Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                 

Məmur özbaşınalığının qurbanı olan ailə... - Cənnətovların “Cəhənnəmi”
Tarix: 7-04-2017, 10:37 | Çap et
Məmur özbaşınalığının qurbanı olan ailə...
Təxminən 3 ay bundan öncə 66 yaşlı Cənnətov Mirabbas Səlim oğlu ev problem ilə bağlı redaksiyamıza şikayət daxil etmişdi.

Mirabbas Cənnətovun şikayətinə görə, Yeni Yasamal ev 7, mənzil 18 ünvanında ona verilən 5 otaqlı mənzil 1992-ci ildə Şuşa rayonundan olan məcburi köçkün tərəfindən zəbt edilib. Hətta şikayətçi Yasamal Rayon İcra Hakimiyyətinə, Yasamal Rayon Məhkəməsinə şikayət etdiyini, məhkəmənin isə şikayətçinin evinin boşaldılması ilə bağlı qərar çıxartdığını, Yasamal Rayon Məhkəməsinin İcra şöbəsində işləyən icraçı Samir adlı şəxsin onu get-gələ saldığını və hər gün müxtəlif bəhanələrlə məsələdən yayındığını bildirmişdi. Biz də Yeniçağ.az saytı olaraq, məsələni diqqət də saxlayıb araşdırmalara başladıq.

Məmur özbaşınalığının qurbanı olan ailə...

Şikayətlə bağlı Yasamal Rayon İcra Şöbəsində icraçı vəzifəsində işləyən Samir adlı şəxslə əlaqə saxladıqda o, hər dəfə müxtəlif bəhanələrlə sualdan yayındı, sonra da ümumiyyətlə, zənglərimizə cavab vermədi.

Cənnətovlar ailəsinin yaşadığı evi gözlərimizlə görmək üçün onlara yollandıq.

Artıq 17 ildir ki, Cənnətovlar ailəsi Qaradağ rayonu Ümid qəsəbəsində müvəqqəti yaşayış adı ilə sığındıqları evdə rahat yaşayışa həsrət qalıblar. Çünki uçub tökülən bu evə 9 nəfər, xüsusən də körpə əkizlər sığınıb. Müşahidələrimiz zamanı ailənin sığındığı evin həqiqətən də onların həyatı üçün böyük təhlükə mənbəyinə çevrildiyinin şahidi olduq. Evin bir hissəsi uçub dağılmışdı, tavanı belə çökmüşdü. Doğrudan da 11 nəfər ailə üzvünün hər an ölümlə üzləşmək təhlükəsi var.

Bizi öncə evin xanımı Cənnətova Adilə Kərim qızı qarşıladı. Evin ağbirçəyi qorxu içindədir:

Məmur özbaşınalığının qurbanı olan ailə...

“Artıq 25 ildir ki, bizim halal zəhmətlə aldığımız evi Şuşa rayonundan olan məcburi köçkün zəbt edib. Biz isə – 11 nəfərlik ailə ilə küçələrdə qalmışıq. Bir neçə il kirayə qaldım, artıq kirayə pulunu verə bilmədiyimiz üçün gəlib, bu balaca daxmaya sığındıq. 1998-ci ildə Cənab Prezidentimiz İlham Əliyev Qaradağ rayonunun millət vəkili olduğu müddətdə ona müraciət etdik, bizə burada ev verdilər. Biz də kirayələrdə qalmaqdansa məcburən razılıq verdik. Bizim yaşadığımız hazırkı ev məcburi köçkünlərin yerləşməsi üçün tikilən həyət evləridir. Biz də bu evi alanda hələ yerləşməmiş, Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etdik ki, məcburi köçkünü bura göndərsinlər. Onlar da heç bir tədbir görmədi, məcburən özümüz ömrümüzü çürütməyə razı olduq. 17 ildir ki, hamımız bu uçuq damın altında yaşayırıq. Ailəmiz 11 nəfərdən ibarətdir. (əli ilə göstərir) Baxın suyun içində yaşayırıq, azca yağış yağan kimi damdan başımıza su tökülür. Divarlar da nəm, əl vurursan ovxalanıb tökülür yerə. Ev görürsünüz necə soyuqdur? İnanın, hər ay uşaqlara görə 100 manatlıq qaz yandırırq. Amma nə xeyri? Körpə uşaqlar böyüyür bu cür şəraitdə, hələ yeni doğulmuş əkizləri demirəm. Hamısı da xəstədir, bir tərəfdən də iynə-dərmana pul verməkdən yorulmuşuq. Bu qədər haqsızlıq olar? Hansı quruma da üz tuturuqsa nə şikayətimizə baxırlar, nə də bizi qəbul edirlər. Heç olmasa biri bizi qəbul etsin ki, biz də dərdimizi deyə bilək. Bu körpələrin nə günahı var ki, bunlar suyun içində yaşayırlar? Mənim bir oğlum 3 il, o biri də ilyarım erməni ilə sərhəddə, cəbhə bölgəsində xidmət ediblər. Biri elə ordan da xəstəlik tapıb gəldi. Hazırda ağciyər vərəmindən müalicə olunur. Biz kimdənsə çörək, su istəmirik ki… Öz evimizi istəyirik. Köməklik etsinlər öz evimizə qayıdaq, ya da bizi müvəqqəti normal şəraitdə olan bir evlə təmin etsinlər. Hələ 2014-cü ildə yanımızda “Qaçqınkom” ev tikdirib, məcburi köçkünlərə payladı, bizə isə vermədilər”.

Məmur özbaşınalığının qurbanı olan ailə...

Söhbət zamanı gözüm körpə əkizlərdə idi. Böyüklərin ümidi, inamı tükənsə də, əkizlər hələ heç nə başa düşmürdülər. Söhbətə evin ağsaqqalı Mirabbas Cənnətov qoşuldu:

Məmur özbaşınalığının qurbanı olan ailə...

“Mən ötən dəfə müraciətimdə də demişdim ki, Yasamal Rayon İcra Hakimiyyətinə, Yasamal Rayon Məhkəməsinə də şikayət etmişdim. Məhkəmə mənim Yeni Yasamaldakı evimin bir ay müddətinə boşaldılması ilə bağlı qərar çıxartmışdı. Qarşı tərəf isə Apellyasiya Məhkəməsinə şikayət etmişdi. Apellyasiya məhkəməsi də qərarı qüvvədə saxlamışdı. Daha sonra işi Ali Məhkəməyə vermişdilər. Ora da qərarı qüvvədə saxladı. 2 ildir ki, Yasamal Rayon Məhkəməsinin İcra şöbəsinin Samir adlı əməkdaşı məni get-gələ salır. Hər gün əlaqə saxlayıram, icraya gedirəm: ya məni “yola” verir, ya da məni görən kimi otaqdan uzaqlaşıb qəbul etmir. Hətta dəfələrlə Yasamal Rayon Məhkəməsinin qəbul otağına Samirin mənə qarşı çıxartdığı oyunlarla bağlı məlumat vermişəm. Onlar da deyiblər ki, “get, icraçıynan məsələni həll et”. Hətta Yasamal Rayon icra başçısı ibrahim Mehdiyevin qəbuluna getdim. Başçı məni hədələyib deyir ki, “çıx get burdan, bir də buralara gəlsən cibinə nəşə atdırıb səni tutduraram”. İndi də gəlmisiniz, yaşadığım güzaran da göz önündə. İndiyə qədər getmədiyim dövlət qurumu qalmayıb. Bundan sonra artıq harasa gedib, abrımı-həyamı itirmək istəmirəm. İstəyim yalnız ədalətin bəpa olunmasıdır”.

Daha sonra Mirabbas kişinin qızı Pərvanənin kənarda dayanıb gileyləndiyini gördük. Atasının sözlərinə qüvvət verən qızı balacalıqdan indiyədək əziyyət çəkdiklərini və xəstə olduqlarını söylədi:

Məmur özbaşınalığının qurbanı olan ailə...

“Atam hazırda məcburi köçkünün zəbt etdiyi evi alanda mənim 12 yaşım vardı. O, evin sənədlərini gətirəndə inanın biz elə sevinmişdik ki… (gözləri dolur). Atam o evi alanda anamın 38 yaşı vardı, indi isə 65-dir. 25 il bir igidin ömrüdür. Artıq gücümüz də tükənib, atam yazıq da tək qalıb. Əslində bizim indi yaşadığımız bu evi hökumət onlara vermişdi, çıxmadılar deyə, kirayələrə pulumuz çatmırdı deyə çarəsiz qalıb, köçdük bura. İllərdir bu uçuq damın altında canımız çıxıb. Adam da bu cür nəmişliyin, suyun içində yaşayar? Hara baxırsan üstümüzə uçub tökülür. Biz yaşadığımızı yaşadıq və çəkdiyimizi də çəkdik, heç olmasa bu körpələr çürüməsin burda. Allah bunların üzünə gülsün. Qul haqqı deyilən bir şey var, 25 ildir bizim haqqımıza giriblər. Bir ona dua edirəm ki, bu körpələrin haqqı bərqərar olsun”.

Məmur özbaşınalığının qurbanı olan ailə...

Söhbəti yekunlaşdırıb məsələyə tam aydınlıq gətirmək üçün Yasamal Rayon İcra Şöbəsinə yollandıq. Orada bizi heç bir icra məmuru qəbul etməsə də, müxtəlif bəhanələrlə məsələdən yayındırmağa çalışsalar da, məlum oldu ki, Mirabbas Cənnətovun işi artıq Samirdə deyil, Kənan Quliyevin icraatındadır. Kənan Quliyev isə artıq 2 aydır ki, işi icraata götürsə də, Mirabbas Cənnətovla nə əlaqə saxlayıb, nə də hansısa bir məlumat və ya bildiriş göndərməyib.


Məmur özbaşınalığının qurbanı olan ailə...
Məmur özbaşınalığının qurbanı olan ailə...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Dünən, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Dünən, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Dünən, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Dünən, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Dünən, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Dünən, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Dünən, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Dünən, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Dünən, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Dünən, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Dünən, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Dünən, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Dünən, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Dünən, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Dünən, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Dünən, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru