Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                     Banka borcu olanlara BƏD xəbər .....                     "Dəyişən bir şey olmayacaq, amma..." .....                 

Millətin mövsümi QƏNİMİ: “Azəristiliktəchizat” - Yenə də üşüyəcəyik?
Tarix: 13-10-2016, 09:38 | Çap et
Millətin mövsümi QƏNİMİ: “Azəristiliktəchizat”
Redaksiyamıza yeni daxil olmuş məlumatlarda “Azəristiliktəchizat” ASC-nin sədri Yaşar Həsənovun həyata keçirdiyi növbəti maxinasiyalardan bəhs olunur. Mənbə bildirir ki, bu maxinasiyalar istilik təchizatı borularının qanunsuz yerdəyişdirilmələri ilə bağlıdır. Bu xüsusda aldığımız açıqlamada deyilir: “Tutaq ki, siz hansısa ərazini alıb, orada müəyyən bir obyekt tikmək istəyirsiniz. Amma tərslikdən də, həmin ərazidən binaları istiliklə təmin edən (daha doğrusu, təmin etməli olan) boru xətləri keçir. Aydındır ki, bu boruların yaxın ətrafında hər hansı tikinti işi aparmaq qanunla qadağandır. Amma bu qanuna əməl olunmasına nəzarət etmək Yaşar Həsənova həvalə olunubsa, bu zaman işləri “yoluna qoymaq” mümkündür. Belə ki, Yaşar müəllimdən yaxşı-yaxşı xahiş etsəniz, həmin boruların yerini müəyyən qədər dəyişmək olar. Elə bir müddət əvvəl Xətai rayonunda da belə bir yerdəyişmə əməliyyatı həyata keçirilib. İstilik boruları xeyli kənara çəkilib və nəticədə bir kafenin inşası üçün “boş” ərazi əldə olunub. Amma düşünməyin ki, belə əməliyyatlar sadəcə xahiş müqabilində həyata keçirilə bilər. Əsla. Əgər sizin bu xahişiniz külli-miqdarda pul vəsaiti ilə dəstəklənməsə, Yaşar müəllim nəinki boruların yerini dəyişməz, heç üzünüzə öz kabinetinin qapısını da açmaz. Elə Xətai rayonundakı kafenin sahibi də bu məqsədlə Yaşar Həsənova nə az-nə çox, düz iyirmi min manat pul ödəməli olub. Hərçənd deyilənə görə, bu məbləğin düz yarısına da Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyi şərik olub...”

Qeyd edək ki, Yaşar Həsənovun fəaliyyətində müşahidə olunan ən müxtəlif nöqsanlar barədə məlumatlara ölkə mətbuatının səhifələrində kifayət qədər rast gəlmək mümkündür. Belə açıqlamalardan birinə nəzər salaq: “Yaşadığım binada keçən ilki kimi, mövsüm açılışı “şərəfinə” iki gün istilik verildi. Əslində istilik də demək olmaz, isitmə sistemləri bir az ilıq oldu, vəssalam. Bir də inşallah həmişəki kimi mövsümün axırında, havalar istiləşəndə bağlanışını edib, borulara iki gün ilıq su ötürərlər. Mövsüm başlamadan bir qrup sakin tərəfindən “Azəristiliktəchizat” ASC-nin idarə heyətinin sədri Yaşar Həsənova müraciət də olunmuşdu. Sakinlər onlara istilik verilişində problemin olduğu barədə məlumat vermiş, köhnə xətlərin təmiri ilə bağlı sədrdən xahiş etmişdilər. Bir də acizanə yalvarırdılar ki, qazanxanalarda suyu mənzillərə göndərmədən əvvəl bir az da qızdırsınlar. Lakin sonradan onlara ASC-dən xəbər yolladılar ki, “cəmiyyətin heç kimin atasına borcu yoxdur, hər kəs öz problemini özü həll eləsin, xətləri də bazardan alıb təzələsinlər”. Bizə də sədrin adından belə bir ismarıc gəldi. İstilik sistemini təzələməyin sakinlərin öhdəliyi olduğunu ilk dəfədir eşidirdim...” Həqiqətən də, qazanxanaların təmir və tikintisinə, istilik xətlərinin yenilənməsinə hər il milyon manatlarla dövlət vəsaitləri ayrılmasına rəğmən, ASC sədrinin “heç kimə borcu olmaması” barədə verdiyi bəyanatlar hiddət doğurur. Necə olur ki, Yaşar Həsənov rəhbərliyi ona həvalə olunmuş müəssisənin qazanxanası ərazisində, elə həmin müəssisədən talan etdiyi pullar hesabına özünə “Troya” adlı restoran tikir, amma özünü nə bu dövlətə, nə də bu xalqa borclu bilmir?

Qeyd edək ki, bir çox mənbələrin iddiasına görə, insanlarla belə kobud rəftar etmək vərdişi Yaşar Həsənovda çoxdan formalaşıb. Bu xüsusda məlumatlardan birində deyilir: “ASC-nin iclaslarında hər rayondan qazanxana rəhbərləri, mühəndislər, ustalar iştirak edirlər. Sədr isə, işçilərinə hər kəsin yanında “xiyar”, “eşşək” kimi ifadələrlə müraciət edir. Təhqir olunan əməkdaşlar isə işdən çıxarılmağın qorxusundan etiraz edə bilmirlər...”

Ola bilsin ki, Yaşar müəllim öz restoranına daxil olarkən özünü qədim Troyanın şahzadəsi Hektora da bənzədir. Amma bu zaman o, gərək ki, öz qəhrəmanına əfsanəvi Axillesin yaşatdığı aqibətdən də xəbərdar olmalıdır.

Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Bu gün, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Bu gün, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Bu gün, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Bu gün, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Bu gün, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Bu gün, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Bu gün, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Bu gün, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Bu gün, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19
“Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru