Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                 

Siyasi savaş pikə doğru: ilkin ehtimallar formalaşıb, amma... - NƏ BAŞ VERİR?
Tarix: 2-05-2023, 14:02 | Çap et
Siyasi savaş pikə doğru: ilkin ehtimallar formalaşıb, amma...
Məlum olduğu kimi, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Dövlət başçısı postu uğrunda dörd namizəd – ölkənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan, Məmləkət Partiyasının sədri Muharrem İnce, Millət İttifaqının namizədi və Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparır.

Aprelin 27-dən etibarən xaricdə yaşayan Türkiyə vətəndaşlarının prezident və parlament seçkilərində səsverməsi başlayıb. Türkiyə Yüksək Seçki Qurumunun (YSK) qərarına əsasən, Türkiyənin 75 xarici ölkədəki diplomatik nümayəndəliklərində 156 seçki məntəqəsi fəaliyyətə başlayıb. Sərhəd məntəqələrində, aeroportlarda və dəniz limanlarında xaricə gedən vətəndaşların səsverməsi üçün 4,6 min məntəqə quraşdırılıb.

Ümumilikdə Türkiyə xaricində 3,6 milyondan çox vətəndaş səs verə bilər. Xarici ölkələrdə və sərhəd məntəqələrində səsvermə prosesi mayın 9-na qədər davam edəcək, sonra bütün bülletenlər sayılaraq YSK-ya göndəriləcək.

Göründüyü kimi, qardaş ölkə tarixi siyasi hadisənin astanasındadır. Bütün dünyanın nəzəri bu ay Türkiyədə keçiriləcək seçkilərə yönəlib. Seçki marafonu Azərbaycanda da maraqla izlənilir. Hamını düşündürən sual budur: may ayı Türkiyənin siyasi həyatında hansı dəyişikliklərə səbəb olacaq?

DİA.AZ-ın məlumatına görə, türkiyəli siyasi şərhçi Aydın Sezer AYNA-ya şərhində deyib ki, hazırda əsas diqqət prezident seçkilərinə yönəlib, parlament seçkiləri nisbətən arxa plana keçib: “Seçkilər öncəsi keçirilən sorğular əsas rəqiblər – Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıcdaroğlunun şanslarının təxminən bərabər olduğunu göstərir. Bəzi sorğularda isə Kılıcdaroğlu üstünlük qazanır. Digər yandan Muharrem İnce də sosial elektorata malikdir. İnce amili də nəticələrə təsirsiz ötüşməyəcək. Düzdür, İncenin qalib gəlmək şansı azdır, lakin o, qalibin müəyyən olunmasında həlledici söz sahibi olacaq”.

“Hesab edirəm ki, prezident seçkilərinin taleyi ikinci turda həll olunacaq. İkinci turun isə mayın 28-də keçiriləcəyi gözlənilir. May ayı Türkiyənin siyasi həyatında qaynar və həlledici ay olacaq. Türkiyənin gələcək daxili və xarici siyasətinə aydınlıq gələcək. Türkiyə seçiciləri öz gələcək rəhbərini seçəcək və taleyüklü qərarını elan edəcəklər”, - deyə həmsöhbətimiz bildirib.

Sezerin fikrincə, Ərdoğanın sağlığı ilə bağlı spekulyasiyalar onun şanslarının zəiflədilməsinə xidmət edir: “Məlumdur ki, bəzi xarici qüvvələr hər vəchlə Ərdoğanın seçkilərdə məğlub olmasına çalışır. Buna səbəb Ərdoğanın onların dediyi ilə oturub-durmaması, müstəqil xarici siyasət yürütməsidir. Onlar Ərdoğanın məğlubiyyəti üçün bütün imkanlarını işə salacaqlar. Açıq şəkildə etiraf etmək lazımdır ki, Kılıcdaroğlunun şansları yüksəkdir və nəhayət, 20 ildən sonra onun prezident seçilmək şansı yaranıb. Seçkilərin taleyinə Türkiyə seçiciləri aydınlıq gətirəcəklər”.

DİA.AZ-ın məlumatına görə, Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli mövzuya dair AYNA-ya açıqlamasında söyləyib ki, seçkilərə az vaxt qalsa da, indidən nəticələr barədə danışmaq tezdir: “Hər şey mümkündür. Türkiyədə seçkilərin nəticələrinə təsir edən amillər çoxdur. Burada etnik, dini və digər amillər mühüm rol oynayır. Etnoslar və dini inanclar Türkiyə cəmiyyətinin gerçəkliyidir. Bu amil, heç şübhəsiz, bu seçkilərə təsirsiz ötüşməyəcək”.

“Rəcəb Tayyib Ərdoğan və komandası Türkiyə üçün çox işlər görüb. Türkiyənin müstəqil xarici siyasət yürütməsində, aparıcı diplomatik oyunçulardan birinə çevrilməsində onun rolu böyükdür. Türk seçiciləri bu xidməti nəzərə alacaqlar. Kılıcdaroğlu da şanslı namizəddir. Muharrem İnce də həmçinin. Hətta Sinan Oğan da. Düzdür, İnce və Oğan prezident seçkilərində qalib gəlməyəcəklər. Lakin ikinci tur gözlənilir. İkinci turda onların şansı yüksəkdir”, - deyə Hüseynli vurğulayıb.

DİA.AZ bildirir ki, AYNA-nın digər həmsöhbəti, azərbaycanlı politoloq Xəqani Cəfərli bu yarışdan Kamal Kılıcdaroğlunun qalib çıxacağını düşünür: “Sosioloji sorğular da bunu təsdiq edir. Hesab edirəm ki, Rəcəb Tayyib Ərdoğanın öz mövqelərini qorumaq imkanı, Kılıcdaroğlunun qalib gəlmək ehtimalından daha aşağıdır”.

“Türkiyə böyük bir siyasi hadisənin astanasındadır. Artıq gerisayım başlayıb və hər ötən gün Kılıcdaroğlunu qələbəyə daha da yaxınlaşdırır. Bütün hallarda seçki öncəsi siyasi mübarizə şiddətlənir”, - deyə o bildirib.

Analitik may ayının Türkiyənin siyasi həyatında həlledici ay olacağını diqqətə çatdırıb: “Hətta seçkilərin taleyi ikinci turda həll olunsa belə, bu da may ayının sonunda baş verəcək. Təbii ki, siyasətdə hər şey mümkündür. Tamamilə gözlənilməz nəticələr və sürprizlər də ortaya çıxa bilər. Lakin normal məntiqlə təhlil etdikdə aydın görmək olur ki, Kılıcdaroğlunun şansı daha yüksəkdir. Yəqin ki, CHP lideri seçki yarışmasının favoriti olacaq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru