ABŞ Ukraynaya dəstəkdən heç vaxt imtina etməyib və bu yardımı davam etdirmək niyyətindədir.
APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Təmmi Bryus keçirdiyi brifinqdə bildirib.
“Biz Ukraynanın ən böyük dəstəkçiləri olmuşuq və belə də qalırıq. Onlara yardım etmişik və bu işi davam etdirəcəyik. Vəziyyət kifayət qədər çətindir, lakin mövqeyimiz aydındır və bu mövqe həmişə belə olub. Sevindirici haldır ki, məsələ artıq aydınlaşıb”, – deyə Bryus qeyd edib.