Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                     İran Hörmüz boğazını açmasaydı... .....                     Sərhəd Akademiyasında intihar .....                     Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! .....                     Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar artmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                 

II İran-İsrail savaşının tarixi aralığına daxil olduq: İran hər an vurula bilər - Görünəni odur ki...
Tarix: 29-09-2025, 09:22 | Çap et

27 sentyabr 2025-ci il tarixində gecə saatlarında İranın nüvə proqramı ilə bağlı Tehran və Qərb dövlətləri arasında danışıqların dalana dirənməsinin ardından son 10 ildə ilk dəfə BMT-nin İrana qarşı hərtərəfli sanksiyaları bərpa edilib. İranın nüvə proqramı ilə bağlı əməliyyatları qadağan edən sanksiyalar iki gün əvvəl Nyu-York vaxtı ilə saat 20:00-da avtomatik olaraq qüvvəyə minib.
Qərb dövlətlərinin bu addımına İranın maliyyə bazarı da ilk reaksiyalarını verib. Məlumata görə, BMT sanksiyalarının bərpasından dərhal sonra İran rialı dünən səhər saat 7:30 radələrində dollar qarşısında tarixinin ən aşağı səviyyəsinə enib. Qara bazarda 1 dollar 1.12 milyon riala satılıb.
Maliyyə bazarının sanksiyaların bərpa olunmasına operativ reaksiyası ondan xəbər verir ki, iranlılar da yaxın günlərdə nə ilə üzləşəcəklərinin fərqindədirlər. Dərd burasındadır ki, İran təkcə iqtisadi sanksiyalara məruz qalmayacaq. Bu yay 12 günlük İsrail-İran savaşına silah çatışmazlığı səbəbindən ara verən Tel-əvivin İrana hücumunun yenidən başlanması da istisna edilmir. Yadınızdadırsa, bir müddət əvvəl qələmə aldığım bir yazıda İsrail-İran arasında yeni müharibənin baş vermə ehtimalının zaman aralığını vermişdim: 28 sentyabr 2025-ci ildən 2026-cı ilin may ayına qədər. Zaman aralığının başlanğıc nöqtəsi dünən tamam oldu. Bu gün isə Vaşinqtonda İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Donald Trampla görüşəcək. İlk baxışdan, görüşün əsas mövzunun Fələstin məsələsi olacağı görünür. Məncə isə əsas mövzu Fələstin yox, İran olacaq. Təbii ki, B. Netanyahu öz himayədarını İrana hücuma həvəsləndirməyə çalışacaq. Trampı İran məsələsində yola gətirmək üçün isə böyük təkana ehtiyac yoxdur. Əsas məsələ Avropa üçlüsünü yola gətirmək idi və onlar avqustun 28-də BMT-yə müraciət edərək əslində öz razılıqlarını vermişdilər. Bundan sonraya isə sadəcə Trampın “beynəlxalq sifarişi” nəzərə alıb düyməyə basmağı qalır.
Bəs, İsrail və Qərb ölkələrinin İranla savaşının əsas məqsədi nədir?
Mənim fikrimcə, bunun 3 mühüm səbəbi var:
1) İsrailin 12 günlük müharibədə qarşısına qoyduğu hədəfləri reallaşdıra, xüsusilə də İranın nüvə proqramını tamamilə sıradan çıxara bilməməsi;
2) Hazırda azlıq hökumətinə rəhbərlik edən Netanyahunun oktyabrin 27-nə qədər uğur hekayəsi yaradaraq öz legitimliyini bərpa arzusu;
3) Oded Yinon planına əsasən, Yaxın Şərqin son qalası olan və Quma bağlı proksi qüvvələrinin baş qərargahı sayılan İranı tamamən sıradan çıxarıb “müqavimət oxu”nu qırmaq.
12 sentaybrda paylaşdığım məlum yazını yenidən diqqətinizə çatdırıram.
İsrailin İrana növbəti hücumunun vaxtı bilindi: 2025-ci ilin 28 sentyabrından 2026-cı ilin may ayına qədər zamanı aralığı
Yer kürəsi kimi, geopolitik nizamın da qırılma xətləri var. Deməli həm də Yer qabığını meydana gətirən tektonik plitələr kimi, geopolitik lövhələr də mövcuddur. Savaşlar adətən zəlzələr kimi bir-biri ilə sürtüşən və ya çarpışan lövhələrin altında toplanan enerjilərini buraxması nəticəsində baş verir.
Geopolitik qırılma nöqtələrindən biri də bizim coğrafiyamızda yerləşir. Söhbət heç də Azərbaycan-Ermənistan arasındakı gərginlikdən getmir. Bizim qırılma nöqtəmiz daha güclü geopolitik plitələrin toqquşması nəticəsində yaranan yan təsirlərdir. Yaşadığımız coğrafiyada əsl qırılma nöqtəsi isə İsrail-İran fay xəttidir.
Sirr deyil ki, 12 günlük müharibədən sonra İranla İsrail arasında sakitlik yaranmışdı. Amma bu, hələ İran-İsrail xəttində enerjinin tamamilə boşalması anlamına gəlmir. Əksinə, sözügedən qırılma nöqtəsində səssiz-səmirsiz enerji toplanması yaşanır. Böyük ehtimalla, yaxın zamanlarda bu gərginlik ocağının dəhşətli qırılması ilə üzləşəcəyik.
Geopolitik analizlər hətta bu silkələnmənin dəqiq vaxtını belə göstərir - 2025-ci ilin sentyabrından 2026-cı ilin mayına qədər zaman aralığı. Sözsüz ki, bu tarixi aralıq hər hansı əsassız kəhanətin məhsulu deyil. İran-İsrail fay xəttində son zamanlar həqiqətən ciddi enerji toplanması müşahidə olunur və mütəxəssislər bu göstəriciləri hesablayıb məlum tarixi aralığa işarə edirlər.
Bəs, nədir bu göstəricilər?
Birinci amil: 12 günlük savaşın tam hədəfinə çatmaması.
Məlumdur ki, iyun ayında İsrailin İrana hücumu zamanı qarşıya qoyduğu böyük hədəfləri vardı. Bu hədəflərdən biri İranı nüvə proqramından məhrum etmək, digəri isə onu bir neçə yerə parçalayaraq zərərsiz hala gətirməkdi. ABŞ-ın da dəstəyi ilə İsrail İranın nüvə təsislərinə böyük zərbə vurdu, amma təhlükəni tamamilə aradan qaldıra bilmədi. Hücumlar nəticəsində İran xalqını da rejimin əleyhinə ayaqlandırmağı bacarmayan İsrail əslində 12 günlük savaşın qalibi ünvanını da qazana bilmədi və istər-istəməz bu uğursuzluqlar Tel-əvivi növbəti müharibəyə sürükləyir.
İkinci amil: İsrail növbəti seçki ərəfəsində olması və yaşadığı ciddi siyasi böhran
Məlumdur ki, Netanyahu hökuməti beş partiyanın koalisiyasından ibarət idi: özünün rəhbərlik etdiyi Likud Partiyası, Dini Sionizm Partiyası, Yəhudi Gücü, Yeni Ümid (Tikva Hadaşa), Şas Partiyası və Birləşmiş Tövrat Yəhudiliyi ittifaqı (UTJ). İyun ayında ortadoksal yəhudlərin əsgərliyə cəlb olunmasına etiraz edən Şas Partiyası və Birləşmiş Tövrat Yəhudiliyi ittifaqı koalisiyadan ayrıldı. Beləcə, hökumət 120 yerlik parlamentdə 50 yerlə azlıqda qaldı və legitimliyi mübahisə predmetinə çevrildi.
Hələlik, İsrail parlamenti yay tətilində olduğundan Netanyahu hökuməti fəaliyyətini davam etdirə bilir. Amma payız sessiyasına da çox zaman qalmayıb. Oktyabrın 27-də tətildən qayıdan İsrail deputatları Netanyahu hökumətinə son qoya bilərlər. Hökumət düşərsə, Netanyahunun korrupsiya ittihamı ilə məhkəməyə çəkilmə ehtimalı var. Netanyahunu bu bəladan yalnız böyük müharibə xilas edə bilər.
Üstəlik, Netanyahu parlamentin payız sessiyasında özünü və hakimiyyətini xilas etsə belə, təxminən 1 ildən sonra növbəti seçkilər başlayacaq. İranla müharibədə yaşadığı uğursuzluq onun reytinqini ciddi şəkildə aşağı salıb. Populyarlığını bərpa etmək üçün Netanyahunun uğur hekayəsinə ehtiyacı var. Bunu da İranla savaşda qazana bilər. Məhz bu səbəbdən də bir çox analitiklər Netanyahunun seçkilərə 6 ay qalmışa qədər savaşa girəcəyini düşünürlər. Çünki seçkilərə 6 ay qalanda artıq təbliğat kampaniyasına vaxt ayırmalı, İranda qazandığı uğurlarla seçicilərinin səsini toplamalıdır.
Üçüncü amil: İranın P5+1 sazişindən faktiki imtina etməsi
Məlumdur ki, İran 2015-ci ildə BMT TŞ-nın 5 üzvü və Almaniya ilə nüvə sazişi bağlamışdı. Adına P5+1 sazişi də deyilən bu anlaşmadan ABŞ Trampın hakimiyyətə gəlməsi ilə 2018-ci ildə çəkildi. Odur ki, nüvə silahlarına beynəlxalq nəzarətin yenidən bərpa olunması Avropanın 3 dövlətinin – Böyük Britaniya, Fransa və Almaniyanın ümidinə qaldı. Avqustun sonlarında Avropa üçlüsü ilə görüşən İran rəsmiləri P5+1 sazişinin öhdəliklərini yerinə yetirməyəcəklərini açıqladılar. Avqustun 28-də BMT-yə müraciət edən Avropa ölkələri İrana qarşı yenidən ağır sanksiyalara geri dönmək ricasında bulundular. BMT TŞ-nin bu müraciətə 1 ay ərzində baxacağı və təklifi qəbul edəcəyi gözlənilir. İran üçün ölümcül olacaq bu qərardan sonra rəsmi Tehranın İsrailə hücum edəcəyi ehtimalı var. Əks halda, getdikcə zəifləyən İran İsrailin “Min Xəncər” strategiyası çərçivəsində hücumlara məruz qala bilər. Qeyd edək ki, 2019-cu ildə İsrail tərəfindən qəbul olunan bu strategiya İran rəsmilərini bir-bir aradan götürməklə zəiflətməyi və xalqı rejimin üzərinə qaldırmağı nəzərdə tutur. Son hədəfi isə İrana bir neçə yerə bölməkdir.
Bu zamanadək İran İsrailin “Min xəncər” strategiyasına qarşı özünün “Strateji səbr” taktikası ilə müqavimət göstərirdisə, 2023-cü ilin 7 oktyabr tarixində HƏMAS-ın həyata keçirdiyi “Əqsa tufanı” əməliyyatı ilə həm İranın, həm də İsrailin bir-birinə qarşı məhdud hərbi strategiyaları əsl müharibəyə çevrildi.
Son zamanlar İranın Çindən özünümüdafiə silahları alması, eyni zamanda İsrailin də ABŞ-dan aldığı THAAD hava hücumundan müdafiə sistemləri ilə təchiz olunması hər iki tərəfin yaxınlaşan savaşa ciddi şəkildə hazırlaşdıqlarını göstərir.
Bir sözlə, bu ilin sentyabr ayının 28-dən 2026-cı ilin mayına qədər cənub sərhədlərimizdə geopolitik lövhələrin yenidən hərəkətə gəlməməsi üçün heç bir səbəb yox kimidir.
Heydər OĞUZ - "DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Dünən, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Dünən, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Dünən, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Dünən, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Dünən, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Dünən, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Dünən, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Dünən, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Dünən, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Dünən, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Dünən, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Dünən, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Dünən, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Dünən, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Dünən, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Dünən, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Dünən, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Dünən, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Dünən, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Dünən, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Dünən, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Dünən, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Dünən, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Dünən, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Dünən, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Dünən, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Dünən, 06:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru