Moskva və Bakı birgə fəaliyyət üçün istiqamətləri müəyyən ediblər .....                     Putin və Zelenskinin yaxın vaxtlarda görüşü nəzərdə tutulmur .....                     Fərhad Əhmədovun Azərbaycandakı mülklərinə həbs qoyuldu .....                     Paris Bakıya “yumşalma siqnalı” GÖNDƏRDİ .....                     Müğənniyə sui-qəsd İŞİ: .....                     Terror aktı hazırlamağa cəhddə ittiham olunan erməni iş adamının həbs müddəti uzadılıb .....                     Süleyman Mikayılov Qobustanda qəbul keçirdi .....                     Kərbəlaya gedən zəvvarları aldadıb yarıyolda qoyan şəxs tutuldu .....                     Şərurlu İsfəndiyarın binalarında YOXLAMA? .....                     Azərbaycan nəyə və niyə hazır olmalıdır? .....                     Paşinyan-Ter-Petrosyan davası yenə qızışıb .....                     FTB Con Boltonun evində axtarış aparıb .....                     12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Cavid Səfərov Alay Komandiri təyin olunur? .....                     Əraziyə zəncir vurulub: kim aradan qaldırmalıdır? .....                     Vüqar Qurbanov Vətən müharibəsi iştirakçısına vəzifə verdi .....                     Azərbaycanda internet tam kəsiləcək? .....                     Sahibkar gömrük sisteminin eybəcərliklərini İFŞA ETDİ .....                     “Azərbaycan Dəmir Yolları” törəmə şirkətinə yeni direktor təyin edilib .....                     Azərbaycanda 10-15 manatlıq «mini tenderlər» də keçirilirmiş .....                     Dövlət Mühafizə Xidmətinin hərbçiləri təltif edilib .....                     Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? .....                     “Evlənəcəyim qızı Ramiz Rövşənlə məsləhətləşdim” .....                     Qriqoryan və ABŞ-nin İrəvandakı səfiri .....                     “Azercell” abunəçilərindən hər yolla pul qoparmağa çalışır... .....                     Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək .....                     "SEPAH İranın daxili problemlərini ört-basdır etmək üçün .....                     İcra Hakimiyyətinin vəzifəli şəxsi 8 sutka həbs olundu .....                     İran telekanalı Pezeşkianı ələ saldı .....                     Paşinyan Zəngəzurla bağlı əsl razılaşmanı gizlədir .....                     “Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır .....                     Moskva Paşinyanı küncə sıxdı .....                     Putinin nümayəndəsindən Azərbaycana qarşı təxribat .....                     Mülayim şərq küləyi əsəcək .....                     Qəbələnin başçısının guya BUNDAN XƏBƏRİ YOXDUR? .....                     Ukraynanın taleyi ABŞ-nin masasındadır .....                     Gələcəkdə bu dəhlizdən Azərbaycandan Türkiyəyə qaz xətti çəkilsə... .....                     Dövlət Xidmətinin 8,4 milyon manat vergi borcu var .....                     Bu gün Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə .....                     Tofiq Cəfərli vəzifəsindən azad edildi .....                     Rusiyadakı dairələr ölkəmizi süni “mərmi” böhtanı ilə “vurmaq istəyirlər” .....                 

Azərbaycanda təhsilin ANASINI BELƏ AĞLAR QOYURLAR... - AXI NİYƏ?
Tarix: 30-03-2024, 10:53 | Çap et
Azərbaycanda təhsilin ANASINI BELƏ AĞLAR QOYURLAR...
Günlərdir ki, yerli medianın gündəmini məşğul edən, dillərdə şou-biznes nümayəndələrindən çox adı hallanan şəxslərdən biri də Abşeron - Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevadır.

Əvvəlcə İlhamə Abdullayeva barəsində oxucularımızı qısaca tanış edək. Bu xanımın vəzifəyə gəlməsində "Körpü-Bina tikinti" MMC - nin rəhbəri Xəlil Göyüşovun birbaşa dəstəyi olduğuna dair mətbuatda bir sıra məlumatlar yer alıb.

"DogruXeber.az" bildirir ki, redaksiyamıza etibarlı mənbədən daxil olan məlumatda bildirilir ki, sən demə Xəlil Göyüşov İlhamə Abdullayevanın doğmaca dayısı imiş. Deyəsən, bu qohumlar dövlət müəssisələrini "şəbəkə biznesi" kimi istifadə edirlər. Kimin hansı vəzifəyə təyinat vermək səlahiyyəti varsa, yalnız öz qohumlarının ərizəsinə imza atır. Bir sözlə, Xəlil Göyüşovun "zəhməti boşa getməyib". "Əziyyətini"mi deyək, "xərcini"mi deyək çəkib vəzifəyə gətirdiyi bacıqızı da digər çoxsaylı qohumlarını çəkdi "qanadının altına". Məsələn, Xəlil Göyüşovun qardaşı Xaliq Göyüşovun oğlu, eyni zamanda İlhamə Abdullayevanın doğmaca dayısı oğlu Qədim Göyüşov sözügedən təhsil idarəsində məsləhətçi vəzifəsində çalışır. Hələ üstəlik ona müəyyən imtiyazlar da verilib.

"Məsləhətçi" demişkən, etibarlı mənbənin redaksiyamıza verdiyi daha bir məlumatda isə bir vaxtlar adı Sumqayıt təhsil sektorunda məsləhətçi vəzifəsində gedən Elvin adlı şəxslə bağlıdır. Bildirilir ki, o, "ulya həzrət" İlhamə Abdullayevanın sürücüsü və şəxsi "buyruqçusu" kimi xidmət göstərir. Xanımın doğmaca bacısı - öz işində-gücündə olan iş xanımı, gözəllik salonu sahibəsi Ceyhunə Abdullayevanın adı isə Xırdalan şəhər 5 nömrəli tam orta məktəbdə texniki işçi (laborant) kimi qeyd olunub və dövlətdən maaş alır.

Yeri gəlmişkən, bir zamanlar adı şəhidlərin xatirəsinə hörmətsizlikdə çəkilən, Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbin sabiq direktoru Vəfa Məmmədovanın da xanım Abdullayeva ilə qohum olduğu deyilir. O, Vəfa Məmmədova ki, şəhidlərin xatirəsi sükutla yad ediləndə sıraya durmamışdı.

Yoxsa, şəninə sığdırmamışdı?

Yeri gəlmişkən, bu barədəki məlumatlar "müəmmalı şəkildə" bütün saytlardan silindi (ya da sildirildi). Doğrudur, bu hadisədən sonra cəmiyyət tərəfindən güclü "qınaq atəşinə" tutulan Vəfa xanım "elgözünə" işdən çıxarıldı. Və budur... "qohumundan yarıyan" bu şanslı xanım mənbənin bildirdiyinə görə hazırda Abşeron rayonunun Fatmayi kəndində 9 illik məktəbin direktoru vəzifəsində çalışır. Amma, nə hikmətsə bu barədə internet üzərindən heç bir məlumata rast gəlmədik.

Bundan əlavə, etibarlı mənbənin redaksiyamıza verdiyi dəqiq məlumata görə, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin direktoru Arifə Balakişiyeva da xanım Abdullayevanın yaxın qohumudur.

Bu qədər qohumları "qanadının altına yığan" İlhamə xanımın qohumları üçün etdiyi bu fədakarlıqları xalası nəvəsi - Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin direktoru Arifə Balakişiyeva tərəfindən elə bu yaxınlarda yüksək qiymətləndirilib.

Bu "qohumcanlılığı" onu (vəzifəli) qohumlarının gözündə o, qədər böyüdüb ki, hətta, xalanəvəsi Arifə xanım bu "sevgisini ilahiləşdir"məyi "özünə borc bilib". Belə ki, bu ilin 16 mart tarixində Xırdalan şəhərində Heydər Əliyev parkında keçirilən bayram şənliyində İlhamə xanıma üzərinə rəsmi toxunulmuş xalça hədiyyə edib. Və bu "xüsusi anı əbədiləşdirmək" üçün facebook sosial şəbəkəsində paylaşım da ediblər. Lakin, qısa zaman keçdikdən sonra anlayıblar ki, işin bu qisminin adı "ağ eləməkdir". Odur ki, dərhal həmin paylaşım sosial şəbəkələrdən qaldırılıb.

Bəli, qohumların siyahısı kifayət qədər genişdir. Xızı rayon Təhsil Şöbəsinin müdiri Oktay Abdullayevin də İlhamə Abdullayevanın yaxın qohumu olduğu deyilir. Elə oktay Abdullayevin qızı Gülnar Abdullayeva da təhsil idarəsində işlədiyi halda bu yaxınlara qədər adı Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbində texniki işçi (laborant) kimi qeydiyyatda olub. Məsələnin "üstü açıldıqda" isə yalnız kağız üzərində işçi olan bu xanımın adı işdən çıxarılıb.

Burda deyibləre... "bapbalaca boyu var, dam dolusu toyu var". Bir xanım idarə müdiri nələrə qadir imiş, ilahi...

Sayırıq, siyahı bitmir...

Hələ bu yaxınlarda Quba-Xaçmaz regional Təhsil idarəsinə müdir təyin edilən Coşqun Əliyevin də bu xanımla qohumuq əlaqələrinin olduğu deyilir. Yeri gəlmişkən, heç bir pedaqoji təhsilinin olmadığı halda bir müddət İlhamə Abdullayevanın müavini vəzifəsində çalışan keçmiş nəqliyyat rəisi Coşqun Əliyevin də barəsində təhsil adına layiq olmayan məlumatlar yerli mətbuatda yer alıb. Amma, qeyd edək ki, bir zamanlar parkinglər hesabına "Küçələrdə pul yığan" xoşbəxt Əliyevin "himayədarı" kimi təkcə Abdullayevanın adını çəkməklə, bu müqəddəs ayda Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun "haqqına girmiş oluruq". Axı, vəzifədə yüksəlişi üçün Eldar Əzizovun da Coşqun Əliyevin "boynunda ağır haqqı var".

Bir müddət Bakı meriyasında işləyən atası Vidadi Əliyevin rəhbərləri yanında olan "hörmət bağları" oğlunun hətta, bilik sahəsinə yad olan təhsildə rəhbər vəzifəyə qalxmasında "pilləkən" olub.

Elə təhsil sahəsində təhsilə aidiyyatı olmayan təsadüfi insanların bəzi rəhbər vəzifələrdə çalışmasıdır ki, bu gün Azərbaycan təhsilinin "anası ağlayır".

Mövzunu davam etdirəcəyik və növbəti yayımlarımızda məhz İlhamə Abdullayeva tərəfindən hüquqlarının pozulduğunu, 20 min manata yaxın maddi və mənəvi ziyana uğradıldığını iddia edən 33 ilin müəlliminin müraciətini təqdim edəcəyik.
Bəs Elm və Təhsil Naziri Emin Əmrullayev özü bu narazılıqların harasındadır?

Bu barədə qarşıdakı günlərdə.

Bizi izləyin.

P.S: Qeyd edək ki, idarə telefonlarına cavab verməyən İlhamə Abdullayevanın da mövqeyini öyrənmək üçün etdiyimiz bütün cəhdlərimiz - hətta, məcburiyyət qarşısında facebook sosial şəbəkəsi vasitəsilə əlaqə yaratmaq cəhdimiz nəticəsiz qaldı.

Dərc etdiyimiz məlumatlar barəsində yazıda adı çəkilən bütün şəxslərin də mövqeyini dinləməyə hazırıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskva və Bakı birgə fəaliyyət üçün istiqamətləri müəyyən ediblər - Overçuk
Bu gün, 17:20
Putin və Zelenskinin yaxın vaxtlarda görüşü nəzərdə tutulmur
Bu gün, 17:15
Fərhad Əhmədovun Azərbaycandakı mülklərinə həbs qoyuldu - detallar
Bu gün, 16:52
Paris Bakıya “yumşalma siqnalı” GÖNDƏRDİ – Yeni səfir münasibətləri xilas edə BİLƏCƏK?
Bu gün, 16:50
Müğənniyə sui-qəsd İŞİ: - AST Telmanın mühafizəçisi bəraət qazanır
Bu gün, 16:45
Terror aktı hazırlamağa cəhddə ittiham olunan erməni iş adamının həbs müddəti uzadılıb
Bu gün, 16:37
Süleyman Mikayılov Qobustanda qəbul keçirdi - FOTO
Bu gün, 16:17
Kərbəlaya gedən zəvvarları aldadıb yarıyolda qoyan şəxs tutuldu - TƏFƏRRÜAT
Bu gün, 16:13
Şərurlu İsfəndiyarın binalarında YOXLAMA? - AÇIQLAMA
Bu gün, 16:08
Azərbaycan nəyə və niyə hazır olmalıdır? - AKTUAL
Bu gün, 16:01
Paşinyan-Ter-Petrosyan davası yenə qızışıb
Bu gün, 15:59
FTB Con Boltonun evində axtarış aparıb - “New York Post”
Bu gün, 15:54
12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Cavid Səfərov Alay Komandiri təyin olunur? - İDDİA
Bu gün, 15:49
Əraziyə zəncir vurulub: kim aradan qaldırmalıdır? - İcra başçısı Coşqun Cəbrayılovun nəzərinə...
Bu gün, 15:44
Vüqar Qurbanov Vətən müharibəsi iştirakçısına vəzifə verdi - ƏMR
Bu gün, 15:20
Azərbaycanda internet tam kəsiləcək? - AÇIQLAMA
Bu gün, 15:18
Sahibkar gömrük sisteminin eybəcərliklərini İFŞA ETDİ - Prezidentə MÜRACİƏT
Bu gün, 15:06
“Azərbaycan Dəmir Yolları” törəmə şirkətinə yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59
Azərbaycanda 10-15 manatlıq «mini tenderlər» də keçirilirmiş - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 14:48
Dövlət Mühafizə Xidmətinin hərbçiləri təltif edilib - SİYAHI
Bu gün, 14:39
Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? - "Niyə digər yerlərdən işçi götürür?"
Bu gün, 14:30
“Evlənəcəyim qızı Ramiz Rövşənlə məsləhətləşdim” – Xalq artisti
Bu gün, 14:17
Qriqoryan və ABŞ-nin İrəvandakı səfiri Vaşinqtonda əldə olunmuş razılaşmaları müzakirə ediblər
Bu gün, 14:11
“Azercell” abunəçilərindən hər yolla pul qoparmağa çalışır... - GİLEY
Bu gün, 13:55
Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək
Bu gün, 13:46
"SEPAH İranın daxili problemlərini ört-basdır etmək üçün xaricə təhdidlə diqqət yayındırır"
Bu gün, 13:44
İcra Hakimiyyətinin vəzifəli şəxsi 8 sutka həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:41
İran telekanalı Pezeşkianı ələ saldı - “Sadəlöhv adam”
Bu gün, 13:11
Paşinyan Zəngəzurla bağlı əsl razılaşmanı gizlədir - Zurabyan
Bu gün, 13:05
“Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır
Bu gün, 13:01
Moskva Paşinyanı küncə sıxdı – “Ya Aİİ-dən çıx, ya da sanksiyalara hazır ol”
Bu gün, 12:48
Putinin nümayəndəsindən Azərbaycana qarşı təxribat - NƏ BAŞ VERİR?
Bu gün, 12:31
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21
Qəbələnin başçısının guya BUNDAN XƏBƏRİ YOXDUR? - NARAZILIQ VAR...
Bu gün, 12:20
Ukraynanın taleyi ABŞ-nin masasındadır - ŞƏRH
Bu gün, 12:15
Gələcəkdə bu dəhlizdən Azərbaycandan Türkiyəyə qaz xətti çəkilsə... - İranın qaz ixracatı zərəri böyük olar...
Bu gün, 12:10
Dövlət Xidmətinin 8,4 milyon manat vergi borcu var - DETALLAR
Bu gün, 12:01
Bu gün Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək
Bu gün, 11:57
Tofiq Cəfərli vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:54
Rusiyadakı dairələr ölkəmizi süni “mərmi” böhtanı ilə “vurmaq istəyirlər” - AMMA...
Bu gün, 11:37
"Olmayan məhsulları necə sata bilirsiniz, axı..." - NARAZILIQ VAR...
Bu gün, 11:34
“Bu pulu vermək bizi yandırır” - Şərurlu İsfəndiyar
Bu gün, 11:18
"İran İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycana qarşı təhdidi ilk deyil..." - SON DA OLMAYACAQ...
Bu gün, 11:15
"Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurası yenidən formalaşdırılıb
Bu gün, 11:11
AZAL-ın Müşahidə Şurasının üzvləri dəyişib
Bu gün, 11:09
Rusiya Prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
Bu gün, 11:06
"Əfqanıstan da Pakistan kimi bizim strateji müttəfiqimiz olacaq" - GƏLİŞMƏ
Bu gün, 11:01
Nuranə Babayeva şöbə müdiri təyin olundu - BUNDAN SONRA...
Bu gün, 10:54
Paşinyandan Ter-Petrosyana məsləhət: - sakitləş və dinc həyatdan zövq al
Bu gün, 10:52
Baş nazir millətinə reallıqları çatdırır - ONA GÖRƏ DƏ...
Bu gün, 10:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru