İranın “sülh təklifi”, Tramp söylədiyi risklər .....                     Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq .....                     Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir .....                     Rusiyada Ermənistanın mineral suyu qadağan olundu .....                     Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir .....                     Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi .....                     Neftin qiyməti yenə 110 dollara yaxınlaşır .....                     ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... .....                     İran neft hasilatını dayandırır .....                     Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili... .....                     Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                     Azərbaycan–Çexiya münasibətləri inkişafdadır .....                     Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır .....                     Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... .....                     Azərbaycan Ordusu Ermənistanı qoruyacaq .....                     Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı .....                     Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır .....                     Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                 

“Neft embarqosu tətbiq etmədən Rusiyanı zəiflətmək mümkün olmayacaq” - FAKT BUDUR!
Tarix: 3-06-2022, 08:04 | Çap et
“Neft embarqosu tətbiq etmədən Rusiyanı zəiflətmək mümkün olmayacaq”
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı altıncı sanksiya paketində, nəhayət, neft embarqosu məsələsini razılaşdırıb. Aİ-nin qərarına görə, Rusiyaya qarşı sanksiyaların altıncı paketi, boru kəməri ilə daşınan xam neft üçün müvəqqəti istisna olmaqla, Rusiyadan Aİ-yə üzv ölkələrə daşınan xam neft və neft məhsullarına şamil ediləcək.

Qəbul edilmiş qərara görə, Avropa İttifaqı 2022-ci ilin sonuna qədər Rusiyadan neft idxalını 90 faiz azaldacaq. Tankerlərlə idxal tam dayandırılacaq, qismən idxal isə “Dostluq” neft kəmərləri sistemi ilə həyata keçiriləcək. Bu da, əsasən, Macarıstan və Çexiyanın tələbatını ödəmək üçün nəzərdə tutulub. Digər Avropa ölkələri isə rus neftindən tam imtina edəcək.

Qeyd edək ki, Avropa Rusiya neftinin ən böyük alıcısıdır. 2021-ci ilin yekunlarına görə, Rusiyanın neft ixracının 42 faizi Avropanın payına düşüb. Rusiya büdcəsinin gəlirlərinin üçdə birini neft gəlirləri təşkil edir. Sanksiyalardan sonra büdcənin neftdən asılılığı daha da atıb. Qaz ixracı isə büdcə gəlirlərinin cəmi 7 faizini təmin edir. Eyni zamanda altıncı sanksiya paketi çərçivəsində Rusiyanın ən böyük bankı “Sberbank” SWIFT sistemindən təcrid edilib. Bundan başqa, Aİ Ukraynaya 9 milyard avro yardım ayırıb.

İddialara görə, Rusiya iqtisadiyyatı Avropa İttifaqının altıncı sanksiya paketindən daha çox təsirlənəcək və ilin sonunda defolt vəziyyətinə düşəcək. Lakin əks qənaətdə olanlar da var və onlar hesab edirlər ki, Rusiyanı iqtisadi baxımdan çökdürmək asan məsələ deyil və bunun üçün illərlə zaman tələb olunacaq. DİA.AZ xəbər verir ki, AYNA mövzunu ekspertlərlə müzakirə edib.

Türkiyənin Mərmərə Universitetinin professoru, siyasi şərhçi Emirhan Göral deyib ki, Aİ-nin Rusiyaya qarşı sanksiyalarda ən çox çətinlik çəkdiyi sahə enerji sektorudur: “Məhz buna görə də Rusiyaya qarşı sanksiyalar məsələsində Avropa İttifaqı ilə ABŞ və Böyük Britaniya arasında müəyyən fikir ayrılıqları hökm sürür. Əslində Kremldə belə hesab edirlər ki, Avropa Rusiya neftindən asılılığına son qoya bilməz və bu xüsusda onlar digər iqtisadi sanksiyaların təsirlərindən yayına biləcəklər”.

“Avropada fərqindədirlər ki, neft embarqosu tətbiq etmədən Moskvanı zəiflətmək mümkün deyil. Bu səbəbdən enerji sahəsi ilə bağlı sanksiyalar gündəmə gəldi. Moskva bu gün çətin seçim qarşısındadır. Avropa Rusiya neftindən imtina edərsə və alternativ bazarlar taparsa, bu, dünya miqyasında rus neftinə olan marağı azaldacaq”, - deyə həmsöhbətimiz bildirib.

Ekspert Rusiyaya qarşı neft embarqolarının effektiv olacağı qənaətində deyil: “Təsəvvür edin ki, bu qərar verilən kimi dünyada neftin qiyməti sürətlə bahalaşmağa başladı. Görünən odur ki, Avropa İttifaqı uzunmüddətli perspektivdə Rusiyaya qarşı neft embarqolarını davam etdirə bilməyəcək. Mövcud şəraitdə Rusiya onsuz da bu nefti satacaq. Düşünürəm ki, İtaliya və Fransa üçüncü ölkələr vasitəsilə aranı qarışdıraraq rus neftini almaqda davam edəcək. Avropa İttifaqı bu və ya digər şəkildə Rusiyadan neft idxal etməyə məcbur qalacaq”.

“Təbii ki, ABŞ Səudiyyə Ərəbistanı ilə təmas quraraq neft tədarükünü artırmağa çalışacaq. Rusiyaya qarşı təzyiqlər fonunda, hətta Venesuelaya qarşı sanksiyaların yumşaldılması da müzakirə mövzusudur. Bütün hallarda tərəflər çıxılmaz durumdadır və nəticə ya Avropa İtitfaqı, ya da Rusiya üçün sarsıdıcı olacaq”, - Göral söyləyib.

Əlavə edib ki, bəzi Avropa dövlətlərinin alternativ neft tədarükü imkanları yoxdur: “Çexiya, Slovakiya və Macarıstan Avropanın ortasında yerləşir. Coğrafi mövqeyinə görə Rusiyadan kənarda neft tədarük etmək şansları yoxdur. Bəzi Avropa dövlətləri sona qədər təzyiqlərini davam etdirəcək və bu da öz növbəsində Moskvanın əlinə oynayacaq”.

Politoloq Şahin Cəfərli isə qeyd edib ki, Aİ Rusiyada neft-qaz almaq məsələsində əsas maneələrdən olan Macarıstanı razı salmağı bacarıb: “Altıncı sanksiya paketinin qəbul olunmasına qarşı çıxan ölkələrdən biri Macarıstan idi. Onlar iddia edirlər ki, Rusiyadan neft idxalını dayandırmaq imkanları yoxdur. Budapeşt üçün artıq formul tapılıb. Dəniz yolu ilə neftdən imtina ediləcək, əvəzində quru yolu ilə Rusiyadan neft idxalı davam edəcək. Bu gün Macarıstan da daxil olmaqla bəzi Avropa ölkələrinin dənizə çıxışı yoxdur. Bu, kifayət qədər ciddi qərardır və Rusiya iqtisadiyyatına ölümcül zərbə vuracaq”.

Cəfərli hesab edir ki, ABŞ, Böyük Britaniya və Avropa İttifaqı Ukrayna məsələsində sona qədər dirəniş göstərəcək: “Altıncı sanksiya paketində Ukraynaya növbəti vəsaitin ayrılması nəzərdə tutulub. Eyni zamanda ABŞ Prezidenti Ukraynaya yardım məsələsində təkbaşına qərar vermək hüququ əldə edib. Kiyevə dəstək davam edir və yəqin ki, bundan sonra da davam edəcək”.

“Rusiya isə həm müharibənin yükünü çəkməli, həm də sanksiyaların təsirindən qorunmalıdır. Təbii ki, hadisələr bu şəkildə davam edərsə, yekunda Rusiya iqtisadiyyatı çökəcək. Amma bunun üçün nə qədər zaman tələb olunduğu dəqiq bilinmir. Hər şey Qərbin birgə səylərindən və mübarizəsindən asılı olacaq”, - deyə analitik fikrini yekunlaşdırıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru