Kəşmir məsələsi NƏ YERDƏDİR... - AKTUAL
Tarix: 7-05-2025, 15:25 | Çap et
 Azərbaycanın da yaxından izlədiyi Hindistan-Pakistan toqquşmasında təməl problem Kəşmir münaqişəsi, motiv isə terror aktı olsa da, hadisələrin eskalasiya həddinə çatmasını və məhz indi baş verməsini iki amil üzərindən dəyərləndirmək olar. Birincisi, baş nazir Narendra Modinin daxili siyasətdəki şərtlərdən qaynaqlanan Kəşmir planıdır; Kəşmir məsələsinə sərt yanaşması ilə seçilən Modi Pakistana qarşı təcrid xəttini izləyir. Bu, onun daxili siyasətdə reytinqini daim diri saxlayan proqramlarından biridir. Lakin ötən il Hindistanda keçirilən seçkilərdə Narendra Modi yenidən baş nazir seçilsə də, parlament çoxluğunu əldə edə bilmədiyi üçün koalisiyaya getmək məcburiyyətində qaldı. Bunun səbəbləri arasında 2019-cu ildə Hindistan Kəşmirində baş verən terror aktından sonra yaşanan qarşıdurmada Modinin “yumşaq cavab” verməsi də qeyd olunur. Modi bu dəfə eyni “səhvi” təkrarlamaq istəmədiyi üçün “müəyyən qələbə” əldə etmək məqsədilə Pakistana hücum əmrini verdi. Bu, həm də ona daxili mövqelərini “təhlükəsizlik və xarici düşmən” ətrafında gücləndirmək üçün lazımdır. 2019-cu il və 2025-ci il qarşıdurması arasındakı eynilik təkcə Hindistan Kəşmirində terror aktının baş verməsi yox, ABŞ-da Trampın da hakimiyyətdə olmasıdır. Bu, baş verənlərdə ən önəmli məqam kimi qiymətləndirilə bilər. Tramp ilk və ikinci hakimiyyəti dövründə prioritet olaraq gördüyü Çinlə mübarizədə Hindistanla əməkdaşlığa, Pekinin müttəfiqi kimi qəbul etdiyi Pakistanla məsafəli siyasətə üstünlük verir. (Burada tarixi məqam da nəzərə alınmalıdır: Britaniya Hindistanının parçalanması ilə dövlət quran Pakistanın ingilislərlə daha sıx münasibətdədir; Hindistan bu tarixi “mirasa” görə sevmədikləri Britaniya qarşısında Birləşmiş Ştatlarla əməkdaşlığa önəm verir). Modi Trampın hakimiyyətdə olmasını 2019-cu ildəki “səhvini” düzəltmək, Pakistan üzərində üstünlük qazanmaqla həm daxildəki, həm də Kəşmirdəki mövqelərini gücləndirmək üçün fürsət olaraq görür. İkincisi, Hindistanın Pakistana hücumunda ABŞ-ın maraqlarıdır; Əslində məsələnin geosiyasi hədəfləri fonunda Pakistana hücumun Modi planından daha çox, Dehli-Vaşinqton ssenarisi olduğu görünür, sadəcə, bu ssenaridə hər iki tərəfin – Modi və Trampın öz maraqları da var. ABŞ üçün Hindistan-Pakistan toqquşması Çinlə mübarizə fonunda birdən çox hədəf baxımından önəmlidir. 1. Çini Avrasiyada Birləşmiş Ştatlara əsas rəqibə çevirən “Bir kəmər, bir yol” layihəsinə maneələr yaratmaq: bu layihənin iştirakçılarından olan Pakistanın Hindistanla toqquşması nəqliyyat dəhlizləri üzərində, eləcə də Çin sərhədlərində eskalasiyanın yaranması ilə nəticələnəcək; 2. Eskalasiya genişlənəcəyi təqdirdə Çinin müttəfiqi Pakistan tərəfindən münaqişəyə cəlb olunması riskləri yaranır ki, bu, Pekinin iqtisadi planlarına görə “sıfır qarşıdurma” strategiyasına zərər vuracaq; 3. Pakistan-Hindistan toqquşması hər iki ölkənin yer aldığı Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS (Pakistan üzvülük üçün müraciət edib) kimi Çin vektorlu ittifaqlara – ümumilikdə Qlobal Cənuba mənfi perspektivlər vəd edir; 4. Bu qarşıdurma Hindistanı ABŞ-la yeni silah anlaşmalarına sövq edəcək: aprel ayında bu ölkəyə səfər edən vitse-prezident Vens Dehliyə Vaşinqton daha çox F-35 təyyarəsi və hərbi texnika almağı təklif etmişdi; 5. Vaşinqton Ukrayna məsələsində yekun razılığın olmaması və prosesin uzandığı vaxt Çinə qarşı gecikdirmək istəmədiyi addımlarda taktikadan da istifadə edir. Kəşmirdə baş verən terror aktını araşdırmadan dərhal Pakistanı ittiham edən və prosesi müharibə həddinə çatdıran Hindistanın, eləcə də qarşıdurmada digər maraqlı tərəflərin hədəfləri belə görünür. Hərçənd, hər iki ölkənin nüvə dövləti olması proseslərin nəzarətdən çıxacağı ehtimalını zəiflədir. Hücum əmrini verən Modiyə “kiçik qələbə” lazım idi, döyüşlərlə bağlı ilkin məlumatlar buna hələki nail ola bimədiyi yönündədir. Eskalasiyanın yaşanması və bunun gözlənilən siyasi nəticələri baxımından ABŞ-ın istədiyini əldə etdiyini/edəcəyini demək mümkündür.
Asif Nərimanlı - "DİA-AZ"


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili - Qərar veriləcək
Bu gün, 18:02 |
|
|
|
• Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür – 314 min manata
Bu gün, 17:49 |
|
|
|
• Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini - BU ŞİRKƏTƏ TAPŞIRDI
Bu gün, 17:47 |
|
|
|
• GİN-dən “zerkalnı” tender: - 88 888 manat
Bu gün, 17:45 |
|
|
|
• Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir - TƏFƏRRÜAT
Bu gün, 17:42 |
|
|
|
• YUXU KİMİ HƏYAT... - və yaxud... QARDAŞ LAYLASI...
Bu gün, 17:32 |
|
|
|
• "Görün, nə qədər qadın bloger va..,"
Bu gün, 17:14 |
|
|
|
• “Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı - TENDERLƏR LƏĞV EDİLDİ
Bu gün, 17:04 |
|
|
|
• Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub - ƏMR
Bu gün, 16:57 |
|
|
|
• "Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." - DƏLİXANADIR, VALLAH...
Bu gün, 16:56 |
|
|
|
• Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü - İNDİ İSƏ...
Bu gün, 16:46 |
|
|
|
• Sabiq məmura cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 16:45 |
|
|
|
• Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. - AKTUAL
Bu gün, 16:44 |
|
|
|
• Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi - Bu nazirlikdə rəis təyin olundu
Bu gün, 16:42 |
|
|
|
• Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər
Bu gün, 16:18 |
|
|
|
• Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
Bu gün, 16:13 |
|
|
|
• Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb
Bu gün, 16:04 |
|
|
|
• ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU
Bu gün, 15:58 |
|
|
|
• "Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." - Aqil Abbas
Bu gün, 15:53 |
|
|
|
• Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Bu gün, 15:39 |
|
|
|
• Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib
Bu gün, 15:34 |
|
|
|
• Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib
Bu gün, 15:25 |
|
|
|
• Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb - TƏFƏRRÜAT
Bu gün, 15:21 |
|
|
|
• “Effektivinvest” geriləyir - MƏNFƏƏTİ KƏSKİN AZALIB
Bu gün, 15:18 |
|
|
|
• Azərbaycanda internet ÇÖKDÜ - NƏ BAŞ VERİR?
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb - FAKT BUDUR!
Bu gün, 15:14 |
|
|
|
• “Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı
Bu gün, 14:57 |
|
|
|
• Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:54 |
|
|
|
• FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib - TƏFƏRRÜAT
Bu gün, 14:50 |
|
|
|
• Moskva TDT-dən və Astanadan əndişəlidir – Qazaxıstan “3-cü rus ölkəsi” olmaqdan çıxır
Bu gün, 14:40 |
|
|
|
• Ermənistan Konstitusiyası dəyişir - Paşinyan vaxtı elan etdi
Bu gün, 13:33 |
|
|
|
• Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı - Axtarış davam edir
Bu gün, 13:02 |
|
|
|
• Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur - “Axios”
Bu gün, 13:00 |
|
|
|
• FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Bu gün, 12:50 |
|
|
|
• "Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" - ÇÜNKİ...
Bu gün, 12:44 |
|
|
|
• "Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 12:36 |
|
|
|
• Vüqar Qurbanov direktoru işdən çıxardı - Yeni təyinat
Bu gün, 12:14 |
|
|
|
• “Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” - deputat
Bu gün, 12:11 |
|
|
|
• Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq - Paşinyan
Bu gün, 12:08 |
|
|
|
• TƏBİB qripə qarşı peyvənd alır: - 1 milyon manat xərclənəcək
Bu gün, 12:02 |
|
|
|
• Dövlət Gömrük Komitəsində yeni təyinat olub - ƏMR
Bu gün, 12:00 |
|
|
|
• Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb
Bu gün, 11:58 |
|
|
|
• Sülh sazişi İrəvanın İrana yolunu açır - “Bloomberg”
Bu gün, 11:54 |
|
|
|
• Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi - AÇIQLAMA
Bu gün, 11:53 |
|
|
|
• Rusiya Ukraynada ABŞ zavoduna hücum edib
Bu gün, 11:44 |
|
|
|
• Rusiyadan sərhədimizdə sensasion əməliyyat: - məxfi sənədlər ələ keçirildi
Bu gün, 11:27 |
|
|
|
• Paris buna məcburdur... - ŞƏRH
Bu gün, 11:23 |
|
|
|
• SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ - AÇIQLAMA
Bu gün, 11:16 |
|
|
|
• Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ - TƏFƏRRÜAT
Bu gün, 11:13 |
|
|
|
• İranla Ermənistan arasında SENSASİON ANLAŞMA – Tehranın Zəngəzur isterikası SONA ÇATIR?
Bu gün, 11:04 |
|
|
|
|