Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Tarix: 14-05-2025, 11:10 | Çap et
 Mayın 15-də İstanbulda gözlənilən Rusiya-Ukrayna danışıqları ərəfəsində tərəflərin – Putin və Zelenskinin diplomatik manevrləri masadakı kəskin mübarizənin aynası kimi qəbul edilə bilər. Rusiyanın İstanbul danışıqlarının davam etdirilməsi təklifi Ukrayna və Qərb ölkələrinin “30 günlük atəkəs” planına qarşı gediş olsa da, əslində Putinin daha geniş hədəfləri var. Birincisi, “30 günlük atəşkəs” təklifini qəbul etməklə danışıqlardan imtina edən tərəf olmamaq, həm də mövcud şərtlərdə Rusiya üçün lazım olan danışıqlar prosesinin davam etməsini təmin etməkdir; İkincisi, danışıqları Ukrayna müharibəsində yeganə razılaşma olan və Rusiyanın tələblərinin nəzərə alındığı İstanbul anlaşması çərçivəsində davam etdirməkdir; Üçüncüsü, ABŞ-ın Səudiyyə Ərəbistan üzərindən həyata keçirdiyi vasitəçiliyi qarşısında Türkiyə alternativini aktuallaşdırmaqla əlini gücləndirmək və Vaşinqtonu Moskvanın mövqelərini nəzərə almağa sövq etməkdir; Kiyevlə “resurs anlaşmasına” nail olandan sonra Vaşinqtonun Avropa İttifaqı və Ukraynanın “30 günlük atəşkəs” istəklərinə meylləndiyi və Ağ Evdən Kremlə sanksiyaların tətbiqinə dair siqnalların göndərildiyi müşahidə edilirdi. Kreml İstanbul danışıqlarının davam etdirilməsi təklifi ilə vəziyyəti xeyrinə dəyişmək gedişi etdi və mümkün qədər qısa müddətdə nəticə əldə etməyə tələsən Vaşinqton bununla razılaşdı. Bu, Ukraynanın maraqlarına mənfi perspektivlər vəd edir, həm Moskvanın istədiyi gündəmin önə çıxması, həm də “30 günlük atəşkəs” planının baş tutmaması baxımından. Və bunun fonunda Zelenskinin gedişi xüsusilə maraq doğurur. Ukrayna prezidenti bəyan etdi ki, İstanbulda Putinlə birbaşa danışıqlar apara bilər. Hətta Trampın da danışıqlara qoşulması təklifini irəli sürdü. Zelenskinin manevri uğurlu görünürdü. a) Putinin Zelenski ilə görüşməsi Rusiyanın Ukrayna prezidentinin legitimliyini tanıması demək idi və belə bir görüş Kiyevin əlini gücləndirməsi baxımından effektli olardı: görüşə Trampın qatılması isə Ukraynada müharibə şəraitinə görə seçkilərin təxirə salınmasından sonra həm Moskva, həm Vaşinqton tərəfindən lazım olanda ortaya atılan Zelenskinin qeyri-legitimliyi məsələsini tamamilə gündəmdən çıxaracaqdı; b) Putinin görüşə gəlməməsi – ki, bunun belə olacağı bəlli idi – həm Rusiyanı danışıqlarda maraqlı olmayan tərəfə çevirir, həm də danışıqların Ukraynanın maraqlarına uyğun olmayan İstanbul razılaşmaları çərçivəsində aparılmasını təxirə salır; Putinin gözlənildiyi kimi, görüşdən imtinası ilə Ukrayna “Rusiya sülh istəmir” mövqeyində arqumentini gücləndirə bildi. Lakin danışıqlar təxirə salınmayıb: ABŞ və Rusiya nümayəndə heyəti İstanbula gəlir, Zelenskinin Türkiyəyə səfər etməsi Ukraynanın da iştirak edəcəyi deməkdir. - Danışıqlar ərəfəsində Ukrayna prezidentinin Türkiyəyə səfəri “Putinlə birbaşa müzakirəyə hazıram” açıqlamasını praktiki müstəvidə nümayiş etdirməklə yanaşı, əsasən Ankaranın dəstəyini əldə etmək məqsədi daşıyır. Çünki Türkiyə Ukrayna üçün də ABŞ-Rusiya müzakirələrinə qarşı alternativ qapıdır və Kiyevin prosesdən ən az ziyanla çıxmasına kömək edə biləcək yeganə oyunçu hesab oluna bilər. - ABŞ-ın İstanbula nümayəndə heyəti göndərməsi hər iki tərəfin – Kiyev və Moskvanın alternativ kimi gördüyü Türkiyə masasında təşəbbüsü ələ almağa, ən azı prosesdən kənarda qalmamağa hesablanıb və Vaşinqtonun İstanbul razılaşmalarına korrektlər etməyə çalışacağı istisna deyil. - Rusiyanın məqsədi bəllidir: danışıqları İstanbul razılaşmaları çərçivəsinə qaytarmaq. Hərçənd, tərəflərin əlini gücləndirmək istiqamətindəki manevrləri razılaşma perspektivlərini də sual altına salır. Danışıqlardan mümkün gözlənti İstanbul razılaşmalarına korrektlərin edilməsi və prosesin uzanmasıdır. Qazanan tərəfin Rusiya-Ukrayna müzakirələri və bunun üzərindən aparılan geosiyasi hesablaşmada əsas masaya çevrilmək imkanlarını artıran Türkiyənin olacağı görünür.
Asif Nərimanlı - "DİA-AZ"


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05 |
|
|
|
| • Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02 |
|
|
|
| • İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57 |
|
|
|
| • İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58 |
|
|
|
| • "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21 |
|
|
|
| • İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19 |
|
|
|
| • Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05 |
|
|
|
| • ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02 |
|
|
|
| • “Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59 |
|
|
|
| • "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57 |
|
|
|
| • “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49 |
|
|
|
| • Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45 |
|
|
|
| • Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47 |
|
|
|
| • Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Dünən, 10:43 |
|
|
|
| • İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Dünən, 10:01 |
|
|
|
| • Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Dünən, 09:59 |
|
|
|
| • Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Dünən, 09:28 |
|
|
|
| • Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Dünən, 09:25 |
|
|
|
| • Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Dünən, 08:38 |
|
|
|
| • Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Dünən, 08:35 |
|
|
|
| • Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Dünən, 08:20 |
|
|
|
| • Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Dünən, 08:16 |
|
|
|
| • Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Dünən, 08:13 |
|
|
|
| • "Gül salonum var..."
Dünən, 08:09 |
|
|
|
| • "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Dünən, 08:05 |
|
|
|
| • Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Dünən, 07:57 |
|
|
|
| • ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Dünən, 07:39 |
|
|
|
| • Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Dünən, 07:30 |
|
|
|
| • Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Dünən, 07:21 |
|
|
|
| • "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Dünən, 07:05 |
|
|
|
| • TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:58 |
|
|
|
| • Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Dünən, 06:46 |
|
|
|
| • AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Dünən, 06:41 |
|
|
|
| • "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Dünən, 06:35 |
|
|
|
| • "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Dünən, 06:31 |
|
|
|
| • Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
18-04-2026, 18:16 |
|
|
|
| • Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
18-04-2026, 18:13 |
|
|
|
| • Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
18-04-2026, 18:10 |
|
|
|
| • İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
18-04-2026, 13:33 |
|
|
|
| • "Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
18-04-2026, 13:22 |
|
|
|
| • Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
18-04-2026, 13:21 |
|
|
|
| • Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
18-04-2026, 13:19 |
|
|
|
| • Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
18-04-2026, 13:16 |
|
|
|
| • Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
18-04-2026, 13:15 |
|
|
|
| • ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
18-04-2026, 12:35 |
|
|
|
| • "Ege Hospital"da yeni doğulan körpə öldü
18-04-2026, 12:31 |
|
|
|
| • Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
18-04-2026, 12:18 |
|
|
|
| • “Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
18-04-2026, 12:14 |
|
|
|
| • Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
18-04-2026, 11:57 |
|
|
|
| • Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
18-04-2026, 11:52 |
|
|
|
|