İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... .....                     Doğma yurdda sonuncu şəkil .....                     Bazarı başına alan SAXTA DÜYÜ... .....                     Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... .....                     “Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... .....                     Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... .....                     İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK .....                     "Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... .....                     "Nə edim? Necə edim? Kimə deyim?" .....                     "Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... .....                     “Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb .....                     Kreml Paşinyan hakimiyyəti ilə barışıb? .....                     Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ .....                     “Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                 

Putinin seçkiqabağı proqramı hazırdır - TƏHLİL
Tarix: 21-12-2017, 10:26 | Çap et
Putinin seçkiqabağı proqramı hazırdır
Vladmir Putinin növbəti dəfə Rusiya prezidentliyinə namizədliyi rəsmən dekabrın 26-da irəli sürüləcək. Bu barədə Rusiya Sənaye və Sahibkarlar İttifaqının rəhbəri Aleksandr Şoxin bildirib. O, dekabrın 26-da Ümumrusiya Sərgi Mərkəzində (VDNX) keçiriləcək təşəbbüs qrupunun iclasında Vladimir Putinin Rusiya prezidentliyinə namizədliyinin irəli sürüləcəyini söyləyib. Bu barədə qərar Putinin prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı yaradılan təşəbbüs qrupunun təşkilat komitəsinin iclasında verilib. Təşəbbüs qrupuna 600 nəfərə yaxın tanınmış ictimai xadim, elm adamları, incəsənət xadimləri daxildir. Təşəbbüs qrupunu hakim Vahid Rusiya Partiyası, Ümumrusiya Xalq Cəbhəsi, "Qələbə Könüllüləri”, Rusiya İctimai Palatası dəstəkləyir. Qeyd edək ki, Vladimir Putin deyib ki, namizədliyini fərdi qaydada irəli sürəcək, "Vahid Rusiya” partiyasının xətti ilə yox. Putin seçkiqabağı proqramının hazır olduğunu da vurğulayıb. Amma sənədin təqdimatı üçün vaxtın yetişmədiyini bildirib: "Mən, ölkənin inkişafına baxışlarımı bölüşən və mənə etibar edən siyasi qüvvələrin və vətəndaşların geniş dəstəyinə ümid edirəm”. Rusiyada prezident seçkilərində iştirak etmək üçün namizədliyini fərdi qaydada irəli sürən şəxs azı 300 min tərəfdarının imzasını toplayıb Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir. Bununla yanaşı, həmin namizədi dəstəkləyən və ən azı 500 nəfərdən ibarət təşəbbüs qrupu formalaşdırılmalıdır.

Beləliklə, sürpriz baş vermədi və Rusiya prezidenti 2024-cü ilə kimi prezident postunda qalacağını təsdiqlədi. Hazırda dünya mediası Rusiya prezidentinin gələcək strategiyasının nədən ibarət olacağı üzərində ehtimallar qurur, bu siyasətin əvvəlki dövrlərdən nə ilə fərqlənəcəyi ilə bağlı proqnozlar verir. Prezident də ilk açıqlamasında bildirib ki, dövlətçiliyin, sabitliyin və cəmiyyətdə birliyin qorunub saxlanılması prioritet kimi saxlanılacaq. Əlavə edib ki, ölkə yoxsulluq həddini aşmayıb, cəmiyyətdə hələ də yüksək həddə olan bərabərsizlik aradan qalxmayıb. Rusiya Statistika İdarəsi ötən gün təsdiq edib ki, hökumət əhalinin real gəlirlərinin aşağı düşdüyünü qarşısını ala bilməyib. Bununla yanaşı, artıq dövlət başçısının seçkiqabağı proqramının əsas tezisləri də hazırdır. Tezisin əsas müddəaları infrastrukturun inkişafı, səhiyyə, təhsil, yüksək texnologiyalar, əmək qabiliyyətinin artırılması və əhalinin gəlirlərinin çoxalmasıdır. Prezident onu da bildirib ki, Rusiyanı dünyanın intellektual ölkələri sırasına çıxarmağın vaxtı çatıb. Amma Rusiya mediası, ekspertlər bu ideyanın mümkünsüz olduğunu düşünürlər. Onların gəldiyi qənaət budur ki, prezident heç özü də nəyin hesabına liderliyə çatmağın yolunu bilmir. Büdcə kəsiri, ölkədə sosial problemlərin kəskin həddə çatması, neft və qazdan asılılıq güclü olaraq qalır. Vətəndaşlar köklü dəyişikliklər tələb edir. Əhalinin gəlirləri kəskin şəkildə azalır, təhsil, tibb və səhiyyə sahəsində islahatlar insanları qane etmir. Rusiya Elmlər Akademiyası Sosiologiya İnstitutunun keçirdiyi sorğunun nəticələrinə görə, beş il ərzində sabitlik tərəfdarlarının sayı 70 faizdən 51-ə düşüb. Bir çoxları başa düşür ki, indiki sabitlik sünidir və böhran onu dərhal poza bilər.

Ən önəmli məsələlərdən biri də Rusiyanın xarici siyasət prioritetləri ilə bağlıdır. Hazırda əsas diqqət Rusiya-Qərb münasibətlərinin necə olacağıdır. Məsələn, "Levada” Mərkəzinin keçirdiyi sorğu zamanı respondentlərə "Rusiya ABŞ və Qərbin digər ölkələri ilə münasibətlər qurmalıdırmı” sualı verilib. Sorğuda iştirak edənlərin 24 faizi "bəli” cavabı verib. Halbuki, 2014-cü ildə bu rəqəm 13 idi. Yəni artıq əhali arasında özünütəcrid siyasətini dəstəkləyənlərin sayı azalmaqdadır. Ekspertlər hesab edirlər ki, prezidentin xaricdən kömək almamaq barədə çağırışını ciddi qəbul etməmək gərəkdir. Məsələn, Almaniyanın "Deutschlandfunk” nəşrinə müsahibəsində Sankt-Qallen Universitetinin professoru Ulrix Şmidt bildirib ki, prezident olmaq istəyənlərin sayı 23-ə çatsa da, artıq indidən Putinin qalibi olduğunu söyləmək olar. "Bəs gərəsən, Putinin bu qədər əhali arasında rəğbət qazanmasının, ona rəqibin ortaya çıxmamasının səbəbi nədir” sualına ekspert orijinal cavab verib. O, bunu Rusiyada funksiyalaşmış partiya sisteminin mövcud olmaması ilə əlaqələndirib: "Məsələn, Rusiyada Liberal-Demokratik Partiya var. Lakin bu partiyanın liberal sözündən xəbəri yoxdur, bu partiya sağ-millətçi siyasətçilərin partiyasıdır”. Ekspert Rusiya prezidentinin 2014-cü ildən bəri reytinqinin başgicəlləndirici sürətlə artığını təsdiq edir. "Lakin paradoksal olan odur ki, əhali hökumətin fəaliyyətindən narazıdır. Yəni əhali prezidenti qüdrətli sayır, hökuməti isə işinin öhdəsindən gələ bilməməkdə ittiham edir. Axı prezident istəsə, bu hökuməti dərhal buraxar. Ümumiyyətlə, belə hal Rusiyada əsrlər boyu hökm sürür. Rəhbər yaxşıdır, ətrafı isə pis. İndiki prezident də bundan məharətlə yararlanır. Yəni problem ortaya çıxanda, günahı kiminsə üstünə yıxmaq mümkün olsun”.

Norveçin "ABC Nyheter” nəşrində dərc edilən məqalədə isə yazılır ki, prezident seçkilərinin nəticələri artıq bəllidir. "Bu gün Putini əhalinin 70-80 faizi dəstəkləyir, Nə parlamentdə, nə parlamentdənkənar heç kim ona rəqib olmaq iqtidarında deyil. Əsas intriqa nə qədər insanın seçkilərə qatılacağıdır. Yəni seçkilərin nəticələrinin bəlli olacağı səbəbindən, bir çoxları, hətta Putinin tərəfdarları səsverməyə getməyə bilərlər. Analoji hal 2013-cü il Moskvada keçirilən mer seçkilərində yaşanmışdı. O zaman əksəriyyət Sergey Sobyaninin mer seçiləcəyini bildiyindən, seçkilərə getməmişdi. Nəticədə, müxalif namizəd Aleksey Navalnı 27 faiz səs toplamağa müvəffəq olmuşdu. Nəticədə hazırkı mer ikinci turdan canını güclə (51 faiz) qurtara bildi”. Ən maraqlı yanaşmanı isə "Le Monde” yazıb. Qəzet yazır ki, Rusiyada seçkilər martın 18-nə təyin edilib. Həmin tarix isə Krımın işğalı günüdür. Bu isə o anlama gəlir ki, Putinin siyasətində hər hansı bir dəyişiklik baş verməyəcək – Krımın və Ukraynanın digər vilayətlərinin işğalı, Abxaziya və Cənubi Osetiya siyasəti əvvəlki kimi qalacaq.
\\kaspi.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... - GƏLİŞMƏ
Bu gün, 06:03
Doğma yurdda sonuncu şəkil - UNUTMARIQ Kİ...
Bu gün, 05:59
Bazarı başına alan SAXTA DÜYÜ... - Necə AYIRD EDƏK?
Bu gün, 05:54
Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... - ÇÜNKİ...
Bu gün, 05:46
“Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 05:33
Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:15
İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK - GƏLİŞMƏ
Bu gün, 05:06
"Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... - ANIM
Bu gün, 05:01
"Nə edim? Necə edim? Kimə deyim?" - NARAZILIQ VAR...
Bu gün, 04:56
"Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 04:48
“Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb - Babək Babayev kimə arxalanır?
Bu gün, 04:42
Kreml Paşinyan hakimiyyəti ilə barışıb? - ŞƏRH
Bu gün, 04:35
Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ - ARAŞDIRMA BAŞLADI
Bu gün, 04:30
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünən, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Dünən, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Dünən, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Dünən, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Dünən, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Dünən, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Dünən, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Dünən, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Dünən, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Dünən, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünən, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Dünən, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Dünən, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Dünən, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Dünən, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Dünən, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Dünən, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Dünən, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Dünən, 14:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru