Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                     Keçmiş məmura yüksək vəzifə verildi .....                     Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... .....                     Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb .....                     Su basan evlərin sakinlərini nə gözləyir? .....                     TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? .....                     Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... .....                     Makron gələn ay Ermənistana səfər edəcək .....                     Paşinyandan erməni kilsəsinə növbəti tələb: .....                     Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: .....                     Ərəb ölkələri İranın bu addımından qorxur .....                     Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı .....                     İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... .....                     Vens İranla danışıqlar üçün İslamabada gedəcək .....                     DTX-də KADR DƏYİŞİKLİYİ .....                     Separatçılardan yeni Xankəndi HƏMLƏSİ .....                 

Tramp gəldi: nə, necə dəyişəcək? -RƏYLƏR
Tarix: 8-11-2024, 10:17 | Çap et
Tramp gəldi: nə, necə dəyişəcək?
ABŞ-də keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb. Hələ rəsmi elan olunmasa da, ilkin nəticələrə əsasən Donald Tramp prezident seçilib. Donald Tramp prezident seçkilərində siyasi qələbəsini elan edərək, özünü ABŞ-nin 47-ci prezidenti adlandırıb.

Donald Tramp “Amerikanın qızıl dövrünü” açacağına və seçkilərdə bütün ABŞ xalqının mənafeyinə xidmət edəcək “heyrətamiz bir qələbə” qazandığına inandığını bildirib.

“Amerikanın həqiqi qızıl dövrü başlayacaq”, – deyə Tramp qeyd edib. Onun sözlərinə görə, prezident seçkilərində ABŞ xalqının xeyrinə “heyrətamiz bir qələbə” əldə edib ki, bu da “Amerikanı yenidən böyük etmək” imkanı yaradacaq.

Aydındır ki, Trampın tək məqsədi “ABŞ-ni yenidən böyük etmək” olamaycaq. Onun qolları istəsə də, istəməsə də hdünyanın hər yerinə çatacaq - Yaxın Şərqə, Cənubi Qafqaza, Çinə, Okeaniyaya, Afrikaya, Rusiyaya, Ukraynaya... Çünki Trampın hər kəs önündə verdiyi vədlər də o qədər kiçik deyil…

Belə olduğu təqdirdə, Trampın qələbəsi dünyada və bizim regionda gedən proseslərə öz təsirini necə göstərəcək?

Mövzu ilə bağlı Pressklub.az-a açıqlama verən politoloq Xaqani Cəfərlinin sözlərinə görə, Donald Trampın prezident seçkisindəki qələbəsinin bütün dünyada, o cümlədən bizim regionda ciddi təsirləri olacağı ehtimalı böyükdür: “Çünki Trampın Çinə qarşı müəyyən edəcəyi siyasətin ən çox təsir göstərəcəyi bölgələrdən biri də bizim bölgədir. Tramp vəd etdiyi kimi Çinə qarşı ticarət müharibəsinə başlasa, bu, son illər ərzində yaranmış münasibətlər sistemini ciddi şəkildə sınağa çəkəcək. Çinə qarşı ticarət müharibəsinin başlanması ehtimalı son günlər daha da artıb. Məlum olduğu kimi, İlon Maskın “Tesla” elektromobil layihəsinin əsas rəqibi Çin şirkətləridir. İlon Maskın Trampın seçki kampaniyasında oynadığı rolu nəzərə alanda, Çinə qarşı ticarət müharibəsi qaçılmaz görünür”.

Politoloq deyir ki, Trampın dövründə ABŞ-nin Rusiya ilə münasibəti də Moskvanın Çinlə münasibətlərindən asılı olacaq. Rusiya Çinə qarşı Trampın siyasətini dəstəkləməsə, Rusiyaya qarşı daha sərt siyasət tətbiq oluna bilər. Digər tərəfdən, Respublikaçılar Partiyasının Konqresdəki əsas simaları Ukraynanı birmənalı dəstəkləyirlər. Tramp isə onların münasibətini nəzərə almaya bilməz. Rusiyaya qarşı münasibəti müəyyən edən məqamlardan biri də Moskvanın Tehranla münasibətləri olacaq. İsrailin İrana qarşı siyasətinin sərtləşəcəyi ehtimalı artdığı üçün, Rusiyanın daha bir sınaq qarşısında qalacağını da gözləmək olar.

Ekspert hesab edir ki, Azərbaycana yönəlik siyasət də daha çox Trampın Çin, Rusiya, İranla bağlı siyasətindən asılı olacaq: “Trampın prezident seçilməsi ilə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının da yolu açılmış hesab oluna bilər. Hətta Trampın ilk diplomatik uğurlarından birincisi məhz Vaşinqtonda imzalanacaq sülh müqaviləsi ola bilər. Bütün bunlarla yanaşı, Trampın Çin, İran və Rusiyaya münasibətdə yürüdəcəyi siyasətin təsirləri ən çox ölkəmizin yerləşdiyi Cənubi Qafqaz olacaq.

Trampın prezidentliyi beynəlxalq münasibətləri ciddi şəkildə sirkələyəcək və son illər formalaşmış münasibətlər sistemini sınağa çəkəcək. Bu, bütün ölkələr üçün risklər doğurduğu kimi, imkanlar da yaradacaq. Yeni dövrdən yararlanmaq isə əsasən dövlətlərin özündən asılıdır”.

Digər müsahibimiz – hərbi-siyasi ekspert Azad İsazadə isə deyir ki, Kamala Harris prezident seçilsəydi, hər şey aydın idi. O, Baydenin faktiki siyasətini davam etdirəcəkdi və heç bir konfliktin həlli tapılmayacaqdı. Məsələn, ABŞ Ukraynaya silah verməyə davam edəcəkdi, amma silah sayı məsələni həll edəcək qədər olmayacaqdı. Yaxın Şərqdə isə demokratlar İsrailə təsir edə bilmir. Cənubi Qafqazda da heç bir problem həll olunmayacaqdı: “Çünki Cənubi Qafqazdakı tək problem Azərbaycan-Ermənistan məsələsi deyil. Gürcüstanda da vəziyyət qeyri-sabitdir. İnsan haqları və söz azadlığı ilə bağlı Azərbaycana təzyiqlər olacaqdı, demokratlar isə Ermənistana “altdan-altdan” yardım göstərəcəkdilər. Amma bütün alovlanan konfliktlər hansısa formada güclənəcəkdi. Demokratların strategiyası Rusiyanı tədricən zəiflətmək idi. Tramp isə bəyan etmişdi ki, prezident seçilsəm, bütün konfliktlər həllini tapacaq. İlk növbədə də Rusiya və Ukrayna müharibəsi...”

Ekspert qeyd edir ki, bunu kimin xeyrinə və necə həll edəcəyini hələ heç kim bilmir. Aydındır ki, ABŞ Yaxın Şərqdə İsrailin tərəfini saxlayacaq, İrana qarşı daha ciddi təzyiqlər edəcək. Belə olduqda isə Cənubi Qafqaza çox da fikir verməyəcəklər, maksimum Gürcüstanın indiki seçki nəticələri yoxlanılacaq ki, hansısa formada Rusiyanın təsir dairəsinə düşməsin. Azərbaycan-Ermənistan məsələsinə gəldikdə isə ABŞ iki ölkəni də sülh müqaviləsinə imza atmağa məcbur edəcək: “Azərbaycan öz torpaqlarını işğaldan azad edib. ABŞ reallıqla razılaşsa, bu, Azərbaycanın xeyrinə olacaq. Ona görə də Ermənistan çalışırdı ki, demokratlar hakimiyyətdə olana qədər sülh müqaviləsi imzalansın. Sual altında isə Zəngəzur dəhlizi məsələsi qalır. Bu dəhliz ABŞ-nin iqtisadi maraqlarına cavab versə, o zaman dəhliz açılacaq. Yox, hesab eləsə ki, Çinin marağındadır, o zaman Tramp buna qarşı çıxa bilər. Çünki o, ilk iqtisadi zərbəni Çinə qarşı hazırlayacaq”, - deyə A.İsazadə bildirib.

“Tramp beynəlxalq siyasətdə addımları çətin hesablanacaq şəxsiyyətdir”.

Bu sözləri saytımıza açıqlamasında hüquqşünas Fuad Ağayev deyib.

Onun fikrincə, Tramp bu mənsəbə peşəkar siyasətçi olaraq yüksəlməyib. O, bir sahibkar kimi, tanınmış media xadimi və ulduzu kimi işə başlayıb, sonra isə prezident seçkilərində iştirak edib: “O ki qaldı Rusiyaya münasibətinə, düşünürəm ki, Trampın Putinin buyruqlarına əməl edəcəyini deyənlər yanılırlar. Seçki kampaniyası dövründəki ritorikasından da aydın olurdu ki, o, Ukraynadakı müharibəni dayandırmağa çalışacaq. Həm də mümkün qədər qısa müddətdə”.

Ağayev xatırladır ki, Tramp Putin ilə olan söhbətini jurnalistlərlə bölüşmüşdü. Həmin söhbətdən məlum olmuşdu ki, o, Putini konkret olaraq təhdid edib. Belə bir halın təkrarlanacağı mümkündür. Hər halda, demokratların dövründəki mənzərədən daha fərqli mənzərə ilə qarşılaşacağıq. Baydenin dövründə ABŞ Ukraynaya hərbi-texniki yardım etsə də, bunu məhdudiyyətlə edib, o səbəbdən Ukrayna ordusunun vəziyyəti indi çox böhranlıdır və xoşagələn deyil.

“Azərbaycan-Ermənistan münasibətlərinə gəlincə, Tramp bu proseslərə elə də ciddi müdaxilə etməyəcək. Necə ki, 2020-ci ildə Azərbaycan öz ərazisini silah gücünə azad edəndə bu məsələyə müdaxilə olmamışdı, indi də o münasibət davam edəcək. İstənilən halda, Trampın çıxışları sülhə doğru istiqamətlənib. Hətta Yaxın Şərqdəki məsələ bağlı sülh çağırışları edir” – Ağayev deyir.

Hüquqşünasın sözlərinə görə, Trampın İsrailə münasibətləri ilə bağlı müəyyən narahatlıqlar var. Onun İsrailə İranla münaqişədə daha ciddi yardım etməsi ehtimalı var: “Ümid edək ki, bu məsələdə də Tramp ciddi düşünəcək və İsraillə birgə ABŞ-nin İranla müharibəyə səbəb olacaq addımlar atmayacaq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00
İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45
Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35
DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29
Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26
İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21
Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16
Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14
Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11
Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... - Yasamalda qanunsuzluq kimin himayəsindədir?
Bu gün, 12:08
"Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54
Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52
Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51
Rəsul Quliyev Azərbaycana qayıdır? - AÇIQLAMA
Bu gün, 11:49
Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH
Bu gün, 11:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru