Bazarı başına alan SAXTA DÜYÜ... .....                     Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... .....                     “Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... .....                     Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... .....                     İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK .....                     "Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... .....                     "Nə edim? Necə edim? Kimə deyim?" .....                     "Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... .....                     “Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb .....                     Kreml Paşinyan hakimiyyəti ilə barışıb? .....                     Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ .....                     “Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                 

NATO-nun Brüssel sammitinə Ukrayna və Gürcüstan dəvət olunmayacaq: - Alyansdan “hələ xətdə qal” mesajı
Tarix: 1-06-2021, 08:24 | Çap et
NATO-nun Brüssel sammitinə Ukrayna və Gürcüstan dəvət olunmayacaq:
İyunun 14-də Brüsseldə keçiriləcək NATO sammitinə Gürcüstan və Ukrayna dəvət olunmayacaq.

Ovqat.com xəbər verir ki, alyansın baş katibi Yens Stoltenberq dünən keçirdiyi mətbuat konfransında bunu bəyan edib.

Onun sözlərinə görə, sammitdə yalnız NATO üzvlərinin iştirakı nəzərdə tutulur.

"Çünki bu görüş qısa olacaq. Ola bilsin ki, gələn dəfə tərəfdaşların dəvət edilməsi üçün daha çox vaxt ayrılacaq”, – deyə o, Ukrayna və Gürcüstan liderlərinin sammitə dəvət olunub-olunmayacağı ilə bağlı sualları cavablandırarkən bildirib.

O, həmçinin alyansın tərəfdaşları ilə yüksək səviyyəli görüşlərin nə vaxt keçiriləcəyi ilə bağlı suala cavab verməkdə çətinlik çəkib. Ukrayna və Gürcüstanın Şimali Atlantika Alyansına üzvlüyü perspektivindən danışan NATO-nun baş katibi vurğulayıb ki, "müdafiə sektorunda islahatlar Avroatlantik inteqrasiyanın ən yaxşı üsuludur".

NATO-nun Baş katibi qeyd edib ki, NATO son illər Qara dənizdə həm üç üzv dövlətin, həm də Gürcüstan və Ukrayna kimi tərəfdaşların sayəsində iştirakını artırıb. "Biz məlumat mübadiləsi aparırıq, potensialımızı artırırıq, NATO – nun quruda, havada və dənizdə Qara dəniz regionunda olmasını təmin edirik", - deyə alyansın baş katibi vurğulayıb.

Kiyev niyə qurban verildiyini anlamır

NATO-nun bu qərarına Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın sərt reaksiyası özünü çox gözlətməyib. Nazir Rusiyanın Ukraynaya qarşı aqressiv şəkildə hərəkət etdiyi bir vaxtda, 14 iyunda NATO sammitinə dəvət edilmədiklərini anlamadıqlarını söyləyib.

Məlumata görə, Dmitri Kuleba, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Helga Mariya Şmid ilə keçirdiyi mətbuat konfransında deyib:

“Müttəfiqlərimizin Transatlantik Birliyini müzakirə etmək üçün qapalı bir toplantı keçirmək istəklərini başa düşürük. Biz bunun nümunələrini, məsələn 2017-ci ildə Brüsseldə gördük. Ancaq Rusiyanın Ukraynaya və Qara dənizdəki NATO üzvlərinə qarşı aqressiv hərəkətləri olduğu (açığını deyim ki, Çexiyadakı hadisələrdən bəhs edirəm) bir vaxtda alyans necə qapalı iclas keçirir, niyə Ukraynanın daxil olmadığı bir formatda müzakirələr aparılır, biz bunu həqiqətən anlaya bilmirik”

Kulebanın anlamaqda çətinlik çəkdiyi mətləblərə gəlincə, xatırladaq ki, bir neçə ay əvvəl NATO üzvlərinin 14 iyunda sammitinin keçiriləcəyi elan olunmuş və Rusiyanın məsələsinə baxılacağı bildirilmişdi. Xüsusilə Ukrayna rəsmiləri ölkələrinin təhlükəsizliyini qarantiya altına almaq üçün sammitdə alyansa üzv olmaları barədə qərar qəbul olunmasını gözlədiklərini ən yüksək tribunalarsa səsləndirir və istəklərinin nəzərə alınacağına böyük ümid bəsləyirdilər. Lakin Rusiyanın 100 mindən çox əsgərin və hərbi texnikasını Ukrayna ətrafına toplaması və istənilən an döyüşə hazırlıq mesajlarını verməsi sonunda ABŞ prezidenti Co Baydenin geri çəkilməsi ilə nəticələnmişdi. Bayden rusiyalı həmkarına zəng edərək onu görüşə dəvət etməsi, ardınca da “Şimal axını-2” layihəsinə tətbiq olunan sanksiyaları ləğv etməsi Ağ evin Kreml qarşısında ciddi güzəştlərə getdiyi barədə qənaətlər yaratmışdı.

Bir çox ekspertlər ABŞ-ın bu addımını Çinlə apardığı rəqabət və iki nəhəng düşməninin birləşməsinin qarşısını almaq təşəbbüsü ilə əlaqələndirmişdilər. Həmin mülahizəyə görə, ABŞ bu məqsədlə daha zəif gördüyü Rusiyanın üzünü yenidən Avropaya yönəltmək üçün onun enerji mənbələrinin “qoca qitə”yə nəqlinə razılıq vermişdi.

Ağ evin bu mövqe dəyişikliyində Almaniyanın və Fransanın israrları da önəmli rol oynamışdır. Belə ki, Rusiyadan təchiz etdikləri qaz və neft xammallarına özlərinin enerji təhlükəsizliklərinin “olmazsa olmaz”ı kimi baxan bu ölkələr ABŞ-ın sanksiya qərarına tabe olmaq istəmir və müstəqil siyasət yürütməyə can atırdılar. Almaniya hökuməti ABŞ-la danışıqlarda “Şimal axını-2” layihəsinin lobbiçiliyi edir, Fransa isə açıq şəkildə NATO-nun “beyin ölümü” keçirdiyini və Avropanın yeni hərbi alyans yaratmasını təklif edirdi. NATO Nizamnaməsində önəmli qərarların konsensusla qəbul edilməsi şərti olduğundan hər iki dövlətin müxalifliyi ABŞ-ın Rusiyaya qarşı siyasətini, o cümlədən Ukrayna və Kiyevin alyans üzvlüyünə qəbul edilməsini müşkül hala gətirirdi. Nədən ki, Rusiya bunu özünün qırmızı cizgisi hesab edir və alınan qərara laqeyd qalmayacağını gizlətmirdi. Qərbi Avropa ölkələri isə ağrımayan başlarına dəsmal bağlamaq niyyətində deyildilər. Bu vəziyyətdə ABŞ-ın güzəştə getməsindən və Rusiyanı Çindən ayıraraq ən böyük təhlükə kimi gördüyü Uzaq Şərq nəhəngini təkləməyə qərar verməsindən başqa seçənəyi yox kimi idi.

Görünür, Stoltenberq də məhz bu səbəbdən, dünənki mətbuat konfransında “alyansın tərəfdaşları ilə yüksək səviyyəli görüşlərin nə vaxt keçiriləcəyi ilə bağlı suala cavab verməkdə çətinlik çəkdiyini” gizlətməyib. “Alyansın tərəfdaşı” deyiləndə Ukrayna və Gürcüstan kimi NATO-ya üzv olmaq istəyən, amma Rusiya ilə ziddiyyətə getmək istənmədiyindən “hərbi strukturlarda islahatlar” bəhanəsi ilə “xətdə gözlədilən” ölkələr nəzərdə tutulur.

Heydər Oğuz,
Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bazarı başına alan SAXTA DÜYÜ... - Necə AYIRD EDƏK?
Bu gün, 05:54
Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... - ÇÜNKİ...
Bu gün, 05:46
“Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 05:33
Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:15
İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK - GƏLİŞMƏ
Bu gün, 05:06
"Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... - ANIM
Bu gün, 05:01
"Nə edim? Necə edim? Kimə deyim?" - NARAZILIQ VAR...
Bu gün, 04:56
"Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 04:48
“Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb - Babək Babayev kimə arxalanır?
Bu gün, 04:42
Kreml Paşinyan hakimiyyəti ilə barışıb? - ŞƏRH
Bu gün, 04:35
Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ - ARAŞDIRMA BAŞLADI
Bu gün, 04:30
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünən, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Dünən, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Dünən, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Dünən, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Dünən, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Dünən, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Dünən, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Dünən, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Dünən, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Dünən, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünən, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Dünən, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Dünən, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Dünən, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Dünən, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Dünən, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Dünən, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Dünən, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Dünən, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Dünən, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Dünən, 14:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru