Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirir .....                     Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... .....                     Yükü “ağır” olan Azərbaycan .....                     “Proses başlasın!” və ya Kremlin danışıqlar imitasiyası .....                     Dövlətlər də insanlar kimidir... .....                     Ermənistan paytaxtında Lavrova qarşı etiraz aksiyası keçirildi... .....                     "Azadlıq" radiosu üçün 5,5 milyon ayrıldı .....                     Nəhayətdə Köçəryan da cavab verəcək .....                     Mirzoyan Avropada Rusiyadan “xilas olduqlarını” iddia etdi .....                     "Bu çox mənfi bir presedent yaradacaq" .....                     Naxçıvanda icra hakimiyyəti orqanlarının bu sahədə səlahiyyətləri ləğv olunur .....                     “Vopşe”, “tak çto”, “znaçit”: Bu sözlər lüğətimizə daxil edilir? .....                     Ərinə 9 bıçaq zərbəsi vuran 4 uşaq anası hakim qarşısında .....                     Kimlər əfvə düşə bilməz? .....                     Budapeştdə mühüm masa qurulur .....                     Həsənovun SON SƏFƏRİ... .....                     Sərhədlərin açılması oyunu dəyişdirəcək .....                     Deputatdan həmkarına ETİRAZ .....                     Hansı rayonda banklara əmanət yerləşdirmək daha sərfəlidir? .....                     Hüseyn Abdullayevin anası: `Prezidentdən əfv gözləyirəm...` .....                     Lənkəranskini bıçaqlayan "oğru"nun qatilinə "EDAM HÖKMÜ" verildi .....                     Prorektor rüşvətə görə işdən çıxarılıb? .....                     Əvəz Zeynallının SON DURUMU ilə bağlı bacısından ÜRƏKDAĞLAYAN SÖZLƏR .....                     Azərbaycanda kazinolar açılmalıdırmı? .....                     ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" .....                     Bakıda daha bir "təqaüd dələduzluğu" .....                     "Əminə hansı qərarı versə, mən və anası dəstəkləyəcəyik" .....                     Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirilib? .....                     Həcc kvotası niyə dolmadı? .....                     "Abzas Media" işi üzrə cəza istənilib: KİMƏ NƏ QƏDƏR... .....                     Məhkəmə sabiq bağça müdirinin iddialarını rədd etdi .....                     AZCON-un Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə rəhbər təyin edilib .....                     Bu bank rəsmi etibarnaməni də tanımır .....                     Azərbaycanda dollar almaq ÇƏTİNLƏŞİR .....                     Azərbaycan “İbrahim sazişləri”nə niyə dəvət olunur? .....                     Bakı ilə sülh danışıqları davam edir? .....                     “Şəki” restoranına görə bu qədər kompensasiya ödənilib .....                     Dilçilik İnstitutunun direktoru: "Vopşe", "tak çto", "znaçit" kimi sözlərin .....                     İran müdafiə naziri Ermənistana səfərə gedib .....                     16 yaşlı qızı öldürüb Kürə atdılar .....                 

“AZƏRSU”DA TALAN SİYASƏTİ
Tarix: 15-02-2012, 12:02 | Çap et
“AZƏRSU”DA TALAN SİYASƏTİ

KASIB MƏHƏLLƏLƏRƏ GEDİB ÇIXMAYAN DÖVLƏT PROQRAMI

Biz Şüvəlana gedəndə ötən axşamdan yağan sulu qarı nəzərə almasaq, elə bir yağıntı olmamışdı. Buna baxmayaraq, ara küçələrin bəzilərində artıq qayıq sürmək olardı. Yerli sakinlərin dediyinə görə, güclü yağışlardan sonra bu küçələr ümumiyyətlə keçilməz olur.

Şüvəlanda ötən il bir neçə küçəyə kanalizasiya xətləri çəkilsə də, söhbətləşdiyimiz sakinlərin əksəriyyəti В«2011-2013-cü illərdə Bakı və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət ProqramıВ»nın onların küçəsinə gəlib çıxmadığını, pulların işə deyil, şəxsi ciblərə getdiyini deyirdi: В«Bura kasıb məhəllədir, ona görə çəkmirlər. Əsas yerlərə çəkiblər, gözdən pərdə asmaq üçünВ», - Şüvəlan sakini Fərman kişi belə deyir.

Fərman kişinin ehtimallarını sənədlər də təsdiqləyir. Su təchizatı və kanalizasiya sistemlərinin yaradılmasına məsul olan В«AzərsuВ» Açıq Səhmdar Cəmiyyəti tikinti-quraşdırma işlərinə cəlb etdiyi özəl şirkətləri tenderlə yox, sorğu ilə seçir. Seçdiyi podratçılar arasında isə eləsinə rast gəldik ki, В«AzərsuВ» ASC-in prezidenti Qorxmaz Hüseynovun qohumları tərəfindən yaradılıb.

В«ŞÜVƏLANDA İŞLƏR ÖTƏN İLDƏN BAŞLAYIBВ»

Bunu Şüvəlan qəsəbə icra nümayəndəsi Baləli Əliyev deyir və əlavə edir ki, kanalizasiya idarəsi 2013-cü iləcən bütün küçələrə kanalizasiya çəkiləcəyinə söz verib. Bizi əmin edir ki, bundan əvvəlki dövlət proqramlarında Şüvəlanda kanalizasiya sistemi üçün heç bir iş nəzərdə tutulmayıb: В«Ötən il bəzi küçələrə kanalizasiya xətləri çəkilib, ancaq su təchizatı üçün hələlik heç bir iş görülməyib. Planda var ki, su anbarı qazılandan sonra su xətti də çəkiləcəkВ».

Görünür Baləli Əliyevin В«2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət ProqramıВ»ndan xəbəri yoxdur. Bu proqramda yazılıb ki, 2007-ci ildə Şüvəlanda 4 milyon manatlıq kanalizasiya təmizləyici qurğu tikilib.

Kanalizasiya idarəsi 2013-cü iləcən bütün küçələrə kanalizasiya çəkiləcəyinə söz verir
2006-2011-ci illər arası qəsəbədə su və kanalizasiya sistemi ilə bağlı müxtəlif işlərin görülməsinə isə Nazirlər Kabinetinin sərəncamları ilə 14 milyon manatdan çox vəsait ayrılıb.

Bəlkə Dövlət-В«AzərsuВ»-Podratçı zəncirinin hansısa həlqəsində bu 14 milyon manat sadəcə olaraq mənimsənilir? Bunu araşdırmaq üçün В«AzərsuВ» ASC-yə müraciət etdik.

TENDERSİZ SEÇİLƏN PODRATÇI ŞİRKƏTLƏR

В«AzərsuВ» ASC-dən bizə dövlət proqramı üzrə işlərə cəlb olunan şirkətlərin adlarını verdilər. Məlum oldu ki, bu şirkətləri tender yox, sorğu əsasında seçiblər. Bunu da belə izah edirlər ki, tenderə vaxt itirməmək üçün hökumətə müraciət edib podratçılarla birbaşa müqavilələr bağlamağa icazə istəyiblər. Əks halda, dövlət proqramını vaxtında və tam həcmdə başa çatdırmaqda problem ola biləcəyini yazıblar. Nazirlər Kabinetinin 22 avqust 2011-ci il tarixli sərəncamı ilə В«AzərsuВ»ya icazə verilib ki, В«müvafiq sahədə təcrübəsi olan şirkətlərlə danışıqlar əsasında seçilən layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə bağlasınВ».

В«Satınalmalar haqqındaВ» qanunda yazılıb ki, 50000 manatdan yuxarı bütün işlər üçün tender elan olunmalıdır, tenderdə iştirak edən şirkətlərin ən azı 3 il iş təcrübəsi olmalıdır.

Qanunvericilik Nazirlər Kabinetinin xüsusi hallarda belə sərəncamlar vermək hüququnu tanısa da, hüquqşünaslar bu prosesdə şəffaflığı son dərəcə vacib sayırlar. İqtisadçılar isə deyirlər ki, xüsusilə dövlət proqramlarında belə hallar əsaslandırılmalıdır.

В«ŞİRKƏT LAZIM İDİ, YARATDIQВ»

Diqqətimizi bir fakt da cəlb etdi ki, В«AzərsuВ»yun seçdiyi podratçıların az qala hamısı 2011-ci ildə, В«AzərsuВ»ya yeni prezident təyin olunandan sonrakı aylarda qeydiyyatdan keçiblər.

3 illik minimum iş tələbinə uyğun gələn ancaq В«Tikinti-Təmir ANKZ-4В» (2002) ASC və В«Sənaye-Tikinti MВ» (2003) idi. Lakin birinci şirkətin nə təsisçilərini tapa bildik, nə də ofisini. Eyni sözləri В«Mühəndis Tikinti LayihəВ» MMC (2011) barədə də demək olar.

В«AzərsuВ»yun seçdiyi digər şirkətlərin heç biri qeydiyyat sənədlərində göstərilən ünvanlarda fəaliyyət göstərmir. Üstəlik, həmin hüquqi ünvanlarda bəzi hallarda 10-a yaxın başqa şirkət də qeydiyyatdadır. Belə ünvanlardan birinin sahibi deyir ki, hüquqşünasdır: В«Şirkət lazım idi, sifariş verdilər, mən də yaradıb təhvil verdim. Həmin şirkətlərlə başqa heç bir əlaqəm yoxdurВ».

В«AZƏRSUВ» PREZİDENTİNİN QOHUMLARI

Niyə dövlət əhəmiyyətli strateji layihələr heç bir təcrübəsi olmayan, ofisi bəlli olmayan sirli şirkətlərə həvalə edilir? Bəlkə bu şirkətlərin sahibləri fitri istedada, xüsusi danışıqlar texnikasına malik iş adamlarıdır? Yoxsa В«AzərsuВ» rəhbərliyini inandıra biliblər ki, ən sərfəli işi məhz onların şirkəti icra edə bilər? Bizim araşdırmalar göstərir ki, Bakı və qəsəbələrinin su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılmasına cəlb olunan şirkətlərin bəziləri В«AzərsuВ» prezidenti Qorxmaz Hüseynovun yaxın qohumlarına məxsusdur.

PREZİDENTİN QAYNI VƏ...

В«Sənaye Tikinti-MВ» MMC-nin təsisçisi - Hüseynov Məhəmməd Cavanşir oğlunun В«AzərsuВ» prezidenti Qorxmaz Cavanşir oğlu Hüseynovun yaxın qohumu olduğu bildirilir. Bu MMC В«AzərsuВ» üçün 1.5 mln manata Korgöz qəsəbəsinə su xətti çəkib.

В«Hidro-İnşaat ServisВ» MMC isə 2011-ci ildə Qorxmaz Hüseynovun qaynı Cəbrayılov Namiq Cidalı oğlu tərəfindən təsis olunub. Bu MMC ötən il aprelin 15-də qeydiyyatdan keçib və cəmi bir neçə ay sonra В«AzərsuВ»yun layihələrinə cəlb olunub. В«AzərsuВ» prezidentinin qaynının cəlb olunduğu başqa bir şirkət isə В«Hidro-LotusВ» MMC-dir. В«Hidro-LotusВ» MMC, В«Hidro-İnşaat ServisВ» MMC yaradılandan 3 ay sonra - 2011-ci il iyulun 26-da qeydiyyatdan keçib. В«Hidro-LotusВ» MMC-nin 70 faizi В«Hidro-İnşaat ServisВ»ə, 30 faizi isə Türkiyənin В«Lotus Müteahhitlik Planlama İnşaat Mühendislik Enerji Madencilik Ve Taşimacilik Anonim ŞirketiВ»nə (qısaca В«LotusВ») məxsusdur.

Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun layihəsi və tikintisi üçün 5 milyon manatlıq layihə məhz В«Hidro-LotusВ» MMC-yə tapşırılıb.

Namiq Cəbrayılov bu şirkətlərin yalnız təsisçisi olduğunu, gördükləri işlər barədə məlumat verə bilməyəcəyini deyir.

В«SÜZGƏCВ» METODU

İqtisadçı Natiq Cəfərli layihələrin qohumların rəhbərlik etdiyi şirkətlərə verilməsini В«feodalizm qaydasıВ», əsl korrupsiya faktı sayır. Çünki Azərbaycan qanunvericiliyi iqtisadiyyatda qohumbazlığı qadağan edir və bu, bir neçə qanunla tənzimlənir:

В«Bütün sahələrdə belədir. Yaradılan MMC-lər məhz ortada süzgəc rolunu oynayır – gələn pulun bir hissəsi orda yatır, qalan hissəsi başqa subpodratçılara veriləndə də, həmin pulun bir hissəsi də В«otkatВ» şəklində geri alınır. Çox primitiv olsa da, illərlə işləyən bir sistem, struktur qurublarВ».

В«AzərsuВ»yun sözçüsü Anar Cəbrayıllı isə şirkətin layihələri rəhbərliyin qohumlarına aid şirkətlərə verilməsinə dair məlumatların həqiqətəuyğun olmadığını deyir, onları В«dedi-qoduВ», В«şayiəВ» adlandırır.

В«AzərsuВ»yun əvvəlki rəhbərliyi dövründə işlədiyi bəzi şirkətləri də eyni hüquqi ünvan, eyni təsisçinin birləşdirdiyini müşahidə etdik. Natiq Cəfərli deyir ki, bəzi hallarda konkret layihələr üçün yaradılmış şirkətlərin ömrü bir ildən artıq çəkmir. Şirkətin bağlandığı elan olunur, sonradan onun barəsindəki sənədlər də məhv edilir. Beləliklə bütün izlər itir. İqtisadçı xarici şirkətlərlə işbirliyini xaricə pulun çıxarılması üçün Milli Bankın icazəsinin lazım olmaması ilə izah edir: В«Çox böyük məbləğləri asanlıqla çıxara bilirlərВ».

TÜRK İŞ ADAMI: В«PULLAR UÇUB GEDİRВ»

Su-kanalizasiya sektorunda işləmiş türk iş adamlarından biri korrupsiya sxemini açıqlayır:

В«Orada aldığınız pul sizə qalmır, sağa-sola verməlisən. Bizim dediyimiz qiymətin üzərinə bir neçə dəfə çox qiymət yazırdılar. Bir az sənə iş gördürürlər, pullar uçub, gedirdiВ». 2009-2010-cu illərdə, В«AzərsuВ»yun keçmiş rəhbərliyi dövründə Bakının kanalizasiya xətlərinin açılmadan çirkab sularından təmizlənməsinə cəlb olunmuş Türkiyənin В«Kanalize İnşaatВ» şirkətinin rəhbəri Ridvan Köse belə deyir.

KAĞIZ ÜZƏRİNDƏ MİLYONLAR DÖVRİYYƏSİ

Ridvan Köse Bakıda qatıldığı 2 layihənin hər birinə bir milyon manatdan çox pul ayrıldığını, ancaq bu məbləğin kağız üzərində qaldığını deyir: В«Nə məni işlətdilər, nə pulumu verdilərВ».

O, vaxtilə Azərbaycandan burdakı şərtlərə görə getdiyini bildirir, В«AzərsuВ»yun indiki rəhbərliyinin daha çox iş görmək, texnologiya almaq istədiyini, Türkiyədən məsləhətçi kadrlar da dəvət etdiyini qeyd edir.

Elə yerli iqtisadçılar da problemin həllini, Azərbaycanda da bir çox xarici ölkələrdə olduğu kimi, kommunal sahənin özəl şirkətlərin idarəsinə verilməsində görürlər.

BAKI İLƏ KİŞİNYOVUN FƏRQİ

Təkcə ötən il В«AzərsuВ» ASC-yə dövlət büdcəsindən 500 milyon manat ayrılıb. 87 milyon manat da В«2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət ProqramıВ» çərçivəsində ayrılan vəsaitdir.

Moldovanın paytaxtı Kişinyovda isə ötən il kanalizasiya sisteminin 1.85 km-nin təmirinə 2.1 milyon lei (178000 dollar) sərf olunub. Sistemin 160 km-i təmir olunmalıdır, bunun üçün də minimum 315 milyon lei (26.68 milyon dollar) lazımdır.

В«AzərsuВ» ASC-nin rəhbəri Qorxmaz Hüseynov isə ötən ilin sonlarında yerli mediaya bildirib ki, Bakının ətraf qəsəbələrinin su və kanalizasiya sisteminin yenidən qurulmasına təqribən 1.5 mlrd. manat tələb olunur.

ŞÜVƏLANDA SU QUYULARI İLƏ TUALETLƏRİN TƏHLÜKƏLİ QONŞULUĞU

Şüvəlanın su və kanalizasiya sisteminə son illərdə ayrı-ayrı dövlət proqramları çərçivəsində ayrılan pullardan xəbərsiz olan Əliağa Rzayev həyət qapısının ağzında özü anbar qazdırıb:

В«Bütün kanalizasiya suyu axır bura. Yaxınlıqda isə В«kaçalkaВ» işləyir, içməli su çəkir. Bütün həyətlərdə belədir - həm kanalizasiya anbarı, həm də içməli su mancanağı bir-birinin yanındadır. İçməli su kanalizasiyaya qarışıb qarnımıza gedirВ».

Əliağa Rzayevin 74 yaşı var. Dövlətin В«AzərsuВ»ya ayırdığı milyonlardan payına düşən hissəni gözləyə-gözləyə hələ ki, öz cibindən ayda 15-20 manat verib həyətindəki tualet anbarını təmizlətdirir. Yumor hissini də itirmir. Qapısının qarşısındakı gölü göstərib deyir:

В«Hələ bu harasıdır? Burada ördək vurduğum vaxtlar olub. Heyf, indi ovçuluq da qadağandırВ».

Yazı Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun В«Media və ictimai vəsaitlərin şəffaflığıВ» layihəsi çərçivəsində elan etdiyi jurnalist müsabiqəsinə təqdim olunur.

Arifə Kazımova










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirir - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:46
Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... - FAKT BUDUR!
Bu gün, 00:22
Yükü “ağır” olan Azərbaycan - ARAŞDIRMA
Bu gün, 00:17
“Proses başlasın!” və ya Kremlin danışıqlar imitasiyası - NƏ BAŞ VERİR?
Bu gün, 00:12
Dövlətlər də insanlar kimidir... - Bahəddin Həzi yazır...
Dünən, 23:59
Ermənistan paytaxtında Lavrova qarşı etiraz aksiyası keçirildi... - Putinin şəkli və “qatil” sözləri olan pankart asıldı...
Dünən, 23:54
"Azadlıq" radiosu üçün 5,5 milyon ayrıldı AB sahiblənir...
Dünən, 23:48
Nəhayətdə Köçəryan da cavab verəcək - ŞƏRH
Dünən, 20:36
Mirzoyan Avropada Rusiyadan “xilas olduqlarını” iddia etdi - KİV
Dünən, 20:32
"Bu çox mənfi bir presedent yaradacaq" - Etibar Məmmədov
Dünən, 19:46
Naxçıvanda icra hakimiyyəti orqanlarının bu sahədə səlahiyyətləri ləğv olunur - DİQQƏT
Dünən, 19:42
“Vopşe”, “tak çto”, “znaçit”: Bu sözlər lüğətimizə daxil edilir? – RƏSMİ
Dünən, 19:40
Ərinə 9 bıçaq zərbəsi vuran 4 uşaq anası hakim qarşısında - CİNAYƏT DOSYESİ
Dünən, 19:37
Kimlər əfvə düşə bilməz? - AKTUAL
Dünən, 18:06
Budapeştdə mühüm masa qurulur – Azərbaycan hansı gedişləri edəcək?
Dünən, 18:03
Həsənovun SON SƏFƏRİ... - BUNA GÖRƏ ÖNƏMLİDİR...
Dünən, 18:00
Sərhədlərin açılması oyunu dəyişdirəcək - Ermənistan xarici işlər naziri
Dünən, 17:59
Deputatdan həmkarına ETİRAZ - Bu birmənalı QARŞILANMAZ...
Dünən, 17:57
Hansı rayonda banklara əmanət yerləşdirmək daha sərfəlidir? – Tam siyahı
Dünən, 17:50
Hüseyn Abdullayevin anası: `Prezidentdən əfv gözləyirəm...` - MÜRACİƏT
Dünən, 17:47
Lənkəranskini bıçaqlayan "oğru"nun qatilinə "EDAM HÖKMÜ" verildi - 30 avtoritetin "sxodka"sı
Dünən, 17:45
Prorektor rüşvətə görə işdən çıxarılıb? - AÇIQLAMA
Dünən, 17:41
Əvəz Zeynallının SON DURUMU ilə bağlı bacısından ÜRƏKDAĞLAYAN SÖZLƏR - O dəqiqdir ki...
Dünən, 17:38
Azərbaycanda kazinolar açılmalıdırmı? - Görünəni odur ki...
Dünən, 17:19
ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
Dünən, 17:15
Bakıda daha bir "təqaüd dələduzluğu" - TƏFƏRRÜAT
Dünən, 17:11
"Əminə hansı qərarı versə, mən və anası dəstəkləyəcəyik"
Dünən, 17:07
Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirilib? - AÇIQLAMA
Dünən, 17:05
Həcc kvotası niyə dolmadı? - Deputat səbəbləri AÇIQLADI
Dünən, 17:00
"Abzas Media" işi üzrə cəza istənilib: KİMƏ NƏ QƏDƏR... - DETALLAR
Dünən, 16:54
Məhkəmə sabiq bağça müdirinin iddialarını rədd etdi - TƏFƏRRÜAT
Dünən, 16:52
AZCON-un Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə rəhbər təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:51
Bu bank rəsmi etibarnaməni də tanımır - BU NƏDİ BELƏ?..
Dünən, 16:44
Azərbaycanda dollar almaq ÇƏTİNLƏŞİR - NƏ ETMƏLİ?
Dünən, 16:39
Azərbaycan “İbrahim sazişləri”nə niyə dəvət olunur? - AKTUAL
Dünən, 16:36
Bakı ilə sülh danışıqları davam edir? - Vardanyan suala elə cavab verdi ki...
Dünən, 16:34
“Şəki” restoranına görə bu qədər kompensasiya ödənilib - VİDEO
Dünən, 16:27
Dilçilik İnstitutunun direktoru: "Vopşe", "tak çto", "znaçit" kimi sözlərin lüğətə əlavə edilməsi mümkünsüzdür
Dünən, 16:25
İran müdafiə naziri Ermənistana səfərə gedib - KİV
Dünən, 16:23
16 yaşlı qızı öldürüb Kürə atdılar - 21 yaşlı sevgilisi saxlanıldı
Dünən, 16:22
“Bakcell” süni intellekt təlimi təşkil edib
Dünən, 15:19
400 milyon dollarlıq mübahisə: - Tramp “hədiyyə” dedi, təyyarə satışda çıxdı
Dünən, 15:17
Putini NECƏ RAM ETMƏLİ... - AKTUAL
Dünən, 15:07
Azərbaycan 3 ayda 18 ölkədən 2,9 milyardlıq qızıl alıb - SİYAHI
Dünən, 15:01
1,5 milyardlıq ANLAŞMA - Ermənistana silah axını DAVAM EDİR
Dünən, 14:56
Yüksək vəzifə verilən Fuad Xəlilov kimdir? - DOSYE
Dünən, 14:53
Mərkəzi Bank sükutdadır: Neftin ucuzlaşması fonunda suallar artır - PROQNOZ
Dünən, 14:47
"Avtomotoservis" ASC səhmdarlarına dividend ödəyəək
Dünən, 14:47
Hüseynə qarşı yarım milyonluq iddia qaldırıldı
Dünən, 13:06
Türkiyəli iş adamının Azərbaycandakı milyonluq tikinti şirkəti bağlanır
Dünən, 13:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru