Baba Rzayev dövlətə necə zərər vurub? - Rəsmi faktlar ASC sədrinə qarşı
Tarix: 17-05-2017, 09:52 | Çap et
 Bakı və ölkənin bölgələrini (Naxçıvandan başqa) elektrik enerjisiylə təmin edən В«AzərişıqВ» ASC tariflərin artırılmasına, gəlirlərinin 26.7 faiz yüksəlməsinə baxmayaraq, 2016-cı ili zərərlə başa vurub.
Şirkətin açıqladığı maliyyə hesabatına görə, elektrik enerjisi satışının həcmi 959 milyon manata yaxın olub. Di gəl, xərclərin artımı gəlirləri üstələyib. Nəticədə ötən ilin iyulun 15-dən elektrik enerjisini istehsalçıdan 4.3 qəpikdən (bunadək 4.1 qəpik) alan və istehlakçıya 6 qəpikdən deyil, 7 qəpikdən satan В«AzərişıqВ» ASC-nin mənfəəti artmaq əvəzinə, il ərzində 3.7 milyon manat azalaraq 73.1 milyon manata düşüb. 2016-cı ilin dekabrın 1-dən isə istehlakçılara elektrik satışı tarifi differensiallaşdırılaraq 7-9-11 qəpik müəyyən edilib.
Tariflər artırılarkən hökumət bildirmişdi ki, В«əldə ediləcək gəlir müvafiq subyektlərin dövlət büdcəsindən asılılığının azaldılmasına, bu sistemdə çalışan 18 mindən artıq işçinin əmək haqlarının artırılmasına imkan verəcəkВ».
KOMMERSİYA VƏ ƏMƏLİYYAT XƏRCLƏRİ ARTIB
Enerji satışından əlavə, 2016-cı ildə В«AzərişıqВ» ASC-nin 24.7 milyon manatlıq digər gəlirləri də olub. Lakin kommersiya və əməliyyat xərclərinin 27 milyon manat artması ucbatından şirkət ili 372 min manat zərərlə başa vurub. Bundan başqa, В«AzərişıqВ»a 25 milyon manatdan çox mənfəət vergisi hesablanıb. Maliyyə hesabatında diqqəti cəlb edən həm də odur ki, 2015-ci ildə şirkətə olan 43 milyon manat məbləğində borc В«müddətin keçməsi səbəbindənВ» zərər kimi tanınıb.
İstifadə olunmuş enerjiyə görə ödəmələr aşağı olaraq qalır və bu sahədə durum yaxşılaşmaq əvəzinə pisləşir. İl ərzində enerji satışına görə istehlakçıların В«AzərişıqВ» ASC-yə borcları 29.3 faiz artıb. Bu ilin əvvəlinə borcun məbləği kritik həddə – 678 milyon manata çatıb. Şirkət bu məbləğin 44.6 milyon manatının qayıtmasına şübhəylə yanaşır. Hesabatda belə deyilir.
В«AZƏRİŞIQВ» ASC-NİN NİZAMNAMƏ KAPİTALI NƏ QƏDƏRDİR?
Maliyyə hesabatında В«AzərişıqВ» ASC-nin nizamnamə kapitalı ilə bağlı fərqli məlumatlar əks olunub. Balans hesabatında 2016-cı ilin əvvəlinə ödənilmiş nizamnamə kapitalının 1 milyard 319.2 milyon, ilin sonuna isə 885.6 milyon manat olduğu göstərilib. Lakin kapitalda dəyişikliklər hesabatında səhmdar kapitalının 1 milyard 356.3 milyon manat olduğu iddia olunur.

Lakin Vergilər Nazirliyinin məlumat bazasında şirkətin nizamnamə kapitalı bundan xeyli aşağı – 623.5 milyon manat göstərilib.

Digər maraqlı məqam isə budur ki, ötən ilin dekabrında Maliyyə Bazarlarına Nəzarət Palatası В«AzərişıqВ» ASC-nin hər birinin nominal dəyəri 2 manat olan 131 milyon 50 min ədəd səhmlərini dövlət qeydiyyatına alıb.
EKSPERT: В«ALINAN KREDİTLƏR TƏYİNATI ÜZRƏ SƏMƏRƏLİ XƏRCLƏNSƏYDİ…»
Enerji məsələləri üzrə ekspert İlham Şaban deyib ki, 2005-ci ildən bəri Azərbaycanın enerji şəbəkəsinə 4 milyard dollar sərmayə yatırılsa da, paylayıcı şəbəkənin dayanıqlığını təmin etmək mümkün olmayıb. Hətta Bakının əksər yerlərində normaya (220 Vatt) uyğun gərginlik verilmir, enerji ötürülməsində ciddi fasilələrə yol verilir. Qabarıq örnəksə ötən payız-qış mövsümüdür.
В«Əgər alınan kreditlər təyinatı üzrə səmərəli xərclənsəydi, istehlakçılar kütləvi surətdə bu cür xoşagəlməz hallarla qarşılaşmazdılar. Ona görə də, yeni alınan kreditlərin son qəpiyinə qədər enerji şəbəkəsinin xeyrinə istifadə olunması hökumətin bir nömrəli vəzifəsi olmalıdırВ», – ekspert deyir.
Ötən il Asiya İnkişaf Bankı В«AzərişıqВ» QSC-yə dövlət təminatıyla, 3 il ərzində ödənilmək şərtilə, 750 milyon dollar həcmində uzunmüddətli kredit xətti açıb. İ.Şaban hesab edir ki, bu vəsaitlərin səmərəli istifadə olunmasından ötrü satınalma şəffaf keçirilməlidir.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05 |
|
|
|
| • Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00 |
|
|
|
| • Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55 |
|
|
|
| • İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49 |
|
|
|
| • AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43 |
|
|
|
| • Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37 |
|
|
|
| • Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36 |
|
|
|
| • Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31 |
|
|
|
| • “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23 |
|
|
|
| • Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20 |
|
|
|
| • Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18 |
|
|
|
| • Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09 |
|
|
|
| • SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03 |
|
|
|
| • Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59 |
|
|
|
| • ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51 |
|
|
|
| • Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46 |
|
|
|
| • Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44 |
|
|
|
| • Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30 |
|
|
|
| • Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18 |
|
|
|
| • Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05 |
|
|
|
| • Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48 |
|
|
|
| • İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42 |
|
|
|
| • İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39 |
|
|
|
| • Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33 |
|
|
|
| • "Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20 |
|
|
|
| • Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05 |
|
|
|
| • Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19 |
|
|
|
| • “Georgian Airways” müflis ola bilər
Dünən, 13:11 |
|
|
|
| • Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09 |
|
|
|
| • Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49 |
|
|
|
| • İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43 |
|
|
|
| • Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22 |
|
|
|
| • Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19 |
|
|
|
| • Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09 |
|
|
|
| • Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05 |
|
|
|
| • AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59 |
|
|
|
| • Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46 |
|
|
|
| • Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41 |
|
|
|
| • Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40 |
|
|
|
|