SABİQ “AZPETROL” ŞEFİ AZADLIĞA ÇIXIB?
Tarix: 29-02-2012, 13:47 | Çap et
BU GÜN SƏHƏR SATLARINDAN YAYILAN XƏBƏRİ YAXINLARI TƏSDİQLƏMƏDİ
DİA.AZ: - Bu gün səhər saatlarından etibarən, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı, "AzPetrol"un sabiq prezidenti Rafiq Əliyev azad edilməsi xəbəri yayılıb. Bildirək ki, bu yöndə məlumatlar DİA.AZ-a bir neçə ünvandan daxil olsa da, Rafiq Əliyevin yaxınları xəbəri təsdiqləmədilər.
Bildirək ki, dünən Bakı fond birjasında keçmiş nazir Fərhad Əliyevə məxsus müəssisələrin satışı həyata keçirilib. Xəbərə görə, birjadankənar bazarda 3 səhmdar cəmiyyətinin səhm nəzarət paketinin alqı-satqısı üzrə sövdələşmə olub. Onlar 2005-ci ilin sonuna kimi nominal olaraq sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin etibar etdiyi adamların adına sənədləşdirilib. O, 2005-ci ildə həbs ediləndən sonra bütün əmlakı, o cümlədən 10 SC-nin səhmləri icbari şəkildə başqa adamların adına keçirilib.
Səhm nəzarət paketinin alqı-satqısı üzrə sövdələşmə eyni gündə eyni broker kontorunda – “Caspian Financial ltd” MMC-də bağlanılıb. Bu, onu göstərir ki, razılıq bir mərkəzdən verilib. Qeyri-rəsmi məlumata görə, 7 ildir həbsdə olan Fərhad Əliyev özü halallıq verib. Məhkəmə onu əsasən korrupsiya ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edib. Əvvəlcə onu dövlət çevrilişi hazırlamaqda ittiham edirdilər.
Əqdlər bu ASC-lərin səhmləri üzrə bağlanılıb:
- “Bakı Yoltikintiservis“: 923855 ədəd və ya nizamnamə kapitalının 94,7%-i;
- “Daş Salahlı Bentonit”: 137884 ədəd və ya 90,1%;
- “Azinşaat Sənaye”: 115 463 ədəd və ya 98,3%.
Səhmlər nominal qiymətə - 2 manata sənədləşdirilib. Bu SC-lərin nizamnamə kapitalı 975 475, 152 912 və 117 437 manatdır. Üç qeyd edilən SC-dən faktik olaraq biri - “Daş Salahlı Bentonit” fəaliyyətdədir. Azərbaycan-Rusiya BM-i ”Azrosprominvest”in 50% pay iştirakı bu müəssisəyə məxsusdur. Müəssisənin Direktorlar Şurasının sədri Natiq Şirinzadənin sözlərinə görə, Qazaxda bentonit istehsalına $26 mln vəsait qoyulub.
Elə bundan yola çıxaraq bəziləri, artıq Əliyev qardaşlarının azadlıq yolunda olduğunu bildirilər. Məlumatların birində isə vurğulanır ki, Fərhad Əliyev müəssisələrindən məhz qardaşının və onunla bərabər həbs olunan 16 nəfərin azadlığa buraxılması üçün imtina edib. Xatırladaq ki, Fərhad Əliyev hələ barəsində 2007-ci ildə qurulan məhkəmə prosesi zamanı da bəyan etmişdi ki, o, bütün ittihamlarla bir şərtlə razılaşar, onunla bərbaər həbs olunanlar azadlığa buraxılsın. Lakin həmin ərəfədə sabiq nazirin sözləri ciddiyə alınmadı. İndi isə məsələnin fərqli olduğu deyilir.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Bu gün, 13:33 |
|
|
|
| • "Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Bu gün, 13:22 |
|
|
|
| • Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Bu gün, 13:21 |
|
|
|
| • Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Bu gün, 13:19 |
|
|
|
| • Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Bu gün, 13:16 |
|
|
|
| • Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Bu gün, 13:15 |
|
|
|
| • ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Bu gün, 12:35 |
|
|
|
| • "Ege Hospital"da yeni doğulan körpə öldü
Bu gün, 12:31 |
|
|
|
| • Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Bu gün, 12:18 |
|
|
|
| • “Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Bu gün, 12:14 |
|
|
|
| • Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Bu gün, 11:57 |
|
|
|
| • Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Bu gün, 11:52 |
|
|
|
| • Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Bu gün, 11:35 |
|
|
|
| • Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Bu gün, 11:31 |
|
|
|
| • Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Bu gün, 11:27 |
|
|
|
| • Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Bu gün, 11:26 |
|
|
|
| • General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:19 |
|
|
|
| • İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Bu gün, 11:17 |
|
|
|
| • Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 11:02 |
|
|
|
| • “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Bu gün, 10:49 |
|
|
|
| • Lənkəranda torpaq sürüşməsi olub
Bu gün, 10:40 |
|
|
|
| • “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Bu gün, 10:38 |
|
|
|
| • Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Bu gün, 10:37 |
|
|
|
| • Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Bu gün, 10:32 |
|
|
|
| • Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Bu gün, 10:26 |
|
|
|
| • “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 10:19 |
|
|
|
| • 14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Bu gün, 10:16 |
|
|
|
| • Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Bu gün, 09:59 |
|
|
|
| • Nazim Bəydəmirli karsdan çıxarılıb
Bu gün, 09:58 |
|
|
|
| • Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Bu gün, 09:37 |
|
|
|
| • Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Bu gün, 09:31 |
|
|
|
| • İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
| • Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22 |
|
|
|
| • Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
| • Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Bu gün, 08:14 |
|
|
|
| • Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Bu gün, 08:06 |
|
|
|
| • Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Bu gün, 08:03 |
|
|
|
| • “Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Bu gün, 07:56 |
|
|
|
| • Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Bu gün, 07:53 |
|
|
|
| • Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Bu gün, 07:49 |
|
|
|
| • Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Bu gün, 07:44 |
|
|
|
| • Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02 |
|
|
|
| • "Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Bu gün, 07:00 |
|
|
|
| • “Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Bu gün, 06:55 |
|
|
|
| • Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Bu gün, 06:53 |
|
|
|
| • Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Bu gün, 06:50 |
|
|
|
| • Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Bu gün, 06:46 |
|
|
|
| • Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma - FOTO
Bu gün, 06:31 |
|
|
|
| • Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb - "Axios"
Bu gün, 06:26 |
|
|
|
| • ABŞ Dövlət Departamentinin nümayəndələri danışıqlar üçün Kubaya səfər edib
Bu gün, 06:24 |
|
|
|
|