"Dövlətə kələk gələrək yüz minləri MƏNİMSƏYİRLƏR..." - İTTİHAM VAR...
Tarix: 5-07-2024, 10:33 | Çap et
 "Təəssüf ki, Nadir Məmmədli "akademik bazar"ın nadir funksionerlərindən biridir. Ramiz Mehdiyevlə İsa Həbibbəylinin qarşısında and içib aman edərək sevincək Baş direktor gələn, gələndən sonra azacıq da olsa, haqqa dayalı iş görmək əvəzinə, dəstə yaradan, ümummilli maraqların ayaqlar altına atılmasına laqeyd qalan, vəzifə məsuliyyətini R.Mehdiyevə, İ.Həbibbəyliyə və öz şəxsi maraqlarına xidmət kimi dərk edən şəxsdən yaxşı nə gözləmək olar?!" diaaz.space xəbər verir ki, bu ittihamı AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov səsləndirib. Dilçi alimimiz daha sonra əlavə edib: "Yaman çoxbilmiş çıxıblar. Qanunsuzluğun ağuşunda kef edərkən bütün günahları ustalıqla, hətta amansızlıq, riyakarlıq, qəzəb və qısqanclıqla ölkə başçısının, Birinci vitse-prezidentin ünvanına yönəldirlər. Halbuki özləri sırf zərərli fəaliyyətlə məşğuldurlar. Bu şəxslər sanki Azərbaycanın dirçəlməsinə mane olacaqlarına and içiblər. İşbazları kim himayə edir institutda? Əlbəttə, Baş direktor Nadir Məmmədli! Adam sanki instituta 60-dan sonrakı ömrün dadını çıxarmağa gəlib. Dəhşətdir! Görün, bunların praktiki olaraq dövlət qurumuna yanaşmaları necədir! Akademşəbəkə üzvlərinin müxtəlif yollarla topladıqları pulları çox ola bilər, amma bu o demək deyil ki, dövləti, xalqı ələ salmalı, aldatmalıdırlar. 10 ildir, o institutdakı haqsızlıqlardan şəxsən mən çox əziyyətlər, zülmlər çəkmişəm və çəkməkdəyəm. Bu adamlar iş görmək əvəzinə aldatmaqla, cibgirliklə məşğul olublar. Dövlətə kələk gələrək rüsvayçı cızma-qaralarını şedevr kimi sırımağa çalışıb və çox vaxt buna nail olub yüz minlərlə dövlət vəsaitini mənimsəyiblər. Vaxtilə ailə-uşaqlarımın dərman pulunu da yeyiblər bu vicdansızlar. İllərdir, müraciət edirəm, özlərini karlığa qoyurlar. Gözləri doymur bunların. İsa Həbibbəyli başda olmaqla Möhsün Nağısoylu, indi də Nadir Məmmədli vasitəsilə dövlət qurumunda şəxsi maraqlar tüğyan edir. İnstituta ayrılan yüz minlərin, milyonların taleyi qapqaranlıqdır. Unutmamaq lazımdır ki, Nadir Məmmədli Dilçilik İnstitutunun direktoru vəzifəsini daşıyır. Onun və himayədarlarının bu qədər məsuliyyətsizliyinin ölkə rəhbərliyinin adına yazılması vicdansızlıq, korluq və misilsiz həyasızlıqdır. Bu, həm də ədalətsizlik, vicdansızlıq və qeyri-insanilikdir. Həbibbəylinin və Məmmədlinin yeyimcil adamlarının hamısı Prezident administrasiyasına işarə edərək bir ağızdan deyirlər: "Balıq başdan iylənər". Halbuki balıq özlərindən iylənir, sadəcə, gizlətmək istəyirlər. Mənim kimi alimdirlərsə, bu qədər imkanları haradandır? Halbuki dövlətin ayırdığı vəsait aidiyyəti üzrə xərclənsə, bütün əməkdaşlara kifayət edər, az maaş alanların maaşına normal əlavələr olar və s. Ayrılan yüz minlər, milyonlar hara gedir? Nəticədə, deyirsiniz ki, bu dövlət nə maaş verir? Yaxşı hiyləgərsiniz! Siz varkən bizə düşmən lazım deyil. Dövlət qurumunu rəsmən dövlətin anasını ağaladan vasitəyə çevirmisiniz. Belələrinin ucbatından ölkənin Prezidenti və xalqın sadə kəsimi ağır yük altındadır. Akademşəbəkə məkrli niyyətlərini gerçəkləşdirmək üçün hər cür səfərbər olunub. Bura daxildir: yaltaqlıq, məddahlıq, özünü yazıqlığa qoyma, talama, əlaltdan maddi ziyan vurma, hiylə, fırıldaq, saxtakarlıq, ən əsası, günahı ölkə rəhbərliyinin üzərinə transfer etmə. Nadir Məmnmədli institutun direktoru kimi prosesin iştirakçısıdır, əsas vintlərindən biridir. Milli varlığımızı təhdid edən bu hərəkətlərə qarşı təkcə kasıb duruma salınmış İdris Abbasov mübarizə aparmalıdırmı?! Əlbəttə, son nəfəsinədək aparacaq! Bəs dövlətə, xalqa düşmən kəsilmiş akademşəbəkə üzvlərinin vicdanı heçmi oyanmayacaq?! Yoxsa adlarını alim-ziyalı qoymuş bu işbazlar ölkənin və xalqın zədələnməsi hesabına eyş-işrət içində pullarının üstünə pul gətirməli, akademik rütbəsi, daha nələr və nələr güdməli, üstəlik də, İdris Abbasovu öz dəstə üzvləri ilə təhdid etməlidirlər?! Hətta düşünməlidirlər ki, Heydər Əliyev Fonduna yönləndirə bilmədiksə, manevrlər edək, dövlətin büdcəsindən bir-iki manat birdəfəlik maddi yardım verib minnət qoyaq İ.Abbasova, susduraq, utandıraq, baş götürüb çıxıb getsin və xəyanətlərimizi rahat davam etdirək?! Həyasızlığın və vicdansızlığın pik həddi budur! Xəyanətlər isə heç vaxt bağışlanıla bilməz!.."


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "AMEA-da ən yağlı, yeməli şöbənin mudirisən, yemək əvəzinə, hoqqa çıxarırsan..." - DİLÇİ-ALİMDƏN İLGİNC ETİRAZ
Bu gün, 08:52 |
|
|
|
• Şəki sakini məhkəmə icraçılarından GİLEYLƏNİR - "Artıq 9 ay müddət keçməsinə baxmayaraq..."
Bu gün, 08:45 |
|
|
|
• İlham Əliyev Kəlbəcərdə Rusiyaya hansı mesajları verdi? - İLGİNC
Bu gün, 08:37 |
|
|
|
• Dövlətdən dəstək aldı... BAŞINA OYUN GƏLDİ... - MÜRACİƏT
Bu gün, 08:31 |
|
|
|
• Toylara gətirilən bahalı müğənnilər kimə lazımdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:31 |
|
|
|
• İrəvanda hökumət kilsə ilə həlledici savaşa çıxır... - Görünəni odur ki...
Bu gün, 07:30 |
|
|
|
• Azərbaycanla Ermənistan arasında sülhü kim istəmir? - GƏLİŞMƏ
Bu gün, 07:26 |
|
|
|
• İranın mövqeyinin bir adı var: DÜŞMƏNÇİLİK... - FAKT BUDUR!
Bu gün, 07:25 |
|
|
|
• Bu qida məhsulları BAHALAŞACAQ... - GÖZLƏNTİ
Bu gün, 07:22 |
|
|
|
• Xaricdə təhsil alan azərbaycanlı tələbələr Elm və Təhsil Nazirliyindən cavab gözləyir - “Biz qorxurduq ki...”
Bu gün, 07:06 |
|
|
|
• Vüqar Əsgərov gömrük sistemini qarışdırır - İTTİHAM VAR...
Bu gün, 07:04 |
|
|
|
• Bülletendə olanların pulu aylardır ödənilmir - “sistemdə problem var” bəhanəsi ilə xəstələrə dərd verilir
Bu gün, 06:59 |
|
|
|
• Əbülfəz Elçibəyin vəfatından 25 il ötür - ANIM
Bu gün, 06:52 |
|
|
|
• Rusiya sürətlə Azərbaycanın düşməninə çevrilir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:46 |
|
|
|
• Gələcəyin sahibləri - Eltən Törəçi yazır...
Bu gün, 06:44 |
|
|
|
• İmtahan, yoxsa tələ? - AKTUAL
Bu gün, 06:40 |
|
|
|
• Kərki geri qaytarılarsa, İran daha sərt ritorika ilə çıxış edəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:38 |
|
|
|
• "Həmin məhsullar heç kimə satılmayıb, rahat ola bilərsiniz..." - FOTO
Bu gün, 06:35 |
|
|
|
• Rusiya imtina etdi, Azərbaycan üçün şans yarandı – Həmin şəxslər ölkəmizə gələrsə…
Bu gün, 06:31 |
|
|
|
• ABŞ müttəfiqlərinə Ukrayna danışıqları ilə bağlı kəşfiyyat məlumatlarını açıqlamağı qadağan edib - CBS telekanalı
Bu gün, 06:26 |
|
|
|
• Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili - Qərar veriləcək
Dünən, 18:02 |
|
|
|
• Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür – 314 min manata
Dünən, 17:49 |
|
|
|
• Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini - BU ŞİRKƏTƏ TAPŞIRDI
Dünən, 17:47 |
|
|
|
• GİN-dən “zerkalnı” tender: - 88 888 manat
Dünən, 17:45 |
|
|
|
• Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir - TƏFƏRRÜAT
Dünən, 17:42 |
|
|
|
• YUXU KİMİ HƏYAT... - və yaxud... QARDAŞ LAYLASI...
Dünən, 17:32 |
|
|
|
• "Görün, nə qədər qadın bloger va..,"
Dünən, 17:14 |
|
|
|
• “Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı - TENDERLƏR LƏĞV EDİLDİ
Dünən, 17:04 |
|
|
|
• Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub - ƏMR
Dünən, 16:57 |
|
|
|
• "Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." - DƏLİXANADIR, VALLAH...
Dünən, 16:56 |
|
|
|
• Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü - İNDİ İSƏ...
Dünən, 16:46 |
|
|
|
• Sabiq məmura cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 16:45 |
|
|
|
• Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. - AKTUAL
Dünən, 16:44 |
|
|
|
• Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi - Bu nazirlikdə rəis təyin olundu
Dünən, 16:42 |
|
|
|
• Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər
Dünən, 16:18 |
|
|
|
• Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
Dünən, 16:13 |
|
|
|
• Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb
Dünən, 16:04 |
|
|
|
• ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU
Dünən, 15:58 |
|
|
|
• "Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." - Aqil Abbas
Dünən, 15:53 |
|
|
|
• Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Dünən, 15:39 |
|
|
|
• Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib
Dünən, 15:34 |
|
|
|
• Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib
Dünən, 15:25 |
|
|
|
• Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb - TƏFƏRRÜAT
Dünən, 15:21 |
|
|
|
• “Effektivinvest” geriləyir - MƏNFƏƏTİ KƏSKİN AZALIB
Dünən, 15:18 |
|
|
|
• Azərbaycanda internet ÇÖKDÜ - NƏ BAŞ VERİR?
Dünən, 15:15 |
|
|
|
• Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb - FAKT BUDUR!
Dünən, 15:14 |
|
|
|
• “Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı
Dünən, 14:57 |
|
|
|
• Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:54 |
|
|
|
• FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib - TƏFƏRRÜAT
Dünən, 14:50 |
|
|
|
• Moskva TDT-dən və Astanadan əndişəlidir – Qazaxıstan “3-cü rus ölkəsi” olmaqdan çıxır
Dünən, 14:40 |
|
|
|
|