Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                 

"Xalq birmənalı olaraq Prezident İlham Əliyevi dəstəkləyir"
Tarix: 23-12-2017, 15:16 | Çap et
"Xalq birmənalı olaraq Prezident İlham Əliyevi dəstəkləyir"
Xəbər verildiyi kimi, “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı ölkədəki mövcud ictimai-siyasi durumun qiymətləndirilməsi, seçici fəallığı, əhalinin baş verən proseslərə münasibətinin müəyyənləşdirilməsi məqsədi ilə rəy sorğusu keçirmişdir. Sorğunun nəticələrinə görə, respondentlərin 92,8 faizi Azərbaycanda ictimai-siyasi vəziyyəti sabit kimi qiymətləndirib. Prezident İlham Əliyevin xarici siyasətini dəstəkləyən respondentlər isə 91,4 faiz təşkil edib. Dövlət başçısının daxili siyasətini dəstəkləyən respondentlər 84,7 faiz olub. Rəy sorğusunun nəticələri barədə Milli Məclisin deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru Çingiz Qənizadənin fikirlərini öyrəndik. O dedi:

– Mən “ELS-Müstəqil Araşdırmalar Mərkəzi”nin rəy sorğusu ilə tanışam. Necə deyərlər, görünən dağa nə bələdçi? Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Regionda hər hansı bir layihə həyata keçirilən zaman Azərbaycanın rəyi öyrənilirsə, bizimlə məsləhətləşmələr aparılırsa, deməli, respublikamız sayılıb-seçilən dövlətlərdəndir.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərə nəzər yetirdikdə bir daha şahidi oluruq ki, iqtisadi, siyasi və mədəni sahələrdəki uğurlarımızın sayı-hesabı yoxdur. Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində qəbul edilən dövlət proqramları, qanunvericilik aktları və həyata keçirilən tədbirlər dünyanın heç bir ölkəsində yoxdur. Artıq respublikamızda hər il bayramlar ərəfəsində əfv sərəncamlarının imzalanmasına adət etmişik. Ənənə halını alan bu xeyirxah missiya hər il minlərlə ailəyə ikiqat bayram sevinci bəxş edir. Bunların hamısı təbii ki, dövlətimizin başçısının demokratik proseslərə, insan hüquq və azadlıqlarının müdafiəsinə və əhalinin həyat tərzinin yaxşılaşdırılmasına verdiyi yüksək önəmin bariz nümunəsidir.

Rəy sorğusundan söhbət düşmüşkən qeyd edim ki, beynəlxalq təşkilatların da keçirdikləri rəy sorğularında Prezident İlham Əliyev müdrik dövlət başçısı, dünyada “Ən xeyirxah lider” kimi qəbul edilir. Bu ilin yayında Gürcüstan əhalisi arasında keçirilən rəy sorğusunun nəticələrini xatırlatmaq istərdim. Həmin sorğunun nəticələrinə görə, Azərbaycan Prezidenti İlham Əliyev dünyada “Ən xeyirxah lider” seçilib. Respondentlərə “Siz necə fikirləşirsiniz, dünya liderləri sırasında kim ən xeyirxah siyasətçidir” – sualı təqdim olunub. Rəy sorğusunun nəticələrinə görə, Azərbaycan Prezidenti İlham Əliyev ən xeyirxah lider seçilib. Onu da qeyd etmək vacibdir ki, xeyirxah liderlər sırasında Prezidentimizdən sonra ABŞ Prezidenti Donald Tramp ikinci, Ukrayna Prezidenti Pyotr Poroşenko üçüncü yerdə qərarlaşıb. Xatırladaq ki, Angela Merkel, Emmanuel Makron, Rəcəb Tayyib Ərdoğan və Tereza Meyin də adları ən xeyirxah liderlər siyahısında yer alıb.

Bu cür sorğuların mütəmadi olaraq keçirilməsi yerlərdə gedən prosesləri müşahidə etmək, onları qiymətləndirmək və dəyişiklik meyillərini müəyyənləşdirməklə proqnozların verilməsi və təkliflərin yaranmasına imkan verir. Hesab edirəm ki, Azərbaycanda belə sorğuların keçirilməsi zamanı respondentlərə “Gələn həftə prezident seçkiləri keçiriləcəyi halda kimə səs verərdiniz”– sualını verməyə ehtiyac yoxdur. Çünki xalq birmənalı olaraq Prezident İlham Əliyevi dəstəkləyir, onun ətrafında sıx birləşib və alternativ namizəd görmür. Bunu rəy sorğusunun nəticələri də təsdiqləyir. Fikir verin, rəyi soruşulanların 85,2 faizi yenidən Prezident İlham Əliyevə səs verəcəyini bildirb.

Sorğunun nəticələrinə görə, respondentlərin 92,8 faizi Azərbaycanda ictimai-siyasi vəziyyəti sabit kimi qiymətləndirib. Prezident İlham Əliyevin xarici siyasətini dəstəkləyən respondentlər isə 91,4 faiz təşkil edib. Dövlət başçısının daxili siyasətini isə respondentlərin 84,7 faizi dəstəkləyib. Mən deyərdim ki, bu göstəricilər hələ azdır. Çünki hər bir kəs istəyir ki, yaşadığı ölkədə ictimai-siyasi sabitlik davamlı olsun, qarşıdurmalar olmasın. Özlərini demokratik ölkə kimi təqdim edən əksər dövlətlərdə hər gün qarşıdurmalar, icazəsiz mitinqlər, aksiyalar keçirilir. Yerli hakimiyyət isə həmin aksiyaları gözyaşardıcı qazla, çirkli sularla, rezin güllələrlə, polis dəyənəkləri, atlar və itlərlə dağıdır. Bizim ölkəmizdə isə mitinq və aksiyalar keçirmək üçün şəhərin mərkəzində müvafiq yerlər ayrılıb. Hətta aksiya iştirakçılarının təhlükəsizliyi hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən qorunur. Təbii ki, insanlara belə şərait yaradan dövlət başçısı növbəti illərdə də xalqın böyük etimadını qazanmalıdır.

Rəyi soruşulanlara Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin qiymətləndirilməsi də təklif olunub. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti qiymətləndirənlərin 91,4 faizi bu siyasəti dəstəklədiyini bildirib. “Dövlətimizin başçısının həyata keçirdiyi daxili siyasəti dəstəkləyirsinizmi” sualına respondentlərin 84,7 faizi “bəli” cavabını verib. Bu da təbiidir. Son illər Azərbaycanın səsi dünyanın ən yüksək tribunalarından eşidilir. Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirmələri də təsadüfi deyil. Bu, ölkəmizdə ictimai-siyasi sabitliyin davamlı olmasını təsdiqləyən təkzibolunmaz faktdır.

Daxili siyasətə gəlincə isə, yeni iş yerlərinin açılması, qeyri-neft sektorunun inkişafı, regionlarda yeni istehsal və sənaye müəssiələrinin yaradılması, strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına əlverişli şəraitin yaradılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar, maaşların, pensiyaların yüksəldilməsi, həmçinin ordu quruculuğuna xüsusi önəm verilməsi xalqın ürəyincədir. Bütün bunlardan sonra növbəti prezident seçkilərində seçicilərin dövlətimizin başçısı cənab İlham Əliyevə alternativ namizəd görməməsi təbiidir.

("Xalq" qəzeti)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Dünən, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Dünən, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Dünən, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Dünən, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Dünən, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Dünən, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Dünən, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Dünən, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Dünən, 08:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru