Şəkidə türmə rəisi məhbusu cəzalandırıb "kars"a salıb - mediada şikayəti getdiyi üçün...
Tarix: 29-08-2024, 10:02 | Çap et
 Qaxın Qaxmuğal kənd sakini, 1963-cü il təvəllüdlü Hikmət Dəmirçiyev barəsində Şəki rayon Məhkəməsinin ədalətsiz qərarı və türmə rəisinin müavini Elçin Cəlilov haqda Anaxeber.info-da məlumat yayımlanmışdı. Dəmirçiyevlər ailəsinin saytımıza verdiyi xəbərə görə, həmin şikayətin işıqlanmasından sonra türmə rəisi məhbus Hikmət Dəmirçiyevi 13 günlük "kars"a salıb və sonra müddətini uzadıb. Dəmirçiyevlər ailəsi bildirir ki, türmə rəisi və onun müavini mətbuatda bu məsələnin ictimailəşməsindən qəzəblənərək bunun acığını məhkumdan çıxıblar və" kars"a salıblar. Ailə qeyd edir ki, Ədliyyə Nazirliyi və Penitensiar Xidmət, o cümlədən bu hadisədən xəbər tutan hüquq müdafiəçiləri həbsxanaya başa çəkməli, Hikmət Dəmirçiyevin saxlanma şəraiti ilə maraqlanmalıdırlar. Ailəsi nazir Fərid Əhmədov və Penitensiar Xidmət rəhbərinə müraciətində xahiş edir ki, Dəmirçiyevin cəzalandırılması və "kars"da saxlanması ilə əlaqədar cəzaçəkmə müəssisəsinə baxış keçirsinlər, rəhbərliyin fəaliyyətini araşdırsınlar. Qeyd edək ki, Hikmət Dəmirçiyev bu yaxınlarda Şəki rayon Məhkəməsinin qərarına əsasən məhkumluğunun başa çatmasına 4 ay qalmış şərti azadlığa buraxılmışdı. Onun həbsdə olduğu dövrdə özünü nizam-intizamlı aparması, cəzaçəkmə müəssisəsinin nümayəndəsinin də hakim Kamran Musayev qarşısında Hikmət Dəmirçiyevi tərifləməsi, nümunəvi dustaqlardan biri olduğunu deməsi məhkəmənin onu vaxtından 4 ay tez şərti azadlığa buraxmasına təsir etmişdi. Hakimin qərarına əsasən Dəmirçiyev evə buraxılmışdı. Beləliklə, 3 il, 7 ay məhkumluq yaşamış Dəmirçiyevin cəzasının yerdə qalan 4 ayının şərti azadlıqda çəkməsinə qərar verilmişdi. Lakin Dəmirçiyevlər ailəsinin bildirdiyinə görə, Hikmət Dəmirçiyev həbsxanada olarkən rəis müavini Elçin Cəlilov (zampalit) şərti azadlığa çıxdıqdan sonra gəlib onları "görmələrini", "hörmət" etməyi istəyib. Yəni açıq şəkildə rüşvət tələb edib və "bizi gör" söyləyib. Ailənin sözlərinə görə, onlar kasıb insanlardır, kənd adamıdırlar, dolanışığı güclə çatdırırlar, Hikmət Dəmirçiyev də maddi imkanı olmayan bir adamdır, ona görə "zampalit" Elçin Cəlilova pul verməyə gücləri yoxdur. Bildirilir ki, bu zaman Elçin Cəlilov Hikmət Dəmirçiyevi hədələyib, pul olmasa, təzədən həbsə qayıdacağını xəbərdar edib. Ailənin bildirdiyinə görə, bir müddət sonra Şəki Apelyasiya Məhkəməsinə protest verilib, Hikmət Dəmirçiyev prosesə çağırıb, hakim onun cəzasının yerdə qalan 4 ayını, həmçinin, şərti azadlıqda olduğu müddəti də bura əlavə edərək həbsxanaya göndərilməsini təmin edib. Ailə bu qərarı ədalətsizlik və türmə rəisinin məhkəməyə təsiri hesab edir. İndisə bu qərardan şikayətin mediada dərc olunması məhkumun cəzalandırılıb karsa salınmasına səbəb olub. Ailə məsələ ilə bağlı Prezident İlham Əliyev, Ali Məhkəmənin sədri İnam Kərimov, ədliyyə naziri Fərid Əhmədovdan kömək istəyirlər, bu işin araşdırılmasını xahiş edirlər.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Bu gün, 10:47 |
|
|
|
| • Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Bu gün, 10:43 |
|
|
|
| • İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Bu gün, 10:01 |
|
|
|
| • Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Bu gün, 09:59 |
|
|
|
| • Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Bu gün, 09:28 |
|
|
|
| • Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Bu gün, 09:25 |
|
|
|
| • Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Bu gün, 08:38 |
|
|
|
| • Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Bu gün, 08:35 |
|
|
|
| • Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20 |
|
|
|
| • Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16 |
|
|
|
| • Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13 |
|
|
|
| • "Gül salonum var..."
Bu gün, 08:09 |
|
|
|
| • "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05 |
|
|
|
| • Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57 |
|
|
|
| • ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39 |
|
|
|
| • Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30 |
|
|
|
| • Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21 |
|
|
|
| • "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05 |
|
|
|
| • TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58 |
|
|
|
| • Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46 |
|
|
|
| • AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41 |
|
|
|
| • "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35 |
|
|
|
| • "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31 |
|
|
|
| • Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16 |
|
|
|
| • Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13 |
|
|
|
| • Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10 |
|
|
|
| • İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33 |
|
|
|
| • "Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22 |
|
|
|
| • Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21 |
|
|
|
| • Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19 |
|
|
|
| • Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16 |
|
|
|
| • Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15 |
|
|
|
| • ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35 |
|
|
|
| • "Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31 |
|
|
|
| • Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18 |
|
|
|
| • “Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14 |
|
|
|
| • Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57 |
|
|
|
| • Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52 |
|
|
|
| • Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35 |
|
|
|
| • Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31 |
|
|
|
| • Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27 |
|
|
|
| • Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26 |
|
|
|
| • General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:19 |
|
|
|
| • İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Dünən, 11:17 |
|
|
|
| • Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 11:02 |
|
|
|
| • “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Dünən, 10:49 |
|
|
|
| • Lənkəranda torpaq sürüşməsi olub
Dünən, 10:40 |
|
|
|
| • “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Dünən, 10:38 |
|
|
|
| • Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Dünən, 10:37 |
|
|
|
| • Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Dünən, 10:32 |
|
|
|
|