MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                 

Kursk əməliyyatının üzə çıxardığı 10 mühüm nəticə - ARAŞDIRMA
Tarix: 10-09-2024, 07:01 | Çap et
Kursk əməliyyatının üzə çıxardığı 10 mühüm nəticə
Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə müdaxiləsindən bir ay ötdü. “The İnsider” bu hadisədən alınan 10 dərsi sadalayır. Pressklub.az həmin yazını təqdim edir.

1. Müharibə Rusiyaya əməlli-başlı sıçradı

Ukrayna qoşunlarının tutduğu Kursk ərazisindən reportajların birində yerli sakinlər müharibənin başlama tarixi haqqında suala əminliklə cavab verirlər: 6 avqust 2024-cü il. Hərçənd, hərbi əməliyyatlar o vaxta qədər də Ukrayna sərhədlərindən kənara çıxırdı. USQ tərəfdə döyüşən nominal “Rusiya birləşmələri” diversiya reydləri keçirirdilər. Amma o reydlər daha çox təbliğati məqsəd güdürdü, vaxtına və resurslarına görə məhdud idi.

Kursk vilayətinə gəldikdə, söhbət iri (10 minə qədər canlı qüvvə) hərbi qruplaşmadan gedir. Döyüşlərə ağır zirehli texnika, lüləli və reaktiv artilleriya, aviasiya cəlb olunub. Son Ukrayna məlumatlarına görə, USQ 1294 kmВІ ərazidə 100-dən çox yaşayış məntəqəsinə nəzarət edir. Həmin ərazidə qalanRF vətəndaşlarının sayı dəqiq məlum deyil, amma hər şeydən göründüyünə görə, söhbət minlərdən gedir. Asayişi və əhalinin ehtiyaclarını təmin etmək üçün tutulan rayonlarda Ukrayna hərbi komendaturası yaradılıb.

Öz ərazisini xarici təcavüzdən müdafiə edə bilməyən Kremlin növbəti hərbi uğursuzluğu Ukraynanı və onun Qərb müttəfiqlərini “tükətmə müharibəsi” ilə yormağa hesablanan strategiyasının kəsərliliyinə inamı sarsıdır. Digər tərəfdən, ukraynalıların Kursk vilayətinə müdaxiləsindən sonra RF SQ Baş qərargahının rəisi Valeri Gerasimov bütün müharibə ərzində bəlkə də ilk dəfə kənar müşahidəçilər üçün aydın və anlaşılan məqsəd ifadə edib: dövlət sərhədinə çıxmaq.

2. Xarici təcavüzə fikir verməmək də olar

Ukrayna qoşunları Kursk vilayətində hücumlarını inkişaf etdirən müddətdə Vladimir Putin şəxsi nümunəsi ilə göstərirdi ki, belə böyük miqyasda hadisəyə fikir verməmək də olar.

İkinci dünya müharibəsindən sonra ilk dəfə xarici qoşunlar Rusiya ərazisinin önəmli parçasını işğal ediblər. İkinci Çeçenistan müharibəsindən sonra bu qədər adam hərbi əməliyyatlar üzündən öz evlərini tərk edib. Avropaya quru marşrutla qaz tranzit edən son kəmərin əsas infrastruktur obyekti - Suca qazölçən stansiyası USQ tərəfindən tutulub.

Bəs Vladimir Putin nə ilə məşğul idi? Təcavüzdən sonra Bakıda oldu, Kabarda-Balkardakı armud bağlarını təftiş etdi, terror aktının 20 illiyinə iki həftə qalmış Beslana baş çəkdi, Çeçenistanda Adəm Kadırovun güllə atmasına baxdı, Tıvada “Önəmli məsələ haqqında söhbət” dərsi keçdi və Monqolustanı ziyarət etdi. Prezidentin qrafikində indiyə qədər Kursk səfəri üçün yer tapılmayıb.

Halbuki “OpenMinds” layihəsinin tədqiqatı göstərir ki, 2024-cü il avqustun 6-dan sonra internetin Rusiya seqmentində əsas müzakirə mövzusu məhz Kursk vilayətinə müdaxilə olub. Sosial şəbəkələrdəki şərhləri təhlil edən “FilterLabs AI” layihəsi Putinin fəaliyyətinə yönəlik neqativ qiymətləndirmənin kəskin artımını qeydə alıb. Hətta FOM, “Levada-Sentr”, VCİOM kimi yetərincə loyal sosial xidmətlər rusiyalılarda narahatlığın artmasını və prezidentə etimad reytinqinin düşməsini qeydə alıblar.

Buna baxmayaraq, Vladimir Putin Kursk vilayətində baş verənləri “təxribat” (7 avqust), “hadisələr” (8 avqust), “antiterror vəziyyəti” (12 avqust), sadəcə “vəziyyət” (22 avqust) adlandırıb. Sentyabrın 2-də Kızılda məktəblərin birindəki açıq dərs zamanı Putin şagirdlərə “Kursk vilayətinə soxulmuş quldurlar”dan danışıb. Kremlin Rusiya ərazisinə müdaxilədən səfərbərlik üçün istifadə etməməsi, əksinə, baş verənlərin əhəmiyyətini bacardıqca kiçiltməyə çalışması diqqətəlayiqdir.

3. Xüsusi təyinatlılar və strateji rezerv yerinə həqiqi hərbi xidmətçilər

Məlum oldu ki, Kursk vilayətində sərhədi qorumaq üçün həqiqi hərbi xidmət keçənlərdən, sərhədçilərdən və rosqvardiyaçılardan təşkil olunmuş qruplaşma nizami ordu hissələrinə qarşı durmağa qadir deyil. Zatən bunu az-çox hamı əvvəldən bilirdi, o cümlədən Putin. O, hələ 2024-cü ilin martında sərhəddəki həqiqi hərbi xidmətçiləri xüsusi təyinatlılarla əvəzləməyi tapşırmışdı.

Eləcə də aydın oldu ki, Rusiya komandanlığı hər hansı önəmli rezervlərə malik deyil - nəinki strateji rezervə, heç belə hadisələr üçün operativə də. Hələ ki, Kurska cəbhədən qüvvələr göndərilir, çox vaxt ekzotik və ikinci dərəcəli sahələrdən olsa da. “Bloomberg” agentliyi yazır ki, Donbasdan böyük qüvvələri çəkmək heç planlaşdırılmır. Bu üzdən ictimai rəy Rusiyanın beynəlxalq səviyyədə tanınmış ərazisindəki hərbi əməliyyatlarda həqiqi hərbi xidmətçilərdən kütləvi istifadəyə hazırlanır. Onların ön cəbhəyə göndərilməsi həm də ikinci səfərbərlik dalğasının alternatividir.

Başqa sözlə, USQ-nin indiyə qədər Kursk vilayətində mövcudluğu o deməkdir ki, Rusiya komandanlığı təkcə gözlənilməz böhranlar üçün deyil, çox güman, Ukraynadakı cari hücumunu davam etdirmək üçün də sərbəst insan resurslarına malik deyil. Kremlin resurslarının məhdudluğu hərbi-diplomatik tənzimləmə nöqteyi-nəzərindən də onu pis vəziyyətə qoyur: Qərbdə xeyli siyasətçinin hələ bir neçə ay əvvəl düşündüyünün əksinə, Ukraynaya uzunmüddətli dəstək öncədən uğursuzluğa məhkum iş kimi görünmür.

4. Mövqe müharibəsi hər yerdə deyil

Ukraynanın 2023-cü ilin yayında uğursuz əks-hücumundan və demək olar, bütün cəbhə boyu tamamilə mövqe döyüşlərinə keçəndən sonra belə fikir yarandı ki, irimiqyaslı manevrli hücumları gözlənilmədən təşkil etmək mümkün deyil. USQ Kursk vilayətinə hücumla göstərdi ki, qüvvələrin gizli toplanması da, operativ gözlənilməzlik də, müdafiəni sürətlə yarmaq da tamamilə mümkündür və mövqe dalanı, döyüş meydanının tam şəffaflığı heç də hər yerdə hakim deyil.

Eyni zamanda, USQ-nin hücuma məhz Kursk vilayətində keçməsi hazırlıqlı müdafiəyə qarşı böyük hücum üçün resurslarının çatışmadığını göstərir. Döyüş əməliyyatlarının məhdud zonası da Ukrayna qruplaşmasının ordu logistikasından kritik asılılığını ortaya qoyur.

5. Ələkeçməz kadırovçular

Bəzi məlumatlara görə, Kursk vilayətində mənzillənən kadırovçular USQ-nin ilk zərbələrindən sonra “dağılışdılar”, yəni qaçdılar. Başqa məlumatlara görə, çeçen hərbçilər sərhədi qorumağı həqiqi hərbi xidmətçilərə həvalə edərək, dərhal aradan çıxıblar.

“Əhməd” xüsusi təyinatlılarının rəhbəri Apti Alaudinov əvvəl dedi ki, Kursk vilayətinin sərhədini qoruyan çeçen birliklər USQ-nin hücumunu ona görə dəf etməyiblər ki, bir-birlərinə rast gəlməyiblər. Əgər onun sözlərinə inansaq, ukraynalılar döyüşə girməyərək, çeçen dayaq məntəqələrini dolanıb keçiblər. Daha sonra Alaudinov söylədi ki, Vətəni müdafiə etmək istəməyən həqiqi hərbi xidmətçilər və onların valideynlərini özlərindən soruşmalıdırlar: bu ölkənin nəyinə lazımdırlar?

Kursk vilayətinə müdaxilənin ilk günlərindən Alaudinov Rusiya hərbçilərinin az qala rəsmi nümayəndəsi kimi çıxış edərək, hər gün düşmənlə mübarizədə yeni uğurlardan xəbər verir. Məsələn, o deyirdi:

6 avqust: popkorn götürürük və bizimkilərin düşməni məhv etməsini sakitcə izləyirik;

8 avqust: vəziyyət kritik deyil;

10 avqust: vəziyyətə maksimum nəzarət edirik;

11 avqust: vəziyyət yavaş-yavaş sabitləşir;

13 avqust: vəziyyət nəzarətə götürülüb;

14 avqust: düşmənin bloklanmasını başa çatdırdıq;

18 avqust: düşmən dayandırılıb;

21 avqust: onları dayandırdıq və geri qaytarırıq.

Bütün bu müddətdə də USQ Rusiya ərazisində yeni yaşayış məntəqələri tutmaqda davam edirdi.

6. Ukrayna Qərbin oyuncağı deyil

Rusiya təbliğatının sevimli mövzularından biri də “Kiyev rejimi”nin tam qeyri-müstəqilliyidir. Volodimir Zelenski Vaşinqton və Brüsselin oyuncağı kimi, Ukrayna siyasi elitası isə “kollektiv Qərb”in iradəsinin sözəbaxan icraçısı kimi, USQ komandanlığı isə NATO və ABŞ ordusuna tabe struktur kimi təqdim olunur.

Kursk vilayətindəki əməliyyatla bağlı aydın oldu ki, hazırlanan müdaxilə barədə Amerikada heç nə bilməyiblər, Sırski isə niyyətini gizlətməli və hətta əməliyyatı onlardan gizli hazırlamalı olub ki, planlarını pozmasınlar.

7. Qərb daha eskalasiyadan qorxmur

Kurska müdaxilə Rusiya-Ukrayna müharibəsinin gedişində ən kəskin eskalasiya addımı oldu. Madam ki, Kremlin reaksiyası bu qədər təmkinlidir, “The Washington Post”un məlumatına görə, ABŞ özünün uzaqvuran silahlarından Rusiya ərazisinə qarşı istifadəni ciddi-ciddi nəzərdən keçirir. Elə, ya belə, Kursk vilayətində cəsarətlə var-gəl edən ZDM və tanklar hər hansı ciddi fəsadlar törətmədilər. Bəzi şərhçilər Ukraynaya güclü raket zərbələrinin endirilməsini müdaxiləyə reaksiya kimi təqdim edirlər, amma bu, ölkənin enerji infrastrukturuna qarşı çoxaylıq kampaniyanın sadəcə bir mərhələsidir. Hərbi ekspertlər Maykl Kodman və Rob Li də “Foreign Affairs” üçün məqalələrində qırmızı xətlər konsepsiyasının sarsılması haqda yazırlar.

Ukraynanın müdaxiləsi nüvə cəkindiriciliyi konsepsiyasını da sual altına qoyur, çünki indiki halda qeyri-nüvə dövləti nüvə dövlətinə təcavüz edib, ərazisini tutub və labüd intiqamla üzləşməyib. Əgər 1982-ci ilin Folklend müharibəsi zamanı da Böyük Britaniyanın mübahisəli adaları adi silahla azad etməyə üstünlük verdiyini xatırlasaq, o zaman müdaxiləyə cavab kimi nüvə silahından istifadə perspektivi heç də qaçılmaz görünmür.

8. Sülh, nəyin bahasına yox

Məlum oldu ki, indiki təmas xətti üzrə sülh ideyasını irəli sürən bir çox ekspertlər və siyasətçilər Rusiya ərazilərinin Ukraynanın nəzarətində qalmasına razı deyillər. Öz növbəsində Volodimir Zelenski NBS-yə müsahibəsində bildirdi ki, Putin danışıqlar masasına oturana qədər Rusiya ərazilərini saxlamağı planlaşdırır.

Vladimir Putin əvvəlcə dedi ki, Kursk vilayətinə müdaxilə sülh danışıqlarını mümkünsüz edir: “Dinc insanlara və mülki infrastruktura zərbələr endirən, ya da nüvə enerjisi obyektinə təhlükə yaratmağa çalışan insanlarla hansı danışıqlardan söhbət gedə bilər?”

Rusiyanın BMT-dəki daimi nümayəndəsi səlahiyyətlərini icra edən Dmitri Polyanski isə Kurskdakı hadisələri sülh danışıqları barədə “səxavətli təklif”ə Kiyevin mənfi cavabı kimi qiymətləndirib. Xatırladaq ki, Putinin “səxavətli təklif”inə görə, Ukrayna qoşunlarını Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərindən çıxarmalı, NATO-ya daxil olmamalı və bitərəflik statusunu qorumalı idi, Rusiyanın üzərindən də bütün sanksiyalar götürüləcəkdi.

Amma sonra Putin əslində etiraf etdi ki, Kursk vilayətindəki “təxribatın uğursuzluğu”nu sülh prosesinin ilkin şərti hesab edir.

Danışıqlara USQ-nin Kursk istiqamətində indiki uğurları ilə çıxmaq - taktiki hərbi nailiyyəti siyasi nəticəyə çevirməyin ən anlaşılan üsullarından biridir.

9. Dinc sakinlərin xilası - dinc sakinlərin öz işidir

USQ-nin Kursk əməliyyatının ilk günlərində yerli hakimiyyət və güc strukturları sərhədin pozulmasını ümumiyyətlə inkar edirdilər. RF Müdafiə Nazirliyi Ukrayna kəşfiyyat-diversiya qrupunun darmadağın edilərək geri çəkilməsi barədə hesabat verməyə macal tapdı, sonra da düşmənin irəliləməsinin dayandırıldığını dəfələrlə söylədi. Sərhədyanı rayonların əhalisi mütəşəkkil təxliyə görmədilər və özləri müstəqil təxliyə oldular.

Kursk vilayətinin sərhədyanı rayonlarından 130 min adam köçüb. Amma hakimiyyət nəinki təxliyə ilə məşğul olmadı, hətta köçkünlərə yardım məsələsini də xeyli dərəcədə könüllülərin və xeyriyyə təşkilatlarının üzərinə qoydu. Bundan əlavə, rusiyalılara “Ozon” və “Avito” sertifikatları vasitəsilə zərərçəkənlərə birbaşa kömək etmək təklif olunur.

10. “Ərazi qeyri-müəyyənliyi” seçkilər üçün əngəl deyil

USQ-nin Kursk vilayətinə müdaxiləsindən və təxminən 1,3 minВІ km ərazi üzərində nəzarətin itirilməsindən sonra Rusiya bürokratik maşını vəziyyətin təsviri üçün gözlənilməz neologizm doğdu: “ərazi qeyri-müəyyənliyi”. Necə ki, “partlayış” əvəzinə“partıltı”, “yanğın” əvəzinə “tüstüləmə”, “azalma” əvəzinə “mənfi artım” deyilir, təklif olunan söz birləşməsi də “Ukrayna işğalı” deməməyə imkan verir.

“Ərazi qeyri-müəyyənliyi”nə baxmayaraq, Kursk vilayətində qubernator seçkiləri ləğv olunmadı, hərçənd, bəzi rayonlarda bələdiyyə səviyyəli seçkilər təxirə salınıb.

Hazırladı: Yadigar Sadıqlı
PRESSKLUB.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Dünən, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Dünən, 13:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru