İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                 

ASTARADA “FÖVQƏLADƏ VƏZİYYƏT”
Tarix: 20-02-2012, 16:46 | Çap et
ASTARADA “FÖVQƏLADƏ VƏZİYYƏT”

İCRA BAŞÇISI ŞİKAYƏTÇİLƏRİ İZOLƏ ETMƏYƏ HAZIRLAŞIR

Astara rayonu prezident İlham Əliyevi qarşılamağa hazırlaşır. Prezidentin martın əvvəllərində bu rayona səfər edəcəyi gözlənilir. İlham Əliyev sonuncu dəfə Astarada ötən il, aprelin 15-də olmuşdu. O, Heydər Əliyev Mərkəzinin, Şahağacı-Astara yolunun, Gənclər Mərkəzinin açılışında iştirak etmişdi. Bundan başqa, Astaraçay üzərində inşası nəzərdə tutulmuş mini Su Elektrik Stansiyasının təməlqoyma mərasimində olmuşdu. Prezident geri qayıdarkən Lənkərana və Masallıya da baş çəkmişdi.

SADƏ VƏTƏNDAŞLARA PREZİDENTLƏ GÖRÜŞMƏK İMKANI VERİLMİR

Prezident İ.Əliyev Astaraya səfəri zamanı az sayda və seçilmiş adamlarla qısa görüşlər keçirtdi. Yollar və məktəblər bağlandı, prezidentin hərəkət etdiyi bütün istiqamətdə nəqliyyat vasitələrin hərəkəti dayandırıldı, adamların hərəkətləri məhdudlaşdırıldı. Sadə vətəndaşların prezidentlə görüşünə imkan verilmədi. Onda rəsmilər deyirdilər ki, bu sərt tədbirlər mümkün təhlükələri aradan qaldırmaq üçündür.

PREZİDENTİN GƏLİŞİNƏ HAZIRLIQ...

Prezidenti qarşılamaq üçün bu dəfə də Astara şəhərində təmizlik işləri aparılır. Mərkəzi xəstəxana əsaslı təmir edilir, olimpiya kompleksində son tamamlanma işləri aparılır. YAP Astara rayon Təşkilatı üçün tikilən ikimərtəbəli inzibati bina artıq istifadəyə hazırdır. Lənkəranda H. Əliyev muzeyini sökərək bu adda ikimərtəbəli yeni mərkəz inşa edilir. Bəzi obyektləri açılışa hazırlamaq üçün gərgin iş gedir.

Rayonlarda istifadəyə verilən obyektlərin lentlərini prezidentin kəsməsi artıq adət halını alıb. Açılan obyektlərin sonrakı taleyi isə heç kimi maraqlandırmır. Məsələn, ötən il təməli qoyulan mini Su Elektrik Stansiyasının tikintisi dayandırılıb. Gənclər Evi adına uyğun fəaliyyət göstərmir. Astara-Şahağacı yoluna istifadəyə veriləndən 3-4 ay sonra yamaq qoyuldu. Halbuki, bu yolun tikintisi üçün prezident 3.6 milyon manat pul ayırmışdı. Görəsən, prezident ötən il qırmızı lentlərini kəsdiyi bu obyektlərin sonrakı taleyi ilə bu səfərində maraqlanacaqmı?

Bəs astaralılar prezidentin növbəti səfərindən nə gözləyirlər?

Bu sualla da Astara sakinlərinə və partiyaların rayon təşkilatların rəhbərlərinə müraciət etdik.

Astara şəhər sakini Şanisa Əliyeva:

В«DEDİLƏR PREZİDENTLƏ GÖRÜŞMƏВ»

В«Mən 30 ildir evsiz-eşiksizəm. Keçən dəfə polis məni apardı şöbəyə. Məni döydülər, sürüdülər, atdılar maşına. Mənim mərhum valideynlərimi söydülər. Dedilər, prezidentlə görüşmə. Dedim mən birinci qrup əliləm, mən küçələrdə necə qalım. Dedilər necə istəyirsən elə də qal. Hər yerə müraciət etmişəm evə görə. Heç bir imkanım yoxdur, iki ay pensiyamı vermədilər. Mənə lazımdır prezidentlə görüşüm, dərdimi deyim. Ayaqlarım işləmirВ».

Şanisa Əliyeva deyir ki, bu dəfə də prezidentlə görüşməyə çalışacaq.

Astara rayon Polis İdarəsindən isə prezidentin səfəri müddətində şikayətçilərin polisə aparılıb döyülməsi haqda deyilənləri təkzib edirlər. Polisdən verilən məlumata görə, həmin vaxt profilaktik tədbirlər nəticəsində bəzi insanlar şöbəyə aparılıblar. Ancaq onlardan döyülüb, təhqir edilən olmayıb.

Astara rayon Seləkəran kənd sakini Əzim Kərimov isə sosial yardımı ala bilmədiyini deyir:

В«Sosial yardım üçün o idarənin müdirinin yanına getmişəm. Deyirəm mən vətəndaşam, məni vətəndaş kimi qəbul elə. O mənə deyir ki, çıx çölə. Mən prezidentə minnətdaram, həyatım boyu, ailəm də həmçinin. Vəziyyətim pis olduğuna görə yaşaya bilmirəm. Cənab prezidentdən istəyirəm ki, heç olmasa, sosial yardım ala biləkВ».

Adının çəkilməsini istəməyən iki Astara sakini isə prezidentə əhali ilə sərbəst görüşməyi məsləhət görür:

В«PREZİDENT XALQIN DƏRDİNƏ ŞƏRİK OLSUNВ»

- В«Prezident Astaraya gələndə xalqla görüşsün. Astara xalqının vəziyyətini yaxından görsün, adamlar da öz dərdlərini yaxından ona desinlər. Prezident xalqın dərdinə şərik olsunВ».

- В«Prezident Astaraya gələndə birinci növbədə Astara camaatı ilə maraqlansın. Hər kəs yaxşı yaşamaq istəyir, prezidentlə görüşmək istəyir. Prezident haqqında məlumat olanda, onu gizlədir, heç kəsi də buraxmırlar. Heç kəsə də imkan verilmir ki, prezidentinə şikayət etsin, öz dərdini ona desin. Prezident bizlərlə də maraqlansın ki, Astara camaatı yaşayır ya ölür? Bizi elə vəziyyətə qoyublar ki, yaşamaqdansa ölmək yaxşıdırВ».

Müsavat Partiyasının Astara rayon təşkilatının sədri Tarif Əliyev də prezident İlham Əliyevin dəflərlə Astaraya gəldiyini deyir:

В«ƏHALİNİ QƏFƏSƏ SALDILAR Kİ, PREZİDENTLƏ GÖRÜŞƏ BİLMƏSİNВ»

В«İlham Əliyevin regionlara gəlməyi В«analoqu olmayanВ» sosial-iqtisadi inkişafı nümayiş etdirmək məqsədi güdür. Bunların əhali ilə bağlılığı yoxdur. Bağlılığı olsaydı, keçən ilin aprelində gəlmişdi.

Demək olar ki, əhalini qəfəsə saldılar. Hər tərəfi polis, ordu tutdu ki, əhali prezidentlə görüşə bilməsin. YAP-ın binasını açırlarsa, siyasi plüralizm varsa, digər partiyalar üçün də şərait olmalıdır. İlham Əliyev gələcək, bir partiyanın, özünün təmsil olunduğu partiyanın binasını açacaqВ».

Tarif Əliyev deyir ki, rayonlarda aparılan tikintilərdə yeyintilər kifayət qədərdir:

В«İlham Əliyev bura gəlib lentləri kəsirsə, dolayası ilə o da büdcənin dağıdılmasına şərait yaratmış olurВ».

YAP Astara rayon təşkilatının sədr müavini Vaqif Ağayev isə deyilən iradları böhtan adlandırır. Onun deməsinə görə, qısa müddətdə Astaranın siması dəyişib, gözəlləşib. Vaqif Ağayev deyir ki, hər il yeni-yeni binalar inşa edilib əhalinin istifadəsinə verilir:

В«ALLAH PREZİDENTİMİZƏ CANSAĞLIĞI VERSİN...В»

В«Hörmətli prezident Astaraya gəlib gedəndən sonra böyük dəyişikliklər olub. Məsələn, mərkəzi xəstəxana əsaslı təmir olunub. Məktəblərin inşası və təmiri. 600-700 hektar neft şirkəti yer götürüb, orda da iş yerləri açılıb. Yolların təmiri, olimpiya kompleksin tam istifadəyə verilməsi, YAP binasının inşası. Ümumiyyətlə hərtərəfli inkişaf gedir. Bütün sahələrdə. Hamı ondan razıdır. Allah prezidentimizə cansağlığı versin, bundan sonra güzəranımız bir az da yaxşılaşacaq. Buna tam əminikВ».

DİA.AZ - Ramiz Təhməzov ASTARADA “FÖVQƏLADƏ VƏZİYYƏT”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Bu gün, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Bu gün, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Bu gün, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Bu gün, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Bu gün, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Bu gün, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Bu gün, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Bu gün, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Bu gün, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Bu gün, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Bu gün, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Bu gün, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Bu gün, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Bu gün, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Bu gün, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Bu gün, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Bu gün, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Bu gün, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Bu gün, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Bu gün, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13
"Gül salonum var..."
Bu gün, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru