Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                 

Qalmaqala düşən "Drakon" faktları açıqladı və... - Prezidentə müraciət etdi
Tarix: 6-02-2018, 11:55 | Çap et
Qalmaqala düşən "Drakon" faktları açıqladı və...
Azərbaycanın tanınmış aktyoru, sevimli "Drakon" obrazının oyunçusu Rza Rzayev prezident İlham Əliyevə müraciət edib. AFN 220 saylı məktəbdə baş verən neqativ olaylarla bağlı müraciəti olduğu kimi təqdim edir:

Bəlkə də nə vaxtsa belə mətn yazacağımı heç vaxt təsəvvürümə gətirməzdim. Bu sətirləri yazdıqca qələm əlimdə ən ağır yükə çevrilir. Məcburiyyət qarşısında qalıb belə gərgin iş rejimində, vaxt azlığında sizə müraciət edirik, sizin vaxtınızı alırıq, bu bizi çox incitsə də, başqa yol qoymadılar, buna görə üzrlü sayın. 90-cı ildən bu tərəfə dövlət üçün hər zaman öndə olmuşam, tanıyanlar tərəfindən və mətbuat səhifələrində qatı ƏLİYEVÇİ kimi təqdim olunmuşam. Nəzərinizə çatdırım ki, bir müddət dövlət məmuru kimi çalışmışam, sonra öz istəyim və xahişimlə işdən azad olunmuşam. Yəni heç vaxt vəzifə tutmaq iddiam olmayıb. Sonra rejissorluq təhsili almışam - rejissorluq edirəm və çox məmnunam işimdən. Sizi narahat etmə səbəbim tam başqadır.
Ailə üzvlərimizin ən yaxınlarından biri 220 nömrəli məktəbdə 9 ilə yaxındır ki, ibtidai siniflər üzrə direktor müavini vəzifəsində çalışır, neçə illərdir işini ləyaqətlə yerinə yetirir, kollektivin sevimlisidir, bu illər ərzində məktəbdə dövlətçiliyin əleyhinə təbliğat aparanlara qarşı mübarizə aparıb. Bu da bir çoxlarının marağı ilə üst-üstə düşməyib. Son bir ildə yenə də məktəbdə dövlət əleyhinə aparılan təbliğatın üstünü açıb, etirazını bildirib. (X adlı milli mənşəyi bilinməyən ədəbiyyat müəlliməsi: - “20 yanvar qırğınını yaxşı ediblər, onlar niyə küçəyə çıxırdılar ki, onları da qırsınlar. Sarı Gəlin ermənilərin mahnısıdır” – müəllimə şagirdlərə dərsdə bunları təbliğ edirmiş və burada yaza bilmədiyim başqa məsələləri) həmin müəllimə yuxarı siniflər üzrə direktor müavini olan Aybəniz Mirzəliyeva tərəfindən iclasda dəstəklənsə də, dövlət orqanlarına keçmiş direktor tərəfindən bu barədə məlumat veriləndən sonra həmin müəllimə işdən uzaqlaşdırılıb. Aybəniz Mirzəliyeva əxlaqsız davranışları və mənəviyyatsız hərəkətləri ilə məktəbdə ad çıxarmış birisidir, məktəbdə işləyən siyasi və milli mənşəyi bəlli olmayan bir neçə müəllimlə "xüsusi", yaşına və başına yaraşmayan hərəkətlərlə ad çıxarıb, (bu adamların siyasi və milli mənşəyi dövlət orqanları tərəfindən yoxlansa, onların neçə illərdir apardıqları təbliğat üzə çıxar və təsdiqini tapar) dövlətçilik əleyhinə təbliğat aparanları dəstəkləyib, əxlaqsız hərəkətlərinə dözməyən bir neçə müəllimə tərəfindən hətta döyülüb də. Şagirdlər zarafatla stolların üstünə Aybəniz + X yazırlar (bugün keçirilən iclasda onun böhtançı ittihamlarına qarşı yuxarıda söylədiyim əməlləri fakt ilə üzünə deyilib və susdurulub) Və 6 ay öncə 220 saylı məktəbin direktoru işdən çıxarılıb, yerinə əvəzedici kimi Tural Mirzəliyev təyin olunub. Yeni direktor əvəzedicisi heç bir idarəetmə qabiliyyətinə malik olmayan, adi etik qaydaları və danışıq qaydalarını bilməyən 35-37 yaşlı birisidir (deyilənə görə Fetoçudur - əməllərindən də görünən budur) və orta məktəbdə əsas qadın müəllimlərin çalışdığını nəzərə alsaq, onun qüsurlu danışığı və hərəkətləri ciddi problemlər yaratmağa başlayıb. Məsələn, direktor əvəzi qadın müəllimələri tək-tək otağına çağırır, stolu çəkib müəllimələr ilə üz-üzə oturur, məktəbə aidiyyatı olmayan suallar verir: məsələn – “Sən adının mənasını bilirsən? Bilmirsən, mən deyim”, sonra kompüterə girib adın mənasına baxıb, “Sənin adının mənası – gözündən atəş, od yağan deməkdir”. Və yaxud başqa birilərini çağırıb yenə mətləbə dəxli olmayan suallar verir – “fılan şeyə münasibətiniz necədir?” (burada yaza bilməyəcəyim məzmunda) Müəllimələr direktor əvəzedicisinin hərəkətlərindən direktor müavini çalışan yaxın ailə üzvümüzə şikayət ediblər və deyiblər bir də direktor əvəzedicisi onları çağırsa, onun otağına getməyəcəklər. O da direktor əvəzedicisinə “Belə olmaz, cavan qadınlardır, etik davranışlara riayət etmək lazımdır, sizin kimə iş ilə bağlı sözünüz varsa mənim vasitəmlə deyə bilərsiniz” – deyib. Sonra direktor əvəzedicisi direktor müavininə hazırlıq pulu yığmaq tapşırığını verib, o da bunun qanunsuz olduğunu deyib, yığmayıb, başqa birinə tapşırıb, özü ilə yeni gətirdiyi və təsərrüfat müdiri təyin etdiyi Gülşən adlı xanıma - (əslində hazırlıq pulları üçün valideynlər ilə müqavilə bağlanmalı və məktəbin hesabına keçirilməlidir, bunlar pulu nəqd qaydada yığırlar, pullar guya məktəbə xərclənir, müəllimələrin öz imzaları ilə nə qədər pul verdiklərinin siyahısı var, valideynlərin içində isə təbliğat aparır ki, “Mənim restoranım və moykam var, oradan gələn gəlirin bir hissəsini məktəbə xərcləyirəm”. (Əslində görkəmi və əməlləri direktor əvəzedicisindən daha çox, moyka işlədənə oxşayır)
Gülbəniz adlı psixoloq isə öz işi ilə məşğul olmaq əvəzinə məktəbəqədər hazırlıq kursuna gələn uşaqlara dərs keçir və direktor əvəzinin tapşırığı ilə adam başına 40 manatdan pul yığır, əslində bu kurs pulsuzdur.
Bunları etmədiyinə görə, Tural Mirzəliyev keçmişdəki, yəni siyasi və milli mənşəyi bilinməyən (əslində bilirik) xüsusi vaxtlarda dövlətçiliyin əleyhinə çıxan yuxarı siniflər üzrə direktor müavini Aybəniz Mirzəliyeva (bu zatın qardaşı 210 saylı məktəbin keçmiş direktoru olub, rüşvət üstündə işdən çıxarılıb) ilə birləşib – təxribatçı hərəkətlər edirlər, onların sözünə baxmayan, hərəkətlərini təqdir etməyən ibtidai siniflər üzrə direktor müavinini cəzalandırmaq fikrinə düşüblər.
İbtidai siniflərin korpusu ayrıdır. Gah “Niyə gətirib sizin korpusda elan paylayıblar?” bəhanələr gətirirlər, (yuxarı siniflər üçün korpusda da paylanır və qapıçı yad adamları içəri buraxmasın, əgər icazəsizdirsə) əslində buna direktor əvəzi özü icazə verib və bu gün də bəzi şirkətlər dərsi pozaraq bu işlərini davam etdirirlər. Direktor əvəzedicisinə dedikdə, tədbir görmək əvəzinə deyir ki, bunları Bakı Şəhər Təhsil İdarəsindən tapşırıblar. Sonra ibtidai sinif uşaqlarının bilik səviyyəsini yoxlamaq üçün monitorinq keçiriblər, cavabları yenə Aybəniz və dəstəsi yoxlayıb, göstərici aşağı olub, valideynlər və müəllimlər narazılıq ediblər, qiymətləndirmə ilə razılaşmayıblar. Müəllimələr testləri alıb yenidən özləri yoxlayıblar – təkrar yoxlamanın nəticəsindən bəlli olub ki, bilərək 50 faiz şagirdin cavabları səhv dəyərləndirilib, testin cavabları aşağı qiymətləndirilib. Fakt qarşısında qalandan sonra, monitorinqin cavablarını direktor əvəzedicisi ləğv edib. Və sonra yaxın ailə üzvümüz olan direktor müavinini direktor əvəzedicisi yanına çağırıb deyib – “Mən deyənləri etmirsən, müəllimlərini müdafiə edirsən, səni işdən çıxarıram, yerinə X adlı müəlliməni təyin edirəm” (X adlı müəllimə məktəbdə neçə illərdir ki, pul sələmə verir, bir neçə müəllim sələmi qaytara bilmədiyi üçün evini satıb). İbtidai siniflərin Müəllimə Kollektivi bu addımdan narazı qalıblar və etiraz ərizəsi yazıblar, sonra direktor əvəzedicisi deyib, “İşdən çıxarmıram, işini dəyişirəm” və heç bir səbəb göstərmədən. Məsələni araşdırmaq üçün özüm şəxsən direktor əvəzedicisi Tural Mirzəliyevin yanında oldum. Deyirəm – “İnsanların heç də hamısı anasının-bacısının yanında olmur, ətraf, cəmiyyət onları qorumalıdır, sən hələ məktəb direktorunu əvəz edirsən, bu nə hərəkətlər və danışıq tərzidir”. Cavabında deyir - “Mən filoloqam, necə istəyirəm danışa bilərəm”. Biz tərəfdən istənilən cavabını aldı. Başa saldıq ki, “Filoloq kimi evində anan və bacınla danış, bura məktəbdir, sən də məktəb direktorunu əvəz edirsən. Burada özünü filoloq kimi yox, məktəb direktorunu əvəz edən şəxs kimi aparmalısan”.
Yanvar ayının 31-də iclas keçirilib, direktor əvəzedicisinin tapşırığı ilə Aybəniz və dəstəsi işlənmiş reseptlər ilə şantaja keçiblər və dəqiq cavabla susdurulublar, əməlləri üzlərinə deyilib, daha danışmayıblar. Etiraz edən müəllimlərə təzyiqlər olub, Gülşən adlı köməkçisi, yəni Turalın pul yığanı bir-bir sinifləri gəzib, deyib – “Biz deyənə kim etiraz etsə, işdən çıxarılacaq, bu Bakı Şəhər Təhsil İdarəsinin tapşırığıdır” və s.
Tural Mirzəliyev və Aybəniz Mirzəliyevanın soyadları eynidir, qohum olub-olmadıqlarını bilmirəm, amma eyni təbiətli olduqları ortadadır. Amma, bunlar bir şeyi unudublar, ümummilli liderimiz Heydər Əliyevin qurduğu dövlətdə haqq əvvəl-axır öz yerini tapır və tapacaq. Dünyada gedən gərgin proseslərin fonunda, cəmiyyətimizin həssas dönəmində belə əxlaqsız, düşünülməmiş hərəkətlər hər an dövlətçiliyimiz üçün təhlükə yaradır və bir fərdin qüsurlu bir hərəkəti bütün hakimiyyətin ifadəsi kimi başa düşülür.
Cənab Prezident, bu məsələ təcili öz haqlı həllini tapmasa, daha böyük faciələrə gətirib çıxara bilər. Belə danışığın, hərəkətlərin fərdi cavabına! Sizdən xahişimiz budur ki, bu məsələnin qərəzsiz, tərəf tutulmadan yoxlanıb ciddi tədbir görülməsi üçün əmr və tapşırıq verəsiniz. Bu məsələ haqlı həllini tapmasa, “Bütün qatı ƏLİYEVÇİLƏRİN sonu budur!” – kəlməsini eşitməmək üçün – Azərbaycan vətəndaşlığından imtina edəcəyəm.

Rejissor, aktyor, yazar Rza Rzayev

Qalmaqala düşən "Drakon" faktları açıqladı və...
Qalmaqala düşən "Drakon" faktları açıqladı və...
Qalmaqala düşən "Drakon" faktları açıqladı və...











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Dünən, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Dünən, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Dünən, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Dünən, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Dünən, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Dünən, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Dünən, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Dünən, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Dünən, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Dünən, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Dünən, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Dünən, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Dünən, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Dünən, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Dünən, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Dünən, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru