İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                 

"Köhnə küçələrdə heç iki maşın yan-yana gedə bilmir" - FOTOLAR
Tarix: 19-12-2017, 10:57 | Çap et
"Köhnə küçələrdə heç iki maşın yan-yana gedə bilmir"
Bakının Binə qəsəbəsinin Xəqani küçəsinin sakinləri su sarıdan əziyyət çəkirlər. Sakinlər redaksiyamıza müraciət edərək bildiriblər ki, ərazidə içməyə su yoxdur, eyni zamanda yağış yağanda da yollarda suyun əlindən tərpənə bilmirlər.

Ərazidə olduğumuz zaman doğrudan da bu təzadlı halın şahidi olduq. Ərazidə yaşayanlar içməli suyu ya pul verib su maşını ilə gətirdirlər, ya da 400 manat verib, quyu qazdırırlar. Ancaq buna baxmayaraq, qış boyu da qapılarının ağzına kimi yağış suları ilə dolu olur. Bu isə ərazidə kanalizasiya sisteminin olmaması ilə bağlıdır.

Binənin təkcə adıçəkilən küçəsində deyil, bir neçə daxili küçələrində olduq. Müşahidə etdik ki, heç bir küçənin üzərində adı yazılmayıb. İnsanlar bu əraziləri ya hansısa dövlət idarəsi (məsələn, Xəqani küçəsinə daha çox ATS deyirlər), ya da uzun müddətdir orada yaşayan sakinin evi ilə istiqamətləndirirlər.

Sakinlərin sözlərinə görə, 200 minə yaxın əhalisi olan qəsəbə günbəgün genişlənir, torpaqlar alınıb, evlər tikilir. Ancaq problemlər öz həllini tapmır. Rəsmi məlumatlarda isə bildirilir ki, Binədə 55-60 min əhali yaşayır.

Sakinlər bildirirlər ki, ərazi başdan-başa problem içərisindədir. Sakin Ağabala Kərimov söylədi ki, köhnə ərazilərdə, ümumiyyətlə, asfalt örtüyü olmayıb və olması da gözlənilmir: “Köhnə küçələrdə heç iki maşın yan-yana gedə bilmir. Bu ayrı problemdir. Ancaq məsələ burasındadır ki, qəsəbənin içərisində heç yerdə normal asfalt örtüyü yoxdur. Hələ bir az yağış yağıb, küçələrdən su əlindən keçmək olmur. Siz bir də bura qar yağandan sonra gəlin. Bir də görürsən küçə başdan-başa suyun içərisində qalır. Bundan başqa, insanlar da var ki, həyətlərindən suyu çəkib, küçəyə vururlar. Başqa yolları da yoxdur. Burada içməli su da yoxdur. Üç-dörd qonşu yığışıb, quyu qazdırırlar. Bir quyu 400 manata başa gəlir. Ancaq elə hər qazılan yerdən də su çıxmır. Məsələn, bu ərazilərdə yağış yağanda biz heç quyu suyunu da içə bilmirik. Yay aylarında isə bir başqa zülm çəkirik. İndi palçıq olan yerlər, yayda da toz-torpaq olur. Çarəsizlikdən camaat gəlib burada yaşayır. Çünki torpaqlar digər yerlərlə müqayisədə ucuzdur. Ucuz deyəndə, indi heç normal yerdə torpaq da tapmaq olmur. Hamısı alınıb, tikilib, satılıb. Əsas yola yaxın ”Sovxoz" deyilən əraziyə gedən küçənin ətrafında torpağın sotu 4-5 minədir. Bəzi yerlərdə hətta 6 minə satan da var. İçəri tərəflərdə isə 1000 manata da torpaq taparsan. Ancaq ora da gedib çıxmaq çətin məsələdir".

Sakinlər bildirdilər ki, su çəkilməsə də heç olmasa kanalizasiya problemləri həll olunarsa, işləri bir qədər yüngülləşər.

Digər sakinlərlə söhbətimiz zamanı onlar daha bir problemi qeyd etdilər. Bildirdilər ki, qəsəbənin içərilərinə işləyən bir dənə də avtobus yoxdur:

“Camaat məcburdur ki, əsas yolda düşüb, piyada bu palçığın, suyun içərisi ilə yol gəlsinlər. Uşaqlar məktəbə gedəndə özləri ilə iki ayaqqabı götürürlər. Elə biz özümüz də ayağımıza sellofan keçirib, elə gəzirik. Şəhərə gedəndə adama baxırlar ki, bunlar haradan, hansı ucqar rayondan gəliblər görən. Daha bilmirlər ki, Binə elə ən ucqar yer kimidir”, deyə sakinlər bildirdilər.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Yeni Müsavat”a bildirdi ki, gələn ildən problemin həlli istiqamətində işlər görüləcək: “Məlumat üçün bildirim ki, hazırda Binədə 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xətti üzrə mikroavtobuslar fəaliyyət göstərir. Ümumilikdə isə gələn il bütün qəsəbədaxili xətlərin işinin yenidən təşkili və tələblərə uyğun nəqliyyat vasitələri ilə təşkili istiqamətində konkret addımlar atılacaq”.

Məsələ ilə bağlı “Azərsu” ASC ilə də əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən “Yeni Müsavat”a bildirildi ki, ölkə başçısının bu ilin avqust ayında imzaladığı Bakı şəhəri Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamı var. Bundan əlavə, qeyd olunub ki, artıq master plana əsasən Binə qəsəbəsində işlər görülüb. Belə ki, bu qəsəbədə 38 kilometr su xətti çəkilib. Nəticədə 9800 insan ilk dəfə su ilə təmin olunub. Eyni zamanda bundan əlavə də 3 min nəfərin su təchizatı yaxşılaşıb. Bildirilib ki, layihələr dövlət tərəfindən vəsait ayrıldıqca, mərhələli şəkildə həyata keçirilir.
\\musavat.com\\

"Köhnə küçələrdə heç iki maşın yan-yana gedə bilmir"
"Köhnə küçələrdə heç iki maşın yan-yana gedə bilmir"
"Köhnə küçələrdə heç iki maşın yan-yana gedə bilmir"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Dünən, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Dünən, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Dünən, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Dünən, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Dünən, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru