Moldovada keçirilən parlament seçkilərində Prezident Maya Sandunun hakim Fəaliyyət və Həmrəylik Partiyası (PAS) qalib gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Moldova Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
MSK artıq seçki məntəqələrindən daxil olan məlumatların 100 %-ni emal edib və nəticələr aşağıdakı kimidir:
PAS - 44,13 %;
Vətənpərvərlik Bloku - 28,25%;
“Alternativ” Bloku - 9,22 %;
“Bizim partiya” - 6,35 %;
“Evdə Demokratiya” - 5,72 %;
***
04:24
Moldovada keçirilən parlament seçkilərində Prezident Maya Sandunun hakim Fəaliyyət və Həmrəylik Partiyası (PAS) liderlik edir.
Teleqraf xəbər verir ki, bu barədə Moldova Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatında deyilir.
MSK artıq seçki məntəqələrindən daxil olan məlumatların 97,93 %-ni emal edib və nəticələr aşağıdakı kimidir:
PAS - 49,54 %;
Vətənpərvərlik Bloku - 24,57 %;
“Alternativ” Bloku - 8,07 %;
“Evdə Demokratiya” - 6,25 %;
“Bizim partiya” - 5,66 %.
Bildirilir ki, digər siyasi partiyalar 1%-lik həddi keçə bilmədiklərindən parlamentdə təmsil olunmayacaqlar.
***
23:31
Moldovada parlament seçkiləri baş tutmuş hesab olunur. Səsvermədə 1 milyondan çox vətəndaş iştirak edib ki, bu da seçicilərin üçdəbirinə bərabərdir.
Teleqraf xəbər verir ki, seçkilərin nəticəsinə əsasən, Moldova Respublikasının XII çağırış parlamentinin 101 deputatı seçiləcək.
Moldovada parlament seçkiləri dörd ildən bir keçirilir.