Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                 

Fazil Məmmədovun "Antiterror Mərkəzi"nin sahibkarlara tikdiyi "ibtidai torba"lar... - İTTİHAM
Tarix: 27-12-2017, 09:41 | Çap et
Fazil Məmmədovun "Antiterror Mərkəzi"nin sahibkarlara tikdiyi "ibtidai torba"lar...

Fazil Məmmədov yatsa yuxusuna da gəlməzdi ki, günlərin bir günü mətbuat ulduzuna çevriləcək, qələm əhli vəzifədən qovulmuş keçmiş nazirin qabırğasına, vergiödəyiciləri qarasına döşəyəcək. Əlbəttə, bir zamanlar da Fazil Məmmədov mətbuat ulduzu idi. Amma aşsüzənə çevirdiyi Vergi Məcəllləsində edilən əndrabadi dəyişikliklərə, struktur islahatları adı altında Vergilər Nazirliyi aparatını ildə bir dəfə domino daşı kimi qarışdırıb yenidən düzdüyünə, sayına görə "Ginnesin Rekordlar Kitabı"na iddia edəcək müşavirlik institutu yaratdığına görə mətbuat vaxtaşırı ondan bəhs edirdi. İndi isə hamı Fazil Məmmədovun şakərindən, komandasının yarpaq tökümündəın bəhs edir, bir neçə günün içərisində barəsində bir kitablıq lətifə düzülüb-qoşulub...

Amma təbii ki, dekabrın 21-də Moderator.az-da “Əlibaba və 40 quldur nağılının 21-ci əsr versiyası” başlıqlı məqalədə iddia edildiyi kimi indi müşahidə etdiyimiz “yarpaq tökümü” hələ ilkin mərhələdədir və biz irəlidə nəinki Fazil Məmmədovun əkdiyi“vergi” adlı o qorxunc ağacın yarpaqlarının töküldüyünü, hətta budandığının da şahidi olacağıq. Niyəsini aşağı-yuxarı hamı bilir, vergi ödəyən də, ödəməyən də. Çünki bu ölkədə bir çox vergiyığan son zamanlar gerçəkdən Eldar Mahmudovun MTN Antitetrror Mərkəzindəki başkəsənlərdən heç nə ilə fərqlənmirdi. Məhz bu reketsayağı davranışların ucbatından ölkədəki sahibkarlılq mühiti elə bir acınacaqlı hala gətirilib çıxarıldı ki, soyulan, başına min oyun açılan iş adamlarının fəryadı gedib dövlət başçısına çıxdı və müşavirələrin birində prezident İlham Əliyev açıq mətnlə Vergilər Nazirliyi rəhbərliyini korrupsiya cinayətlərində ittiham edərək onların əməllərinin vətənə xəyanətlə bərabər tutulduğunu bildirdi. Amma ən ali səviyyədə xəbərdarlığa baxmayaraq vergi dəyirmanı öz işində idi və arada çox günahsız başlar getdi, çox evlər yıxıldı, çox iş adamı talanaraq çeşidli vergi cinayətlərində ittiham edildi...

Yeri gəlmişkən, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti adlı vahim bir qurum var. Adı ibtidai araşdırılma olsa da zaman-zaman burada minlərlə iş adamlarının başına ibtidaidən tutmuş aliyədək elə oyun açılıb ki, səs-sorağı ölkəyə yayılıb. Həmin quruma da rəsmi-qeyri-rəsmi rəhbərlik edənlər də Fazil Məmmədovun qohum-qəbiləsi olub. İndi “Titanik”in batdığını görüb onun komandası yavaş-yavaş batmaqda olan gəmidən “asta qaçan namərddi” məntiqiylə sivişib aradan çıxmaq istəyir. Amma iş adamlarının ahı yerdə qalmayacaq və çox böyük ehtimalla yaxın zamanlarda minlərlə sahibkar Vergilər Nazirliyinin rəhbər şəxsləri haqqında prokurorluq orqanlarında zərərçəkmiş kimi tanınacaq, Fazil Məmmədov və onun “40 quldur”u taladıqları milyardların hesabını verəcəklər. Bunu bizə daxil olan informasiyalara əsaslanaraq əminliklə iddia edə bilərik...

Biz ötən yazımızda qeyd etmişdik ki, Fazil Məmmədovun komandası dedikdə ilk öncə gözlərimiz önündə keçmiş nazirin ən yaxın adamları olan Habil Məmmədovun və İlqar Əhmədovun məsum baxışları canlanır. Çünki məhz bu iki şəxs digərlərindən fərqli olaraq sahibkarlarla birbaşa təmasda olublar və onları ibtidaidən aliyədək əməlli-başlı incitməyi bacarıblar. Yeri gəlmişkən, həmin yazı ictimaiyyətə təqdim olunduqdan sonra Moderator.az-a bir neçə sahibkardan müxtəlif siqnallar gəlməyə başlayıb və xüsusən də İlqar Əhmədovun çoxşaxəli vergi macəraları haqqında ilginc informasiyalar daxil olub. Həmin şəxslər israrımıza baxmayaraq hələ suların qismən durulmasını və Fazil Məmmədovun komandası haqqında hüquqi müstəvidə araşdırma başlanılacağı günü səbrsizliklə gözlədiklərini, yalnız kələfin ucu çözülməyə başlandıqdan sonra irəli duracaqlarını bildirblər. Onlar sahibkarların necə dolaşdırıldığını, bank hesablarına necə həbs qoyulduğunu, şantaj edilərək var-yoxlarının əllərindən alındığını danışıblar və əllərində tutarlı faktların olduğunu deyiblər. Onların iddiasına görə əvvəllər də vergi orqanları ilə çeşidli problemlər yaşayıblar, amma müxtəlif yollarla vergiyığıanlarla "dil tapmaq" mümkün olurmuş. Son iki devalvasiya isə vergi müfəttişlərinin üzünü elə döndərib ki, onlar keçmiş "salam-əleyk"i unudaraq heç bir halda kompromisə getməyiblər və əksinə, dövlətə veriləcək vergidən xeyli artıq vergini tələb ediblər, bəzi məqamlarda isə nəinki tələb ediblər, zorla onların əlindən alıblar. Xəracyığanlar bu zaman məhz özlərinə yaxın olan bankların xidmətindən yararlanlıblar və məhz Fazil Məmmədovun nəzarətində olan “Atabank” bütün bu “dolanbac vergidaxilolmaları”na “ata”lıq edib. "Günaybank" və "Muğanbank" da bu zaman xeyli canfəşanlıq edərək nəinki kitabı bağlanan digər bankların aqibətini yaşamaqdan qurtulublar, hətta xeyli qabağa düşməyi bacarıblar. Sahibkarlar and-aman edir ki, ölkədəki sahibkarlıq mühitinə sarsıdıcı zərbə vuran “30 min manatlıq” nağdlaşdırma limiti, yəni bankdan bir dəfəyə 30 min manatdan artıq vəsaitin çıxarılmasına Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Vergilər Nazirliyinin birgə ideyası olan qadağaının tətbiq edilməsinə baxmayaraq məhz keçmiş nazirin sevimli müşavirlərindən olan İlqar Əhmədov kimi Fazil Məmmədova yaxın olan bir çox səlahiyyət sahibinin göstərişi nəticəsində istədikləri zaman istənilən məbləğdə vəsaiti nağdlaşdıraraq özününkiləşdiriblər. Daha doğrusu, bu zaman onlar sahibkarlığın qəbirqazanı olan inhisarçılıq kartını işə salaraq özlərinə yaxın olan şirkətlər üçün bank qapılarını taybatay açdıqları halda digər şirkətləri 30 min manatlıq limitdə boğublar.

Yeri gəlmişkən, həmin 30 minlik məhdudiyyətin sahibkarlığa ciddi zərər verdiyini Milli Məclisdə deputatlar açıq şəkildə dilə gətirmişdilər və spiker Oqtay Əsədov da iclasda iştirak edən Rüfət Aslanlını buna görə məzəmmət edərək məsələyə yenidən baxılmasını təklif etmişdi. Amma o göstəriş qulaqardına vuruldu, nəticədə vəziyyət dözülməz həddə gəlib çatdı.

Baş verənlər onu iddia etməyə əsas verir ki, təhsil naziri kürsüsündəki 4 illik fəaliyyəti dönəmində ölkədə islahatçı və rüşəvətə bulaşmamış nazir imici qazanmış Mikayıl Cabbarov yola salmaqda olduğumuz 2017-ci ildə kimsənin bayram ovqatını təlx etmək istəməsə də yeni ilin ilk ayından fazil Məmmədovun nazirlıikdəki şəbəkəsini darmadağın edəcək, bundan sonra isə sahibkarlara divan tutulmasının təşkilatçılarını da, icraçılarını da məhşər ayağıan çəkəcək. Bu zaman ölkə baş verənlərin miqyasını görmüş olacaq. Əgər sahibkarla qarşı gerçək səlib yürüşü təşkil etmiş səlahiyyət sahibləri haqq etdikləri cəzaları almasalar, vergi orqanlarının itirilmiş imicini yaxın gələcəkdə bərpa etmək mümkünsüz olacaq...

Mövzunu diqqətdə saxlayacağıq və növbəti yazılarımızda oxucuları əldə etdiyimiz maraqlı faktlarla tanış edəcəyik...
\\moderator.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Dünən, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Dünən, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Dünən, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Dünən, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Dünən, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Dünən, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Dünən, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Dünən, 09:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru