"BAKI TİKİNTİ MATERİALLARI" ASC XƏSTƏLİK YAYIR
Tarix: 9-12-2013, 10:58 | Çap et
Bu ilin oktyabr ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) В«Bakı Tikinti MateriallarıВ» Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədri Ramiz Həsənovu cərimələdi. Belə ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən "Bakı Tikinti Materialları" ASC-yə məxsus kərpic istehsal edən zavodun fəaliyyəti nəticəsində atmosfer havasının çirklənməsi ilə bağlı daxil olmuş şikayət məktubu araşdırılıb.
Araşdırma zamanı kərpic zavodunun fəaliyyəti zamanı mövcud qaz-toz tutucu qurğuların istismar qaydalarının ciddi surətdə pozulması səbəbindən atmosfer havasının normadan artıq çirklənməsinə yol verildiyi, tikinti tullantılarının düzgün idarə olunmadığı müəyyən edilib. Bununla yanaşı, şikayət məktubunda zavodun ətraf ərazilərində tikinti materiallarının satılması, ərazinin qum və daş bazarına çevrilməsi kimi göstərilən məlumatlar da araşdırılıb. Araşdırma zamanı Səhmdar Cəmiyyətə məxsus ərazinin ayrı-ayrı fiziki şəxslərlə bağlanmış müqavilə əsasında tikinti materiallarının pərakəndə satışı üçün icarəyə verildiyi, qum və çınqılın geniş ərazidə səpələnmiş halda açıq havada yerləşdirildiyi, nəticədə küləkli hava şəraitində tozun göyə sovrularaq ətraf ərazilərə yayıldığı qeydə alınıb.
Qeyd olunan faktlarla bağlı ASC-nin İdarə Heyətinin sədri Ramiz Həsənovun üzərinə protokol tərtib edilib, o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 2500 manat məbləğində cərimə olunub. Eyni zamanda, müəssisəyə məxsus ərazinin bir hissəsinin şəhərin müxtəlif yerlərindən gətirilən istehsalat, təmir-tikinti və qismən də məişət tullantıları ilə doldurularaq qeyri-qanuni tullantılar poliqonuna çevrildiyi müəyyən edilib. Nazirlik ASC rəhbərini cərimələsə də, Ramiz Həsənov qanundan kənar əməllərini davam etdirməkdədir. Yeni Günəşli qəsəbəsində yaşayan sakinlərdən aldığımız məlumatlara görə, nazirlik cərimə tətbiq edəndən sonra kərpic zavodunun rəhbəri burda fəaliyyət göstərən daş və qum bazarını başqa əraziyə köçürüb. Bazarın yerləşdiyi hazırkı sahə isə В«ABВ» yaşayış sahəsi 157-ci binanın bir neçə metrliyindədir. Sakinlərin əməkdaşımıza dediyinə görə, küləkli hava şəraitində, eləcə də adi günlərdə evlərində rahat otura bilmirlər. Narazı vətəndaşlar bildirir ki, daş və qum bazarında, o cümlədən yaxınlıqdakı çınlıq müəssisəsində satılan tikinti materiallarının toz-torpağı onların evinə dolur. Bununla yanaşı, bina sakinləri vərəm təhlükəsi ilə üz-üzə qaldıqlarını söyləyiblər: В«Binada yaşayan bir qrup sakin adından В«Gündəlik BakıВ» qəzetinin redaksiyasına şikayət məktubu göndərəcəyik. Bizim şikayətimizi heç kim araşdırmır. Ümidimiz sizə qalıb. Rayon İcra Hakimiyyətinin nümayəndələri bazarın qanunsuz fəaliyyət göstərdiyini bildirir, amma buranın bağlanması üçün müvafiq tədbirlər həyata keçirilmir.
Binada iki yüzdən çox ailə yaşayır. Bazarın bütün tozu bizim ciyərlərimizə gedir. Kimsə burda pul qazanacaq deyə biz ölməliyik?В». Məlumatı araşdırmaq üçün В«Bakı Tikinti MateriallarıВ» ASC-nin sədri Ramiz Həsənovla əlaqə saxladıq. Ramiz müəllim bildirdi ki, rəhbərlik etdiyi kərpic zavodu 1952-ci ildən fəaliyyət göstərir: В«Zavod fəaliyyətə başlayanda heç o bina yox idi. Yaxşısı budur siz şikayət edən sakinlərin məktubunu da götürüb bura gələsiniz və məsələni yerində araşdıraqВ». Bu fikirləri deyəndən sonra cəmiyyət sədri dəstəyi üstünə qoydu. Biz Ramiz Həsənova demək istəyirik ki, əməkdaşlarımız yaxın günlərdə qeyd olunan əraziyə baş çəkib geniş reportaj hazırlayacaqlar.
Şikayət edən sakinlərin məktubunu da ona göstərəcəyik. Bəziləri kimi başqa məqsədlər güdmürük. Hər hansı vətəndaş üzləşdiyi problemlə bağlı redaksiyamıza müraciət edirsə, bunu araşdırmaq borcumuzdur. ASC sədrinə bir sualımız olacaq. O, nəyin əsasında dövlətin balansında olan zavodun ərazisini sahibkarlara icarəyə verib? Hazırlayacağımz reportajda buna da toxunub yerli bələdiyyə işçilərinin Ramiz Həsənovla işbirliyindən yazacağıq. Sonda aidiyyəti dövlət orqanlarından xahiş edirik ki, ASC sədrinin özbaşına əməllərinin qarşısını alsınlar.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35 |
|
|
|
| • DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29 |
|
|
|
| • Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26 |
|
|
|
| • İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21 |
|
|
|
| • Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16 |
|
|
|
| • Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14 |
|
|
|
| • Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11 |
|
|
|
| • Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... - Yasamalda qanunsuzluq kimin himayəsindədir?
Bu gün, 12:08 |
|
|
|
| • "Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54 |
|
|
|
| • Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52 |
|
|
|
| • Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51 |
|
|
|
| • Rəsul Quliyev Azərbaycana qayıdır? - AÇIQLAMA
Bu gün, 11:49 |
|
|
|
| • Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH
Bu gün, 11:46 |
|
|
|
| • İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib
Bu gün, 11:37 |
|
|
|
| • “Bizə atəşkəs yox, sülh lazımdır” - Rusiya Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu gün, 11:36 |
|
|
|
| • İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32 |
|
|
|
| • Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi - KİV
Bu gün, 11:31 |
|
|
|
| • FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 11:30 |
|
|
|
| • “Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:28 |
|
|
|
| • Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bu gün, 11:27 |
|
|
|
| • Venesiyada küçənin adı görün NƏDİR - Azərbaycanla bağlı tarixi iz
Bu gün, 11:26 |
|
|
|
| • İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib
Bu gün, 11:21 |
|
|
|
| • 33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 11:07 |
|
|
|
| • 17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı - EYNİ ZAMANDA...
Bu gün, 11:00 |
|
|
|
| • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər
Bu gün, 10:57 |
|
|
|
| • Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?
Bu gün, 10:54 |
|
|
|
| • "Mən onu ölümlə heç vaxt hədələməmişəm" - Naxçıvanda NƏ BAŞ VERİR?..
Bu gün, 10:45 |
|
|
|
| • AZTV `Ovçu Pirim`in verilişini bağladı “İxtisarlar gedir, maliyyə problemi də...”
Bu gün, 10:39 |
|
|
|
| • “Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq - “Deyir ki, şikayət etsən maşınla üstündən keçəcəm”
Bu gün, 10:36 |
|
|
|
| • Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib - "Truth Social"
Bu gün, 10:26 |
|
|
|
| • “Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” - Novella Cəfəroğlu
Bu gün, 10:20 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
Bu gün, 10:17 |
|
|
|
| • İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib - KİV
Bu gün, 10:16 |
|
|
|
| • Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik - Stepanyan
Bu gün, 10:06 |
|
|
|
| • Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… - İTTİHAM VAR...
Bu gün, 10:00 |
|
|
|
| • Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 09:54 |
|
|
|
| • Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı – Şirkətin vergi borcu var
Bu gün, 09:44 |
|
|
|
| • Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? - sürücülər ÇƏTİN DURUMDA
Bu gün, 09:41 |
|
|
|
| • Tramp danışıqlar masasını pozmağa çalışır?.. - YOXSA...
Bu gün, 09:33 |
|
|
|
| • Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? - Revanşizmin Hollivud versiyası
Bu gün, 09:29 |
|
|
|
| • KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14 |
|
|
|
| • Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11 |
|
|
|
| • Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34 |
|
|
|
| • AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05 |
|
|
|
| • Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48 |
|
|
|
| • TENDER BAZARINDA “Leysan” effekti - İLGİNC FAKTLAR
Bu gün, 06:45 |
|
|
|
| • Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Bu gün, 06:41 |
|
|
|
| • “Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35 |
|
|
|
| • Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31 |
|
|
|
| • "Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14 |
|
|
|
|