İlham Rəhimovu gözə soxurdular... Ay filankəsi həbsdən qurtarıb. Az qala MİLLİ QƏHRƏMANA çevirib gözümüzə soxurdular. Əslində gün kimi aydın idi ki, bununla onun Rusiyaya bağlılığı ÖRT-BASDIR olunur...
Putinin dostudur axı... Azərbaycanın dostu deyil axı...
İndi hardadır, görəsən? Səsi niyə çıxmır, görəsən?
Yaxşı... İlham Rəhimovu millətə müsbət birisi kimi sırımağa çalışanlar, hardadır, görəsən? Onlar niyə susur, görəsən?
Artıq Azərbaycanın iş adamları Rusiyadan köç etməyə başlayıblar. Burda da ayrıseçkilik var. Kim ki İlham Rəhimovun çətiri altındadır, onlara dəyən yoxdur. Kim ki, İlham Rəhimovun himayəsindən kənardır... onlar vətənlərinə - Azərbaycana sığınmaq zorunda qalıblar. Hətta Araz Ağalarov belə Azərbaycana sığınıb... - vətəninə...
İlham Rəhimovun ağzından şar çıxaran hoqqabazları - hansılar ki, bu vaxta qədər Rusiyada tanınmış, nüfuzlu soydaşlarımızın qətlində, sıradan çıxarılmaqlarında adları hallanan - həmin zatlar - iş adamı kimi quyruq bulayıb Putinin administrativ rıçaqları hesabına meydan sulayan İlham Rəhimova biət edən həmin hoqqabazlar... isə Azərbaycana dönmürlər. Çünki onlar da İlham Rəhimov kimi Putinin dostlarıdır... Azərbaycanın övladları deyillər...
Seçiminiz mübarək...
Azər FİKRƏTOĞLU - "DİA-AZ"