Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                 

Şirkət əməkdaşlarının 80%-nin şirkətə borcu var - İTTİHAM
Tarix: 1-03-2018, 09:48 | Çap et
Şirkət əməkdaşlarının 80%-nin şirkətə borcu var
DİA.AZ ”musavat”a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində “Koroğlu” MMC-nin işçisi Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi sona çatmaq üzrədir. Cinayət işinə hakim Mahmud Ağalarovun sədrliyi ilə baxılır. Rauf Əliyev şirkətin 120 min manata yaxın pulunu mənimsəməkdə ittiham olunur. Redaksiyamıza müraciət edən Rauf Əliyevin nümayəndəsi Samir Zeynalov bildirib ki, müvəkkili ətrafında baş verənlər şirkət daxilində yeyintilərin olmasını üzə çıxarandan sonra cərəyan etməyə başlayıb.

4 il əvvəl 2013В­cü ildə “Koroğlu” MMC-nin direktoru Tahir Əliyevin idarəetmə sisteminə etiraz olaraq şirkətdə tutduğu yüksək vəzifədən imtina edərək ayrılıb. Bundan sonra Tahir Əliyev dəfələrlə onu şirkətə qaytarmaq istəyib. R.Əliyev rəsmi olaraq əmək kitabçasına qeyd olunmaqla 01.02.2013-cü il tarixdə işdən ayrılıb. Buna baxmayaraq o gündən sonra hələ də onun adına şirkətdən qənnadı məmulatlarının müstəqil istiqamətdə çıxışı həyata keçirilib. Şirkətə yenidən qayıtdıqdan sonra bu məsələni aydınlaşdırandan sonra etirazını bildirib. Məlum olub ki, işdən uzaqlaşdığı müddət ərzində adına qeyri-qanuni olaraq 134 min 471 manat həddində mal buraxılıb. Həmin vəsaitin 25 min manatı naməlum formada mənimsənilib.

R.Əliyev apardığı araşdırma zamanı müəyyən edib ki, şirkət daxilində 93 min 184 manat 81 qəpik kəsir var. Bu haqda hesabat hazırlayıb Tahir Əliyevə təqdim edib. Tahir əliyev isə deyib ki, belə bir kəsrin mövcud olması qeyri-mümkündür. R.Əliyev isə aşkar etdiyi maliyyə kəsiri üzrə audit işinin iştirakı ilə təşkli olunmasını təklif edib. O qərəzli şəklidə razı olmayıb. Belə bir işin kəsrin yaranmasında hüquqi subyektlər olan “Az. RETAİL”, və “Azəri Retail” şirkətlərləri ilə “Koroğlu” şirkəti arasında iqtisadi münasibətlərə, həmçinin şirkətin ictimai nüfuzuna zərər vuracağını bildirib. Bundan sonra R.Əliyev işdən çıxmaq üçün müraciət edib. Tahir Əliyev isə onu təhdid etməyə başlayıb. Bundan sonra kəsrin Rauf əliyevin bağlanılması məqsədi ilə özəl audit şirkəti tərəfindən Rauf Əliyevin iştirakı təmin olmadan Tahir Əliyevin təşəbbüsü ilə qondarma audit işi həyata keçirilib. Nəticədə Rauf Əliyevin adına şirkətlər arası iqtisadi-maliyyə münasibətlərinə dair 124 min manat dəyərində maliyyə kəsiri qeyd edilib. Bundan sonra isə birmənalı olaraq həmin vəsaitin Rauf Əliyev tərəfindən mənimsənilməsi iddia olunub.

R.Əliyevin nümayəndəsi bildirib ki, “Koroğlu” şirkəti ilə uzun müddət ərzində iqtisadi münasibətlərdə olan “Az.Retail və Azəri Retail” şirkətləri ona istehlak mallarının alışı üzrə 1 milyon 200 min manat ödədiyini iddia etsə də, bu ödənişi rəsmiləşdirdiyinə dair heç bir maliyyə məxaric ordeninin audit işi üzrə təqdimatına təşəbbüs göstərilməyib. Çünki real olaraq Rauf Əliyev istehlak mallarının satışı üzrə 1 milyon 31 min manat vəsaitə şahiddir.

Həmin vəsaiti çalışdığı “Koroğlu”şirkətinin büdcəsinə daxil etməsinə dair mədaxil sənədlər mövcuddur. Bu səbəbdən dolayı mühasibatlıq işinə uyğun olaraq adı çəkilən şirkətlər məxaric ordenlərini təqdim edə bilmir. Çünki qeyd edilən 1 milyon 31 min manat xaricində heç bir alış-satış prosesionun fəaliyyəti daxilində gerçəkləşməyib. Bu fakt Rauf əliyevə qarşı irəli sürülən iddianın absurdluğunu təsdiq edir. Nümayəndə bildirib ki, “Koroğlu” MMC-nin qanunsuzluqlarına şərait yaradan şəxs hazırda Bakı Şəhər prokurorunun köməkçisi olan Azad Fətullayevdir. Bu şəxs MMC-nin Hüquq şöbəsinin müdiri Emin Babaşovun qohumudur. Qohumluq əlaqələrindən istifadə edərək qondarma cinayət işi başlanıb və hazırda həmin qondarma cinayət işi üzrə məhkəmə prosesi keçirilir. 24 cilddən ibarət işdə Rauf Əliyevin suçlu olmasını təsdiqləyən sübut yoxdur və əsasən kserokopiya olunmuş kağız parçaları sübut kimi təqdim olunur. Faktiki isə həmin kağız parçaları şirkətin külli miqdarda vergidən yayınmasını ortalığa çıxarır. Nümayəndə bildirib ki, Vergilər Nazirliyi “Koroğlu” şirkətində yoxlama aparsa, vergidən külli miqdarda vəsaitlərin yayındırılması faktlarını üzə çıxara bilər. Nümayəndə bildirib ki, Rauf Əliyev “Koroğlu” şirkətinin qondarma ittihamları ilə məhkəmə qarşısına çıxarılan ilk işçisi deyil. 2012-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində “Koroğlu” MMC-nin əməkdaşı Salaməli Allahverdiyevin cinyət işi üzrə proses keçirilib. Salaməli Allahverdiyev uzun müddət Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham edilərək həbs olunmuşdu. O, çalışdığı şirkətdən külli miqdarda pul mənimsəməkdə təqsirli bilinirdi. Təqsirləndirilən şəxs “Koroğlu”MMC-nin direktoru Tahir Əliyevin şikayəti əsasında həbs edilmişdi. Məhkəmə araşdırması ilə ittihamların qondarma olduğu təsdiqlənmişdi və Salaməli Allahverdiyev barəsində bəraətverici əsaslarla hökm çıxarılmışdı.

Nümayəndə bildirib ki, şirkətdə bu günə qədər işçilərə qarşı baş verən qanunsuzluqlardan dolayı 6 işçinin intihar etməsi xəbərinin olduğunu deyib. Bildirib ki, həmin şəxslərdən 2-si haqda məlumat var.

Nümayəndə deyib ki, şirkətin idarəetmə sistemi belədir.

İstifadə müddətinə 15 gün qalmış məhsullar DOM planı (Diqqətdə olan mallar) adı altında Ticarət nümayəndələri vasitəsi ilə marketlərə satdırılır. 15 gün sonra avtomatik olaraq həmin mallar zay məhsul kimi marketlərdən geri qaytarılır. Bu zaman qaytarılan malların məbləğinin 90%-i nisbətində Ticarət nümayəndəsinin hesabına cərimələr yazılır. Bununla da Ticarət nümayəndələri faktiki şirkətə borclanmış olurlar. Şirkət rəhbərliyi isə bundan istifadə edərək Ticarət nümayəndələrinə istədiyi satış şərtini diktə etməyə başlayır. Faktiki olaraq şirkət əməkdaşlarının 80%-nin şirkətə borcu mövcuddur. Bununla da işçilərin həyatı məhv olur. Buna dözüm gətirə bilməyənlər isə hətta intihara belə əl atırlar.

1992-ci ildən fəaliyyət göstərən “Koroğlu” MMC şirkəti bu günə qədər fəaliyyətinin böyük hissəsini qara mühasibatlıq üzərində quraraq , satış prosesində printerlə çap etdiyi qeyri-rəsmi qaimə-fakturalardan istifadə etməkdə davam edir. Şirkətdə printerlə çap etdiyi qeyri-rəsmi qaimə fakturalardakı məhsul qiymətləri ilə rəsmi bəyannamələrdəki qiymətlər arasında 150-200 % nisbətində fərqlər mövcuddur. Bununla da təsdiq edilmiş dövlət qanunlarından irəli gələn vəzifə və öhdəlikləri kobudcasına pozaraq, real satış dövriyyəsini gizlədərək, dövlətə tam vergisini ödəməkdən boyun qaçırdır.

“Koroğlu” şirkəti daxilində hüquq şöbəsi adı altında Emin Babaşovun rəhbərliyi ilə xüsusi istintaq şöbəsi yaradıb. Burada cərimələr əsasında şirkətə borclu halına düşmüş işçilər hədə-qorxu, təzyiqlərlə həmin borcu öz boyunlarına götürməsi ilə bağlı izahat yazmaları tələb olunur. Həmin izahatlar əsasında isə daha sonra onlara cinayət işləri açılacağı ilə işçilər şantaj olunmağa başlayırlar. Şirkət satış nöqtələrindən qaytarılan istifadə müddəti bitmiş məhsullara şirkət ərazisində xüsusi gizli anbarlarda yenidən qablaşdırılaraq, üzərilərinə printerdən çap edilmiş yeni tarixli etiketlər vurularaq yeni məhsul adı altında yenidən satışa göndərilir. Həmin gizli anbarlar haqda ətraflı məlumatı təqdim edə bilərik. “Koroğlu” MMC-nin apardığı qanunsuzluqlara, özbaşınalıq hərəkətlərinə dözməyərək, intihar etmiş işçilərin də adlarını təqdim edirik:

1.İsmayıllı rayonu Aşağıbaş kənd sakini, 1990-cı il təvəllüdlü Tofiq Adıgözəlov ( İntihar tarixi 14.05.2014)

2.Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Xəyyam Vüsal oğlu Nağıyev (İntihar tarixi 05.12.2011)



Hazırda “Koroğlu” MMC onlarla gəncə qarşı eyni özbaşınalıq, hədə-qorxu, təhdidlə zay məhsullara görə şirkətə borclu olmaqlarını sübuta yetirmək üçün izahat yazdırmağa davam etdirir. İzahat yazdırdıqları şəxslərə qarşı Sabunçu rayon Məhkəməsində və Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsində cinayət işi açdıracağı ilə hədələyərək, onların şirkətdə uzun müddət işləyərək, hesablarına yazılmış borcları ödəməyə məcbur edirlər. Həmin şəxslərdən əlaqə yarada bildiklərimiz bu barədə izahatlarını müvafiq dövlət qurumlarına təqdim edə bilərlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Dünən, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Dünən, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Dünən, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Dünən, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Dünən, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Dünən, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Dünən, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Dünən, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Dünən, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Dünən, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Dünən, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Dünən, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Dünən, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Dünən, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Dünən, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Dünən, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru