Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                 

Bütün dövlət məmurlarına, özəl qurumlara dəfələrlə xəbərdarlıq etmişəm ki, ağaclar kəsilməməlidir - Prezident İlham Əliyev
Tarix: 15-07-2017, 13:34 | Çap et
Bütün dövlət məmurlarına, özəl qurumlara dəfələrlə xəbərdarlıq etmişəm ki, ağaclar kəsilməməlidir
Bütün dövlət məmurlarına, özəl qurumlara dəfələrlə xəbərdarlıq etmişəm ki, ağaclar kəsilməməlidir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın Yasamal rayonunun Mətbuat prospektində yeni salınan parkda yaradılan şəraitlə tanışlıqdan sonra Bakı Dövlət Universitetinin professor və müəllim heyəti üçün tikilən binanın və ətrafdakı evlərin sakinləri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: "Bu gün şəhərimizdə yeni park açılır. Bu, gözəl hadisədir və burada yaşayan insanlar üçün gözəl hədiyyədir. Son illər ərzində Bakı şəhərində bir çox parklar, ictimai yerlər, istirahət guşələri yaradılmışdır. İndi Bakı parklar, bağlar şəhəridir. Həm şəhərin mərkəzində, həm də digər ərazilərdə yeni ictimai yerlər yaradılır.

Bu parkın da xüsusi tarixçəsi var. Bu ərazidə heç vaxt park olmamışdır. Bu ərazidə bir çox hündürmərtəbəli binanın tikintisi nəzərdə tutulurdu. Əfsuslar olsun ki, bu işləri görən insanlar buradakı ağacları da kəsmişdilər. Mən bütün dövlət məmurlarına, özəl qurumlara dəfələrlə xəbərdarlıq etmişəm ki, ağaclar kəsilməməlidir, ağacları kəsmək olmaz. Ancaq bir şərtlə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəy versin və əgər hansısa dövlət əhəmiyyətli bir layihə üçün ağaclar götürülməlidirsə, onların yeri dəyişdirilməli və yeni ağaclar əkilməlidir. Ona görə mən bu məsələdən xəbər tutan kimi dərhal göstəriş verdim, şəhər icra hakimiyyətinin başçısını buraya göndərdim və nəticədə belə gözəl bir ictimai yer yaradılıb".

İlham Əliyev bildirib ki, yeni park bu binalarda yaşayan vətəndaşlar üçün istirahət yeridir: "Əlbəttə ki, burada hündürmərtəbəli böyük binalar tikilsəydi, bu, ətrafda yaşayan insanlar üçün də problem yaradardı. Ona görə şəhərimizin bu ərazisində yeni park salınıb və hesab edirəm ki, bu, çox əlamətdar hadisədir. Bir daha demək istəyirəm, bu parkın xüsusi tarixçəsi vardır və bütün qurumlara da, şirkətlərə də, iş adamlarına da dərs olacaq ki, ağacı kəsirsənsə cəzan cərimə ilə bitməyəcək.

Qaldı ki, şəhərimizin abadlaşmasına, görülən bütün işlər göz qabağındadır. Mən bir daha qeyd etmək istəyirəm ki, indi Bakı gözəl parklar şəhərinə çevrilibdir. Bizim mövcud parklarımızın demək olar ki, hamısı son illər ərzində əsaslı şəkildə bərpa edilib, yeni istirahət zonaları yaradılıb. Bizim ən böyük parkımız dənizkənarı bulvardır, uzunluğu 3 kilometrdən 16 kilometrə çatdırılıb. Burada indi idman, incəsənət şəhərcikləri, ictimai yerlər yaradılıb. Diqqətçəkən digər layihələr arasında Heydər Əliyev Sarayının arxasındakı yeri də qeyd edərdim. Orada gözəl park yaradılıb. Dövlət Dram Teatrının arxasında yeni park salınır. “Sovetski” adlanan ərazidə həm yol infrastrukturu, həm ictimai yerlər, gözəl yaşıllıqlar salınacaqdır. İndi işlər o qədər sürətlə gedir ki, bəzən əvvəlki görüntülər yaddan çıxır. Misal üçün, siz yaxşı xatırlayırsınız ki, aeroportun ətrafında yarmarka var idi. Bu səliqəsiz antisanitariya mərkəzinin mənzərəsi hamımızı incidirdi. O yarmarka başqa əraziyə köçürülüb, yerində meşəlik salınıb. İndi o yerdən keçəndə bəziləri unudur ki, burada əvvəllər mənzərə necə idi".

Prezident əlavə edib ki, Böyükşor gölünün bir hissəsi təmizlənib, onun ətrafı abadlaşdırılıb, 1 kilometr uzunluğunda yeni bulvar salınıb: "Bibiheybət ərazisində indi gözəl park salınır. Yəni, görülən bütün bu işlər bir daha onu göstərir ki, vətəndaşların rahat istirahəti üçün şəhərimizdə çox böyük tədbirlər görülür. Yeni parkların salınması baxımından hesab edirəm ki, Bakı şəhəri bu gün dünyada birinci yerdədir. Bunu siz də yaxşı bilirsiniz, şəhərimizin digər vətəndaşları da görürlər, əgər harada söküntü gedirsə o yerdə mütləq ictimai guşələr, parklar yaradılır, yeni geniş yollar salınır ki, tıxaclar azalsın. Növbəti böyük park Yusif Səfərov küçəsində salınır, ümid edirəm ki, yaxın aylarda istifadəyə veriləcək. Onun yanında olan park artıq fəaliyyətdədir, Heydər Əliyev Sarayının ətrafında böyük park indi xidmət göstərir, gənclər, uşaqlar hər həftə orada müxtəlif tədbirlər keçirirlər. Bakı Konqres Mərkəzinin ətrafında yeni park salınıb. Keçmiş Səttarxan adına zavodun ərazisi olan bu yer ekoloji fəlakət zonası idi. Balaxanı zibilxanası təmizləndi, orada abadlıq işləri aparıldı, şəhərimizin vətəndaşlarına problem yaradan tüstünün qarşısı alındı. Ona görə mən bu sahəyə xüsusi diqqət yetirirəm. Çünki istəyirəm ki, Bakı daha da gözəlləşsin və şəhərimizin ekoloji vəziyyəti daha da yaxşılaşsın. Biz artıq buna nail ola bilmişik. Havanın, suyun keyfiyyəti yaxşılaşıb. Bu, insan sağlamlığı üçün əsas amillərdir.

Bilirəm ki, bu binalarda ziyalılar, alimlər yaşayır. Sizin üçün burada gözəl park salınıb ki, ailələrinizlə birlikdə istirahət edəsiniz. Bu münasibətlə sizi - burada yaşayan vətəndaşları təbrik edirəm".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru