Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                 

2-ci həmlədə QƏLƏBƏ KİMİNDİR? - İNCƏLƏMƏ...
Tarix: 15-05-2023, 09:29 | Çap et
2-ci həmlədə QƏLƏBƏ KİMİNDİR?
Seçkilər II tura qalarsa (xaricdə yaşayan türklərin səsi hələ tam sayılmadığından Ərdoğanın seçilib-seçilmədiyi bəlli deyil), “Cümhur” ittifaqı liderinin ciddi fərqlə zəfər çalacağı ehtimalı var.

Səbəblər:

a) Ərdoğanın II turda qələbəsini şərtləndirən daxili amillər

İlk turda Kılıçdaroğlunun yanında yer alan bir sıra siyasilər II turda Ərdoğanı dəstəkləyə bilərlər. Məsələn, İYİ Partinin sədri Meral Akşener xanım I turda belə, “Millət” İttifaqının cərgəsində könülsüz yer almışdı. Onun fikrincə, Kılıçdaroğlu heç bir şəkildə Ərdoğana qalib gələ bilməzdi və seçkinin nəticələri Akşeneri haqlı çıxardı. Sözsüz ki, onun və tərəfdarlarının növbəti dəfə potensial məğlubun yanında dayanacağı rasional deyil. Eyni sözləri “Millət” ittifaqının digər bəzi partiyaları barədə də demək mümkündür.
CHP elektoratı I tur seçkilərində ağır psixoloji yara aldı. Onlardan bəzilərinin “onsuz da xeyri yoxdur, hamımız səs versək belə, Ərdoğan seçiləcək” deyib II tura qatılmaması ehtimalı var. Nəticədə II tura qatılanların faizi “Millət” ittifaqının əleyhinə aşağı düşə, bu da dolayısıyla Ərdoğana səs verənlərin nisbətini artıra bilər. Ərdoğana isə seçkidə qələbə qazanmaq üçün topladığı səsi “qıl payı” artırmaq lazımdır. “Millət” ittifaqının aktivliyinin azalması belə, bu imkanı ona təkbaşına qazandıra bilər.
Birinci turda gözlənəndən xeyli artıq – 5%-dən çox səs toplayan Sinan Oğanın II turda Ərdoğana daha yaxın mövqe tutacağı ehtimalı yüksəkdir. Ülkücü camiadan gələn, seçkilərə Halkların Demokratik Partisi (HDP) və Hür Dava Partisindən (HÜDA-PAR) dəstək alan, dolayısıyla gələcək siyasi fəaliyyətlərində bu partiyalardan asılı vəziyyət düşən ittifaqların seçilmək imkanlarını məhdudlaşdırmaq üçün qatıldığını bəyan edən və bu hədəfinə çatan Sinan Oğanın II turda AKP ilə daha rahat sövdələşməsi gözləniləndir. Çünki CHP II turda uğur qazanmaq istəyirsə, seçkilərə Yeşil Sol Parti adıyla qatılan HDP-dən imtina edə bilməz. Belə ki, ilk turdakı nəticələr göstərir ki, HDP hardasa 8.8% səs oranına malikdir. Bu isə onunla ittifaq quran CHP üçün həyati önəm daşıyan rəqəmdir və HDP-nin gətirdiyi səsdən imtina etmək Kılıçdaroğlunun topladığı səsləri 20-25% azalda bilər. I turda Cümhur ittifaqına cəmi 0.08% səs gətirən HÜDA-PAR`dan Sinan Oğanın elektoratını qazanmaq naminə imtina etmək və ya onu ikinci plana atmaq Ərdoğan üçün daha rahatdır. Sinan Oğanın siyasi məfkurəsinin də mühafizəkar kəsimlə eyni cizgidə olduğunu hesaba qatsaq, onun II turda Ərdoğanın yanında dayanmaması üçün heç bir səbəb yoxdur. Üstəlik, onun seçkilərdə Ərdoğana yaxınlığını gizlətməyən Azərbaycanla da yaxın əlaqələri var və zənnimizcə, bu amil də Sinan Oğanın II turdakı mövqeyini müəyyənləşdirməsində önəmli rol oynayacaq.
I turda göbəkdən aşağı şantajlara məruz qalaraq yarışı yarıda buraxan Mühərrəm İncə də bu təxribatın törədilməsində ən çox keçmiş partiyadaşlarından şübhələnir. İncə bunu açıq ifadə etməsə də, şübhələrini bəzi eyhamlarla dilə gətirib. Odur ki, İncənin də II turda Ərdoğana daha yaxın mövqe tutması sürpriz olmaz. Üstəlik, o, Kılıçdaroğlunun qələbə çalacağına inansaydı, öz namizədliyini verməz, keçmiş başkanını dəstəkləyər və ondan hansısa vəzifə qopara bilərdi. Bu baxımdan Məmləkət liderinin ümidvar olmadığı bir namizədə səs verməsi və onu dəstəkləməsi inandırıcı görünmür və bu amil İncənin II turdakı tutumunu Ərdoğanın xeyrinə formalaşdıra bilər.

Sirr deyil ki, Ərdoğan son seçkilərə bir çox zəif məqamlarla qatılmışdı. İqtisadi böhran, zəlzələ və xarici siyasətdə qeyri-ənənəvi geosiyasi təmayül və s. kimi faktorlar bu həssas problemlərin başında gəlirdi. Türk xalqının yarısının səsini alması isə Ərdoğanın əvvəlki populyarlığını itirmədiyini göstərdi. AKP liderinin keçən seçkilərdə topladığı səs oranına baxanda görə bilərik ki, o yenə eyni sayda seçicinin rəğbətini qazanmışdı. Bu mənzərə Türkiyə insanının nə bahasına olursa olsun öz siyasi tərcihini dəyişmədiyini göstərir. Başqa sözlə, Türkiyə xalqının sümükləşmiş siyasi mövqeyi var və heç bir fəlakət onun mövqeyini dəyişdirə bilməz. Bunun ən bariz örnəyini biz zəlzələ bölgəsinin Ərdoğana verdiyi səslərin timsalında görürük. Millət ittifaqı və onun xarici havadarları zəlzələdən zərər çəkən bölgə insanlarının AKP-yə səs verməyəcəyini düşündükləri halda, Ərdoğana bu vilayətlərdən çox ciddi dəstək gəldi. Məlumata görə, 85%-ə yaxın iştirak payı ilə seçkilərdə öz sözünü deyən zəlzələ məğdurlarının 54%-dən çoxu Ərdoğana, təxminən 42%-i isə Kılıçdaroğluna səs verdi. 12%-lik üstünlük böyük rəqəmdir və bu, Ərdoğanın zəlzələ bölgəsindəki nüfuzunun sarsılmadığından xəbər verir.

B) Xarici amillər

Kılıçdaroğlu ABŞ və Avropa ölkələrinin onun sonsuza qədər dəstəkləyəcəyinə ümid edir və bunu gizlətmirdi. Hətta paylaşımlarının birində Rusiyanın ünvanına sərt fikirlər səsləndirərək siyasi oriyentasiyasını bəlli etmişdi. Amma məsələ burasındadır ki, Rusiya ilə ağır hesablaşmalara hazırlaşan Qərb ölkələri Türkiyənin güclü lider tərəfindən idarə olunmasını istərlər. Müxtəlif məfkurələrə malik 6+1 partiyanın dəstəklədiyi halda 45% belə səs toplaya bilməyən Kılıçdaroğlunun hakimiyyətinin möhkəmliyi şübhə isə altındadır. Ən adi mübahisə bu koalisiyanın dağılması ilə nəticələnə bilər, bu da görüləcək işlərin ən həlledici məqamda yarıda kəsiləcəyi mənasına gəlir.

Sözsüz ki, Qərb dünyası Türkiyə kimi geosiyasi baxımdan önəmli bir məmləkəti təsadüflərin ümidinə buraxmazdı. Zənnimcə, Ərdoğana qarşı Kılıçdaroğlunun dəstəklənməsi blef idi və məqsəd Türkiyə liderini öz məxrəclərinə gətirməkdi. Prinsipcə, Ərdoğan da Rusiyaya yaxın siyasət yürütməklə manevr edir, Qərbdən Türkiyə üçün daha çox güzəştlər qoparmağa çalışırdı.

Türkiyənin güney-doğusunda baş verən zəlzələdən sonra Ərdoğan Qərblə konfliktə son qoydu, öz manevrlərini dayandırdı. Çünki bu təbii fəlakət nəticəsində Türkiyə zəif düşmüşdü və daha çox güzəşt qoparmaq sevdasının əks nəticə verəcəyi təhlükəsi vardı. Ərdoğanın zəlzələdən sonra istər Yunanıstan, istərsə də NATO-ya daxil olmaq istəyən Finlandiya ilə münasibətləri yumşaltması, hətta sonuncunun sözügedən alyansa qoşulmasına yaşıl işıq yandırması da buna dəlalət edir. Yəqin ki, yaxın günlərdə İsveçin də NATO-ya daxil olmasına razılıq veriləcək. Amma təbii ki, ondan tələb olunan güzəştlərin ən azı prinsipial qismini aldıqdan sonra.

Fikrimcə, dünənki seçkilərdən sonra Türkiyənin Qərb müttəfiqlərindən istədiyi güzəştləri daha rahat almasının da önü açıldı. Zira Qərbin qarşısında yenə güclü Ərdoğan dayanacaq və Türkiyə liderinin II turda əldə edəcəyi böyük üstünlük onun sözünün çəkisini də artıracaq. Beləcə, Türkiyənin yeni mərhələdə Rusiya ilə isti münasibətlərə də ehtiyac qalmayacaq. Çünki Rusiya həm Türkiyə ilə təbii rəqib, hətta coğrafi baxımdan ən yaxın düşməndir, həm də Ərdoğanın artıq bu manevri də öz hədəfinə çatıb və daha güclü şəkildə danışıqlar masasında oturmaq zamanı gəlib. Belə vəziyyətlərdə inadkarlığı davam etdirmək insanı hədəfdən yayındıra və qabını çatladan tünd sirkə effekti verə bilər.

Heydər Oğuz
//ovqat.com//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru