Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                 

Yasamalın icra başçısı Çovdarovla necə qonşu oldu? - Sensasion araşdırma
Tarix: 16-02-2017, 09:16 | Çap et
Yasamalın icra başçısı Çovdarovla necə qonşu oldu?
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyindəki (MTN) bandanın işi Yasamal Rayon İcra Hakimiyyətinə də çatdı. Paytaxtın mərkəzi rayonlarından birinə rəhbərlik edən İbrahim Mehdiyevin “saman altdan su yeritdiyi” barədə təfərrüatı və detalları ilə faktlar meydana çıxdı.

Torpaq bölgüsü

İcra başçısı bu günə kimi MTN işi ilə bağlı həqiqətlərin açılmasına imkan verməmişdi. İndi aydın olur ki, MTN generalları - Eldar Mahmudovla Akif Çovdarovun tələsinə düşmüş İbrahim Mehdiyev sonra qruplaşmanı tərk etmək istəməyib. Mətbuatda yayılan məlumatlar və vəkil Ramiz Zeynalovun açıqladığı faktlardan görünür ki, Yasamal rayon rəhbərliyi əməlli-başlı MTN bandasının təsiri altına düşüb. Sonra ona yaradılan imkanlardan imtina etməyib. “Gündəm-Xəbər”in verdiyi məlumata görə, 1999 - 2000-ci il tarixli saxta sərəncamla MTN generalı Akif Çovdarova və 2005-ci tarixli saxta sənədlə isə adı sadalanan şəxslərə Mərdəkan-Şüvəlan sərhədində Bağlar İdarəsinin balansında olan torpaq sahələrindən 1 hektar torpaq sahəsi verilib. Ərazi rabitə naziri Əli Abbasov, Kürdəmirin icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov, Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev arasında bölünüb. Bu fakt vəkil Ramiz Zeynalov tərəfindən açıqlanıb. Yəni, bu bir qəzetin mülahizə və iddiası yox, hüquqşünasın təqdim etdiyi siyahıdır. Yasamal icra başçısı MTN rəhbərliyinə biət edib. Onların əmrlərinə boyun əymiş icra hakimi onlarla əlbir olub. Faktiki olaraq, icra başçıları Mərdəkandakı torpaqları bölüşdürüb. Bu ərazilər Yasamal şefindən alınmayıb. Ondan bu məsələni sorğu-sual da etməyiblər. İ.Mehdiyev yalanları mükəmməl şəkildə gizlədib. Vəkil araşdırmasa, ortaya həqiqətlər çıxmazdı. Çovdarovla qonşu olan Mehdiyevin bu torpaqların bölüşdürülməsində iştirakı MTN generallarına yaxınlığına dəlalət edir. Onun vəzifədə qalmasında və Yasamal rayonunu istədiyi şəkilə salmasında Mahmudov əlaltılarının ciddi rolu olduğu iddia edilir. Ümumiyyətlə, 2015-ci ildən Bakının Yasamal Rayon İcra Hakimiyyəti Başçısı İbrahim Mehdiyevin adı Milli Təhlükəsizlik Nazirliyinin işində hallanıb.

Yubiley təbriki

“Gündəm-Xəbər”in verdiyi məlumata görə, 2009-cu ildə Yasamal Rayon İcra Hakimiyyətində Milli Təhlükəsizlik Orqanlarının yaranmasının 90 illik yubileyi keçirilib. İcra başçısı İbrahim Mehdiyev tədbirdə Milli Təhlükəsizlik Nazirliyinin gördüyü işlərdən danışıb. O, əldə etdikləri uğurlarda böyük xidmətləri olan MTN-in naziri Eldar Mahmudovu və digər əməkdaşlarını rayon ictimayyəti adından və şəxsən öz adından bu şanlı yubiley münasibətilə təbrik edib. Bu fakt mediada öz əksini tapıb və internetdə axtarış verməklə məlumat əldə etmək olar. MTN-nin 90 illik yubileyi heç də hər RİH-də keçirilməyib. Bir təhlükəsizlik orqanının fəaliyyəti haqda yubiley tədbirinin RİH-nə hər hansı əlaqəsi yoxdur. İ.Mehdiyev isə özündə əlahiddə borc və missiya görüb, tələm-tələsik yubiley təbriki ünvanlayıb. 2009-cu ildə bu tədbir rəsmi xəbər kimi informasiya portallarında diqqətdən kənarda olub və kimsənin alının ucundan da keçməyib ki, yubiley tədbirinin təşkilində məqsəd Mahmudova özünü göstərmək olub. Bundan başqa, Eldar Mahmudov paytaxtın təsərrüfat sahələrinə nəzarət edən obyektlərin rəhbərliyinə də öz adamlarını yerləşdirib.

Yasamalda mənzillənməyin sirri

“Gündəm-Xəbər”in verdiyi məlumata görə, Eldar Mahmudovun Bakının ən çox Yasamal rayonunda mənzillənməsi, biznes şəbəkəsi qurması, obyektlərinin şəhərin bu zonasında olması təsadüfi deyil. Nazirin oğlu, onun biznes-imperiyasını idarə edən Anar Mahmudovun Bakının Yasamal rayonu, İsmayıl Qutqaınlı küçəsində yerləşən “Altes Plaza” biznes mərkəzində yerləşən daha bir ofisi olub. Qeyd edək ki, Eldar Mahmudovun şər və qorxu imperiyasının hökmranlığı dövründə onun taladığı pullar hesabına qurduğu biznes imperiyası barədə mətbuatda hər hansı məlumata rast gəlmək mümkün deyildi. Bu haqda təbii ki, heç kim danışmazdı, danışmağa cəsarət etməzdi. Lakin Mahmudov və dəstəsi zərərsizləşdiriləndən sonra məlum oldu ki, keçmiş milli təhlükəsizlik naziri nəhəng biznes şəbəkəsinə malikdir. Onun “Caspian Crystal Holding”də birləşən biznesini oğlu Anar Mahmudov idarə edir. Və holdinqin ofisi Bakının Yusif Səfər küçəsi, 33 ünvanında yerləşən “Crystal Plaza”da yerləşir. Yer gəlmişkən həmin plaza həm də Mahmudovun mühüm görüşlər keçirmək üçün istifadə etdiyi məkan olub. İndi isə məlum olub ki, Mahmudovun oğlu 2014-cu ilin iyul ayında “Altes Group” tikinti şirkətinin Bakının Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 507 ünvanında inşa etdiyi dəbdəbəli “Altes Plaza” biznes mərkəzinin 20, 21, 22 və 23-cü mərtəbələrini bütöv alıb. Müəyyən edilib ki, bu daşınmaz əmlakın ümumi sahəsi 1400 kvadratmetrə yaxındır. Həmin mərtəbələrdə yerləşən mənzillərin alınması üçün 3 milyon 560 min manatdan çox vəsait ödənilib və Anar Mahmudov aldığı mənzilləri ofis kimi istifadə etməyə başlayıb.

Çilingərlikdən vəzifəyə cəncəl yol...

Bu cəncəl işlərə qarışmış məmur - İbrahim Mehdiyev bəs, kimdir? Bu suala cavab tapmaq üçün vikipedik məlumatları əvvəlcə əldə etmişik. O, 1 aprel 1946-cı ildə Ağdaşda anadan olub. Yəni, gülü günü...1963-cü ildə Yevlax şəhərində orta məktəbi, 1969-cu ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1963-cü ildə başlayan İ.Mehdiyev “Azərelektroişıq” zavodunda çilingər, mühəndis-texnoloq, sex rəisi, şöbə rəisi, mexanika-energetika şöbəsinin rəisi, “Elektomaş” Elmi Tədqiqat İnstitutunda baş elmi işçi çalışıb. Sonra“Azərelektroişıq” İstehsalat Birliyində sex rəisi, Birliyin baş mühəndisi, Elmlər Akademiyasının Fizika İnstitutunun “Kristal” zavodunda istehsalat rəisi, Protez-Oktopedik Bərpa Mərkəzinin direktoru kimi vəzifələrdə işləyib. 2000-ci ildən 2006-cı ilədək Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Prezidentin 26 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 1974-cü ildə “Şərəf Nişanı” Ordeni ilə təltif olunub. 1993-cü ilin fevral ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, iki övladı var. 70 yaşlı icra başçısının yrinə gənc kadr təyin olunacağı da yayılan iddialar arasında səslənir.

Biət edən başçılar araşdırılır

“Gündəm-Xəbər”in verdiyi məlumata görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə tabe olmuş icra hakimiyyəti strukturları araşdırılır. Bu strukturlar arasında Eldar Mahmudova boyun əymiş məmurlar var. Onunla əməkdaşlıq etmiş, tapşırıqlarını icra etmiş və MTN xətti ilə icra başçısı vəzifəsinə təyin olunmuş məmurlar təftiş edilir. Onların siyahısı hazırlanır və Prezident Administrasiyasına təqdim olunacaq. Həmçinin, Yasamalın icra başçısı İbrahim Mehdiyev, Xətainin icra başçısı Razim Məmmədov və Suraxanının icra başçısı İlqar Abbasovun adları keçir. Onlar barəsində mətbuatda kifayət qədər yazılıb. Adı MTN işində keçmiş icra başçıları ilə bağlı hansı qərar veriləcəyi bilinmir. Eldar Mahmudov özünə yaxın şəxsləri dövlətin müxtəlif qollarına, o cümlədən icra hakimiyyətlərinə yerləşdiribmiş. Xatırladaq ki, paytaxtın Xəzər rayonunda qanunsuzluqlar ifşa edilib. Belə ki, MTN rəhbəri Eldar Mahmudova və bandasının üzvlərinə bağışladığı mülklər üzə çıxıb. Mətbutada gedən məlumatlarda bildirilir ki, bəzi icra başçıları keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov tərəfindən himayə olunub. Bəzi icra başçılarının təyinatında onun da rəyi nəzərə alınıb. Eldar Mahmudov bu adamların onun maraqlarını qeyd-şərtsiz qoruyacaqlarına əmin olduqdan sonra onların təyinatına “hə” deyib. Keçmiş MTN şefinin gözləntiləri özünü doğruldub. Məlumata görə, MTN işində bu şəxslərin Eldar Mahmudovun göstərişi əsasında törətdikləri bir çox qanunsuz əməllər üzə çıxıb və bu onlar haqqında “vurulma” qərarının verilməsini şərtləndirib. Bildirilir ki, yaxın vaxtlarda bəzi icra başçıları işdən çıxarılacaq. Bu iddia və ittihamlar isə heç də bizim öz mülahizə və ya təhlillərimizdən ibarət deyil, ortaya çıxan faktlar əsasında gələn nəticələrdir. Güman olunur ki, Yasamal rayon rəhbərliyi barəsində gündəmdə olan bu məsələlərə aydınlıq gətirəcək və münasibət bildirəcək. Susmaq isə ya razılıq, ya da tərəddüd əlamətidir. Hər halda bu məsələləri cavab verməklə aydınlaşdırmaq olar. Bir qəzet olaraq İ.Mehdiyevin də mövqeyini çap etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Dünən, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Dünən, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Dünən, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Dünən, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Dünən, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Dünən, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Dünən, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Dünən, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Dünən, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Dünən, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Dünən, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Dünən, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Dünən, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Dünən, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Dünən, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Dünən, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru