Qərbin sanksiyaları Rusiyanı daha güclü edib? - Ekspert danışır
Tarix: 5-06-2021, 08:41 | Çap et
 Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib ki, Rusiya sanksiyalar nəticəsində daha güclü, daha müstəqil dövlətə çevrilib. Belədirmi, yoxsa Volodin blef edir? Krımın ilhaqına görə 7 il öncə işə düşən və ildən-ilə güclənən sanksiyalar Rusiyaya nə verdi, nələri aldı?
Ekspertlər bu suallar ətrafında ən müxtəlif fikirlər səsləndirirlər.
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov sanksiyaların Rusiya iqtisadiyyatına ciddi təsir etdiyini bildirdi: “Bildiyimiz kimi, Rusiyaya qarşı Krımın ilhaqından, eyni zamanda, Donbasla bağlı Ukrayna ilə başlayan münaqişədən sonra şimal qonşumuza qarşı Qərb ölkələri, Amerika tərəfindən iqtisadi sanksiyalar tətbiq olunmaqdadır. Bu sanksiyalar ildən-ilə artan templə inkişaf edir. Amma belə sanksiyalar dövlətlərin iqtisadi potensialına, daxildəki duruma nəzər yetirdikdə görürük ki, bu heç də həmin ölkələrin tənəzzülünə gətirib çıxarmır. İqtisadi qanunlara görə hər bir dövlətin idxalı ilə yanaşı ixracı da olur. Bu proses çərçivəsində dövlətin iqtisadiyyatı inkişaf edir.
Rusiya nəhəng dövlətdir. Ərazi baxımından dünyanın ən böyük ölkəsidir. Eyni zamanda, təbii sərvətlərinə, ehtiyatlarına görə şimal qonşumuzu ən böyük dövlət saymaq olar. Xam malların mövcud olduğu torpaqlar kifayət qədər çoxdur. Amma istənilən halda bu sanksiyalar rus iqtisadiyyatına ciddi təsir göstərib. Bir növ Rusiya iqtisadiyyatının daha da inkişaf etməsinin qarşısını alıb. Amma bu heç də Rusiyanın çökməsinə, iqtisadi cəhətdən tənəzzülə uğramasına səbəb olmayıb. Lakin Volodinin dediyi kimi də deyil. Bəzi hallarda sanksiyalar dövlətlərə müstəqil siyasət yeritməsi səbəbindən işə salınır. Amma Rusiya ilə bağlı bunu demək olmaz".
Ekspert sanksiyaların əsl səbəblərinə də toxundu: “Şimal qonşumuz uzun illər Amerika qarşısında dünyanın iki super gücündən biri olub. Təxminən yarım əsrdən artıq müddətdə bu belə davam edib. Sovetlər Birliyinin çökməsindən sonra Amerika dünyanın yeganə super gücünə çevrilib. Müəyyən məsələlərdə Qərblə ciddi fikir ayrığı yaşayan Rusiya bu gün də daxildə qapalı şəkildə özünü təmin edəcək gücdədir. Amma iqtisadi cəhətdən zəngin olmaq inkişaf anlamına gəlmir. Təbii sərvətlərdən, ehtiyatlardan istifadə etmək, onların ixracını təşkil etmək lazımdır. Dünya iqtisadiyyatında aktiv iştirak etmək önəmlidir. Amma bu sanksiyalar Rusiyanın həmin proseslərdəki iştirakını müəyyən qədər məhdudlaşdırır. Düşünürəm ki, Rusiyanın Qərbin maraqlarına zidd olan siyasət yürütməsi sanksiyalardan qurtulmağa imkan vermir. Hər bir dövlətin özünün milli maraqları var. Bunu mütləq nəzərə almaq lazımdır. Milli maraqların təmin olunması dövlətin gələcəyini müəyyən edən faktorlardan biridir. Rusiyanın Ukrayna ilə münaqişə yaratması bəzi hallarda milli maraqları ilə bağlı olması iddia olunur. Rus rəsmiləri bunu daha çox dilə gətirirlər. İstənilən halda belə sanksiyalar dövlət, xalq üçün xoşagələn hal deyil. Rusiya iqtisadiyyatına ciddi təsir edən amillərdən biridir. Rusiyanın milli maraqları onun iqtisadiyyatından öndə durur”.
X.Bəşirov hazırda Rusiyanın atdığı addımların gələcəyinə ciddi təhdidlər yaratdığını düşünür: “İstənilən dövlət müstəqil deyilsə, iqtisadiyyatı demək yoxdur. Rusiyanın bir sıra hallarda atdığı addımlar dövlət və dövlətçilik üçün ciddi təhdidlər yaradır. Diqqət etsək görərik ki, bu dövlətin ətrafında demək olar bütün sərhədlər boyu münaqişə ocaqları yaranmaqdadır. Əvvəllər Sovetlər Birliyində birlikdə olduğu ölkələrlə Rusiya arasındakı münasibətlərdə çatlar yaranıb və bu çatlar böyüməkdədir. Bu hal da Rusiyanın gələcəkdə təkcə iqtisadiyyatına deyil, ümumilikdə, dövlətçiliyinin inkişafına ciddi mane ola biləcək amillərdən birini təşkil edir. Bunu Qərblə Rusiya arasında olan fikir ayrılıqlarının nəticələrindən biri kimi də hesab etmək olar. Hazırda Qırğızıstanla Tacikistan arasında münaqişə ocağı yaranıb. Amma bunu deyə bilmərik ki, bu münaqişə Qərb, yaxud Rusiya tərəfindən aktivləşdirilib. Sərhədlərində belə münaqişələrin yaranması, özü də həlli mümkünsüzə çevrilməkdə olan münaqişələrin olması Kremlə gələcək baxımından xoş heç nə vəd etmir. Rusiya belə məsələlərdə diqqətli olmalıdır. Şimal qonşumuz gələcəyini indidən düşünməli, buna yönəlik addımlar atmalıdır. Bunun üçün də siyasətində bəzi dəyişikliklər mütləqdir”. “Yeni Müsavat”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... - ANIM
Bu gün, 05:01 |
|
|
|
| • "Nə edim? Necə edim? Kimə deyim?" - NARAZILIQ VAR...
Bu gün, 04:56 |
|
|
|
| • "Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 04:48 |
|
|
|
| • “Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb - Babək Babayev kimə arxalanır?
Bu gün, 04:42 |
|
|
|
| • Kreml Paşinyan hakimiyyəti ilə barışıb? - ŞƏRH
Bu gün, 04:35 |
|
|
|
| • Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ - ARAŞDIRMA BAŞLADI
Bu gün, 04:30 |
|
|
|
| • “Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00 |
|
|
|
| • Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58 |
|
|
|
| • 95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56 |
|
|
|
| • Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45 |
|
|
|
| • "Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43 |
|
|
|
| • Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41 |
|
|
|
| • Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38 |
|
|
|
| • Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32 |
|
|
|
| • Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26 |
|
|
|
| • Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20 |
|
|
|
| • Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08 |
|
|
|
| • Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06 |
|
|
|
| • Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00 |
|
|
|
| • Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58 |
|
|
|
| • Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56 |
|
|
|
| • “Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54 |
|
|
|
| • Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünən, 16:52 |
|
|
|
| • Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Dünən, 16:28 |
|
|
|
| • Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Dünən, 16:21 |
|
|
|
| • Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Dünən, 16:11 |
|
|
|
| • Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 16:08 |
|
|
|
| • Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Dünən, 16:06 |
|
|
|
| • “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Dünən, 16:03 |
|
|
|
| • “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Dünən, 16:00 |
|
|
|
| • İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Dünən, 15:53 |
|
|
|
| • Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Dünən, 15:48 |
|
|
|
| • Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Dünən, 15:33 |
|
|
|
| • Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:29 |
|
|
|
| • AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünən, 15:23 |
|
|
|
| • Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Dünən, 15:22 |
|
|
|
| • Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Dünən, 15:21 |
|
|
|
| • Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Dünən, 15:14 |
|
|
|
| • “Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Dünən, 15:09 |
|
|
|
| • AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Dünən, 15:06 |
|
|
|
| • Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Dünən, 15:03 |
|
|
|
| • “Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Dünən, 14:58 |
|
|
|
| • Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Dünən, 14:55 |
|
|
|
| • TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Dünən, 14:48 |
|
|
|
| • Rusiya əsgərləri insan əti yeyir? - KİV
Dünən, 14:35 |
|
|
|
| • “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Dünən, 14:31 |
|
|
|
| • Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Dünən, 14:30 |
|
|
|
| • Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Dünən, 14:27 |
|
|
|
| • Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Dünən, 14:24 |
|
|
|
| • “PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 14:19 |
|
|
|
|