Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                     Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir .....                     Pensiyalar nə vaxt veriləcək? .....                     “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı .....                     Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü .....                     Şimşək çaxacağı ehtimalı var .....                     “Köçəryan və Karapetyan gələrsə, .....                     Türkiyə iş adamından Bayram Yusifova ittiham: .....                     İran Ordusu ABŞ-yə müharibə elan etdi .....                     Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb .....                     Əvəz Zeynallı yenidən kitab marafonu edəcək .....                     Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır .....                     “Macarıstan üçün daha sakit bir dövr başlayır” .....                     "Rüzgar"ın əmisinə .....                     Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir .....                     ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib .....                     Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB .....                     Flyblast Travel Agency qalmaqalı böyüyür .....                     "Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır" .....                     Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ .....                     Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı .....                     Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi .....                     Lənkəran səhiyyəsində şübhəli tender .....                     Müctəba Xamenei atasından da radikaldır .....                     Türkiyə ilə sərhədlərin açılmasına hazırıq .....                     Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” .....                     Rədd edilən SÜLH .....                     Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi .....                     “Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı .....                     Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub .....                     İrəvandan Ankaraya "top səndədir" mesajı .....                     Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU .....                     Camalovun xaraba günə qoyduğu Zərdab... .....                     “AtaSığorta” ləğv edilir .....                     İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq .....                     Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" .....                     Rusiya Kiyevi də, Odessanı da tuta bilər .....                 

OQTAY ŞİRƏLİYEV KORRUPSİONERƏ VƏZİFƏ VERİR
Tarix: 13-02-2012, 12:01 | Çap et
OQTAY ŞİRƏLİYEV KORRUPSİONERƏ VƏZİFƏ VERİR

KORRUPSIYA İTTIHAMI İLƏ HƏBS OLUNMUŞ KÖNÜL VƏLİYEVA İLƏ BAĞLI ŞOK FAKTLAR

DİA.AZ: - Ötən ilin yanvar ayından korrupsiyaya qarşı mübarizə kampaniyası çərçivəsində müxtəlfi dövlət qurumlarında həbslər aparılmışdı. İri çəkili korrupsionerlərə gözün üstə qaşın var deyilməsə də bəzi həkimlər, xırda məmurlar məsuliyyətə cəlb olunmuşdu. Hüquq mühafizə orqanlarının rəhbərləri işdən çıxarılan, həbs olunan işçilər barədə prezidentə və ictimaiyyətə əhatəli məlumatlar vermirdilər. Prezident İlham Əliyev də Yeni il təbrikində ölkədə korrupsiyaya qarşı amansız mübarizə getdiyini bəyan etmişdi.

Amma bir il keçməmiş ağır cəza alan В«korupsionerlərВ» bir-bir azadlığa buraxılır.

Rüşvət cinayətində ittiham olunan Səhiyyə Nazirliyinin Narkoloji Dispanserini baş həkimi Könül Vəliyeva və idspanserin həkimi Faiq Quliyev məhkəmənin qərarı ilə azadlığa buraxılıb. Onlar müvafiq olaraq 6.5, və 6 il müddətinə cəzalandırılmışdılar.

Ötən ilin eyni dövrdə başlayan anti-korrupsiya tədbirləri görüntü xarakteri daşıması o zaman da bəlli idi. Korrupsiya və rüşvətxorluq maddəsi ilə tutulan şəxslərin azadlığa buraxılması təsdiq edir ki, tədbirlər formal idi. Ola bilsin əsaslandıracaqlar ki, Azərbaycan məkhəmələri müsəqildir və qərarı onlar çıxarıb. Amma hər kəsə bəllidir ki, ölkədə müstəqil məhkəmə yoxdur, icra hakimiyyətinə tabedir. Ötən il В«ərəb baharıВ» başlayanda, hakimiyyət təşvişə düşdü. Toplantı keçirərək, guya korrupsiyaya qarşı ciddi mübarizəyə başladıqlarını bəyan etdilər. Buna müvafiq olaraq, bir neçə nəfəri şou xətrinə həbs etdilər və sonra da yavaş-yavaş azadlığa buraxacaqlar. Yüksək səviyyədə bir məmur nə işdən çıxarıldı, nə də həbs edildi. Ən zəif adamları qurban verirlər. Sonradan da onların bəzilərini xilas edirlər. İşçi korrupsiyaya görə ittiham olunursa, onun rəhbərliyi niyə məsuliyyət daşımır. Bunu Təhsil Nazirliyinin şöbə müdiri Orxan Kərimovun timsalında göstərmək olar.

Dövlət büdcəsinin 40-50 faizi qeyri şəffaf investisiya xərclərinə yatırılır. Həmin pullar real korrupsiya mənbəyidir. Buna qarşı mübarizə aparmaq da isə acizdirlər. Bu o deməkdir ki, ölkə korrupsiya dövlət səviyyəsindədir.

Onu da bildirək ki, Narkoloji Dispanserini baş həkimi Könül Vəliyeva ilə bağlı qərarsızlıq, daha doğrusu onun həbsdən azad ediləcəyi və həbsinin simvolik xarakter daşıması ilə bağlı əminlik hələ əvvəlcədən mövcud idi. Və bu da Vəliyevanın arxasında dayanan qüvvələrin əzəməti ilə əlaqələndirilir.

Xatırladaq ki, hələ keçən ilin ortalarında Korrupsiyada ittiham edilərək işdən azad olunduğu bildirilən Narkoloji Mərkəzin (Narkoloji Dispanser keçən ilin iyunun 14-dən Narkoloji Mərkəz adlandırılır) sabiq baş həkimi Könül Vəliyeva yenidən Mərkəzə bərpa edilmişdi. O, həmin tarixdən etibarən Narkoloji Mərkəzin direktor müavinidir. Mərkəzin direktoru Telman Məmmədhəsənovun həmin ərəfədə verdiyi məlumata görə, Könül Vəliyeva iyunun 20-də Səhiyyə Nazirliyinin əmri ilə müalicə işləri üzrə müavini təyin edilib.

Bildirək ki, Baş Prokurorluğun mətbuat xidmətinin iyunun 7-də yaydığı məlumata görə, Respublika Narkoloji Dispanserinin həkimi Elgiz Mustafazadənin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "Qaynar xətt"inə daxil olmuş müraciəti əsasında mayın 5-də vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi başlanıb.

Baş prokurorluğun məlumatına görə, istintaqla müəyyən edilib ki, 2006-2011-ci illərdə Narkoloji Dispanserin baş həkimi Könül Vəliyeva həkim Rumziyyə Maçanovanın vasitəsi ilə qanunsuz olaraq hər ay dispanserin həkimlərindən 150-200 manat məbləğində pul alıb. Həmin məbləği verməyən həkimləri isə işdən azad etməklə hədələyib. Bundan başqa, Könül Vəliyeva xəstələri onlara pulsuz verilməli olan dərman preparatları ilə təmin etməyib və s. qanunsuzluqlara yol verib.

Onu da bildirək ki, Könül Vəliyeva barəsində bu boyda həngamənin çıxmasına rəğmən mətbuata açıqlamalar verərək hüquq-mühafizə orqanlarının əməliiayt xəbərlərini də təkzib etmişdi.O, telekanallardan birinə müsahibəsində “belə bir şeyin olmadığını”, dispanserin mərkəzə çevrildiyini və özünün də həmin mərkəzin müalicə işləri üzrə direktor müavini təyin edildiyini demişdi. Barəsində cinayət işi açılması ilə bağlı suala gəldikdə, sabiq baş həkim bütün sualları Səhiyyə Nazirliyinə verməyi məsləhət görüb.

Mərkəzdən onu da öyrəndik ki, pul yığımında Könül Vəliyevaya yardımçı olmaqda ittiham edilən Rumziyyə Maçanova da hazırda öz işində çalışır.

Xatırladaq ki, Baş Prokurorluğun iyunun 7-də yaydığı məlumatda istintaqla korrupsiya hallarının müəyyən edildiyi bildirilsə də, qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov həmin zamankı açıqlamasında bildirmişdi ki, cinayət işi sabiq baş həkim barəsində deyil, şikayətlə bağlı toplanan materiallar üzrə açılıb: “Cinayət işi başlanılıb və tərəfimizdən istintaq davam etdirilir. Sabiq baş həkim hələ ittiham olunmur, ona ittiham elan edilməyib”.

Onu da bildirək ki, bu, korrupsiyada ittiham olunub, sonradan azad edilənlərlə bağlı yeganə hal deyil. 2011-ci ilin fevralında Şəkidə iş adamını intihar həddinə çatdırmaqda ittiham edilən digər dövlət məmuru, rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini Yusif Abdurrəhmanov da hazırda evindədir.

Xatırladaq ki, Respublika Prokurorluğu Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini Yusif Abdurrəhmanov və digər müavin Eldəniz Qəhrəmanov barəsində vəzifə səlahiyyətlərini aşma maddəsi üzrə cinayət işi açmışdı. İstintaq materiallarında deyilirdi ki, barəsində cinayət işi qaldırılan şəxslərin hərəkətləri Şəki sakini sahibkarlıq fəaliyyəti ilə məşğul olan Hikmət Səlimovu özünə qəsd etməyə vadar edib.

Bundan başqa, Şamaxıdan aldığımız məlumata görə, bir müddət əvvəl korrupsiya ittihamı ilə həbs edilən bələdiyyə sədri də sərbəst buraxılıb.

Bütün bunlarla bağlı redaksiyamıza çox ilginc məlumatlar daxil olub. Konkret olaraq Könül Vəliyevanın məsələsinə izahat verən hökumət içindəki mötəbər qaynağımız iddia edir ki, əslində bu xanımın belə bir ağır ittihamdan qurtulmasında şəxsən Oqtay Şirəliyev maraqlı olub: В«Hətta Oqtay Şirəliyev əslində həmin əməliyyatdan sonra qolları qandallanmış Könül Vəliyevanın bir gün belə həbsdə qalmasının da qarşısını alıbВ».

Onu da bildirək ki, korrupsiyaya qarşı mübarizə elan edildikdən sonra boğaza qədər rüşvət adlı çirkaba bulaşmasına (ifadə Hacıbala Abutalıbova məxsusdur -red.) səhiyyə sistemində kimsənin В«burnu belə qanamadıВ». Bu heç də o demək deyildi ki, Azərbaycan səhiyyəsində bircə nəfər də olsun korrupsionerin aşkarlanması mümkün olası iş deyil. Sadəcə olaraq burada bir sirli məqam mövcuddur.

Mötəbər mənbənin bildirdiyinə görə, ilk günündən hakim elitada kifayət qədər nüfuzlu hesab olunan Oqtay Şirəliyev onun rəhbərliyi altında çalışanlardan kimsənin həbs edilməməsi ilə bağlı tələbini ortaya qoyub: В«Nazir bu yolla bütün korrupsioner səhiyyə işçilərinin canını satın alıbВ».

Könül Vəliyevanın məsələsinə gəlincə isə, bu barədə danışan mənbəmiz bildirdi ki, əməliyyatın hazırlanmasından nazir xəbərsiz olsa da, Könül Vəliyevanı sona qədər müdafiə etməklə yanaşı, həta istintaq dövründə belə onu vəzifəsiz qoymadı. Mənbəmiz bildirir ki, yaxın günlərdə artıq tam olaraq bəraət almış Könül Vəliyevanın yenidən əvvəlki vəzifəsinə təyin edilməsi planlaşdırılır.

Mövzu diqqətimizdədir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır
Bu gün, 11:55
“Macarıstan üçün daha sakit bir dövr başlayır” – QABOR ŞTİR
Bu gün, 11:49
"Rüzgar"ın əmisinə AĞIR CƏZA tələbi
Bu gün, 11:47
Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir - Pezeşkian
Bu gün, 11:42
ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib - İran XİN
Bu gün, 11:41
Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB – Avqustun 31-dək...
Bu gün, 11:35
Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar
Bu gün, 11:33
"Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır"
Bu gün, 11:26
Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ – Paşinyan rəqiblərini belə NEYTRALLAŞDIRIR
Bu gün, 11:24
Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı 3 ssenari sadaladı...
Bu gün, 11:19
Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi – CƏZA
Bu gün, 11:17
Lənkəran səhiyyəsində şübhəli tender - DETALLAR
Bu gün, 11:15
Müctəba Xamenei atasından da radikaldır - Lukaşenko
Bu gün, 11:10
Türkiyə ilə sərhədlərin açılmasına hazırıq - Kostanyan
Bu gün, 11:02
Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” - İLGİNC İDDİALAR...
Bu gün, 10:59
Rədd edilən SÜLH – İranı nə gözləyir?
Bu gün, 10:52
Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:50
“Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı – Bakıdan REAKSİYA
Bu gün, 10:49
Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub
Bu gün, 10:47
İrəvandan Ankaraya "top səndədir" mesajı – Ermənistan Türkiyə ilə sərhədləri açmağa tam hazırdır
Bu gün, 10:37
Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU - BUNDAN SONRA...
Bu gün, 10:33
Camalovun xaraba günə qoyduğu Zərdab... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:29
“AtaSığorta” ləğv edilir - DETALLAR
Bu gün, 10:25
İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq – Kilosuna 20 manat ödəyəcək
Bu gün, 10:21
Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" - Dünyanın ən istedadlı adamı...
Bu gün, 10:09
Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
Bu gün, 10:03
Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı
Bu gün, 10:01
"Azərpoçt"un rəhbəri işdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 09:56
Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?
Bu gün, 09:55
Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? - TƏFƏRRÜAT
Bu gün, 09:54
Kədərli mahnıları da gülməli olan müğənnimiz - Orxan Saffari yazır...
Bu gün, 09:53
ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? – “Netfliks”də sensasion Azərbaycan səhnəsi
Bu gün, 09:47
İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib - "Reuters"
Bu gün, 09:44
Başçıya müraciət etsə də... - "Vətən mənim əlacsız halımı..."
Bu gün, 09:42
MSK üzvlərinin səlahiyyət müddəti bitir - Aprelin sonunadək...
Bu gün, 09:35
Dünyanın ən müftəxor deputatları - Hər əl qaldırmağa ən azı 25-30 min manat
Bu gün, 09:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru