Vüqar Qurbanov Vətən müharibəsi iştirakçısına vəzifə verdi .....                     Azərbaycanda internet tam kəsiləcək? .....                     Sahibkar gömrük sisteminin eybəcərliklərini İFŞA ETDİ .....                     “Azərbaycan Dəmir Yolları” törəmə şirkətinə yeni direktor təyin edilib .....                     Azərbaycanda 10-15 manatlıq «mini tenderlər» də keçirilirmiş .....                     Dövlət Mühafizə Xidmətinin hərbçiləri təltif edilib .....                     Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? .....                     “Evlənəcəyim qızı Ramiz Rövşənlə məsləhətləşdim” .....                     Qriqoryan və ABŞ-nin İrəvandakı səfiri .....                     “Azercell” abunəçilərindən hər yolla pul qoparmağa çalışır... .....                     Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək .....                     "SEPAH İranın daxili problemlərini ört-basdır etmək üçün .....                     İcra Hakimiyyətinin vəzifəli şəxsi 8 sutka həbs olundu .....                     İran telekanalı Pezeşkianı ələ saldı .....                     Paşinyan Zəngəzurla bağlı əsl razılaşmanı gizlədir .....                     “Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır .....                     Moskva Paşinyanı küncə sıxdı .....                     Putinin nümayəndəsindən Azərbaycana qarşı təxribat .....                     Mülayim şərq küləyi əsəcək .....                     Qəbələnin başçısının guya BUNDAN XƏBƏRİ YOXDUR? .....                     Ukraynanın taleyi ABŞ-nin masasındadır .....                     Gələcəkdə bu dəhlizdən Azərbaycandan Türkiyəyə qaz xətti çəkilsə... .....                     Dövlət Xidmətinin 8,4 milyon manat vergi borcu var .....                     Bu gün Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə .....                     Tofiq Cəfərli vəzifəsindən azad edildi .....                     Rusiyadakı dairələr ölkəmizi süni “mərmi” böhtanı ilə “vurmaq istəyirlər” .....                     "Olmayan məhsulları necə sata bilirsiniz, axı..." .....                     “Bu pulu vermək bizi yandırır” .....                     "İran İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycana qarşı təhdidi ilk deyil..." .....                     "Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurası yenidən formalaşdırılıb .....                     AZAL-ın Müşahidə Şurasının üzvləri dəyişib .....                     Rusiya Prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib .....                     "Əfqanıstan da Pakistan kimi bizim strateji müttəfiqimiz olacaq" .....                     Nuranə Babayeva şöbə müdiri təyin olundu .....                     Paşinyandan Ter-Petrosyana məsləhət: .....                     Baş nazir millətinə reallıqları çatdırır .....                     Füzuli Rayon Mərkəzi Xəstəxanası artezian quyu qazdırır .....                     “7-dən 77-yə hər kəs anlayır ki, Rusiyadan ancaq fəlakət, qan, ölüm gələr” .....                     ASCO-nun Müşahidə Şurasının tərkibi dəyişib .....                     Xalq artisti yatağa düşdü .....                 

“YARIMÇIQ QALMIŞ BOLONİYA SİSTEMİ
Tarix: 21-01-2012, 13:10 | Çap et
“YARIMÇIQ QALMIŞ BOLONİYA SİSTEMİ

MƏRDANOVUN BAZARINDA BİR QAYIB BİR MANATADIR

В«Azərbaycanda Boloniya sistemini istədikləri formada dəyişib tələbələrə təqdim ediblər. Ona görə də tələbələr arasında biz ona Boloniya yox, В«koloniya sistemiВ» deyirik. Boloniya sistemində dərslər interaktiv üsulla keçilməlidir. Bizdə isə hələ də mühazirələr imla şəklində olur, heç bir yeni avadanlıqlardan istifadə olunmurВ».

Orxan Abdulla İqtisad Universitetinin 3-cü kurs tələbəsidir. Deyir 3 ildir Boloniya sistemində təhsil alsa da, hələ də xaricdə bu sistemlə təhsil alan dostlarına həsəd aparır. Həmin dostlarından fərqli olaraq, fənn seçimindən tutmuş elektron kitabxanalardan istifadəyədək Boloniya sisteminin bir çox imkanlarından məhrumdur.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının 3-cü kurs tələbəsi Asim Əhmədzadə də deyir ki, Boloniya sistemi deyiləndə, yalnız 100 ballıq sistemə keçiddən başqa ağlına bir fikir gəlmir:

В«100 ballıq sistemdir. Başqa heç nə Boloniya sisteminin olduğunu göstərmir. Nə tələbənin dərs seçimi, nə də başqa məsələlər. Boloniya sistemində tələbə dərsini, dekanını da özü seçməlidir, dəftərdə qiymət olmamalıdırВ».

BİR QAYIB – BİR MANAT

Asim Əhmədzadə deyir ki, Azərbaycan ali məktəblərində yeni sistemə keçid təhsildə korrupsiyanı da artırıb. Məsələn, hazırkı bal sistemində dərsə davamiyyət də nəzərə alındığından Asim Əhmədzadənin dediyinə görə, bəzi ali məktəblərdə qayıbın konkret qiyməti var. Məsələn, bir qayıbı pozdurmaq tələbəyə bir manata başa gəlir.

Asim Əhmədzadə hesab edir ki, Boloniya sisteminin azərbaycanlı tələbələrə yalnız bir müsbət təsiri olub, o da, kəsirə görə kursda qalmaq məsələsinin ləğvidir. Başqa sözlə, yeni sistemə görə, bir fənnin imtahanından keçə bilmirsənsə, təkrar kursda qalmırsan. Sadəcə, növbəti tədris ilində kəsildiyin fəndən də imtahan verməli olursan.

Azərbaycanda Boloniya təhsil sisteminin tətbiqinə 2005-ci ildən başlanıb. Artıq 20-dən çox ali məktəb bu sistemə keçib. Boloniya təhsil sisteminin sovet təhsil sistemindən bir sıra fərqli cəhətləri var. Məsələn, kompyuterləşmiş auditoriyalardan və elektron kitabxanalardan istifadə, fəndən tutmuş müəllimədək seçim azadlığının olması və s.

Bundan başqa, tələbə heç də mühazirələrdə mütəmadi iştirak etmək və deyilənləri dəftərə yazmaq məcburiyyətində deyil. Mühazirələr hətta e-mail vasitəsilə tələbəyə göndərilə də bilər.

Amma söhbət etdiyimiz tələbələr deyir ki, Azərbaycanda nəinki kompyuterləşmiş auditoriyalar, elektron kitabxanalar lazımi səviyyədə deyil, tələbələrin seçim imkanları yoxdur. Hətta dərsə davamiyyəti pozduğuna görə universitetdən qovulmaq təcrübəsi də qorunub saxlanır. Məsələn, 3 fənnin hər birində 30 faiz davamiyyəti pozmusansa, qovulmaq təhlükəsi ilə üz-üzəsən.

В«AZƏRBAYCAN TƏHSİL SİSTEMİ BÖHRAN DÖVRÜNÜ YAŞAYIRВ»

BDU-nun Jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədli də hesab edir ki, Azərbaycan Boloniya təhsil sisteminə formal olaraq keçib:

В«Boloniya sistemində çox mühüm bir amil rektorun da, dekanın da bir menecerə çevrilməsidir. Yəni, onlar təhsilin maliyyəsini axtarır, maddi texniki bazanın təkmilləşməsinə çalışır, rəqabət mühiti yaradır. Bu təhsil sistemində tələbə ilə müəllim ən yüksəkdə dayanırsa, ən aşağıda dayanan rektorla dekan olur. Azərbaycan reallığında isə Boloniya sistemi çox eybəcər bir formaya çevrilib. Bürokratik bir şey yaradılıb. Hansı fənlər keçilir, necə keçilir, fənlərin modulları dəqiqləşdirilmirВ».

Zeynal Məmmədlinin fikrincə, sovet təhsil sistemi ilə müqayisədə Azərbaycanda yeni təhsil sisteminin tətbiqi tələbəyə müsbət nəsə qazandırmadı. Əksinə, əvvəlki təhsil sistemi öz dövrünün tələbinə uyğun kadr yetişdirə bilirdisə, indi heç bu da baş vermir, təhsil sistemi özünün böhran dövrünü yaşayır.

Zeynal Məmmədli hesab edir ki, ümumiyyətlə, Azərbaycan təhsil sistemində Boloniya sisteminin tətbiqi vaxtından tez atılmış addımdır. Bunun üçün baza rolunu oynayacaq müasir tələblərə cavab verən kadrlar, kompyuterləşmə sistemi, o cümlədən sərbəst bazar olmalıdır.

В«AZAD DAVAMİYYƏT OLSA...В»

Turizm İnstitutunun müəllimi, В«Avropada Boloniya prosesi və onun Azərbaycanda perspektivləriВ» kitabının müəllifi, tarixçi-alim İbrahim Əliyev isə fərqli fikirdədir. O hesab edir ki, Azərbaycan Boloniya sisteminə keçməklə təhsil sisteminin inkişafı istiqamətində addım atmış olub. İbrahim Əliyevin fikrincə, Boloniya sisteminin tətbiq olunduğu 7 il ərzində təhsil sistemində bir sıra uğurlar əldə olunub. Məsələn, Avropa ölkələri ilə qarşılıqlı şəkildə diplomların tanınması, tələbə-müəllim mübadiləsi, tələbələrin informasiya mənbələrinin artması və s. O ki qaldı Boloniya sisteminin digər üstünlüklərinin tətbiqinə:

В«Heç nə birdən-birə yaranmır. Həm də hər hansı bir iş görüləndə reallığı nəzərə almaq lazımdır. Azərbaycan ali təhsil müəssisəsində icazə versən ki. azad davamiyyət olsun, auditoriyada bir nəfər də tapmazsan. Ona görə də, biz konkret mühitdə fəaliyyət göstərdiyimizdən o şeylər nəzərə alınmalıdır. Tutaq ki, seçimlə bağlı qərar qəbul etdik. Tələbə kimi seçəcək? Axı əlimizdə olan budur. Axı seçim olan yerdə rəqabət olmalıdır. Rəqabət mühiti yoxdursa, təbiidir ki, seçim olmayacaqВ».

İbrahim Əliyev bu fikirdədir ki, Azərbaycanda Boloniya sisteminin bütün üstünlüklərindən yararlanmaq üçün müəyyən vaxta ehtiyac var.

RAMİZ MEHDİYEV DƏ TƏNQİD EDİR

В«Bütün ali məktəblər Boloniya prosesinə sözdə fəal şəkildə qoşulduqlarını bəyan etsələr də, onların istifadə etdiyi proqramlarda sovet dövründən bu günə qədər çox kiçik dəyişikliklər öz əksini tapıbВ».

Bu fikirlər isə Prezident yanında Təhsil üzrə Komissiyanın sədri, Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə məxsusdur. O bildirib ki, hazırda məzunların xeyli hissəsi ingilis dilində və informatika sahəsində beynəlxalq test sistemlərinin tələblərinə cavab verən biliklər nümayiş etdirməyə qadir deyillər. Ramiz Mehdiyevin fikrincə, bütün bunlar ali məktəblərdə mövcud olan mənfi hallardan xəbər verir.

Məsələyə Təhsil Nazirliyinin münasibətini öyrənmək cəhdlərimiz baş tutmadı, nazirlikdən zənglərimizə cavab verən olmadı.

Prezident İlham Əliyev 2009-cu ildə В«2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət ProqramıВ»nın təsdiq olunması barədə sərəncam imzalayıb. Sərəncamda ali təhsilin məzmununun Boloniya prinsiplərinə uyğun qurulması məsələsi də qeyd olunub. Amma ekspertlər hesab edirlər ki, bu sərəncama əməl olunmayıb. Mütəxəssislərin fikrincə, Azərbaycan təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyası üçün ali məktəblərə müstəqillik verilməli, rəqabət mühiti yaradılmalıdır.

Azadlıq Radiosu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vüqar Qurbanov Vətən müharibəsi iştirakçısına vəzifə verdi - ƏMR
Bu gün, 15:20
Azərbaycanda internet tam kəsiləcək? - AÇIQLAMA
Bu gün, 15:18
Sahibkar gömrük sisteminin eybəcərliklərini İFŞA ETDİ - Prezidentə MÜRACİƏT
Bu gün, 15:06
“Azərbaycan Dəmir Yolları” törəmə şirkətinə yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59
Azərbaycanda 10-15 manatlıq «mini tenderlər» də keçirilirmiş - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 14:48
Dövlət Mühafizə Xidmətinin hərbçiləri təltif edilib - SİYAHI
Bu gün, 14:39
Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? - "Niyə digər yerlərdən işçi götürür?"
Bu gün, 14:30
“Evlənəcəyim qızı Ramiz Rövşənlə məsləhətləşdim” – Xalq artisti
Bu gün, 14:17
Qriqoryan və ABŞ-nin İrəvandakı səfiri Vaşinqtonda əldə olunmuş razılaşmaları müzakirə ediblər
Bu gün, 14:11
“Azercell” abunəçilərindən hər yolla pul qoparmağa çalışır... - GİLEY
Bu gün, 13:55
Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək
Bu gün, 13:46
"SEPAH İranın daxili problemlərini ört-basdır etmək üçün xaricə təhdidlə diqqət yayındırır"
Bu gün, 13:44
İcra Hakimiyyətinin vəzifəli şəxsi 8 sutka həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:41
İran telekanalı Pezeşkianı ələ saldı - “Sadəlöhv adam”
Bu gün, 13:11
Paşinyan Zəngəzurla bağlı əsl razılaşmanı gizlədir - Zurabyan
Bu gün, 13:05
“Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır
Bu gün, 13:01
Moskva Paşinyanı küncə sıxdı – “Ya Aİİ-dən çıx, ya da sanksiyalara hazır ol”
Bu gün, 12:48
Putinin nümayəndəsindən Azərbaycana qarşı təxribat - NƏ BAŞ VERİR?
Bu gün, 12:31
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21
Qəbələnin başçısının guya BUNDAN XƏBƏRİ YOXDUR? - NARAZILIQ VAR...
Bu gün, 12:20
Ukraynanın taleyi ABŞ-nin masasındadır - ŞƏRH
Bu gün, 12:15
Gələcəkdə bu dəhlizdən Azərbaycandan Türkiyəyə qaz xətti çəkilsə... - İranın qaz ixracatı zərəri böyük olar...
Bu gün, 12:10
Dövlət Xidmətinin 8,4 milyon manat vergi borcu var - DETALLAR
Bu gün, 12:01
Bu gün Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək
Bu gün, 11:57
Tofiq Cəfərli vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:54
Rusiyadakı dairələr ölkəmizi süni “mərmi” böhtanı ilə “vurmaq istəyirlər” - AMMA...
Bu gün, 11:37
"Olmayan məhsulları necə sata bilirsiniz, axı..." - NARAZILIQ VAR...
Bu gün, 11:34
“Bu pulu vermək bizi yandırır” - Şərurlu İsfəndiyar
Bu gün, 11:18
"İran İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycana qarşı təhdidi ilk deyil..." - SON DA OLMAYACAQ...
Bu gün, 11:15
"Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurası yenidən formalaşdırılıb
Bu gün, 11:11
AZAL-ın Müşahidə Şurasının üzvləri dəyişib
Bu gün, 11:09
Rusiya Prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
Bu gün, 11:06
"Əfqanıstan da Pakistan kimi bizim strateji müttəfiqimiz olacaq" - GƏLİŞMƏ
Bu gün, 11:01
Nuranə Babayeva şöbə müdiri təyin olundu - BUNDAN SONRA...
Bu gün, 10:54
Paşinyandan Ter-Petrosyana məsləhət: - sakitləş və dinc həyatdan zövq al
Bu gün, 10:52
Baş nazir millətinə reallıqları çatdırır - ONA GÖRƏ DƏ...
Bu gün, 10:50
Füzuli Rayon Mərkəzi Xəstəxanası artezian quyu qazdırır
Bu gün, 10:49
“7-dən 77-yə hər kəs anlayır ki, Rusiyadan ancaq fəlakət, qan, ölüm gələr” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:45
ASCO-nun Müşahidə Şurasının tərkibi dəyişib
Bu gün, 10:39
Xalq artisti yatağa düşdü
Bu gün, 10:31
“Bakı Yoltexnikatəmir” ASC-nin səhmdarları toplanır
Bu gün, 10:27
“Əli Kərimli bu gerçəyi anlamırsa, yaxud anlamaq istəmirsə... demək, onun islahı qeyri-mümkündür”
Bu gün, 10:17
7 ildir müqavilə bağlayıb, 5 ildir pulunu ödəyib, amma evinə sahib ola bilmir... - NARAZILIQ VAR...
Bu gün, 10:12
Ekologiya Nazirliyindən biganəlik: Ağaclar quruyur... BİZƏ NƏ? - VİDEOFAKT
Bu gün, 10:02
Əvvəlcə pulsuz xidmət göstərirdilər, amma indi... - BU NƏDİ BELƏ?
Bu gün, 09:55
Overçuk Paşinyana "Tramp yolu" ilə bağlı hansı xəbərdarlığı etdi?.. - “Hraparak”
Bu gün, 09:41
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 09:39
"Ramiz Mehdiyevin kadrları bu gün Azərbaycanda “at oynadır”lar" - İTTİHAM VAR...
Bu gün, 09:29
"İranı hədə-qorxu gəlmək üzrə "dünya çempionu" saymaq olar" - HƏ, VALLAH...
Bu gün, 09:19
ƏMƏK MÜBAHİSƏLƏRİ: məhkəməsiz olmazmı? - Ekspert danışır...
Bu gün, 09:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru