İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                 

Silah buraxıldı, təşkilat bitdimi? - Görünəni odur ki...
Tarix: 14-05-2025, 06:17 | Çap et
Silah buraxıldı, təşkilat bitdimi?
Türkiyə, ABŞ, Avropa İttifaqı və digər ölkələr tərəfindən terror təşkilatı kimi tanınan PKK və ya Kürdüstan Fəhlə Partiyası mayın 12-də özünü buraxdığını elan etdi. Bu qərar terror təşkilatının həbsdəki qurucusu Abdullah Öcalanın 27 fevral 2025-ci il tarixdə öz tərəfdarlarına ünvanladığı yazılı müraciətdə “silahı yerə qoyun” çağırışı əsasında verildi. Öcalanın adından yayılan müraciətdə “Bütün qruplar tərksilah olunmalı və PKK ləğv olunmalıdır. Mən silahı yerə qoymağa çağırıram və bu çağırışa görə tarixi məsuliyyəti öz üzərimə götürürəm” deyilirdi. Ardınca 1 mart 2025-ci ildə PKK terror təşkilatı atəşkəs elan etdiyini açıqladı və Öcalanın çağırışına cavab verərək qurultay keçirməyə hazır olduğunu bildirdi. Həm ayrı-ayrı rəsmi şəxslər, həm də siyasi ekspertlər bölgədəki geosiyasi vəziyyəti dəyişib 40 ildən artıq davam edən silahlı münaqişənin sona çatması, bölgədə sülhün bərqərar olmasına yön verəcək bu qərarı “tarixi an” adlandırırlar. Türkiyənin şərq və cənub-şərqini, İraqın şimalını, Suriyanın şimal-şərqini və İranın şimal-qərbini əhatə edən bölgədə "özünüidarə" qurmaq məqsədilə Abdullah Öcalan tərəfindən 27 noyabr 1978-ci ildə yaradılan, törətdiyi hücumlar, terror aktları nəticəsində 40 mindən çox insanın ölümünə səbəb olan təşkilatın bu qərarının bölgədə vəziyyəti hansı yöndə dəyişəcəyi bütün dünyanın diqqətindədir. Rəsmi Ankaradan da bəyanatla bağlı açıqlamalar verilib. Prezident Ərdoğan və xarici işlər naziri Hakan Fidanda açıqlamalarında PKK-nın özünü buraxma qərarının “Terrorsuz Türkiyə” prosesi üçün mühüm addım kimi qiymətləndiriblər. Bəzi ekspertlərə görə, bu, təşkilat tarixində nadir görülən bəyanat olsa da, keçmişdə atəşkəs və danışıqlar prosesi çərçivəsində oxşar açıqlamaların verildiyi, lakin nəticə vermədiyi də unudulmamalıdır. Məhz o səbəbdən həm Türkiyə mətbuatında, həm də təhlükəsizlik dairələrində mövzu ciddi şəkildə müzakirə olunur. Görünən odur ki, Ankara da PKK-nın hər hansı bəyanatına və dəyişiklik cəhdlərinə ehtiyatla yanaşır. Türkiyə üçün əsas məsələ yalnız bəyanatın verilməsi deyil, onun praktik nəticələridir. Yəni təşkilatın silahı buraxması, sərhədyanı bölgələrdəki varlığına son qoyması və əlaqəli qrupların da bu qərara tabe olması çox vacibdir. Xüsusilə Suriyanın şimalında fəaliyyət göstərən YPG və digər strukturların gələcək mövqeyi diqqətlə izlənir. PKK-nın özünü buraxdığını açıqlaması ümidverici başlanğıc sayılsa da, bəyanatın reallaşması üçün zaman lazımdır. Qeyd edək ki, PKK terror təşkilatı 1984-cü ildən bu yana həm Türkiyədə, həm də ümumilikdə bölgədə minlərlə günahsız insanın həyatına son qoyub. Silahlı hücumlar, xain pusqular, mina tələləri, intihar hücumları ilə bölgədə sabitliyə və birlik çağırışlarına qarşı çıxış edib. Təşkilat təkcə hərbi hədəflərlə kifayətlənməyib, məktəbləri, xəstəxanaları, mülki nəqliyyat vasitələrini də hədəf alıb. Gəncləri zorla silahlandırması və kəndlərdə məcburi köçlərə səbəb olması da beynəlxalq insan hüquqları təşkilatları tərəfindən dəfələrlə tənqid olunub. PKK-nın fəaliyyəti həm regionda, həm də beynəlxalq miqyasda terrorizmin açıq nümunəsi kimi tanınıb.

Siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a deyib ki, PKK-nın rəsmən özünü ləğv etməsini Türkiyənin 40 ildən artıqdır davam edən terror probleminin həlli istiqamətində sonun başlanğıcı mərhələsinə keçid kimi qiymətləndirmək olar. Ekspertin fikrincə, burada üç nəticə xüsusilə önəmlidir:

"Bu qərarla PKK-nın Türkiyə siyasətinə müdaxiləsinin aradan qalxdığını demək mümkündür. PKK üzərindən illərdir Türkiyəyə qarşı istifadə edilən rıçaqlar, tətbiq edilən planlar sıradan çıxır. PKK-nın dağ və şəhər qrupları arasındakı bağlantılar faktiki olaraq parçalanır və bu, qruplaşmanın sonunu sürətləndirəcək. Hərçənd, PKK-nın “silahı buraxmaq, özünü ləğv etmək” qərarının praktiki müstəvidə icrasının asan olmayacağı bəllidir. Hakan Fidan da bildirib ki, “təkcə silahın buraxılması ilə iş bitmir, qeyri-leqal qruplaşma da aradan qaldırılmalıdır”. Türkiyədə müzakirə edilən əsas məsələ də budur: PKK-nın rəsmən ləğv etmə qərarı praktiki müstəvidə necə icra ediləcək, silahların toplanması necə baş tutacaq? Müəyyən fikirlər, ehtimallar mövcuddur. Bura silahların Türkiyə ordusu tərəfindən toplanması, Qəndildəki rəhbərlərin üçüncü ölkəyə keçidi, hücumların icraçılarının məhkəmə qarşısına çıxarılması, dağa qaçırılan gənclərin əfv edilməsi və s. addımlar daxildir.
Lakin PKK-nın tamamilə silahı buraxacağı, xüsusilə Qəndildəki rəhbərlərin “özünü ləğvetmə qərarına” tabe olacağı sual altındadır. Öcalanın ilk çağırışında da Qəndil rəhbərliyi terror aktı ilə müqavimət göstərmişdi. Qəndildə gizlənənlər, xüsusilə Murat Karayılan və Cəmil Bayıkın yenə müqavimət göstərəcəyi gözləntilər arasındadır".

Analitik hesab edir ki, PKK-nın özünü ləğvetmə qərarının hadisələrin inkişafında hansı nəticələrlə müşahidə ediləcəyinə dair müəyyən təxminlər irəli sürmək mümkündür:
"Karayılan və Bayık başda olmaqla Qəndil yeni hücumlarla qərarın praktiki icrasına mane olmağa çalışacaq. Lakin onlar da yeni reallıqla müqavimət imkanlarının azaldığını anlayırlar. Bu baxımdan, Qəndil rəhbərliyinin mümkün hücum cəhdləri öz şərtlərinin qəbul edilməsinə hesablana bilər. PKK-nın daxilindəki qruplaşmalar arasında qərara tabe olmaqdan boyun qaçıranlar, yaxud yenidən təşkilatlanmağa çalışanlar olacaq, KCK-nin ləğvetmə qərarına münasibəti bu kontekstdə diqqət çəkir. "Silahın buraxılması" prosesinə nəzarət edən Türkiyə hadisələrin inkişafını sürətləndirmək istiqamətində addımlar ata bilər".

A.Nərimanlı yekun addım kimi Qəndildə əməliyyatın keçirilməsinin də mümkün variant olduğunu düşünür:
"PKK-nın yenidən təşkilatlanması riskinə qarşı Qəndil rəhbərliyinin “sığındıqları” üçüncü ölkələrdə neytrallaşdırılması baş verə bilər. Bütün bunların fonunda PKK-nın arxasındakı ölkələrin ləğvetmə qərarının praktiki icrasına maneələr yaradacağı, Qəndil rəhbərliyinin müqavimətə sövq edəcəyi də istisna edilməməlidir. Lakin PKK-nın son qərarından sonra qruplaşmanın Türkiyəyə qarşı planlarda əvvəlki qədər effektiv olmayacağı və tədricən dağılma mərhələsinə keçəcəyi görünür".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Dünən, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Dünən, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Dünən, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Dünən, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Dünən, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Dünən, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Dünən, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Dünən, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Dünən, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Dünən, 08:13
"Gül salonum var..."
Dünən, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Dünən, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Dünən, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Dünən, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Dünən, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Dünən, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Dünən, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Dünən, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Dünən, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Dünən, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Dünən, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
18-04-2026, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
18-04-2026, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
18-04-2026, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
18-04-2026, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
18-04-2026, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
18-04-2026, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
18-04-2026, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
18-04-2026, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
18-04-2026, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
18-04-2026, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
18-04-2026, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
18-04-2026, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
18-04-2026, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
18-04-2026, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
18-04-2026, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru