ABŞ lideri Donald Trampın administrasiyası Ukraynanın təhlükəsizlik zəmanətlərinin təminatında iştirak etməyə hazır olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.
"Düşünürəm ki, son bir neçə gündə ən mühüm irəliləyiş prezidentinizin ABŞ-nin (Ukraynanın - red.) təhlükəsizlik zəmanətlərinin təmin edilməsində iştirakına dair aydın öhdəlik ifadə etməsi oldu", - Makron “NBC News” telekanalına müsahibəsində bildirib. Onun fikrincə, belə zəmanətlər münaqişənin nizamlanması üzrə "istənilən razılaşmaların Ukrayna və Avropa üçün həyati əhəmiyyətli hissəsidir".
"Beləliklə, son bir neçə gündə mühüm irəliləyiş ABŞ-nin indi bunda iştirak etməyə hazır olmasıdır", - Makron əlavə edib.