OTELÇİLİK SEKTORU MƏMURLARA VERİLİB
Tarix: 1-02-2012, 13:45 | Çap et
“HƏR BİR OLİQARX-MƏMUR BİR OTELİN İNŞASINA TƏHKİM OLUNUB”
DİA.AZ: - Səbail rayonunda mühüm tikinti işləri 2012-ci ildə də davam etdiriləcək.
Bu barədə Səbail rayonu İcra Hakimiyyətində 2011-ci ilin yekunlarına dair keçirilən hesabat konfransında açıqlanıb. Hesabatda bildirilir ki, 2011-ci ildə rayon ərazisində istifadəyə verilən “Hilton-Baku” mehmanxanası ilə yanaşı hazırda “Azneft” Meydanında yeni “Four Seasons” və Neftçilər prospektində “Marriot” (Abşeron) mehmanxanalarının, Mehdi Hüseyn küçəsində keçmiş “Moskva” mehmanxanasının yerində inşa edilən “Flame Tower” (Alov qüllələri) kompleksinin tikintisi başa çatmaq üzrədir. Dekabr ayında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda “Arxeoloji park” adlı istirahət guşəsinin və dahi rəssam Əzim Əzimzadənin büstünün açılış mərasimi keçirilib.
Hesabatda paytaxtın Səbail rayonu ərazisində aparılan mühüm bərpa-tikinti işlərinə də toxunulub. Qeyd olunub ki, “Eurovision-2012”yə hazırlıqla bağlı Şəhidlər Xiyabanı Kompleksinin bir hissəsində əsaslı təmir-yenidənqurma işləri aparılır. Burada yerləşən Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun qəbirüstü abidəsi yenidən qurulur, Parlament prospektində yeni yeraltı keçid inşa edilir, Bakı Funikulyorunun tam şəkildə yenidən qurulması aparılır.
Abidələrin bərpa və konservasiyası üzrə əsas plana uyğun olaraq Avstriyanın “Remmers” şirkəti tərəfindən paytaxtın ən məşhur tarixi abidəsi, Səbail rayonunun rəmzi olan “Qız qalası”nda mərhələlərlə bərpa və konservasiya işlərinə də başlanılıb, qalanın ön hissəsində aparılan işlər 2012-ci ilin aprel ayında başa çatacaq. Ümumiyyətlə isə qalada aparılan bərpa işlərinin 3 il ərzində başa çatdırılması nəzərdə tutulub.
Paytaxtın mərkəzində “Cənub” mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın tikintisinə başlanılıb. Ötən il ölkə başçısının sərəncamına əsasən Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fonduna ayrılan maliyyə vəsaiti hesabına Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün 146 mənzilli yeni binanın tikintisinə qərar verilib, hazırda burada tikinti işləri gedir və 2013-cü ilin avqust ayında binanın istifadəyə verilməsi planlaşdırılır.
Hesabatda “Eurovision” mahnı müsabiqəsi ərəfəsində Səbail rayonunda da böyük hazırlıq işlərinin aparıldığı qeyd olunub. Hesabatda bildirilib ki, ilk növbədə Dövlət Bayrağı Meydanı yaxınlığında Almaniya şirkətləri tərəfindən müsabiqənin keçiriləcəyi məkanın – 23 min tamaşaçı yerlik “Baku Crystal Hall”ın tikintisi çox böyük sürətlə aparılır. Həmin məkanın ətrafında abadlıq quruculuq işləri davam edir. Bu ərazidən keçən Bakı-Ələt avtomobil yolunun tikintisi, yol ətraflarının abadlaşdırılması, yeni infrastrukturun yaradılması, Bakı Bulvarının Bayraq Meydanına kimi uzadılması işləri aparılır. Müsabiqəyə hazırlıqla bağlı yeni mehmanxanaların tikintisi də davam edir.
Redaksiyamızın əldə etdiyi məlumatlardan isə aydın olur ki, konkret olaraq “Cənub” mehmanxanasının yerini nəqliyyat naziri ziya Məmmədov alıb. Bu barədə danışan mənbəmiz bildirir ki, bu gün otellər də məmurlar arasında bölüşdürülüb. Bu isə o deməkdir ki, artıq kifayət qədər pullanan oliqarx-məmurlar turizm-otelçilik sektoruna da maraq göstərirlər.
Mənbəmizin sözlərinə görə, “Cənub” mehmanxanasının yerində inşa olunacaq otelin tikintisi üçün Ziya Məmmədov 22 milyon manat vəsait ayırıb. Və bu pullar yalnız inşaat işlərinə sərf ediləcək.
Bir başqa qaynaqlar isə iddia edir ki, əslində otellər inşa ediləndən sonra da məmurlara məxsus olmayacaq: “Sadəcə olaraq həmin otellərin inşası onların boyunlarına qoyulub. Yəni bu bir öhdəlikdir”.
Mövzu diqqətimizdədir...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərbin hökmranlığının sonu yaxınlaşır - GƏLİŞMƏ
Bu gün, 07:03 |
|
|
|
• Hicran Əyyubovanın Tovuz İŞLƏKLƏRİ: Məhkəmə də ona qarşı çıxdı... - QƏRAR VERİLDİ
Bu gün, 07:01 |
|
|
|
• Şəhid qardaşı 'Azəriqaz'a müraciət etsə də... - AXI NİYƏ?..
Bu gün, 06:53 |
|
|
|
• Şəhərin ortasında "Marian" çökəkliyi, yoxsa çökmüş "məsul"iyyət? - MALƏSƏF...
Bu gün, 06:49 |
|
|
|
• Azər Məmmədovdan dövlət büdcəsinə ŞOK ZƏRBƏ - AXI NİYƏ?..
Bu gün, 06:44 |
|
|
|
• Vilayəti içinin çirkini belə tökdü... - heç iranlı da deyil, əsl fars şovinistidir...
Bu gün, 06:34 |
|
|
|
• Azərbaycanlı milyarderi NECƏ BİTİRDİLƏR... - İLGİNC FAKTLAR
Bu gün, 06:31 |
|
|
|
• “Fəvvarələr meydanı ilə Qış Parkı birləşdirilə bilər” - TƏKLİF VAR...
Bu gün, 06:27 |
|
|
|
• "Qanuni ailə həyatı qururam, qınayırlar"
Bu gün, 06:24 |
|
|
|
• Azərbaycan “Qızıl qapı”nı azad etdi – Türk politoloqdan sensasiya
Bu gün, 06:21 |
|
|
|
• Azərbaycanda səhiyyə sistemi AĞLAR GÜNƏ QALIB - BU DA FAKT...
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycan vasitəsilə Rusiyadan qaz tədarük etmək istəyirik - İranın Rusiyadakı səfiri
Bu gün, 01:38 |
|
|
|
• “Qarabağ hərəkatı”ndan imtina: Ermənistan “ağıllanır” - GƏLİŞMƏ
Bu gün, 00:21 |
|
|
|
• "Türkiyə qəlbimə çox yaxındır" - azərbaycanlı müğənni
Bu gün, 00:16 |
|
|
|
• “Valideynlərin iradları dövlətin milli maraqlarından üstün deyil” - QALMAQAL
Bu gün, 00:13 |
|
|
|
• Dövlət qurumu 586 min manata bina icarəyə götürdü - DETALLAR
Dünən, 11:30 |
|
|
|
• Bu şirkət 7,8 milyona Ağdamda binalar tikəcək - TƏFƏRRÜAT
Dünən, 11:27 |
|
|
|
• Qırıcı İrəvanın üzərində niyə uçub? – Çağaryandan həyəcan
Dünən, 11:22 |
|
|
|
• Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir - İlham Əliyev
Dünən, 11:19 |
|
|
|
• Qanunsuz evlər hansı halda sökülə bilər? - AKTUAL
Dünən, 08:34 |
|
|
|
• "Azərsun Holdinq"in "Şamaxı Dairy Farm" şirkətinin vergi borcu yarandı - Satışı qadağan olunmuş mal satır?
Dünən, 08:31 |
|
|
|
• Bahalı təhsil ocaqlarında DƏRSLİK PROBLEMİ - AXI NİYƏ?..
Dünən, 08:18 |
|
|
|
• Rusiya Azərbaycan diasporuna “müharibə” elan edib - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:15 |
|
|
|
• Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdı - Putin məsələyə necə qarışıb?
Dünən, 06:22 |
|
|
|
• Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib - KİV
Dünən, 06:18 |
|
|
|
• Nobel istəyi, cənnətə getmək arzusu... - Tramp sülh axtarışında
Dünən, 02:04 |
|
|
|
• "Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." - ŞƏRH
Dünən, 02:02 |
|
|
|
• "Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi"
Dünən, 01:59 |
|
|
|
• Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib
Dünən, 01:55 |
|
|
|
• Rusiyanın böyük yanlışı nədir? - İNCƏLƏMƏ
23-08-2025, 13:25 |
|
|
|
• “Ukrayna öz torpaqlarını verməyəck” - Zelenski
23-08-2025, 12:58 |
|
|
|
• Ermənistanı qarışdıran xəbər yayıldı: - Paşinyan 2 saatlıq təcili iclasda nə deyib?
23-08-2025, 12:55 |
|
|
|
• Laricani Zəngəzur dəhlizi barədə: - İran üçün təhlükəli deyil
23-08-2025, 12:51 |
|
|
|
• Tehran Azərbaycana dair sübut tapmadığını açıqladı
23-08-2025, 12:49 |
|
|
|
• "Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" - Hacıbəy Heydərli
23-08-2025, 12:42 |
|
|
|
• “Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir” - Zaur Bayramlı
23-08-2025, 12:35 |
|
|
|
• Erməni revanşistləri YENİDƏN AKTİVLƏŞDİ
23-08-2025, 12:27 |
|
|
|
• "Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" - deputat
23-08-2025, 11:11 |
|
|
|
• Bakıda qadın qətlə yetirilib - TƏFƏRRÜAT
23-08-2025, 11:08 |
|
|
|
• Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür - MƏQALƏ
23-08-2025, 11:00 |
|
|
|
• Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
23-08-2025, 10:50 |
|
|
|
• Çox yaxında Bakıya təzminat ödəyə bilərik - Şahnazaryan
23-08-2025, 10:45 |
|
|
|
• Azərbaycan kriminal avtoriteti Hindistana verdi
23-08-2025, 10:43 |
|
|
|
• Azərbaycanın regionda yeni reallıqlar yaradıb - MƏQALƏ
23-08-2025, 10:37 |
|
|
|
• Böyük Qayıdış Proqramının icrasında mühüm rol oynayan səfər - İsrafil Kərimovun yazısı...
23-08-2025, 10:34 |
|
|
|
• “Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır
23-08-2025, 10:17 |
|
|
|
• 200 min dollar vəsaiti ölkədən çıxaran şirkət cərimələnib - QƏRAR
23-08-2025, 10:16 |
|
|
|
• 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu - Paşinyan
23-08-2025, 10:14 |
|
|
|
• Bu səhiyyə ocağını BAZARA ÇEVİRİBLƏR... - İTTİHAM VAR...
23-08-2025, 10:08 |
|
|
|
• Ticarət mərkəzində atışma törədən azərbaycanlı ilə bağlı YENİ QƏRAR
23-08-2025, 10:01 |
|
|
|
|