İŞİD dirçəlmək istəyir - FOTO
Tarix: 8-08-2023, 17:16 | Çap et
 2019-cu ildə 85 dövlətdən ibarət koalisiya İraq və Suriyada ələ keçirdiyi ərazilərdə özünü dövlət elan etmiş İslam Dövlətinin (İŞİD) məğlubiyyətini qeyd etdi.
Ancaq İŞİD-in təsirində qalan yaraqlılar və onların ailələri ilə bağlı vəziyyət müəmmalı və qaranlıq gələcəyi təsvir etməyə imkan verir.
İŞİD-in əlində qalan ailələr sabah üçün potensial terror aktlarının icraçısı kimi qavranıla bilərlər.
Artıq bu terror qruplaşması Suriyada, Əfqanıstanda, İraqda canlanmağa cəhd göstərir ki, bu da İŞİD-in əlində qalan “girov resursları”nı xərcləməsi kimi qiymətləndirilə bilər.
Son bir ayda baş verən bir neçə hadisəni təqdim etməkdə fayda var ki, İŞİD-in aktivləşməsi barədə təfərrüat bəlli olsun.
1. İŞİD bu ilin 23-25 iyul tarixlərində Suriyanın paytaxtı Dəməşq şəhərinin cənubundakı Seyyidə Zeynəbdə terror törədərək mülki vətəndaşları hədəfə alıb.
2. İŞİD-in Əfqanıstandakı qolu olan “Xorasan qrupu” tərəfdarlarına müraciət edərək onları bu təşkilata keçməyə inandırmaq üçün təbliğata başlayıb.
3. İŞİD Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində İslam Alimləri Assambleyası partiyasının konqresində terror törədib.

Bu qeyd edilən hər üç fəallığı İŞİD-in dəstək zonaları yaratmaq səylərinin bir hissəsi kimi qiymətləndirmək olar.
İŞİD-in canlanması qlobal məkanda şiddətlənən rəqabət, bunun amansız tərəflərinin təzahürləri oyunçuların bir-birini geri oturtması üçün həmlələr fonunda diqqət çəkir.
İŞİD hansı mərkəzdən idarə olunur, bu terror təşkilatının dirilməsi üçün cəhdlərdə hansı aktor fəallıq göstərir – hələ ki bu sualları cavablandıra biləcək ipucları tapmaq çətindir.
Lakin İŞİD-in terrorçuluq konsentrasiyasını təşkil edən maliyyə-tədarük resursu və ona güc verəcək mənbə mütləqdir ki, mövcuddur, bir müddətdən sonra onun sifəti görünə bilər.
Bunun araşdırılması fərqli bir kontentə müraciət olunmasını tələb edir. Hələlik isə bilinən budur ki, Suriyanın şimal-şərqində İŞİD-lə birbaşa və dolayı yolla əlaqəsi olmaqda şübhəli bilinən onminlərlə insan köçkün düşərgələrində yaşayır. Onların əksəriyyəti Əl-Hol ərazisinə sıxışdırılmış şəxslərdir, lakin İŞİD-in ideologiyasına faktiki olaraq abunə olanların sayı dəqiq deyil.
Ehtimala əsasən, ekstremist meyillər İraq və Suriyadan olmayan sakinlər arasında güclü olaraq qalmaqdadır, bu isə həmin insanların doğulduqları regionlar üzrə planlarda İŞİD üçün resurs rolunu oynayır.
İraq və Suriyadakı aktiv İŞİD döyüşçülərinin sayına gəlincə, BMT onların sayının 2 500-3 500 civarında olduğu qənaətindədir.
Aktiv döyüşçülərlə bağlı rəqəm, bəlkə də, böyük təhdidlərin olmayacağı qənaətini formalaşdırır, ancaq ümumilikdə regionda İŞİD ideologiyasına müticəsinə əyilənlərin mövcudluğu potensial təhlükə mənbəyidir.
İŞİD-in terror-təxribat törətmək üçün nisbətən sakit regionlara reydə çıxacağı gözləniləndir. Bu, İŞİD-in öz ideologiyasına sadiq olan insanlara çıxış imkanları ilə düz mütənasibdir.

İnsan resursu İŞİD üçün önəmli bazadır, buna görə də başqa-başqa dövlətlər İŞİD-in köləsinə çevrilmiş şəxslərin öz ölkələrinə repatriasiyası üçün çalışırlar.
Ancaq ortada digər narahatlıqlar var, belə ki, dövlətlər fikirləşirlər ki, onlar vətəndaşlarını repatriasiya etdikdən sonra həbs olunanları çıxmaq şərtilə digərlərini uğurla təqib etməsələr, onlar yenidən radikallaşa bilərlər.
Bu zaman geri qayıdanların azadlıqda qalan hissəsi təhlükəsizlik üçün təhdidə çevrilirlər. Başqa bir həyəcan isə ölkəyə geri qayıdanların əksəriyyətinin cəmiyyətə səmərəli şəkildə yenidən daxil olması məsələsidir, burada onları yola gətirmək çox çətin prosedurlardandır.
Hər halda, dünyada və regionda alternativ bir təhdid dalğasının yaradılmasına şahidlik edirik, bunun Rusiya-Ukrayna müharibəsi səbəbilə müxtəlif regionlarda paralel olaraq böyüyən rəqabətin daxilinə yerləşdirilməsi cəhdləri də müşahidə oluna bilər.
Aqşin Kərimov


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19 |
|
|
|
| • “Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11 |
|
|
|
| • Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09 |
|
|
|
| • Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49 |
|
|
|
| • İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43 |
|
|
|
| • Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22 |
|
|
|
| • Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19 |
|
|
|
| • Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09 |
|
|
|
| • Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05 |
|
|
|
| • AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59 |
|
|
|
| • Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46 |
|
|
|
| • Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41 |
|
|
|
| • Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40 |
|
|
|
| • Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37 |
|
|
|
| • İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36 |
|
|
|
| • "İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26 |
|
|
|
| • Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21 |
|
|
|
| • Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15 |
|
|
|
| • Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06 |
|
|
|
| • ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03 |
|
|
|
| • Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56 |
|
|
|
| • Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44 |
|
|
|
| • Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42 |
|
|
|
| • Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40 |
|
|
|
| • İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26 |
|
|
|
| • Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25 |
|
|
|
| • “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20 |
|
|
|
| • “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04 |
|
|
|
| • Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28 |
|
|
|
| • "Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33 |
|
|
|
| • TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28 |
|
|
|
| • Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16 |
|
|
|
| • Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10 |
|
|
|
| • Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51 |
|
|
|
| • Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38 |
|
|
|
| • Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36 |
|
|
|
| • ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31 |
|
|
|
| • Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30 |
|
|
|
| • Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25 |
|
|
|
| • TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16 |
|
|
|
| • Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01 |
|
|
|
| • Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59 |
|
|
|
| • Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58 |
|
|
|
| • İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
| • “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54 |
|
|
|
| • "Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51 |
|
|
|
| • İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48 |
|
|
|
| • Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46 |
|
|
|
| • Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26 |
|
|
|
|