Böyük Britaniya "İstəklilər Koalisiyası"nın təşəbbüsü ilə Ukraynaya kontingent göndərə bilmir.
Teleqraf xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.
Britaniya tərəfi bunu əsgər və texnika çatışmazlığı ilə izah edib.
Nəşr yazır ki, Britaniya ordusu modernləşir, lakin ciddi döyüş qüvvəsi yaratmaq üçün kifayət qədər pilotsuz uçuş aparatları, tanklar, zirehli texnika və artilleriyası yoxdur.
Hesablamalara görə, London Ukraynaya 15 min hərbçi göndərməlidir, bu isə ordunun ümumi sayının təxminən 20 faizini təşkil edir. Onların müddətsiz missiyada istifadəsi faktiki olaraq bu hərbçiləri döyüş sırasından çıxara bilər.
Ukraynaya göndərilmək üçün həqiqətən döyüş qabiliyyətli hissələrin yaradılması krallığın Silahlı Qüvvələrinin sayını iki dəfə azaldacaq.
"Bu səbəbdən əməliyyat inanılmaz dərəcədə risklidir", - məqalənin müəllifi qeyd edib.