bu gün, 15:01
Rusiya Azərbaycan vətəndaşları üçün yeni iş qadağaları tətbiq edir - KİV
Bu gün, 14:50
Ukrayna neytral olsaydı, müharibə olmazdı! – Bu bir rus nağılıdır
Bu gün, 14:46
“Azərsu” 1300 ton xlor alır – 2 milyon manat ayrılıb
Bu gün, 14:40
Ermənistanın “EV TAPŞIRIĞI” – Yeni konstitusiya ilə bağlı referendum bu tarixdə KEÇİRİLƏ BİLƏR
Bu gün, 14:36
“Rusiya hərbi qüvvələrinin qarşısında şərt qoymuşduq ki, belə addımlar atılsa, cavabımız olacaq” - deputat
Bu gün, 14:31
İcra başçısı onlara vəzifə verdi - SİYAHI
Bu gün, 14:25
Gəncədə İstiqlal Parkına qarşı hörmətsizlik: Şəhid xatirəsinə ucaldılmış abidə zədələndi - TƏFƏRRÜAT
Bu gün, 14:17
“Heç bir təbliğat etmirəm” - PRoMete
Bu gün, 14:07
Həbsdəki müğənninin cəzası ARTIRILDI - QƏRAR
Bu gün, 14:04
Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirildi, ittiham aktı yarımçıq qaldı - TƏFƏRRÜAT
Bu gün, 13:19
“Chef Orxan” restoranın müştəriləri TƏHLÜKƏDƏ - VİDEO
Bu gün, 13:06
Rasim Musabəyov: Artıq Azərbaycan Rusiyaya bəyanatla yox, hərəkətlə cavab verməli, Ukraynaya silah satmalıdır - ÇAĞIRIŞ
Bu gün, 12:58
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54
PUTİN SOCAR-ı “VURMAQLA” BAKINI NƏYƏ TƏHRİK EDİR? – Azərbaycan alçaq hücumlara adekvat cavab verə bildiyini sübut edib
Bu gün, 12:52
Laçın yaxınlığındakı kənddə erməni itkin düşdü... - FOTO
Bu gün, 12:46
"Azərbaycan turistik ölkədir.., AMMA..." - deputat
Bu gün, 12:42
“İrşad” cərimələnə bilər – SƏBƏB
Bu gün, 12:35
İran “savaş baltaları”nı BASDIRIR – Tehrandan Zəngəzurla bağlı ŞOK YANAŞMA
Bu gün, 12:31
Ermənistan türk dünyasına daxil olacaq - Matevosyan
Bu gün, 12:28
İranın gömrükçüləri MEYMUNLUQ EDİRLƏR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 12:25
Zelenski bununla NƏ ETSİN AXI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:22
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 12:18
Şəhid ailələri adından PREZİDENTƏ MÜRACİƏT - "Cinayət Məcəlləsinə əlavə olunsun ki..."
Bu gün, 12:16
İsraildə İrana işləyən Azərbaycan vətəndaşı kimdir?
Bu gün, 11:32
Generalın oğluna vəzifə verildi - ƏMR
Bu gün, 11:28
Hansı rayonda pensiyaçılar nə qədər pensiya alır? - SİYAHI
Bu gün, 11:26
Rəqsanənin həyat yoldaşı Azərbaycan dövlətindən TƏMİNAT İSTƏDİ - "Bu olanlar qarşısında kişi susmaz!"
Bu gün, 11:19
Etimad İsmayılovun qatili azadlıqda - BUNA GÖRƏ...
Bu gün, 11:16
Perinatal mərkəzdə baş verən yanğınla bağlı məhkəmədə - Körpələrin sayı çox olduğu üçün otağa girmək mümkün deyildi
Bu gün, 11:10
Şəhidlərə hörmətsizlik edənlərin Azərbaycana girişi ömürlük qadağan OLUNSUN!
Bu gün, 10:56
İran azərbaycanlı xanım fəalı edam edəcək
Bu gün, 10:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru