"AMEA-da ən yağlı, yeməli şöbənin mudirisən, yemək əvəzinə, hoqqa çıxarırsan..." .....                     Şəki sakini məhkəmə icraçılarından GİLEYLƏNİR .....                     İlham Əliyev Kəlbəcərdə Rusiyaya hansı mesajları verdi? .....                     Dövlətdən dəstək aldı... BAŞINA OYUN GƏLDİ... .....                     Toylara gətirilən bahalı müğənnilər kimə lazımdır? .....                     İrəvanda hökumət kilsə ilə həlledici savaşa çıxır... .....                     Azərbaycanla Ermənistan arasında sülhü kim istəmir? .....                     İranın mövqeyinin bir adı var: DÜŞMƏNÇİLİK... .....                     Bu qida məhsulları BAHALAŞACAQ... .....                     Xaricdə təhsil alan azərbaycanlı tələbələr Elm və Təhsil Nazirliyindən cavab gözləyir .....                     Vüqar Əsgərov gömrük sistemini qarışdırır .....                     Bülletendə olanların pulu aylardır ödənilmir .....                     Əbülfəz Elçibəyin vəfatından 25 il ötür .....                     Rusiya sürətlə Azərbaycanın düşməninə çevrilir .....                     Gələcəyin sahibləri .....                     İmtahan, yoxsa tələ? .....                     Kərki geri qaytarılarsa, İran daha sərt ritorika ilə çıxış edəcək .....                     "Həmin məhsullar heç kimə satılmayıb, rahat ola bilərsiniz..." .....                     Rusiya imtina etdi, Azərbaycan üçün şans yarandı .....                     ABŞ müttəfiqlərinə Ukrayna danışıqları ilə bağlı kəşfiyyat məlumatlarını açıqlamağı qadağan edib .....                     Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili .....                     Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür .....                     Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini .....                     GİN-dən “zerkalnı” tender: .....                     Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir .....                     YUXU KİMİ HƏYAT... .....                     "Görün, nə qədər qadın bloger va..," .....                     “Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı .....                     Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub .....                     "Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." .....                     Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü .....                     Sabiq məmura cinayət işi açıldı .....                     Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. .....                     Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi .....                     Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər .....                     Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi .....                     Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb .....                     ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU .....                     "Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." .....                     Ermənistan müdafiə nazirinin müşaviri istefa verib .....                 

Birinci Qarabağ müharibəsi veteranının çörəyini kəsiblər - İNDİ NECƏ YAŞASIN...
Tarix: 27-06-2024, 10:33 | Çap et
Birinci Qarabağ müharibəsi veteranının çörəyini kəsiblər
İyulun 17-də Bakı İnzibati Məhkəməsində Birinci Qarabağ müharibəsi veteranı Rəşid İsmiyevin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı, 2007-ci ildən daimi əlilliyin ləğvi üzrə məhkəmə prosesi keçiriləcək.

***

Hekayənin əvvəlinə qayıdaq. İndi çox az adam xatırlayır, amma 90-cı illərin əvvəllərində müharibəyə müharibə deyilmirdi. Bu, Ermənistan-Azərbaycan münaqişəsi idi və həmin hadisələrin bütün iştirakçıları sanki döyüşmürdülər, əksinə, qarşı tərəflə münasibətləri nizamlayırdılar. Bu “xüsusi əməliyyat” zamanı insanlar öldü, yaralandı, əsir oldu, itkin düşdü...

Və o dövrün siyasi strateqləri öz terminologiyasında mükəmməl idilər - mümkün qədər “tolerant”, “az aqressiv”, “qanuni” olmağa çalışırdılar. Bunun nəyə gətirib çıxardığını bilirik.

Hakimiyyətə gələn Heydər Əliyev döyüşləri dayandıra bildi. İlham Əliyev daha da irəli getdi - müharibəni müharibə adlandıraraq, işğal edilmiş torpaqları Azərbaycana qaytardı.

Bəli, hər bir müharibədə olduğu kimi, həm də insan həyatı, şikəst olan talelər hesabına, amma, minimal bir müddətdə - İkinci Qarabağ müharibəsi cəmi 44 gün davam etdi və xeyli az itki verdik. Sonda bütün bunlar möhtəşəm qələbə və 30 ilə yaxın davam edən münaqişədə qəti nöqtə ilə kompensasiya olundu.

***

“Kombat” çağırış adlı Rəşid İsmiyev 1993-cü ildə səfərbərlikdən sonra cəbhəyə gedib. Baş leytenant rütbəsi ilə Qubadlı-Laçın istiqamətində batalyonunun tərkibində döyüşüb. O, iki dəfə yaralanıb, bu barədə hərbi biletində müvafiq qeyd var.

Birinci yara - pulemyot gülləsi ayağını, ikincisi - qəlpə yarası üz-çənə sümüyünü parçalayıb. “Həkimlər məni “yığmaqda” çox çətinlik çəkdilər. Başım sadəcə olaraq bir əzələdən asılı qalmışdı”, - o deyir.

***

Bu gün İkinci Qarabağ müharibəsi veteranlarının üzləşdiyi problemlərdən çox yazılır, danışılır. Bunlar: sosiallaşma, məşğulluq, yaralıların reabilitasiyası, posttravmatik şəraitlə işləyən tibb müəssisələrində psixoloq çatışmazlığı, pensiya və müavinətlərin təyini ilə bağlı bürokratiyadır.

Amma bütün bu çətinliklərə baxmayaraq, 30 il əvvəlki hadisələri xatırlayanlar təsdiq edə bilərlər ki, “münaqişə”də döyüşənlər son hadisələrin iştirakçılarının aldıqları dövlət qayğısından və qəyyumluğundan məhrum olublar. Sənədlərlə o qədər qarışıqlıq var idi ki, çoxları döyüş əməliyyatlarında iştirakını sübut etməli oldular.

Bəziləri isə sadəcə olaraq təslim olub həyatlarına davam etdilər, müharibəni pis bir yuxu kimi unutmağa çalışdılar. Səfərbərlik üçün döyüş bölgəsində olan da, xəsarət alan da, çoxsaylı əməliyyatlardan və reabilitasiyadan keçənlər də oldu, hərbi bilet ala bilməyənlər də.

Ərazisinin 20 faizini itirmiş, bir milyona yaxın qaçqını olan və iqtisadi çətinliklərlə üzləşən bir ölkə, sadəcə olaraq, onun köməyinə ehtiyacı olan bütün qruplara tam diqqət yetirmək iqtidarında deyildi.

***

Hospitaldan sonra yeni əməliyyatlar, uzun reabilitasiya, sonra belə bir vəziyyətdə zəruri olan tibbi müayinə və nəhayət, beş ildən sonra ikinci qrup əlillik hərbi biletə qeyd edildi. Eyni zamanda baş leytenant Rəşid İsmiyevi müayinə edən hərbi həkimlər də yaxşı bilirdilər ki, illər keçdikcə onun səhhəti daha da pisləşəcək.

Bu barədə alman ekspertlər də öz qərarlarında yazıblar. Yeri gəlmişkən, indi veteranların xaricdə əməliyyatları dövlət tərəfindən ödənilir, lakin İsmiyev əməliyyat üçün Almaniyaya uçub və əməliyyatdan sonrakı reabilitasiyanı tamamilə öz vəsaiti hesabına keçirib.

Və artıq 2007-ci ildə ona daimi əlillik təyin edilib. Bundan başqa, Azərbaycan Prezidentinin sərəncamı ilə Rəşid İsmiyevə Birinci Qarabağ müharibəsi veteranı və əlili adı verilib. Bunu onun hərbi bileti də sübut edir.

20 ilə yaxın müddətdə veteran pensiya və əlillik müavinəti alıb. Özü üçün əlavə heç nə istəmyib, işləyib, müharibə veteranlarına dövlət tərəfindən verilən mənzil və maşınlar üçün növbəyə durmayıb.

“Son vaxtlara qədər vəkil işləyirdim, mənzilim var idi. İndi səhhətim pisləşdiyinə görə işləyə bilmirəm və dövlət tərəfindən də hər şeydən məhrum olmuşam”, - deyə qazi bildirir.

Qeyd edək ki, artıq keçmiş baş leytenant sırf əlil arabasında hərəkət edir. Ayağın yarası özünü hiss etdirdi və ciddi bir xəstəliyə - osteomielitə səbəb oldu, yeganə müalicəsi ayağın amputasiyasıdır. İsmiyev şiddətli ağrılardan əziyyət çəkir, əslində dərmanların hesabına yaşayır.

***

İndi biz güclü, hüquqi dövlətik. Belə görünürdü ki, hər iki müharibənin iştirakçıları Prezidentin sərəncamları, Milli Məclisin hazırladığı qanunlar, bir çox qətnamələrlə qorunur. Amma belə çıxır ki, bütün bunları nəzərə almamaq da olarmış.

Ötən ilin sonunda Rəşid İsmiyev Əlillərin Reabilitasiya Mərkəzinə çağırılıb, onun diaqnozu sorğulanıb və bir ay sonra ona bildirilib ki, ayaq xəstəliyinin zədə ilə əlaqəsi yoxdur, ona görə də veteran... əlillikdən məhrum edilib.

Qərar verənlər veteranın əlil arabasından, dövlət başçısının sərəncamlarından, imzaladığı qərarlardan utanmayıblar. Eyni zamanda, Rəşid İsmiyevə əlilliyinin ləğvi ilə bağlı qərar rəsmi verilmir.

“Artıq 6 aydır ki, pensiya və müavinət almıram (ödənişlərin ləğvi ilə bağlı qərar 25 dekabr 2023-cü ildə verilib – müəllif). İndi yenidən müraciət etməli, yoxlamadan keçməli və əlilliyimi bərpa etməliyəm. Mənim vəziyyətimdə bunu necə təsəvvür edirsiniz? Mən heç nəyi təsdiqləmək fikrində deyiləm. Hər hansı bir tibb tələbəsi post-müharibə sindromu haqqında hər şeyi bilir. İstənilən tələbə alınan yaraların və travmaların nəticələrindən danışa bilər. Komissiyada oturanlar isə heç də tələbə deyillər”, - deyə veteran şikayətlənir.

Onu da söyləyir ki, prezident seçkiləri öncəsi gözlənilmədən 400 manat alıb – əlillik müavinətinin məbləği belədir: “Amma indi bu pulu da geri tələb edirlər”.

Bundan əlavə, həmsöhbətimizin sözlərinə görə, ona yeni əlil arabası və ortopedik döşək də söz verilib. Təbii ki, onları almayıb və belə getsə, verilməyəcək də.

Son vaxtlar Rəşid İsmiyevin ətrafında baş verənlərin hamısı absurd teatrına bənzəyir. Əvvəlcə ona təqaüd kimi qələmə verməyə çalışdıqları 80 manat pulu almaqdan məhrum edilib, amma əslində bu, veteranların kommunal xərclərinin kompensasiyasıdır. İndi bu ödəniş geri qaytarılıb. Baxmayaraq ki, bu ödənişin qaytarılması elə İsmiyevin müharibə veteranı kimi tanınması deməkdir.

Sonra onun yanına komissiya göndərilib. Onunla beş metr məsafədən danışılıb və ona əlilliyini təsdiqləmək üçün xəstəxanaya getmək tövsiyə edilib. Onların gözləri qarşısında veteranın vəziyyəti pisləşib, təcili yardım çağırılıb, ilkin tibbi yardım göstərilib. Təcili yardım həkimi səhhətində yaranan fəsadın xəstəlikdən qaynaqlandığını təsdiqləyib. Qəhrəmanımız xəstəxanaya yerləşdirməkdən imtina edib. Qanuna görə, onun bunu etməyə tam hüququ var.

“İndi işin materialları məhkəməyə göndərilib. İddia ərizəmdə, ilk növbədə, Agentliyin 25 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və Azərbaycanın ərazi bütövlüyü və konstitusiya quruluşunun müdafiəsi zamanı aldığım xəsarətlə əlaqədar qeyri-müəyyən müddətə mənə verilmiş 2-ci qrup əlil statusunun mənə qaytarılmasını xahiş edirəm. Eləcə də pensiyamın və Prezident müavinətimin bərpasına çalışıram. Güman və ümid edirəm ki, məhkəmə də bunu təsdiq edəcək ki, ayrı-ayrı Agentlik əməkdaşlarının səhlənkarlığı ucbatından çaşqınlıq yaranıb. Ona görə də komissiyanın qərarı ləğv edildikdən və statusum bərpa edildikdən sonra mənimlə imtinalar yazmaqla əlaqə saxlayan və Konstitusiya Məhkəməsi Plenumunun Qarabağ müharibələri əlillərinin statusunun toxunulmazlığını açıq-aşkar ifadə edən qərarını görməzliyə vuran konkret şəxslərə qarşı iddia qaldıracağam”, - deyə müsahibimiz danışır.

O, ƏƏSMN-i məhkəməyə vermək və ya Dövlət Agentliyini nədəsə ittiham etmək fikrində deyil: “Hüquq təcrübəm onu deməyə əsas verir ki, belə hallar həmişə ayrı-ayrı məmurların səriştəsizliyi, tənbəlliyi və səhlənkarlığı ilə bağlıdır və bir qayda olaraq, ən yüksək səviyyədə oturanların deyil. Ona görə də mənə göndərilən cavablarda imzası olan konkret şəxsləri və Agentlikdə komissiya zamanı xəstələndiyim anda tibbi diplomu olan, lakin mənə əsas yardım göstərmək istəməyən həkimləri məhkəməyə vermək istəyirəm. Onlar bunu edə bilmədilər və ya istəmədilər. Bunlar ünvansız məhkəmə iddiaları deyil, dövlətin müəyyən etdiyi qanunları, nizamnamələri və fərmanları dəyişdirmək səlahiyyətinə malik olduqlarına qərar vermiş konkret şəxslərə qarşı olacaq. Özləri dərk etmədən öz səriştələri ilə ölkəmizin imicini aşağı salırlar”.

***

Müharibə veteranının düşdüyü vəziyyətə münasibət bildirmək üçün ƏƏSMN-ə müraciət etdik. Lakin Nazirliyin mətbuat xidmətindən bizə bildirildi ki, pensiya və müavinətlərin bərpası üçün I Qarabağ müharibəsi veteranı xidmət etdiyi hərbi hissənin müvafiq bölməsinə müraciət etməli və əlilliyə görə yenidən bütün yoxlamalardan keçməlidir. Bizə izah edilmədi ki, bütün bu prosedurlar niyə birdən-birə lazım oldu, çünki İsmiyevin hərbi biletində hər şey aydın yazılıb və şikayətçinin bizə təqdim etdiyi statusların etibarlılığını təsdiq edən çoxlu sənədlər var.

***

Deputat Jalə Əliyeva Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclaslarından birində əlilliklə bağlı problemi birbaşa qeyd edib: “Hələ də bu məsələlərlə bağlı onlarla məktub alırıq. Prosesdə müəyyən boşluqlar var və vətəndaşlar müəyyən problemlərlə üzləşirlər. Məsələ ombudsman institutu tərəfindən nəzarətə götürülüb”.

ƏƏSMN yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2023-cü il üzrə hesabatında qeyd edib ki, əlilliyin təyin edilməsi üçün vətəndaşlar tərəfindən təqdim edilən tibbi arayışların yalnız 43 faizi həqiqi olub. “Ümumilikdə, ötən il əlilliklə bağlı 70 mindən çox müraciət edilib. Öz növbəsində, əlilliyin yenidən təyin edilməsi ilə bağlı müraciətlərin sayı yarıbayarı azalıb”, - deyə Agentliyin rəhbəri Anar Bayramov bildirib.

Cari ilə gəlincə, yanvar-fevral aylarında Agentlik tərəfindən 7,9 min nəfər əlil müəyyən edilib. Onlardan 3,8 min nəfəri ilkin, 4,1 min nəfəri isə təkrar əlillik dərəcəsi alıb.

***

Nədənsə, deyəsən, Rəşid İsmiyev də Dövlət Agentliyinin yaxşı hesabat verməsi üçün tələb etdiyi 47 faizin içinə düşüb.

Rəsmilərə xatırlatmaq istərdik ki, Birinci Qarabağ müharibəsindən keçənlər 1960-1970-ci illərdə anadan olanlardır. Məsələn, veteranımızın indi 61 yaşı var. Onların demək olar ki, heç biri heç bir psixoloji reabilitasiya keçməyib, posttravmatik sindromlardan müalicə almayıb, heç bir müayinədən keçməsə belə, onları sağlam hesab etmək olmaz. Müharibə onu keçən hər kəsdə iz buraxır. Üstəlik, R.İsmiyevin ona təklif olunan bütün prosedurlardan keçdikdən sonra səhhətinin yaxşılaşacağına, əlil arabasından düşüb işə gedəcəyinə inanmaq sadəlövhlükdür. Yaşı 60+ olan veteranı kim işə götürəcək?

Yaxın keçmişdən bir əhvalat yadımdadır: 33 yaşlı İkinci Qarabağ müharibəsi əlilinin uzun müddət idarədən idarəyə, bir şöbədən digərinə göndərilməsindən sonra bir daha paytaxtın mərkəzi klinikalarının birinin baş həkimi bütün möhürləri vurub dedi ki, vətəndaş yenidən sənədlərlə birlikdə reabilitasiya mərkəzinə qayıtmalıdır. Bu süründürməçiliyə dözməyən gənc oğlan düz qəbul otağında orada duran nəhəng güzgünü başı ilə sındırdı... Xoşbəxtlikdən, baş həkim bunu sakitliklə qarşıladı, yaranın müalicəsinə kömək etdi, veteranı sakitləşdirdi və öz klinikası çərçivəsində müharibədən sonrakı sindromun müalicəsi üçün psixoterapiya tövsiyə etdi.

Bütün bu bürokratik əngəllərlə, dövlətimizin bütövlüyü uğrunda canından, gəncliyindən keçmiş insanların sağlamlıqlarının qalıqlarını da əllərindən almağa dəyərmi? Baxmayaraq ki, Milli Məclis, Konstitusiya Məhkəməsi və Prezident İlham Əliyev hər iki Qarabağ müharibəsi veteranlarının həyatını sadələşdirmək üçün hər şeyi edib. Lakin ayrı-ayrı məmurların səyləri nəticəsində hər şeyin üstündən xətt çəkilir...

***

Bundan sonrakı prosesləri, Rəşid İsmiyevin məhkəməsini izləməyə və bu barədə oxucularımıza məlumat verməyə çalışacağıq.

Alyona Myasnikova,
AYNA










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"AMEA-da ən yağlı, yeməli şöbənin mudirisən, yemək əvəzinə, hoqqa çıxarırsan..." - DİLÇİ-ALİMDƏN İLGİNC ETİRAZ
Bu gün, 08:52
Şəki sakini məhkəmə icraçılarından GİLEYLƏNİR - "Artıq 9 ay müddət keçməsinə baxmayaraq..."
Bu gün, 08:45
İlham Əliyev Kəlbəcərdə Rusiyaya hansı mesajları verdi? - İLGİNC
Bu gün, 08:37
Dövlətdən dəstək aldı... BAŞINA OYUN GƏLDİ... - MÜRACİƏT
Bu gün, 08:31
Toylara gətirilən bahalı müğənnilər kimə lazımdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:31
İrəvanda hökumət kilsə ilə həlledici savaşa çıxır... - Görünəni odur ki...
Bu gün, 07:30
Azərbaycanla Ermənistan arasında sülhü kim istəmir? - GƏLİŞMƏ
Bu gün, 07:26
İranın mövqeyinin bir adı var: DÜŞMƏNÇİLİK... - FAKT BUDUR!
Bu gün, 07:25
Bu qida məhsulları BAHALAŞACAQ... - GÖZLƏNTİ
Bu gün, 07:22
Xaricdə təhsil alan azərbaycanlı tələbələr Elm və Təhsil Nazirliyindən cavab gözləyir - “Biz qorxurduq ki...”
Bu gün, 07:06
Vüqar Əsgərov gömrük sistemini qarışdırır - İTTİHAM VAR...
Bu gün, 07:04
Bülletendə olanların pulu aylardır ödənilmir - “sistemdə problem var” bəhanəsi ilə xəstələrə dərd verilir
Bu gün, 06:59
Əbülfəz Elçibəyin vəfatından 25 il ötür - ANIM
Bu gün, 06:52
Rusiya sürətlə Azərbaycanın düşməninə çevrilir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:46
Gələcəyin sahibləri - Eltən Törəçi yazır...
Bu gün, 06:44
İmtahan, yoxsa tələ? - AKTUAL
Bu gün, 06:40
Kərki geri qaytarılarsa, İran daha sərt ritorika ilə çıxış edəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:38
"Həmin məhsullar heç kimə satılmayıb, rahat ola bilərsiniz..." - FOTO
Bu gün, 06:35
Rusiya imtina etdi, Azərbaycan üçün şans yarandı – Həmin şəxslər ölkəmizə gələrsə…
Bu gün, 06:31
ABŞ müttəfiqlərinə Ukrayna danışıqları ilə bağlı kəşfiyyat məlumatlarını açıqlamağı qadağan edib - CBS telekanalı
Bu gün, 06:26
Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili - Qərar veriləcək
Dünən, 18:02
Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür – 314 min manata
Dünən, 17:49
Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini - BU ŞİRKƏTƏ TAPŞIRDI
Dünən, 17:47
GİN-dən “zerkalnı” tender: - 88 888 manat
Dünən, 17:45
Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir - TƏFƏRRÜAT
Dünən, 17:42
YUXU KİMİ HƏYAT... - və yaxud... QARDAŞ LAYLASI...
Dünən, 17:32
"Görün, nə qədər qadın bloger va..,"
Dünən, 17:14
“Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı - TENDERLƏR LƏĞV EDİLDİ
Dünən, 17:04
Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub - ƏMR
Dünən, 16:57
"Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." - DƏLİXANADIR, VALLAH...
Dünən, 16:56
Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü - İNDİ İSƏ...
Dünən, 16:46
Sabiq məmura cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 16:45
Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. - AKTUAL
Dünən, 16:44
Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi - Bu nazirlikdə rəis təyin olundu
Dünən, 16:42
Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər
Dünən, 16:18
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
Dünən, 16:13
Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb
Dünən, 16:04
ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU
Dünən, 15:58
"Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." - Aqil Abbas
Dünən, 15:53
Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Dünən, 15:39
Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib
Dünən, 15:34
Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib
Dünən, 15:25
Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb - TƏFƏRRÜAT
Dünən, 15:21
“Effektivinvest” geriləyir - MƏNFƏƏTİ KƏSKİN AZALIB
Dünən, 15:18
Azərbaycanda internet ÇÖKDÜ - NƏ BAŞ VERİR?
Dünən, 15:15
Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb - FAKT BUDUR!
Dünən, 15:14
“Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı
Dünən, 14:57
Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:54
FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib - TƏFƏRRÜAT
Dünən, 14:50
Moskva TDT-dən və Astanadan əndişəlidir – Qazaxıstan “3-cü rus ölkəsi” olmaqdan çıxır
Dünən, 14:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru