Əmrullayevin əmrindəki 20 MİLYARD: Bunun hesabı sorulmalıdır... .....                     BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb .....                     Separatizmlə mübarizədə çox vacib addım .....                     Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri .....                     Miri Yusifi bir də belə görün .....                     Son 15 ildə SOCAR-da 31,5 min nəfər ixtisara düşüb .....                     İrəvandan Ağrı dağı ilə bağlı açıqlama .....                     Valideynlər direktora qarşı: DAVA AÇILDI... .....                     Yağışlı hava davam edəcək... .....                     Nazirliyin tabeliyindəki qurumun 8,7 milyon manatlıq tenderinin qalibi .....                     “Qarabağda yaşayan ermənilər potensial təhlükədir” .....                     “Vüsal 300” məhkəmə zalına BELƏ gətirildi .....                     Çarəsizlikdən doğan ironiya .....                     Qobuda SİRLİ TORPAQ... .....                     “Problemin kökündə Elm və Təhsil Nazirliyi durur, aşağı saatlar bazara çıxarılmamalıdır” .....                     Britaniya və Azərbaycanın strateji tərəfdaşlığı təsdiqləndi: bu, ölkələrə nə verəcək? .....                     "Azərbaycanda dövlət qurumlarının adı var, işi yoxdur” .....                     “Bu maaşa onu almaq olur ki?” .....                     “Onsuz da xalq Ceyhun Əsgərovun vəziyyətini əvvəldən bilirdi, paylaşımlar bir növ reklamımız oldu” .....                     Məhəmməd Mirzəliyə hökm oxundu .....                     Məni “satqın” adlandırsalar da, bunu deməliyəm... .....                     “Qala Sığorta” səhmdarını gizlədir .....                     Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır? .....                     Təkliflər şərtlər uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ .....                     Avtomobillər üçün vergi güzəşti .....                     “Zəlimxan Yaqub mənə dedi ki, nahaq səfir olmusan” .....                     Putindən Kadırova .....                     Fərid Qayıbov yola salınır: Görün yerinə kim gəlir .....                     Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın yeni görüntüləri yayıldı: "boyevik" imiş .....                     Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: .....                     Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb .....                     Pomidor oğurlamağa getdilər .....                     AZAL turizm gününə özəl endirim kampaniyası elan edir .....                     Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi .....                     “Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz...” .....                     Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır .....                     "Buna ər dayanar?" .....                     O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır... .....                     Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir .....                     Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? .....                 

Binəva fermerin zəhməti və dövlətin malı necə bərbad edilir - İTTİHAM VAR
Tarix: 18-05-2017, 09:55 | Çap et
Binəva fermerin zəhməti və dövlətin malı necə bərbad edilir
...İndiki orta nəsil yaxşı xatırlayar ki, Sovet vaxtı hər bir kənddə tədarük məntəqələri yaradılmışdı və kolxozçu daxili təlabatından artıq məhsulunu həmin məntəqələrə təhvil verib pulunu alırdı.
İndi nə Sovet var, nə də onun həmin o yaxşı ənənəsi. В«AzərittifaqВ» adlı bir qurum da var idi. Onun yerlərdə rayon İstehlak Cəmiyyətləri olardı. Bu cəmiyyətlərin işi həmin o tədarükləri həyata keçirmək idi. Həm tədarükçü qazanırdı, həm də tədarükə məhsul verən…

Bölgələrdə yunu qırxıb yandırırlar…

Binəva fermerin zəhməti və dövlətin malı necə bərbad edilir

“Ərzaq məhsullarının tədarükü və təchizati” ASC-nin real fəaliyyətini araşdırmaq və fermerlərin dərdini öz qulağımızla eşidib gözlərimizlə görmək üçün neçə gün əvvəl Ağcabədinin bir sıra təsərrüfatlarına baş çəkdik, sonra ermənilərin işğal etdikləri torpaqlarımızda qurduğu səngərləri ilə burun-buruna dayanıb əkin-biçinlə məşğul olan Ergi qəsəbəsinin əkin-biçinçiləri ilə görüşməli olduq. Bu qəsəbədə Sovet vaxtı məntəqə tipli В«türməВ», yəni cəzaçəkmə müəssisəsi var idi. Ağdam rayonunun əraziləri ermənilər tərəfindən işğal olunandan sonra buralar Ağdam, Şuşa, Laçın və digər rayonların sakinlərinin sığınacaq yeri oldu. İndi burada böyük bir qəsəbə tikilib, В«QaçqınkomВ» xətti ilə. Ümumiyyətlə, təxminən 15-20 min əhalinin məskunlaşdığı bu əraziyə Ağcabədi rayonunun Muğanlı kəndindən keçib, sonra Qarqar çayı ilə salamlaşıb getmək olur. Amma Qarqardan sonra Ergiyə gedən yol cəhənnəmə gedən əzablı cığırı xatırladır. O tərəfdə Aşot kirvənin, bu tərəfdə isə eşşək getməz yol… В«Sovet vaxtı bu yol əla vəziyyətdə olub. Lakin 1992—93-cü illərdə hərbi texnika bu yolları xaraba qoyub. Sonralar В«QaçqınkomВ»nın xətti ilə burada iri bir qəsəbə salınıb. Amma yol çəkilişi nədənsə В«unudulubВ». Ola bilməz ki, bu boyda qəsəbə tikilə, yolu yaddan çıxa…», -deyir taksi sürücüsü…
İndi bu qəsəbəyə ölü-diri yerinə getmək cəhənnəmə gedib В«salam-əleykümВ» vermək kimidir. Yolun bu dərəcədə pis vəziyyətdə olması isə ağır xəstələri, xüsusən də hamilə qadınları həkimə çatdırmağı bəzən mümkünsüz edir. Bu mövzuda sonra danışarıq. Çünki köçkünlər yolsuzluq ucbatından kənd təsərrüfatı məhsullarını da bazara çıxara bilmirlər. Çoxları bu səbəbdən qəsəbəni tərk edib gedir. Onların ölkə Prezidentinə və В«QaçqınkomВ» sədrinə ayrıca müraciəti var, inanırıq ki, bu problem həllini tapacaq. Başqa yol da qalmayıb…
***
…Gəlirik yun məsələsinə: yenə də Sovet vaxtını xatırlamalı oluruq: kənd camaatı qoyun-quzusunu qırxıb yununu ya özü istifadə edərdi, ya da tədarükə təhvil verərdi. Ergidə bu məsələni xəbər aldıq. Fermer Q.Məmmədov təəssüf hissi ilə deyir:
-50-60 qoyunum var idi. Adam tapdım, 1 manatdan qırxdırdım, yununu da apardı…
-Niyə özünüz istifadə etmirsiniz?
-Satmağa yer yoxdur, alıcı da yoxdur. Gəldiyiniz o yolu gördünüz. Həmin yolla bizə yaxın olan Ağcabədiyə aparmaq olar. Orada isə 20-30 qəpiyə ala, ya almayalar. Həmin yolu gedib-gələndə isə maşina ən azı 100-150 manat xərc qoymalısan… Amma Sovet vaxtı yun təadürükü məntəqələri var idi, qapı-qapı gəzib artıq yunu olanları tapıb alıb aparırdılar. İndi elə şey yoxdur… O vaxt yunun hesabına milyonçular var idi…
-Bəs digər məhsullarınızı neyləyirsiniz?
-Bu ərazidə yaşayan əhali əsasən heyvandarlıq və əkinçiliklə məşğuldur. Sovet vaxtı birinci katib Sadıq Murtuzayev buraya suvarma xətti çəkdirmişdi, Ergi rayonun ən böyük yemçilik bazası idi. İndi köhnə artezianlar işə yaramır. Böyük kanal qazılıb, böyük diametrli boru çəkilib, amma su gəlmir… Bu ərazidə biz əsasən taxıl və soğan əkirik. Taxılda problem olmur. Amma soğanı min zəhmətlə becəririk və sonra alıcı tapa bilmirik… Amma Bakı bazarlarında İran, Türkiyə və Türkmənistan soğanı satılır. Bizim soğan isə çürüyüb gedir. Əvvəllər Rusiyaya aparardılar, indi deyəsən, bu yol bağlanıb. Özümüzdə isə tədarük məntəqələri yoxdur ki, ora təhvil verək. Elə adam var ki, bu problem üzündən ildə bəzən 30-40 min, bəziləri 10-20 min ziyana düşüb, borc içində batır. Yol kənarlarında görə bilərsiniz, dərələrdə maşın-maşın soğan tayaları zibilliyə tökülüb. Bunlar böyük zəhmətlə becərilən məhsuldur. Bir dəfə millət vəkillərindən kimsə demişdi ki, köçkünlər soğan əksinlər… Biz də ona dəstək verib soğan əkdik, sonra iki В«KamAZВ» soğanı çürüdüb Qarqara tökdük. Çünki alıcı olmadı. Bəlkə də alıcı var, amma buralara gəlib çıxmır, özümüz isə bu biabırçı yollarla Bakıya apara bilmirik. Amma yaxınlıqda tədarük məntəqəsi olsa, əvvəllərdən bilərik ki, alıcımız olacaq, biz də arxayın işimizi görərik.
***
Onu da öyrəndik ki, bu ərazilərdə bağçılıqla da məşğul olanlar var. Amma yolsuzluq və tədarürk məntəqələrinin olmaması səbəbindən bağbanlar məhsullarını bazara çıxara bilmirlər. Çürüyüb gedir, Bakı bazarları isə qiymət sarıdan od tutub yanır. Təbii ki, tədarük məntəqələri olarsa, təbii şəraitdə yetişdirilmiş bütün növ kənd təsərrüfatı məhsulları paytaxt bazarlarında qiymətlərin aşağı olmasına böyük təsir edər. Amma bu işlə nə Kənd Təsərrüfatı Nazirliyi məşğul olur, nə də digər dövlət qurumları.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” adlı cəmiyyət var, amma rayonlarda nə tədarük var, nə də təzhizat…

Ergi qəsəbəsinə gedərkən bizə yolun pis vəziyyətdə olduğunu dedilər. Qarqar çayına çatarkən Ağcabədinin Muğanlı kəndində bir taksi saxlatdırıb 2 km yola 6 manat verməli olduq… Və yol boyu zibil kimi atılmış maşın-maşın soğan kisələrini görəndə ürəyimiz ağrıdı. Axı dövlətdən bir manat belə pul almayan köçkün fermerlər niyə yiyəsizlik üzündən bu qədər ziyana düşməlidirlər? Bunu kimsə desəydi, deyərdik ki, yəqin nazir Heydər Əsədovla şəxsi intriqası var. Amma bunları öz gözlərimizlə gördük. Və fotokameranın yaddaşına köçürdük…
***
Bəli, Prezident İlham Əliyev ötən il tarixi bir sərəncama imza atıb. “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı yuxarıda bəhs etdiyimiz və indi həsrətlə Sovet dövründən xatırladığımız tədarük məntəqələri barədə xatirələrimizi təzələməyə böyük tutalqadır. Prezidentin sərəncamından məlum olur ki, bu Cəmiyyət В«Kənd təsərrüfatı məhsullarının istehsalını və (və ya) emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək məqsədi ilə…» yaradılıb. Və beləliklə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Ərzaq məhsullarının tədarükü və təchizati” ASC yaradılır.
Sən demə, Cəmiyyətin əsas məqsədi ərzaq məhsullarının istehsalçılarından və satıcılarından belə məhsulları almaq və tədarük edərək satınalan təşkilatlara təqdim etməkdir... Yadda saxlayın, В«Almaq və tədarük etmək!
ASC-nin yaradılmasından bəri düz bir il bir ay vaxt ötür, amma fermerlər, daha doğrusu, kənd əhalisi becərdikləri məhsulları alan və ya tədarük edəni hələki görmürlər. Bəs “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin funksiyalarını həyata keçirən rəhbərlik Prezident cərəncamının icrasını necə yerinə yetirə bilir?

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC sədrinin bir illik hesabatı gözə görünməzdir…

Ötən ilin sentyabrında Prezident İlham Əliyev Əbülfət Novruz oğlu Qocayevin “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzaladı. Cənab Ə.Qocayevin indiyədək hansı işlərlə məşğul olduğunu bilmirik, amma onu bilirik ki, şəxsən özümüzün bu günlərdə bölgələrdə olarkən söhbət etdiyimiz fermerlərin söhbətlərindən fəaliyyətsizliyin şahidi olduq. Təsəvvür edin, Ə.Qocayev ötən ilin sentyabrında ASC-yə sədr təyin olunub, sentyabr-oktyabr və noyabr aylarında isə fermerlər payızlıq məhsullarını toplayıblar, amma satıcı tapılmayıb… Min bir zəhmət və xərc hesabına hasilə gələn məhsul çürüyüb əldən gedir, yüz tonlarla məhsul təkcə Ergi qəsəbə ərazisində, Ağcabədinin Hüsulu kəndinin çöllərində, Qarqar çayı sahillərində tayalanıb göz dağına çevrilib.

Sədr müavinin yalanı çöllərdə fakt olaraq qalır…

Amma “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC İH sədr müavini Xaliq Məmmədov Gəncədə keçirilən müşavirədə görün nə deyir: “Səhmdar cəmiyyət bu gün dövlətimizin başçısının da qeyd etdiyi kimi, kənd təsərrüfatı məhsulları istehsalçılarından istehsal etdikləri məhsulların elə tarlada alınıb daxili və xarici bazarlara satılması üçün davamlı fəaliyyət mexanizmi üzərində iş aparır”.
Bəs görəsən bu iş hələ də başa çatmayıb ki?! Axı, Prezident sərəncamında da bildirilir ki, fermerlərlə əvvəlcədən müqavilə bağlanılmalıdır ki, onlar məhsullarının alıcı problemi ilə deyil, keyfiyyəti ilə məşğul olsunlar.
Bu hələ harasıdır, elə həmin müşavirədə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC İH sədr müavini Elşən Əsədov isə fermerləri iqtisadi aktivliyə çağıraraq görün nə deyir: “Gəncə ətrafı rayonların fermerlərinin bütün məhsullarının alınmasına dövlət zəmanəti veririk… Bölgənin aktiv fermerlərini Cəmiyyətlə əməkdaşlığa, arxasında dövlət zəmanəti dayanan müqavilələrin imzalanmasına dəvət edirik”.
Yadımıza istəkli millət vəkili Aqil Abbasın inşil Ağcabədidə məcburi köçkünlərin məşğulluq problemindən danışarkən səmimiyyətlə onları bölgələrdə ənənəvi əkinçilik məhsulu olan soğan əkməyə dəvət etməsi düşür… Və sonradan xeyli adam bankdan kredit götürüb soğan əkmişdi. Amma il başa çatıb məhsul yığılanda alıcı tapılmadı, bəzi işbazlar xırda sahibkarların bazara yolunu bağladılar və onları ağır ziyana saldılar, məhsul çürüyüb məhv oldu.
İndi qorxulu olan budur ki, cənab Elşən Əsədovun bu çağırışına qoşulan fermerləri, görəsən, həmin o ziyan gözləmir ki?! Axı, təkrar edirəm, tədarük problemi ilə bağlı Ağcabədi və Ergi qəsəbəsi ərazisində rastlaşdığımız faktlar nikbin olmağa əsas vermədi. Halbuki, təkcə bu il aqrar sahəyə ümumilikdə Dövlət büdcəsindən 820 milyon manat vəsait ayrılıb. Dövlət hər cürə dəstək verir, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin rəhbərliyinin fəaliyəti isə tamam başqa nəticələrdən xəbər verir.

Rəsmi mətbuat isə yalan tirajlayır…

Binəva fermerin zəhməti və dövlətin malı necə bərbad edilir

Ən pisi odur ki, rəsmi mətbuat dolaşıq məlumatlar yayır. Məsələn, AzərTAC-ın belə bir məqaləsinə rast gəldim. Sitat: В«Kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq məqsədilə atılan ən vacib addımlardan biri Prezident İlham Əliyevin 2016-cı il 11 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasıdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək məqsədi ilə yaradılan Cəmiyyət ötən dövrdə uğurlu nəticələrə nail olubВ».
Maraqlıdır, bölgələrdən gələn, problemi yerindəcə görən biz, uğurlu nəticələrdən bəhs edən isə başqalarıdır… Və bununla demək istəmirik ki, tədarük və emal sahəsində hansısa irəliləyiş yoxdur. Ola bilsin var… Ortada Prezident sərəncamı varsa, deməli, bu dövlətin maraq çərçivəsindədir, illah da ki, bu məsələ ölkənin ərzaq təhlükəsizliyinin bel sütunudursa! Çünki biz ilk növbədə kənd təsərrüfatı məhsulları ilə daxili təlabatımızı ödəyə biləriksə, xarici asılılıqdan, özü də geni dəyişdirilmiş, süni yetişdirilmiş ərzaqlar asılılığından xilas olarıq. Bu asılılıq isə Əbülfəz Qocayevin sədri olduğu “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin real fəaliyyətindən asılıdır. Bəs bu asılılıq nə dərəcədə həll edilməkdədir?
İndi diqqəti çəkən bir məsələ də var ki, ASC fermerlərə istehsal edəcəkləri kənd təsərrüfatı məhsulları üçün əvvəlcədən avans da verir. Və AzərTAC-ın 2016-cı ilin mayın 2-də yaydığı məqaləsindən məlum olur ki, kiçik istehsalçılar üzrə 3 min manata, orta ölçülü istehsalçılar üzrə 50 min manata və böyük ölçülü istehsalçılar üzrə 250 min manata qədər avans verilə bilər. Hətta artıq Ağcabədi, Ağdam, Ağdaş, Bərdə, Cəlilabad, Yevlax, Qax, Zərdab, Neftçala, Saatlı, İmişli və Zaqataladan olan fermerlər bu vəsait hesabına idxalı əvəzləyən məhsullar yetişdirəcəklər…
Olsun! Amma şəffaflıq təmin olunmaq şərti ilə. Çünki hələ ötən il Prezident İlham Əliyev NK-nın illik müşavirəsində nazir Heydər Əsədova və müşavirə iştirakçılarına açıq şəkildə bildirdi ki, kənd təsərrüfatına ayrılan subsidiyaları basıb yeyən məmurlar var… Prezident onların bəzilərinin həmin müşavirədə iştirak etdiklərini də dedi.
Bu şübhələr gərək ki olmasın. Amma söhbət etdiyimiz və adının çəkilməsini istəməyən mənbə bildirdi ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC Bakıda Lökbatan qəsəbəsində, В«Meyvəli bazarВ»ın yanında yerləşir. В«Bu bazara öz məhsulunu gətirənlərlə əlaqəyə girib ASC-nin avansı əvvəlcədən ödənilmiş məhsulun tədarükü kimi sənədləşmə aparılması barədə məlumatlar var… Çünki yerlərdə əvvəlcədən belə bir təadarük müqaviləsi bağlamış fermerə hələki rast gələn yoxdur…».
Reakt fakt və yalan məlumat…
Bu da AzərTAC-ın məlumatındandır: В«Fermerlərin satış problemi həll olunurВ» yarımbaşlıqlı məqalədə deyilir: «…Ötən təsərrüfat ilində respublikamızın bir sıra rayonlarında əmtəəlik soğan tələbatdan çox istehsal olunduğundan fermerlərin məhsulu satmasında çətinlik yaranmışdı. “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC soğan istehsalçılarını ziyana düşməkdən qorumaq üçün ərzaqla təchiz etdiyi 1865 müəssisənin bu məhsula olan tələbatını fermerlərdən tədarük edib. Fermer və torpaq mülkiyyətçilərinin istehsal etdiyi soğanın qalan hissəsinin isə xarici ölkə bazarlarına ixracı təşkil olunub. Ağdam, Ağcabədi və Bərdə rayonlarından 1500 ton soğan tədarük edilərək Rusiya bazarlarına göndərilibВ».
İnanan daşa, üzr istəyirik, çürümüş maşın-maşın soğana dönsün…
-Bəs aşağıda təqdim etdiyimiz fotolardakı külli miqdarda çürüdülüb zibilliyə tökülmüş bu soğan tayalarını kimin ayağına yazaq?
-Niyə bu soğanı becərən fermerlərin məhsulu bu günə salınıb?
-Bölgələrdə yun və meyvə tədarükü ilə niyə məşğul olan yoxdur?
-Niyə ət tədarükünü hansısa fırıldaqçılar etməlidir???
(Davamı var)
В«TəzadlarВ»ın Araşdırma Qrupu


Binəva fermerin zəhməti və dövlətin malı necə bərbad edilir









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əmrullayevin əmrindəki 20 MİLYARD: Bunun hesabı sorulmalıdır... - "Bu nə deməkdir?"
Bu gün, 14:51
BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb - FOTO
Bu gün, 14:42
Separatizmlə mübarizədə çox vacib addım - MƏQALƏ
Bu gün, 14:40
Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri - İsrafil Kərimovun yazısı
Bu gün, 14:38
Miri Yusifi bir də belə görün - FOTO
Bu gün, 14:36
Son 15 ildə SOCAR-da 31,5 min nəfər ixtisara düşüb - TƏFƏRRÜAT
Bu gün, 13:03
İrəvandan Ağrı dağı ilə bağlı açıqlama
Bu gün, 13:00
Valideynlər direktora qarşı: DAVA AÇILDI... - QALMAQAL
Bu gün, 12:58
Yağışlı hava davam edəcək... - belə deyirlər...
Bu gün, 12:52
Nazirliyin tabeliyindəki qurumun 8,7 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 12:50
“Qarabağda yaşayan ermənilər potensial təhlükədir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:44
“Vüsal 300” məhkəmə zalına BELƏ gətirildi - VİDEO
Bu gün, 12:41
Çarəsizlikdən doğan ironiya – erməni və rus mediası Azərbaycana qarşı sarkazm savaşı aparır
Bu gün, 12:33
Qobuda SİRLİ TORPAQ... - BU NƏDİ BELƏ?
Bu gün, 12:29
“Problemin kökündə Elm və Təhsil Nazirliyi durur, aşağı saatlar bazara çıxarılmamalıdır” - ŞƏRH
Bu gün, 12:19
Britaniya və Azərbaycanın strateji tərəfdaşlığı təsdiqləndi: bu, ölkələrə nə verəcək? - AKTUAL
Bu gün, 12:16
"Azərbaycanda dövlət qurumlarının adı var, işi yoxdur” - ETİRAZ
Bu gün, 12:14
“Bu maaşa onu almaq olur ki?” - məktəb bazarlığının bahalığından şikayətləndi
Bu gün, 12:12
“Onsuz da xalq Ceyhun Əsgərovun vəziyyətini əvvəldən bilirdi, paylaşımlar bir növ reklamımız oldu” - Reabilistasiya mərkəzinin rəhbəri
Bu gün, 12:09
Məhəmməd Mirzəliyə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 12:05
Məni “satqın” adlandırsalar da, bunu deməliyəm... - Paşinyan
Bu gün, 12:01
“Qala Sığorta” səhmdarını gizlədir - İcazə verin, şübhələnək...
Bu gün, 11:59
Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Bu gün, 11:55
Təkliflər şərtlər uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ - DETALLAR
Bu gün, 11:54
Avtomobillər üçün vergi güzəşti – Dövlət Proqramında nə yazılıb?
Bu gün, 11:51
“Zəlimxan Yaqub mənə dedi ki, nahaq səfir olmusan”
Bu gün, 11:48
Putindən Kadırova QADAĞA
Bu gün, 11:45
Fərid Qayıbov yola salınır: Görün yerinə kim gəlir - FOTO
Bu gün, 11:43
Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın yeni görüntüləri yayıldı: "boyevik" imiş - “Yatmış agent” versiyası
Bu gün, 11:38
Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: - Otağa girəndə küvəzdən alov qalxdığını gördüm
Bu gün, 11:34
Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb - Paşinyan
Bu gün, 11:31
Pomidor oğurlamağa getdilər - Diqqət çəkməmək üçün “166 yükdaşıma”dan istifadə etdilər
Bu gün, 11:11
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir - DİQQƏT...
Bu gün, 11:07
Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi - Sakinlər dövlət qurumlarından və Leyla xanımdan kömək gözləyir...
Bu gün, 11:02
“Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz...” - Ceyhun Əsgərov
Bu gün, 10:54
Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır - QİYMƏT
Bu gün, 10:52
"Buna ər dayanar?"
Bu gün, 10:46
O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır... - BURASI NAXÇIVANDIR...
Bu gün, 10:38
Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir - GƏLİŞMƏ
Bu gün, 10:28
Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? - Video
Bu gün, 10:24
Türkiyənin də nüvə silahı olacaq - Poqosyan
Bu gün, 10:18
Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib
Bu gün, 10:14
Məhkəmə iş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı qərarı LƏĞV ETDİ
Bu gün, 10:05
Məhkəmə 204 minlik dələduzluq edən “hüquq müdafiəçisi” ilə bağlı qərar çıxardı - DETALLAR
Bu gün, 10:04
İranın özbəöz türk Prezidenti... - TƏFƏRRÜAT
Bu gün, 10:01
“Allah kəssin, belə yaxşılığınızı…” - ETİRAZ
Bu gün, 09:58
Qalmaqallı qohumları yenidən həbs edildi - İSA ƏZİZOV BU DƏFƏ "SEE BREEZE"DƏ DAVA SALIB
Bu gün, 09:51
Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə 1,87 milyon ayrılıb
Bu gün, 09:43
İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır
Bu gün, 09:36
"Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb - "DowDetector"
Bu gün, 09:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru