Suriyanın yeni sahibi NECƏ DAVRANACAQ... - Hər kəsi YAXŞI TANIYIR...
Tarix: 23-12-2024, 08:19 | Çap et
 Colaninin fikirlərini və gənc yaşlarından atıldığı mübarizədə tutduğu mövqeyini oxuyuram. Ona sadəcə bir cihadçı kimi baxanlar yanılırlar. Adam sözün əsl mənasında dərin düşüncəli strateq və nə etdiyini bilən, addım-addım öz hədəfinə doğru irəliləyən siyasi lider imiş.
Onun Rusiya və İranın Suriya ilə bağlı planlarından bəhs edən fikirlərindən bir hissəni sizinlə bölüşürəm:
“Rusiyanı əslində rejim maraqlandırmır, o, ancaq bütün təbii qazı və isti suları ilə Aralıq dənizi sahillərinə çatmaq üçün rejimi bəhanə edir. Onu bunlar maraqlandırır və eyni zamanda onlara diqqət yetirirlər. Ruslar son on il ərzində 90-cı illərinin əvvəllərində Sovet İttifaqının dağılması ilə itirdikləri mövqeyi geri qaytarmağa, beynəlxalq səhnəyə qayıtmağa çalışırlar.
İranlılara gəlincə, onların regionda daha böyük maraqları var. Tarixin çox erkən dövrlərinə gedib çıxan maraqları, qədim tarixləri, tarixi fars imperiyasının bu bölgədəki çıxarları İranı Suriyanı işğal etməyə həvəsləndirir. Onlar bir müddət bu bölgəni idarə etmiş, sonra isə bölgədən çəkilmişdilər. Bu bölgə üçün romalılarla, daha sonra isə bizanslılarla vuruşdular. İndi onlar əvvəlki şöhrətlərini qaytarmağa çalışırlar. Buna görə də diqqətlərini İraqa yönəldirlər, çünki İraq onların imperiyasının bir hissəsi idi. Onlar həm də Yəmənə diqqət yetirirlər, çünki İslamdan əvvəlki tarixdə Yəmən Fars imperiyasının bir hissəsi olub. Eyni səbəbdən Livan və Suriyaya da diqqət yetirirlər. İranlılar bunu açıq deyirlər. Bildirirlər ki, biz Suriyaya gedirik. Başlanğıcda bu, bizə baha başa gələcək, lakin böyük qazancla qayıdacaq; Aralıq dənizində bir liman qazanacağıq.
Təbii ki, Aralıq dənizi böyük əhəmiyyət kəsb edir və ambisiyaları olan hər bir ölkə ona çatmaq istəyir. Rusiya da bu marağı bölüşür. İran da açıq şəkildə deyir: “Resurs əldə edirik; fosfat alıb ora nəql edirik. Biz İraq və Suriyanı İran mallarının istehlakçısına çeviririk və hər il İraqa təxminən 7 milyard dollar, Suriyaya isə bir qədər az mal ixrac edirik”.
Məhz bu səbəbdən İran öz məqsədlərinə və tarix boyu axtardıqları maraqlara çatmaq üçün şiə doktrinasından istifadə edirlər”.
Colani müsahibələrinin birində əslində 2015-ci ildə Əsəd rejimini məğlub etdiklərini, amma Qasim Süleymaninin Putinlə anlaşaraq bu qələbəni müvəqqəti dayandırmağa nail olduğunu bildirir:
“İnqilab demək olar ki, rejimi məğlub etmişdi. 2015-ci ildə biz çox həssas, çox vacib mövqelərə çatmaq ərəfəsində idik. İranlılardan aldıqları dəstəyə və Suriya inqilabına heç bir ölkənin dəstəyinin olmamasına baxmayaraq, rejim və iranlılar inqilab lehinə Suriyanı itirmək üzrə olduqlarını hiss etdikdə, Qasim Süleymani Putinin yanına gedib onunla razılaşdı. Suriyaya girmək və təbii ki, Amerikalılar və Avropalılar bunu necə qəbul edəcəklərini görmək üçün şanslarını sınadılar. Beynəlxalq qüvvələr rus və İran müdaxilələrini sükutla izlədilər. Rusların Suriyaya girməsi üçün yaşıl işıq yandırıldı. Ruslar Suriyaya girdikdən sonra rejimi dirçəltmək üçün yeni cəhd və ya fürsət yarandı, amma Allaha şükür, rejim çox uzağa gedə bilmədi...”
Heydər OĞUZ - "DİA-AZ"


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14 |
|
|
|
| • Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11 |
|
|
|
| • "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00 |
|
|
|
| • “Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58 |
|
|
|
| • İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55 |
|
|
|
| • Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53 |
|
|
|
| • İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49 |
|
|
|
| • ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48 |
|
|
|
| • Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46 |
|
|
|
| • Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43 |
|
|
|
| • Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR - NARAZILIQ VAR...
Bu gün, 05:41 |
|
|
|
| • Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30 |
|
|
|
| • Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14 |
|
|
|
| • Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10 |
|
|
|
| • Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07 |
|
|
|
| • Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50 |
|
|
|
| • Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46 |
|
|
|
| • Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36 |
|
|
|
| • Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35 |
|
|
|
| • Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22 |
|
|
|
| • “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19 |
|
|
|
| • Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11 |
|
|
|
| • “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08 |
|
|
|
| • Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00 |
|
|
|
| • Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57 |
|
|
|
| • Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53 |
|
|
|
| • Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48 |
|
|
|
| • Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46 |
|
|
|
| • 70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44 |
|
|
|
| • Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35 |
|
|
|
| • “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09 |
|
|
|
| • “Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06 |
|
|
|
| • "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02 |
|
|
|
| • NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55 |
|
|
|
| • 7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52 |
|
|
|
| • Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49 |
|
|
|
| • Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47 |
|
|
|
| • İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43 |
|
|
|
| • Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38 |
|
|
|
| • "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29 |
|
|
|
| • İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18 |
|
|
|
| • Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16 |
|
|
|
| • İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10 |
|
|
|
| • Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Dünən, 15:07 |
|
|
|
| • Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Dünən, 14:23 |
|
|
|
| • TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Dünən, 14:12 |
|
|
|
| • Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Dünən, 14:10 |
|
|
|
| • Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Dünən, 14:06 |
|
|
|
| • Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Dünən, 14:03 |
|
|
|
| • Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Dünən, 13:58 |
|
|
|
|