AzəriQaz-da müəmmalı kadr siyasəti .....                     Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? .....                     TENDER BAZARINDA “Leysan” effekti .....                     Azərbaycan bank sektorunun uğurları və riskləri .....                     “Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ .....                     Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir .....                     "Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" .....                     Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması .....                     "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı .....                     “Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?” .....                     İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək .....                     Bərdədə kütləvi ağac qırğını iddiası .....                     İranın nüvə silahı olmayacaq .....                     ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb .....                     Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ .....                     Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? .....                     Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR .....                     Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir .....                     Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                     Fransa ikiüzlülüyü: .....                     Tərifli göz həkimindən göz dağı .....                     Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                 

Suriyanın “açarı” kimdədir? - Türkiyədə, ya da 300 milyard dolları kim versə, onda...
Tarix: 21-12-2024, 03:06 | Çap et
Suriyanın “açarı” kimdədir?
Suriyada Bəşər Əsəd rejiminin devrilməsi, dünya gündəminin də dəyişməsinə səbəb oldu. Vəziyyəti rəğbət və sevinclə qarşılayan ölkələr olduğu kimi, Əsəd rejiminə dəstək verən azsaylı ölkələr də mövcuddur.

Əsəd rejiminin siyasətindən ən çox zərər görən ölkə isə Türkiyə olub. İstər PKK ilə mübarizə, istərsə də 3 milyon suriyalının müharibədən qaçqın düşüb Türkiyəyə sığınması bu zərərin hələ görünən tərəfləridir.

Bir neçə gün öncə ABŞ Dövlət katibi Antoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan böhranın həllinə dair razılığa gəliblər və Suriyada keçid hökuməti formalaşdırılacağı bildirilib. Yeni hökumətin fəaliyyət istiqamətləri isə ilk növbədə qadınların, o cümlədən etnik və dini azlıqların hüquqlarının müdafiəsini özündə ehtiva edəcək.

Yaranmış şəraitlə bağlı ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp da mövqe bildirib. O deyib ki, Suriyadakı qeyri-müəyyənliklərin həllində açar ölkə Türkiyədir: “Bölgədəki son vəziyyətin necə olacağını və qalib ölkənin kim olacağını heç kim bilmir. Amma məncə bu, Türkiyə olacaq”.

ABŞ-nin bölgədə Türkiyə ilə birgə işləyə biləcəyini ifadə edən Tramp Suriyadakı 900 amerikalı hərbçinin gələcək taleyi ilə bağlı məsələyə aydınlıq da gətirib. Bildirib ki, bunun başqa bir yolu olmalıdır. Bunlardan biri də Türkiyədir: "Türkiyə böyük bir hərbi gücə malikdir. Və bu güc müharibələrdə zəifləmədi. Çox güclü bir dövlət və ordu qurdu".

Onu da qeyd edək ki, ABŞ vaxtı ilə PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG-yə gizlicə daşınan zenit-raket kompleksləri verib.

Bəs ABŞ-nin mövqeyinin dəyişməsinin əsas səbəbi nədir? Suriyanın taleyini həll edən əsas ölkə həqiqətənmi Türkiyədir?

Politoloq Elxan Şahinoğlu Pressklub.az-a açıqlamasında bildirib ki, Əsəd rejiminə qarşı əsas mübarizə aparan ölkə məhz Türkiyə olub: “Türkiyə bu illər ərzində səbirlə öz mövqeyini qorudu və sonunda Əsəd rejimi süquta uğradı. Rusiya və İran da Əsədə dəstək verərək, nəticədə Suriyanı itirdilər. Amma bu o demək deyil ki, hakimiyyəti faktiki ələ keçirənlərin arxasında Türkiyə dayanır. Türkiyənin əsas iki istəyi var. Suriyanın ərazi bütövlüyü təmin edilsin və oradakı terrorçu qruplaşmalar ortadan qaldırılsın. Əsasən də söhbət PKK-dan gedir”.

E.Şahinoğlunun fikrincə, qarşıdakı mərhələdə Türkiyə Suriyaya dəstəyini artıracaq. Suriyanın yenidən qurulmasında, Konstitusiyanın formalaşmasında, bələdiyyələrin qurulmasında Türkiyə təcrübəsindən istifadə edilə bilər: “Suriyalı qaçqınların sayı isə türk mənbələrinə görə, 3 milyona yaxındır. Onların bir hissəsi geri qayıdıb. Bu da Türkiyə üçün vacib amillərdən biridir, çünki suriyalılar Türkiyə üçün müəyyən qədər yük idi, Türkiyə onlara müəyyən məbləğdə vəsait xərcləyirdi. Amma burada da Türkiyə uduşlu vəziyyətdədir. Oradan qayıdan suriyalılar türk dilini mükəmməl öyrəniblər. Onlar faktiki Suriyada Türkiyənin lobbisinə çevriləcəklər”.

Politoloqun fikrincə, ABŞ uzun müddət Suriyada PKK və ona bağlı YPG və PYD-ni dəstəkləyib, amma bəhanələri də var idi ki, onlar İŞİD-ə qarşı mübarizə aparırlar: “Faktiki olaraq, Suriyada İŞİD qalmayıb, bu təşkilat çox zəiflədi. Türkiyə də ABŞ-yə bildirir ki, İŞİD varsa, biz də onlara qarşı mübarizə aparacağıq. PKK-nın varlığına və ABŞ-nin dəstəyinə ehtiyac yoxdur. PKK-nın nəzarət etdiyi ərazilərdə də etirazlar artıb”.

Müsahibimiz bildirir ki, artıq PKK bir neçə şəhəri boşaltmaq məcburiyyətində qalıb, amma Suriya ərazisindən PKK tam çıxmayana qədər Türkiyə mübarizəsini davam etdirəcək. Alternativ isə budur ki, ya onlar tərksilah olmalıdır, ya da İraq və İran ərazisinə keçməlidirlər: “Dəməşqi ələ keçirən qüvvə də bəyan edib ki, artıq müharibə bitib. Suriyadakı bütün silahlı qüvvələr silahını təhvil verməlidir. PKK təhvil verməsə, ona qarşı mübarizə daha da şiddətlənəcək və ABŞ da artıq onları müdafiə edə bilməyəcək. Tramp yanvarın 20-də andiçmədən sonra vəzifəsinin icrasına başlayacaq. O, bölgədə Türkiyənin artan rolunu qəbul edib. Suriya ərazisində təxminən 800-900 ABŞ hərbçisi qalıb. Tramp onların bir hissəsini geri çağıracaq. Trampın özü üçün də PKK-ya dəstəyin heç bir mənası yoxdur”.

Digər müsahibimiz, politoloq Xaqani Cəfərlinin sözlərinə görə, ABŞ və Türkiyənin Suriya böhranının həllinə dair razılığa gəlməsi, yeni hökumətin etnik və dini azlıqların hüquqlarını müdafiə edəcəyi ilə bağlı fikirləri həddindən artıq nikbin dəyərləndirmə hesab edir: “Münaqişələr, xüsusilə də Yaxın Şərqdə münaqişələr belə asan həll olunsaydı, dünya cənnət olardı. Yaxın Şərqdə etnik və dini azlıqların dinc yanaşı yaşaması, qadın hüquqlarına hörmət edilməsi üçün bölgədə mədəniyyət inqilabı baş verməlidir. Bu inqilabın ilkin işartıları belə yoxdur. Məncə, qarşıdakı 100-150 ildə Yaxın Şərqdə etnik və dini azlıqların birgə yaşaması, qadın hüquqlarına hörmət edilməsi mümkün görünmür”.

Politoloq deyir ki, Trampın açıqlamaları onu göstərir ki, ABŞ-nin yeni seçilmiş prezidenti Yaxın Şərqdə nə baş verdiyindən tam xəbərsizdir. Türkiyənin açar ölkə olacağı ilə bağlı fikirləri də bu qəbildəndir. Türkiyə və Azərbaycanda da belə eyforiya var, ancaq bunlar reallıqlara uyğun deyil.

“Suriyanın bərpası üçün 300 milyard dollar lazımdır. Türkiyənin Suriyanın bərpası üçün ayıra biləcəyi 3 milyard dolları da yoxdur. Həmin 300 milyard dolları hansı dövlət ayıracaqsa, Suriyanın açarı da həmin ölkədə olacaq. Bu vəsait olmayacaqsa, Suriya Livandan da pis vəziyyətə düşəcək və dağılacaq. Suriyada Türkiyənin maraqları İsrail və əksər Qərb dövlətləri ilə yanaşı, ərəb coğrafiyasının aparıcı ölkələrinin maraqları ilə də üst-üstə düşmür. Ona görə də Suriyada Türkiyəni uğurdan çox problem gözləyir. Artıq bunun ilk əlamətləri də özünü büruzə verməyə başlayıb” – politoloq fikrini belə yekunlaşdırıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05
Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48
TENDER BAZARINDA “Leysan” effekti - İLGİNC FAKTLAR
Bu gün, 06:45
Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Bu gün, 06:41
“Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35
Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31
"Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14
Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11
"Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00
“Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58
İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55
Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53
İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49
ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48
Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46
Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR - NARAZILIQ VAR...
Bu gün, 05:41
Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00
Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48
Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Dünən, 15:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru