"Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                     Banka borcu olanlara BƏD xəbər .....                     "Dəyişən bir şey olmayacaq, amma..." .....                     TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... .....                     Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... .....                     Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub .....                     Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... .....                     Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib .....                     Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi .....                     ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib .....                 

Rusiya-Afrika sammiti: “qara qitə” üzərinə çökən duman qatılaşır... - Kim hansı səfdə dayanacaq?
Tarix: 30-07-2023, 01:59 | Çap et
Rusiya-Afrika sammiti:  “qara qitə” üzərinə çökən duman qatılaşır...
Sankt-Peterburqda Rusiya-Afrika sammitinin keçirilməsi “qara qitə”də maraqları olan Fransanın, ABŞ-nin, Böyük Britaniyanın, Hindistanın, Çinin, Türkiyənin və sair strateji qərarlar qəbul edən ölkələrin kabinetlərində diqqətlə izlənilir.

Sammit Rusiyanın Afrikadakı hərbi-siyasi və iqtisadi izlərini Saxaradan cənuba doğru genişləndirmək niyyətini ortaya qoyması ilə əlaqəlidir və Kremlin Ukrayna müharibəsindəki taktiki uğursuzluqlarının alternativi kimi qiymət qazanır.

Yəni Rusiya Ukraynadakı işğal kampaniyası səbəbilə itirdiyi geosiyasi mövqelərini bərpa etmək üçün Afrikaya “iddialı qayıdış” proqramını ortaya qoyur.

Ümumiyyətlə, çoxqütblü beynəlxalq münasibətlər sistemində Afrikada yenidən nüfuz bölgüsü aparmaq uğrunda mübarizə kəskinləşir, lakin qədim qitədəki ölkələr keçmişdən, müstəmləkəçilik əzablarından dərs çıxararaq piyadaya çevrilmək istəmirlər.

Afrika ölkələri inkişaf və təhlükəsizlikləri üçün beynəlxalq yardımların səfərbər edilməsinə yaxşı baxırlar, bu mənada onların şirnikləndirilməsi üçün həmin köməkliklər göstərilməyə davam edəcək.

Lakin maraqların kökü dərindir, xarakteri mürəkkəbdir, üstəgəl Afrikanın zəngin sərvətləri də var ki, bütün bunlar oyunçuların qara torpaqlara diplomatik-siyasi nəzakətlə deyil, yağlı tikə kimi baxmağına gətirib çıxarır.

Rusiyaya da əlavə fürsətlər yaranıb ki, ambisiyalarını humanitar yardım adı altında və Afrikanı Qərbə qarşı ayaqlandırmaq ruhunda inkişaf etdirsin.

Söhbət ondan gedir ki, Rusiya-Ukrayna müharibəsi səbəbilə Qara dəniz limanlarından taxıl ixracının təhlükəsiz şəkildə baş tutması üçün Moskva ilə Kiyev arasında əldə edilmiş razılığın müddəti bitib.

İndi Rusiya Prezidenti Vladimir Putin üçün göydəndüşmə şansdır ki, Afrika ölkələrini taxılla sınağa çəkib, onları Qərbə qarşı cəbhə kimi yetişdirsin və Moskvanın rəqiblərinə qarşı təzyiqləri artırsın.

Rusiya-Afrika sammiti həmin planlara baxış bucağından Kreml üçün əhəmiyyətlidir, sözsüz ki, Moskva Afrikada əməliyyatlar keçirən “Vaqner” özəl hərbi təşkilatına təlimatlar verməyə də diqqət yetirəcək.

Rusiya Afrikadakı iştirakının strateji ölçülərini hərbi-siyasi miqyasla və iqtisadi-ticari diplomatiya ilə müəyyənləşdirməkdə yeni xətt tutacaq.

Qərbi Afrika regionu Rusiya üçün həyati əhəmiyyətlidir, bu bölgədəki hərbi rejimlər Moskva ilə əlaqələri gücləndirir. Düzdür, Rusiyanın rəqibləri ilə rəqabət aparmaq üçün resursları bol deyil, amma Moskvanın oynamaq üçün bəzi kartları var.

Məsələn, Rusiya Afrikanın gübrə təminatında ən böyük mənbədir, üstəgəl, o, neft, qaz və mədən sənayesində əhəmiyyətli bir gücdür. Rusiya taxıl dəhlizi ilə bağlı manipulyasiyalarını həmin potensialının gözünə qataraq tərəzidə ağırlığını artırmaq istəyir.

Ümumi planda isə Afrika hərbi-siyasi qarşıdurma, iqtisadi rəqabət məkanı olaraq qalacaq ki, bu da tarixi bir mirasın davam etdirilməsidir.

Lakin məsələ indi onda fokuslanır ki, maraqları toqquşan və birləşən dövlətlər hansı səfdə qərarlaşacaqlar.

Aşağı-yuxarı kimin hansı xəttin üstündə və buna dəstək ola biləcək maraqların üzərində dayanacağını təxmin etmək çətin görünmür.

Afrika uğrundakı strateji rəqabətdə Qərbə qarşı Rusiya-Çin müqavimət oxu formalaşa bilər, böyük ehtimal ki, Fransa da həmin ox ətrafında fırlanmağa maraq göstərəcək.

Bunun mümkün səbəbi Fransanın qlobal maraqlarının ABŞ-Böyük Britaniya tərəfindən daraldılması cəhdləri ilə əlaqəli ola bilər.

Türkiyə ilə bağlı bir nüans maraqlıdır, Ankara Afrikada Rusiyadan daha geniş nüfuz dairəsinə malikdir və Qərbin maraqlarına zərbə vurmaq məsələsində aqressiv deyil. Məntiqlə bu qənaət hasil olur ki, Türkiyə Afrikada Rusiya ilə münasibətlərə nisbətdə Qərbin maraqları çərçivəsini əsas tutacaq.

Fransa ilə bağlı məsələdə, Türkiyə Afrikada ABŞ-Böyük Britaniya xəttini müdafiə edən yanaşmaları daha çox göstərə bilər.

Rusiya-Afrika sammitindən sonra qara qitənin təhlükəsizlik şoklarına daha da həssaslaşacağı, daha rəqabətli mühitə, aktorların artan iddialılığına keçid edəcəyi gözləniləndir.

Bu o deməkdir ki, Afrikada aktorların əlində proksi qüvvə kimi fəaliyyət göstərən hərbi-qiyamçı dəstələrə yeni təlimatlar ötürüləcək.

Aqşin Kərimov - DİA.AZ









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Özünə arxayın olmaq adamı qudurdur"
Bu gün, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Bu gün, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19
“Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59
Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58
İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54
"Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51
İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru