Azərbaycanlı rektor da Fətullah Gülənin adamıdır? - İDDİA
Tarix: 28-09-2016, 10:36 | Çap et
 Miq.az saytına Fətullah Gülənin QARANLIQ dünyası ilə yanaşı hələ də ona sitayiş edən bəzi QARANLIQ adamlar barədə çoxlu məlumatlar daxil olub.
Türkiyədən redaksiyamıza daxil olan bir məktubda deyilir: "Hörmətli Miq.az saytının rəhbərliyi! "SOCAR-Türkiyə”də iş görən paralelçi firmalardan LOTUS üzə çıxdı və bu firmaya artıq iş verilmir. Bundan başqa iş alacaq firmaların böyük əksəriyyəti ES Group tərəfindən seçilir. Üç qardaşın idarə ettiyi ES Group əlini SOCAR dan çəkməyincə burada paralel təmizləmə mümkün deyildir.
Aldığımız məlumata gğrə, Türkiyədə dövlət çevrilişi cəhdinin uğursuz olmasından sonra FETO qruplaşması fəaliyyət göstərdiyi ölkələrdə taktikalarını dəyişiblər.
Miq.az-a daxil olan məlumatlara görə, Gülən tərəfdarları Azərbaycan Dövlət Neft Şirkətindəki mövqelərindən istifadə edərək biznes sahələrini və təhsil layihələrini SOCAR-ın balansında qorumağa çalışır. Məlumatda iddia olunur ki, SOCAR-ın balansında olan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Gülən şəbəkəsinin Azərbaycanda ən önəmli adamlarından biridir. Elmar Qasımov hələ Təhsil Nazirliyində müavin işlədiyi zamandan FETO şəbəkəsinin təhsil sahəsində irəliləməsi üçün əlindən gələni edib. Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilməsi də təsadüf sayılmır.
SOCAR-dakı Gülən şəbəkəsinin taktikanı dəyişməsi Türkiyədə də həyəcanla izlənilir. Müşahidələr göstərir ki, Ankara FETO-nun SOCAR-dakı şəbəkəsinin sıradan çıxarılmamasından narahatdır və bunu diplomatik yolla Azərbaycan hakimiyyətinə dəfələrlə bildirib.
Redaksiyamıza daxil olan məlumatda iddia olunur ki, Gülən şəbəkəsi SOCAR-dakı bütün qruplaşmalara nüfuz edib. Belə ki, SOCAR prezidenti Rövnəq Abdullayevin də dolğun məlumatlı olduğu qrup (Xaricdəki SOCAR-ın törəmə müəssisələrində çalışanların böyük hissəsi) çoxdan Gülən şəbəkəsi ilə birgə işləyir. Və Avropa ölkələrində SOCAR-a lobbiçiliyi də gülənçilərin vasitəsi ilə edilir. Türkiyədəki məlum Petkim olaylarından sonra belə gülənçilər SOCAR-ın, Ukrayna, Gürcüstan və s. ölkələrdəki şirkətlərdə mövqelərini qoruyublar. Buna əsas səbəb şəbəkənin əlində Rövnəq Abdullayevə qarşı çoxlu yalançı kompromatlarn olması göstərilir.
SOCAR-dakı ən güclü qruplaşmalardan olan Mikayıl İsmayılovun rəhbərlik etdiyi çevrə də Fətullah Gülən şəbəkəsi ilə yetərincə bağlılığı var. Məlumada bildirilr ki, Mikayıl İsmayılov Türkiyədəki biznesini Gülən şəbəkəsi vasitəsi ilə qurub. İddialara görə, Mikayıl İsmayılov Gülən şəbəkəsinin Azərbaycandakı çoxlu layihələrinə maddi dəstək də verib.
ARDNŞ-in kadr məsələləri üzrə vitse-prezidenti Xaliq Məmmədov da Gülən şəbəkəsi ilə sıx bağlıdır. İddialara görə, Gülənçilərin təhsil müəssisələrinin bitirən məzunların SOCAR-da işə götürülməsində Xaliq Məmmədovun xüsusi rolu olub. Hal-hazırda Türkiyədə baş vermiş məlum olaylar zamanı həbs olunmuş adamların azad olunması üçün Fətullah Gülənin Bakıdakı müridləri hərəkətə keçmək istəyirlər. Həbs olunmuş adamlar içərisində bu missiyanın başında duran, hətta "SOCAR” yetkililərinə təsir mexanizminə malik olan şəxslər var. Amma necə, nə cür, hansı yolla...bu, tamam başqa mövzunun yazısıdır. Bu barədə növbəti yazımızda.
Miq.az-ın redaksiyasına daxil olan bəzi məlumatlar əsasında araşdırmalarımızın nəticələrinə görə, İstanbulun Fatih bölgəsində qeydiyatlı olan Azərbaycan mənşəli "Erbilen Gayrimenkul Yatırımları LTD” və Türkiyənin üçüncü böyük şəhəri olan İzmirin Karşıyaka bölgəsində fəaliyyət göstərən "Erbilen Gayrimenkul Danışmanlıq Şirkəti”nin bir sıra SOCAR yetkililərinin Türkiyənin İstanbul, İzmir, Bodrum və Kuşadası kimi müxtəlif bölgələrində villa, əmlak sahibi edilməsində geniş xidmətləri olub. Bu işlərin kimin tapşırığı və hansı maliyyə dəstəkləri ilə həyata keçirildiyi dosyeləri ortaya qoymaq üçün "Amsterdam&Partners huquq firması”nın təhqiqatlarına ehtiyac olmayacaq. Quruluş tarixi 22 aprel 2011-ci il, unvanı Eski Büyükdere cd. 231 SOCAR Bosphorus plz.k.3 Maslak, İstanbul, TÜRKİYE göstərilən "Erbilen Gayrimenkul Yatırımları şirkəti”nin rəhbəri də İlqar Mehmetoğludur (Bu adam hal-hazırda Türkiyə hüquq-mühafizə orrqanları tərəfindən həbs olunmuşdur), ortaqları isə... Dövlət məmuru biznes fəaliyyəti ilə məşğul ola bilərmi?
Araşdırmalarımız davam edir. Mövzuya yenidən qayıdacağıq.
Bizi izləyin!
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Özünə arxayın olmaq adamı qudurdur"
Bu gün, 15:20 |
|
|
|
| • Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Bu gün, 15:05 |
|
|
|
| • Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19 |
|
|
|
| • “Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11 |
|
|
|
| • Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09 |
|
|
|
| • Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49 |
|
|
|
| • İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43 |
|
|
|
| • Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22 |
|
|
|
| • Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19 |
|
|
|
| • Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09 |
|
|
|
| • Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05 |
|
|
|
| • AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59 |
|
|
|
| • Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46 |
|
|
|
| • Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41 |
|
|
|
| • Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40 |
|
|
|
| • Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37 |
|
|
|
| • İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36 |
|
|
|
| • "İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26 |
|
|
|
| • Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21 |
|
|
|
| • Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15 |
|
|
|
| • Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06 |
|
|
|
| • ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03 |
|
|
|
| • Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56 |
|
|
|
| • Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44 |
|
|
|
| • Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42 |
|
|
|
| • Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40 |
|
|
|
| • İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26 |
|
|
|
| • Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25 |
|
|
|
| • “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20 |
|
|
|
| • “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04 |
|
|
|
| • Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28 |
|
|
|
| • "Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33 |
|
|
|
| • TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28 |
|
|
|
| • Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16 |
|
|
|
| • Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10 |
|
|
|
| • Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51 |
|
|
|
| • Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38 |
|
|
|
| • Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36 |
|
|
|
| • ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31 |
|
|
|
| • Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30 |
|
|
|
| • Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25 |
|
|
|
| • TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16 |
|
|
|
| • Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01 |
|
|
|
| • Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59 |
|
|
|
| • Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58 |
|
|
|
| • İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
| • “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54 |
|
|
|
| • "Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51 |
|
|
|
| • İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48 |
|
|
|
|