İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                 

İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Tarix: 11-05-2025, 02:36 | Çap et
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür
İranın nüvə proqramı üzrə ABŞ ilə İslam Respublikası arasında birbaşa olmayan üç görüş keçirilib. Dördüncü görüş Omanın təşəbbüsü ilə logistika səbəbindən təxirə salınıb. Bu, birbaşa olmayan - danışıq, görüş adlanmasından asılı olmayaraq - müzakirələrin tərəflər qane etdiyindən xəbər verir .

Bu görüşlərin davam etdiyi günlərdə ABŞ Maliyyə Nazirliyi İran ballistik raketləri üçün yanacaq komponentlərinin tədarükünə kömək etdiklərinə görə Çinin və İslam Respublikasının bir neçə fiziki və hüquqi şəxsinə sanksiya tətbiq edib.

Nazirlikdən bildirilib ki, qurumun Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran və Çində altı qurum və altı şəxsə qarşı İslam İnqilabı Keşikçiləri Qvardiyasının (SEPAH) maraqları naminə ballistik raket yanacağı komponentlərinin əldə olunması şəbəkəsindəki rollarına görə məhdudlaşdırıcı tədbirə məruz qalıblar.

Sanksiyalar xüsusilə İranda yerləşən “Saman Tejarat Barman Trading Company” (STB) şirkətinə qarşı tətbiq olunub. Bu şirkət SEPAH-ın maraqları üçün Çində yerləşən və qara siyahıya daxil edilən “Shenzhen Amor Logistics Co Ltd” şirkətindən natrium perxlorat alıb. Məhdudiyyətlər STB ilə əlaqəli altı şəxsə qarşı tətbiq edilib. Sanksiyalar həmçinin STB-ni başqa bir maddə – dioktilebatsinat ilə təmin edən “Dongying Weiaien Chemical Co Ltd” şirkətinə də tətbiq edilib.

Həmçinin sanksiya siyahılarına natrium xlorat tədarük edən Çində yerləşən “Yanling Chuanxing Chemical Plant General Partnership” şirkəti və “Yanling Chuanxing Chemical Plant General Partnership” ilə maliyyə və kadr sahəsində əlaqəli olan “China Chlorate Tech Co Limited” və “Yanling Lingfeng Chlorate Co Ltd” şirkətləri də daxil edilib.

Bu ilin əvvəlində Qərb mətbuatı xəbər vermişdi ki, İran iqtidarı Çindən raket silahları üçün bərk yanacaq istehsalında lazım olan min ton natrium perxlorat alıb və bu yük iki gəmi ilə İrana göndərilib.

Tehran hakimiyyəti rəsmiləri və bəzi təhlilçiləri bunun görüş ərəfəsinə təsadüf etməsinə etiraz edir, danışıqlar prosesinə təsir göstərəcəyini söyləyirlər. Ancaq Tehranla Vaşinqton yalnız İranın nüvə proqramı üzrə müzakirə aparırlar. Ağ Ev sanksiyaların ləğvi və ya yeni məhdudlaşdırıcı tədbirlərin görülməyəcəyinə dair heç bir öhdəlik götürməyib. Sanksiya isə İslam Respublikasının raket istehsalı sahəsini əhatə edir.

Ancaq İranın nüvə proqramı üzrə danışıq deyil, görüş, həm də ikitərəfli yox, birbaşa olmayan formatda keçirilir. İran nüvə məsələsini və bu proqramda şəffaflıq gözlənilmədiyinə görə, tətbiq edilən sanksiyaların ləğvini istəyir. Tehran bildirib ki, hərbi sənaye sahəsi, müdafiə məsələləri ilə bağlı müzakirə aparılmır. Habelə danışıqlar getdiyi müddətdə raket istehsalını dayandırmayacağını da bəyan edib.

Mayın 4-də İran ən azı 1200 kilometr mənzilə malik “Qasem Basir” adlı ballistik raketi təqdim edib. Ölkənin müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı Əziz Nəsirzadə bildirib: “Bu raket çoxsaylı hədəflər arasında konkret hədəfi tapir, bir metr belə yayınmadan və GPS naviqasiya sisteminə güvənmədən vurur”.

İranın Yaxın Şərqdəki mövqeyindən, yürütdüyü siyasətdən və nüvə proqramından ən çox ABŞ ilə İsrail narahatdır. İsraildən başqa region ölkələrinin heç biri Tehranın nüvə proqramı ilə təlaş keçirənə oxşamır.

Avropa İttifaqı, 2000-ci illərin əvvəllərində olduğu kimi, İranın nüvə proqramının diplomatik yolla həlli tərəfdarı olduqlarını bildirib.

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus “Fox Business” telekanalının efirində bildirib ki, ABŞ İranla fikir ayrılıqlarının diplomatik yolla həllində maraqlı olsa da, müxtəlif ssenarilərə hazırdır: “İran kimi bir ölkə ilə məşğul olmaq və razılığa gəlmək üçün çoxlu müxtəlif yollar var”.

Bryus əlavə edib ki, hazırkı ABŞ administrasiyası problemləri danışıqlar, sammitlər və müzakirələr yolu ilə həll etməkdə qərarlıdır.

ABŞ və İran nümayəndə heyətlərinin dördüncü görüşünün mayın 11-də keçiriləcəyi gözlənilir. Bu, Tehranın nüvə proqramı üzrə məsələlərin danışıqlar yolu ilə həllinə üstünlük verildiyini bir daha təsdiqləyir.

HƏMAS-ın, “Hizbullah”ın zəifləməsindən, Suriyada Bəşər Əsəd rejiminin süquta uğramasından sonra İslam Respublikası rəsmiləri onlara, həmçinin Yəməndəki husi qiyamçılara yardım etmədiyini bildirir.

Mayın 5-də İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai deyib ki, Tehranın proksi qüvvələr saxlamağa ehtiyacı yoxdur.

Husi qiyamçıları İsrailini Ben Qurion hava limanını raket atəşinə tutandan sonra rəsmi Vaşinqton və Təl-Əviv bu əməliyyatda İranın əli olduğunu bildirmişdi. İran Trampın bu ittihamını rədd edib. Tramp bildirmişdi ki, husilər Qırmızı dənizdəki hücumları dayandırmaza, onlara "heç vaxt görmədikləri cəhənnəmi" yaşadacaqlar.

İsrail hökuməti yaranmış vəziyyətdən istifadə edərək, HƏMAS və “Hizbullah”ın mövqelərinə zərbələr endirib. Rəsmi Təl-Əviv bildirib ki, HƏMAS-ın Qəzza zolağındakı fəaliyyətinə tam son qoyacaq.

Mayın 6-da Rusiya və İran prezidentləri Valdirmi Putinlə Məsud Pezeşkian arasında telefonda danışığı zamanı da ABŞ ilə nüvə görüşləri müzakirə olunub. Kreml rəhbəri bu istiqamətdə razılaşmanın əldə edilməsi üçün yardım etməyə hazır olduğunu vurğulayıb.

İsrail XİN başçısı Gideon Saar isə bildirib ki, İranın nüvə proqramı ən çox ABŞ və İsraili rahatsız edir: “Sanki beynəlxalq ictimaiyyətin başqa təmsilçiləri bunun onlara aidiyyəti olmadığını düşünürlər”.

O, İranın nüvə proqramı məsələsini diplomatik yolla həll etməyə hazır olduqlarını bildirib. Nazir İsrailin guya mayda İrana hücum etməyi planlaşdırdığına dair məlumatı təkzib edib. Gideon Saar təhlükəsizlik kabinetinin və bütün qapalı forumların üzvü olduğunu, buna görə də belə bir qərarın qəbul edilmədiyinə əmin olduğunu vurğulayıb: “Biz İranın nüvə silahına sahib olmasına imkan verməmək məqsədinə sadiqdir. Ona diplomatik yolla nail olmaq mümkündürsə, bu üsul qəbul edilir”.

Bəzi mənbələr İsrail və İslam Respublikasının nümayəndələri arasında Parisdə görüşün olduğuna dair məlumat yayıb. Bildirilib ki, aprelin 18-də MOSSAD-ın direktoru David Barnia, İsrailin strateji işlər naziri, Baş nazir Netanyahunun ən yaxın müşaviri Ron Dermer Romada Tehran nümayəndələri ilə görüşdən əvvəl Parisdə Stiv Uitkoffla gizli görüş keçiriblər.

“Jerusalem Post”un məlumatına görə, aprelin 18-də MOSSAD-ın direktoru İsrail rəsmiləri, ABŞ və İran arasında davam edən danışıqlarda məlum olub ki, İslam Respublikası Barak Obamanın prezidentliyi dövrünün səhvlərinin Donald Trampla əldə ediləcək razılaşmadan sonra da təkrarlayacağından narahatdır.

İsrail hərbi rəsmiləri isə hesab edir ki, indi, xüsusən də Tehran rejimi, onun ali rəhbərinin zəiflədiyi, İran hakimiyyətinin iqtisadi, sosial böhranlarla üzləşdiyi, xalqı arasında ictimai etiraz və qəzəbin yüksəldiyi bir zamanda onun nüvə obyektlərini bombalamaq üçün ən yaxşı fürsətdir.

Bütün tərəflərin müharibə, hərbi gərginlik yönündə açıqlamalar verməsinə baxmayaraq, mübahisəli məsələlərin danışıqlar yolu ilə həllinə razıdırlar. Hər iki tərəf üçün bir həqiqət də var: müharibə istəyən onu da görəcək. Bundan yayınmaq üçün İranın düşdüyü indiki ağır vəziyyətdə ən yaxşı yol görüşlər, danışıqlar, müzakirələrdir. Çünki şərait İranın başqa yolunun olmadığı ehtimalını da artırır. Belə vəziyyətdə İslam Respublikasına qarşı hərbi əməliyyat onun səfərbər olunmasına, beynəlxalq miqyasda dəstəklənməsinə səbəb olar. Tehranı razı salmaq, hətta nüvəsizləşdirmək belə mümkündür – danışıqlar yolu ilə…

Sədrəddin Soltan - PRESSKLUB.AZ









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Dünən, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Dünən, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Dünən, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Dünən, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Dünən, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Dünən, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Dünən, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Dünən, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Dünən, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Dünən, 08:13
"Gül salonum var..."
Dünən, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Dünən, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Dünən, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Dünən, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Dünən, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Dünən, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Dünən, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Dünən, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Dünən, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Dünən, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Dünən, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
18-04-2026, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
18-04-2026, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
18-04-2026, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
18-04-2026, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
18-04-2026, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
18-04-2026, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
18-04-2026, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
18-04-2026, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
18-04-2026, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
18-04-2026, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
18-04-2026, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
18-04-2026, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
18-04-2026, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
18-04-2026, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
18-04-2026, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru