Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                 

Mahmudov və dəstəsinin uzun illər ayaqda qalmasının sirri: - "Nazirlər, nazir müavinləri, komitə sədrlərinin dinlənilməsi və..."
Tarix: 20-01-2017, 10:49 | Çap et
Mahmudov və dəstəsinin uzun illər ayaqda qalmasının sirri:
Yanvarın 19-da Sabunçu Rayon Məhkəməsində Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə Eldar Mahmudovun generallarının bir qisminin də məhkəməsi başlayıb. Məhkəmə qarşısına ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri olan generallar - Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova və qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizov çıxarılıblar.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun dövlət qurumlarını öz təsiri altına salmasında, var-dövlət toplamasında bu şəxslərin müstəsna rolları var. Əlləri vəzifə səlahiyyətlərinin verdiyi imkanlardan dolayı hər kəsi dinləməyə yetib və gizli yolla əldə etdikləri informasiyanı şəxsi maraqlarını təmin etmək üçün istifadədən çəkinməyiblər.

MTN-in "qara qutusu” hesab olunan Monitorinq Mərkəzindən informasiyalar sakitcə kənara axıdılıb və həmin informasiyaların aid olduğu şəxslər - iş adamları, zavod direktorları, bazar sahibləri, nazirlər, nazir müavinləri, komitə sədrləri və müavinləri, Mərkəzi Bank rəhbərliyindən tutmuş ölkədə fəaliyyət göstərən əksər bankların rəhbər işçiləri və daha kimlər "məhşər ayağına” çəkiliblər. Beləcə, gizli yolla əldə olunan şəxsi informasiyalardan sui-istifadə edərək, böyük pullara sahib olan şəxslərin cibini, həm də dilini kəsiblər.

Danışan, etiraz edən olmayıb. Ola da bilməzdi. O səbəbdən ki, gizli informasiyalar üzə çıxar, "məhşər ayağına” çəkilənlər daha böyük itkilərlə üz-üzə qalar, azadlıqlarını da itirə bilərdilər. Mahmudovun dəstəsinin uzun illər ayaqda qalmasının bir sirri də məhz budur.

Mahmudovun vəzifəsini itirməsi də elə bu gizli - qanunsuz dinləmələrə görədir. Bunu ilk gündən onun generallarına verilən ittihamlar sırasında yer alan Cinayət Məcəlləsinin 302.1, 302.2 - gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma - maddəsi də bir daha təsdiqləyir.

Bu gün məhkəmə qarşısında olan Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətovanın ibtidai istintaqdakı ifadələrində çəkinmədən "bizə gizli dinləmələri həyata keçirmək göstərişini Eldar Mahmudov verib” demələri də təsadüfi sayıla bilməz.

Belə görünür ki, Mahmudovun təqdimatı ilə çiyinlərinə general rütbəsi taxılan təqsirləndirilənlər öncədən günlərin birində cavab verməli olacaqlarının fərqində olublar. Hətta mümkündür ki, Eldar Mahmudovun özü ilə bu mövzuda söhbətləri olub. Sabiq nazirin əlaltılarına narahat olmaları üçün əsas olmadığını, bəd ayaqda bütün məsuliyyəti öz üzərinə çəkəcəyini söyləməsi də iddialar r sırasında yer alıb.

Odur ki, illərlə gizli-qanunsuz dinləmələr baş tutub, əldə etdikləri məlumatlardan şəxsi məqsədləri üçün istifadə ediblər. Varlanıblar, milyonlarının sayını günbəgün artırıblar. 11 ildə dövlətin maraqları, necə deyərlər, ayaqlar altına atılıb.

Nəhayətdə həbs olunublar, əmlaklarının bir hissəsi əldən gedib, vəzifələrini, azadlıqlarını itiriblər. Amma milyonlarının hamısını istintaqın onların əlindən aldığını söyləmək də haqsızlıq olar. Nədən ki, bu adamlar gec-tez həbs ediləcəklərini, əməllərinin cinayət olduğunu bilməmiş olmayıblar. Oğurluqla qazandıqlarından gizlətdikləri də olmamış deyil. Bu gün Eldar Mahmudovun azadlıqda qalması həm də əlaltılarının vəziyyətini yaxşılaşdırır. Fakt bundan ibarətdir ki, əlaltıları - bugünkü arestant generallar çəkinmədən onun adını istintaqa deyirlər.

Nə baş verir? Eldar Mahmudovun çiyinlərinə general rütbəsi, yaxalarına orden-medal taxdığı bu şəxslər öz şeflərini niyə belə asanlıqla "rasxod”a verirlər?

Belə görünür ki, Eldar Mahmudov əlaltılarına öz adını çəkməsinə icazə verib. Bu yolla o, öz generallarını xilas edir və faktiki olaraq istintaqı "kor dalan”a yönləndirir.

Əgər generallar istintaqın qanunsuz hesab etdiyi bir əməlin baş tutmasına Eldar Mahmudovun göstəriş verdiyini deyirlərsə, bunu sabiq şeflərinin xeyir-duası olmadan dillərinə belə gətirməzlər. Digər tərəfdən, istintaq generallardan belə bir ifadəni alırsa, ardından qarşı tərəfi - yəni Eldar Mahmudovu da gizli-qanunsuz dinləmə məsələsinə görə dindirməlidir.

Eldar Mahmudovun vəzifəsini itirməsindən ötən 1 il 3 aylıq müddətdə onun istintaqa cəlb edilməsi haqda rəsmi məlumat yoxdur. Eldar Mahmudovun barəsində mətbuatda bu günə qədər "restoranda oldu”, "şəhərdə bahalı maşında göründü” tipli xəbərlər də kifayət qədər yayılıb. Yayılan məlumatlardan belə nəticə hasil olunur ki, sabiq nazirdə özünün həbs edilməyəcəyi, istintaqa cəlb edilməyəcəyinə əminlik var. Bu əminliyin qaynağı Eldar Mahmudovun 11 illik nazirliyi dövründə topladığı kompromatların olması da istisna deyil. Onun həbsdəki generallarına adının hallandırılmasına icazə verməsinin səbəbi də bu ola bilər...

Qeyd edək ki, təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.

Onlara Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülüb. Onların barəsində cinayət işi ayrıca icraata verilib.
Musavat..com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Bu gün, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Bu gün, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Bu gün, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Bu gün, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Bu gün, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Bu gün, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Bu gün, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Bu gün, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Bu gün, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Bu gün, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Bu gün, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19
“Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru