Ramiz Mehdiyevi HƏBS ETMƏK BU QƏDƏRMİ ÇƏTİN İDİ? .....                     Xocavənddə bir evin təmiri üçün 59 min manat xərclənəcək .....                     Ağır çantalar, əyilən çiyinlər, bükülən gələcək .....                     Rusiyalı milyarder Fərhad Əhmədov məhkəmədə ifadə verib .....                     Ramiz Mehdiyevin vəkili kim olacaq? .....                     ATƏT Nazirlər Şurasının 32-ci iclası Vyanada keçiriləcək .....                     “Nəcməddin Sadıkov kimi fiqurları da tam zərərsizləşdirməyə zaman lazımdır...” .....                     Küsmələrinə səbəb pul imiş .....                     “Ramiz Mehdiyev, Eldar Mahmudov ciddi cəzalandırılmalı, rütbələri, ordenləri geri alınmalıdır!” .....                     “PAŞA Sığorta”nın İdarə Heyətinə yeni təyinat baş tutub .....                     II Qaregin Köçəryanın adamıdır .....                     Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanıldı .....                     Azərbaycanda şirkətin təsisçiləri, direktoru və adı dəyișilir .....                     “Proseslərin başında Ramiz Mehdiyev dururdu” .....                     Husilərin Baş Qərargah rəisi öldürülüb .....                     Sosial şəbəkələrdə vəzifəli şəxslərin adından saxta profillər yaradılır .....                     Abid Şərifovun səhhətində ciddi problemlər yaranıb .....                     Gürcüstan sərhədində QALMAQAL: .....                     Rusiya "İskəndər"lə Ukraynanın təlim poliqonuna zərbə endirib, itkilər var .....                     Dövlət çevrilişinə cəhd edən yüksək vəzifəlilər .....                     ELMED klinikasında xəstə ifliclə üz-üzə qaldı: Həkim "yod çək, keçəcək" dedi .....                     Azərbaycandan Avropaya ixracla bağlı istehsalçılara yeni tələb qoyulub .....                     ƏDALƏTİN BUDURMU, AY İNAM? .....                     Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı .....                     "Sənin ərində gözüm yoxdur, mənə əxlaqsız gözü ilə baxa bilməzsən" .....                     Bu mənzillər BAHALAŞACAQ .....                     Azərbaycanda zərgərlər işsiz qalıb .....                     Elsevər Ağayevin "SEM-AZ"ı daha bir tenderdə qalib oldu .....                     Ermənistanda “kilsə əməliyyatı” .....                     DTX-nın saxladığı sabiq diplomat Ramiz Vəliyevə hökm oxunub .....                     Ramiz Mehdiyev haqqında “Boz kardinal” ifadəsini ilk dəfə kim işlədib? .....                     Paşinyan Rusiya ilə ticarət dövriyyəsinin hesablamalarında nə qədər səhv edib? .....                     Paşinyanı öldürmək istəyən dəstə komandiri azadlıqdan məhrum edilib .....                     ŞOK FAKT: Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib .....                     Anar Sadıqovun hakimlik fəaliyyətinə .....                     Burda qanunlar nəzərə keçərli deyil? .....                     Azərbaycan əsgəri bu dəfə QƏZZADA... .....                     Azərbaycanlı müğənni Rusiyadan 20 illik deport olundu .....                     “Hamısı generalların, polkovniklərin pullarıdır...” .....                     “PAŞA Sığorta”nın İdarə Heyətinə yeni təyinat baş tutub .....                 

Üçüncü Dünya Müharibəsinə açıq hazırlıq gedir... - NƏ BAŞ VERİR?
Tarix: 2-10-2025, 06:20 | Çap et

ABŞ-ın vitse-prezidenti Cey Di Vens bəyan edib ki, son həftələrdə Rusiya tərəfi ukraynalılarla ikitərəfli, habelə ABŞ prezidenti Donald Tramp və digər rəsmi şəxslərin iştirakı ilə üçtərəfli görüşlərdən imtina edib. O, əlavə edib ki, ruslar “oyanmalı və reallığı qəbul etməlidirlər. Çoxlu insan ölür. Onların özlərini haqq qazandırmağa əsasları yoxdur”.

Bu bəyanat, demək olar, ABŞ-ın Ukraynaya Amerika istehsalı olan uzaqmənzilli silahlarla Rusiyanın dərinliklərinə zərbələr endirməsinə icazə verməsi ilə eyni vaxtda səsləndirilib. ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq “Fox News”in efirində bildirib ki, Donald Tramp Ukraynaya Rusiyanın ərazisinə uzaqmənzilli raketlərlə zərbələr endirməyə icazə verib. Onun sözlərinə görə, Tramp, həmçinin vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio çıxışlarında Ukrayna Silahlı Qüvvələrinin onların ixtiyarında olan imkanlardan istifadə edərək Rusiyanın dərinliklərinə zərbələr endirə biləcəyini aydın şəkildə bəyan ediblər. “Qadağan olunmuş məkan yoxdur”, – deyə Kellog vurğulayıb.

Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-dan istədiyi 2,5 min km-ə qədər uçuş məsafəsinə malik “Tomahawk” raketlərinin Kiyevə verilib-verilməyəcəyi sualını cavablandıran Kelloq bildirib ki, bu məsələ ilə bağlı hələ son qərar yoxdur. Bundan öncə vitse-prezident Vens qeyd etmişdi ki, Ağ Ev Kiyevə qanadlı raketlərin verilməsi imkanını fəal şəkildə müzakirə edir. “Son qərarı prezident verəcək. Prezident ABŞ-ın maraqlarına ən çox cavab verən addımı atacaq”, – Vens əlavə edib.

Maraqlıdır, söhbət konkret hansı silahlardan gedir? Bu, Moskvanın Ukrayna şəhərlərinə daha kütləvi hücumları ilə nəticələnə bilərmi? Kiyev “Tomahawk” raketlərini əldə etməyə ümid edə bilərmi? Və bunu ABŞ-ın Rusiya tərəfinə təzyiq üsulu kimi qəbul etmək lazımdırmı?

Pressklub.az-ın suallarına təhlükəsizlik və müdafiə üzrə ukraynalı ekspert, ehtiyatda olan polkovnik Oleq Starikov cavab verib.

Onun sözlərinə görə, ABŞ administrasiyasının nümayəndələrinin publik çıxışları Kiyevin artıq həqiqətən də ABŞ və Avropanın sərəncamında olan bütün uzaqmənzilli silahlardan istifadə icazəsi aldığı təəssüratını yaradır. “O cümlədən adı çəkilən “Tomahawk” raketləri. Doğru sual belədir – Ukrayna təcavüzkar ölkəyə qarşı nədən istifadə etməyib? Burada 2024-cü ilin noyabrına qayıtmaq lazımdır. 2024-cü il noyabrın 18-də Amerikanın iki nüfuzlu nəşri – “New York Times” və “Washington Post” – ABŞ prezidenti (o vaxt prezident postunu Co Bayden tuturdu) tərəfindən Ukraynaya ATACMS uzaqmənzilli raketlərindən istifadə icazəsi verildiyini yazmışdı. Bu raketlərin uçuş məsafəsi təxminən 305 kilometrdir. Ancaq Ağ Ev heç vaxt uzaqmənzilli silahlardan istifadəyə dəqiq, rəsmi icazə vermədi. Rəsmi şəxslər yalnız üstüörtülü eyhamlarla kifayətlənirdilər, yəni, qoy ukraynalılar vursun, biz etiraz etməyəcəyik. Yəni, “post-faktum icazəsi”. O zaman Kiyev ATACMS-ın imkanlarından qat-qat artıq məsafələrə də zərbələr endirdi. Ümumiyyətlə, 2024-cü ildə Ukrayna raketləri Rusiyanın 1200–1800 km dərinliklərinə (Yelabuqa, Orsk) qədər çatırdı. Hazırda Amerika KİV-nin (məsələn, “Axios”) gündəmə gətirdiyi “Tomahawk” raketlərinin uçuş məsafəsi modifikasiyadan asılı olaraq 560 km-dən 2500 km-ə qədərdir. Sual yaranır: nə üçün bu qədər önəmlilik görüntüsü yaradaraq “Tomahawk” mövzusunu qızışdırırlar? Əgər diqqət etsəniz, Rusiya ilə müharibə ərzində müxtəlif silahlar ətrafında informasiya dalğaları mütəmadi olaraq qalxıb və enib: gah “Bayraqdar”, gah “Javelin”, gah “F-16”, gah ATACMS. İndi isə “Tomahawk”. Şübhəsiz ki, bu, siyasi riskləri artırmaq oyununun bir hissəsidir. Deməli, “ticarət” də qızğın gedir. Əgər Moskva deyirsə ki, dialoq yoxdur – deməli, yoxdur. Əgər hər iki tərəfdən eyhamlar varsa, deməli, ABŞ və Rusiya arasında diplomatik kanallar vasitəsilə müəyyən məsləhətləşmələr davam edir.

Amma biz həm də anlamalıyıq ki, Ukraynanın aldığı hər raket sadəcə dəmir parçası deyil, yüksək intellektual məhsuldur. Bəzi modellər artıq trayektoriyanı özü tənzimləyən sistemlərlə, süni intellektlə və ya onun elementləri ilə təchiz olunub. Belə raket qərbli tərəfdaşlarımız hədəf göstərmədən də kor-koranə uçacaq. Yadınıza salın, Trampın prezident səlahiyyətlərinin ilk günlərində ABŞ bizə kəşfiyyat məlumatlarının ötürülməsini dayandıranda Kiyevdə nələr baş vermişdi.

Bütün bunları nəzərə alsaq, belə nəticə çıxır ki, Ukrayna hələ Bayden dövründə – hazırda ətrafında informasiya fırtınası qopan “Tomahawk”dan daha uzağa – Rusiyanın dərinliklərinə zərbələr endirirdi. Amma bu, cəbhədəki vəziyyətə köklü təsir göstərmədi, çünki o vaxt uzaqmənzilli raketlərimiz az idi. Elə bu ilin avqustunun sonunda Ukrayna istehsalı olan “Flaminqo” raketi mövzusu qaldırıldı və tez bir zamanda da bu raket unuduldu. Mənim üçün aydındır ki, Ukrayna Silahlı Qüvvələrinin taktiki vəzifələrindən əlavə, tərəfdaşlarımızın “hədiyyələri” həm də bu silah növlərini real qitə müharibəsi şəraitində sınaqdan keçirilməsinə xidmət edir. Bunu həm ABŞ-da, həm Rusiyada anlayırlar.

Uzaqmənzilli raket mövzusu hələ Bayden dövründə Ukraynanı dəstəkləyən demokratları sakitləşdirmək üçün siyasi “saqqız”a çevrildi. Çünki 2024-cü ilin noyabrında qoca Co hətta öz tərəfdarları tərəfindən Ukraynaya kifayət qədər yardım etmədiyinə, xüsusilə də uzaqmənzilli raketlər vermədiyinə görə sərt tənqid olunurdu. İndi də Donald Tramp eyni oyunu oynayır.

Buna iki amil dəlalət edir:

– ABŞ-da şatdaun perspektivi və Ağ Evin demokratlarla razılaşmaq istəmədiyini açıq bəyan etməsi,

– müharibə naziri Pit Heqsetin sentyabrın 30-da Virciniya ştatının Quantiko hərbi-dəniz bazasında amerikalı generalların və yüksək rütbəli zabitlərin təcili toplantısını çağırması.

Tramp, Baydenin bağladığı uzaqmənzilli raket mövzusunu qaldırmaqla heç bir risk etmir. Heç kim və heç vaxt rəsmi şəkildə Ukraynaya belə bir icazəni verməyəcək, çünki bu, ABŞ-ın və ya başqa bir dövlətin Rusiya ilə müharibəyə qoşulması demək olardı. Eyni zamanda, Tramp Respublikaçılar Partiyasındakı Ukrayna tərəfdarlarının ağzını “bağlayır” və demokratların sıralarındakı ona rəğbət bəsləyənlərə imkan yaradır. Deməli, uzaqmənzilli raket mövzusu daha çox Amerika daxilndəki səbəblərlə bağlıdır. Unutmayın ki, ABŞ-ın hazırkı prezidenti demokratların nəzarətində olan iri şəhərlərdə gərginlik səbəbindən ora Milli Qvardiyanı yeridib və yəqin ki, qoşun da yeridəcək”, – ekspert vəziyyəti təsvir edib.

Onun sözlərinə görə, Rusiyaya təzyiq mövzusu bu kontekstdə fon kimi gedir. “Buna görə də Kreml zahirən sakit reaksiya verir. Eyni zamanda, həm ABŞ-ın, həm də rəsmi Kiyevin uzaqmənzilli raket ətrafındakı ritorikası Putinə həm Ukraynanın dərinliklərinə, həm də enerji infrastrukturu obyektlərinə zərbələr endirmək üçün imkan yaradır. Bunun dolayı göstəricilərindən biri də “Ukrenerqo” və “Enerqoatom” rəhbərliyinin gözlənilməz istefasıdır.

Əgər ABŞ həqiqətən də Rusiya ilə ciddi “toqquşmağa” hazırlaşırsa, potensial rəqibin imkanlarını diqqətlə yoxlamalıdır. Rusiyanın uzaqmənzilli raket mövzusuna reaksiyası mütləq olmalıdır. Ukrayna Rusiya ərazisinə zərbələr endirməsi Putini adekvat cavab verməyə məcbur edəcək. O, Rusiyada qaydaları elə sərtləşdirib ki, heç kəs onu qorxaqlıqda və ya qeyri-simmetrik cavabda ittiham edə bilməz. Amma hərbi dairələrdə, xüsusilə də generallar səviyyəsində narazılıqlar ola bilər. Bununla belə, o, Rusiya ordusunun bütün imkanlarını açmaqdan çəkinəcək. Bu, Rusiya üçün dar koridor, Tramp üçün isə strateji rəqibin proqnozlaşdırıla bilməsidir.

Amma məni bir məqam narahat edir. Rusiya təbliğatı Ukraynanın subyekt olmadığını bəyan edir. Belə olan halda, Rusiya niyə Ukrayna ərazisinə zərbələr endirir?! Nə üçün? Quruda hücumdan əvvəl ərazini “təmizləmək” üçün? Axı oranı bərpa etmək baha başa gəlir. İşğal olunmuş ərazidə dağıntı nə qədər çox olsa, bir o qədər də “qara dəlik” yaranır və Rusiya büdcəsinin milyardları ora gömülür. Rusiya iqtisadiyyatı isə artıq ciddi şəkildə zəifləməyə başlayıb. Bunun siqnalları var – ƏDV-nin artırılması və ailə ipotekası şərtlərinin sərtləşdirilməsi.

Əgər Rusiya Ukraynanı müstəqil hesab etmirsə, amma ABŞ-la açıq qarşıdurmaya da başlamırsa, bu, yalnız bir şeyi göstərir: Rusiya belə bir toqquşmada qələbəsinə əmin deyil. Ona görə də ticarət gedir. Sergey Lavrov BMT Baş Assambleyasındakı çıxışından sonra 27 sentyabrda keçirilən mətbuat konfransında açıq şəkildə yeni “ticarət çərçivəsini” elan etdi: təmas xətti boyunca ərazilərin Rusiyanın olduğunun tanınması. Əgər Tramp Nobel Sülh Mükafatı müqabilində buna razılaşsa, bu, Putinə “Xüsusi Hərbi Əməliyyat”ın uğurla başa çatdırılması kimi təqdim edilə biləcək yeganə variant olacaq.

Biz həm də nəzərə almalıyıq ki, Trampın Ukraynaya uzaqmənzilli raket verilməsi barədə eyhamları Rusiyanın Qərbi Avropa üzərində dron hücumlarına cavab ola bilər. Yəni NATO ölkələrinə qarşı. Və burada maraqlı, amma bizim üçün kədərli bir ssenari cızılır. Tamamilə mümkündür ki, Tramp Putinin NATO ölkələri ilə açıq qarşıdurmasında maraqlıdır (!). Yəni o, Putinin bütün döyüş imkanlarını nümayiş etdirməsi üçün Avropanı “təslim edir”. Bu, çox cazibədar tələdir və Ağ Evin strateqləri uğura ümid edirlər. Tətik rolunu isə Rusiyanın “dondurulmuş aktivlərinin” müsadirəsi oynaya bilər. Putin “Oreşnik”i Belarusda yerləşdirməklə qismən bu tələyə düşdü.

Bu ssenarinin mümkünlüyünə yalnız “Tomahawk” ətrafındakı ritorika deyil, həm də Avropaya silahların təhvil verilmə sxemi işarə edir: Amerika silahı verir, sonra isə Tramp 25 sentyabr 2025-ci ildəki sensasiyalı paylaşımında “qoy NATO bu silahla istədiyini etsin” yazır”, – ekspert xatırladıb.

O, belə sual verir: Kiyev “Tomahawk”ları alacaqmı? “Eynilə ATACMS-ləri aldığı kimi. Təkrar edirəm, bunun cəbhədə vəziyyətə ciddi təsiri olmayacaq. Amma məsələ əgər uçuş məsafəsi üzrə yarışdırsa, həm Rusiyada, həm də ABŞ-da 3000 və 5000 km mənzilli raketlər var. Həmçinin Ukraynada hələ öyrənilməyən hipersəsli raketlər də mövcuddur.

2022-ci il 24 fevralı xatırlayaq: o vaxt Ukraynanın uzaqmənzilli silahı şox az idi, amma biz düşmənin hücumunu saxlamağı bacardıq. O vaxtdan bəri bizə silahı vəziyyətə uyğun verirlər – getdikcə məsafəni artırırlar, bunun döyüş meydanına, cəbhəyə, arxa cəbhəyə, həmçinin Kremlin danışıqlara meylliliyinə necə təsir etdiyini izləyirlər.

Eyni zamanda, həm Rusiya, həm Çin, həm də KXDR yeni silahların sınağını elan ediblər. ABŞ-dan belə xəbərlər uzun müddətdir gəlmirdi, amma bu yaxınlarda Ştatlar İranda aviasiya bombalarını işdə göstərdilər. Nəticə Trampı qane etmədi. O, yaxşı başa düşür ki, “Tomahawk”lar Rusiyaya ciddi təzyiq faktoru olmayacaq. Hələlik Ağ Ev Rusiyanı yoxlayır. Amma Rusiya da Trampı və onun komandasını sınayır.

Hadisələrin gedişi get-gedə şahmat partiyasını xatırladır: sənin gedişin – mənim gedişim, vaxt qeydə alınır, nəticələr qiymətləndirilir, taxtadakı təsir dəyərləndirilir, sonra yeni gedişlər. Bütün bunlar hara aparacaq? Ona oxşayır ki, dünya müharibəsinə hazırlıq gedir və bunda bizdən başqa bir çoxlarının marağı var. Yaxın Şərqi, xüsusilə də Rusiyanın Fələstin və İsraildəki maraqlarını da unutmaq olmaz.

Yekunlaşdıraq: ABŞ Ukraynaya bir neçə “Tomahawk” verə bilər, amma onların vurma qabiliyyəti hədəfin dəqiqliyindən, sayından və raketin özünün modifikasiyasından asılı olacaq. Bundan əlavə, Rusiya hazırlıq görmək üçü kifayət qədər vaxt qazanır. Bu, sadəcə piardır, Trampın siyasi oyunudur. İlk növbədə ABŞ-da daxili vəziyyətlə bağlıdır. Hazırda onun Ukrayna ilə də, Yaxın Şərqlə də işi yoxdur. Amma Tramp Avropanın BMT Baş Assambleyası öncəsi Fələstini tanımağa başlaması ilə yaranan “itaətsizlik bayramını” yaxşı yadda saxladı. Ona görə də, 24 sentyabrda sosial şəbəkədə demək olar, açıq şəkildə Rusiya ilə NATO arasında qitə müharibəsi ssenarisini və bu müharibədə öz rolunu – Alyansa silah satıcısı rolunu elan etdi.

O, oyundan çıxır və avropalılara “müharibə oynamaq” imkanı verir. Bu Çini də çox pis vəziyyətə salacaq. Kreml qitə müharibəsinə meyllidir, amma ABŞ-la açıq qarşıdurmaya hazır deyil. Öz növbəsində, Avropa da belə bir müharibəyə hazır deyil və Trampa öz kanalları ilə təzyiq edir ki, o, silah versin. Tramp isə söz verdi. Və ya verəcək.

Tramp cəbhədə bütün təsir rıçaqlarını əlində saxlamaq istəyir. Necə ki, ondan əvvəl Bayden belə etmişdi. Bunun üçün isə ona Ukraynanın tamamilə proqnozlaşdırıla bilməsi lazımdır. O cümlədən siyasi baxımdan. Mən istisna etmirəm ki, müəyyən miqdarda hər hansı silahın satılması, eləcə də Maskın “Starlink”i və kəşfiyyat məlumatları məhz proqnozlaşdırıla bilmək və itaətkarlıq şərti ilə veriləcək. Amma hazırda Trampın Ukrayna ilə işi yoxdur”, – Starikov təkrar vurğulayıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ramiz Mehdiyevi HƏBS ETMƏK BU QƏDƏRMİ ÇƏTİN İDİ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:06
Xocavənddə bir evin təmiri üçün 59 min manat xərclənəcək
Bu gün, 18:02
Ağır çantalar, əyilən çiyinlər, bükülən gələcək - Gizli təhlükə
Bu gün, 18:00
Rusiyalı milyarder Fərhad Əhmədov məhkəmədə ifadə verib - DTX-nın saxladığı Fransa şirkətinin vitse-prezidentinin işi
Bu gün, 17:55
Ramiz Mehdiyevin vəkili kim olacaq? - “Fantastik rəqəm təklif edilsə, fikirləşərəm”
Bu gün, 17:51
ATƏT Nazirlər Şurasının 32-ci iclası Vyanada keçiriləcək
Bu gün, 17:48
“Nəcməddin Sadıkov kimi fiqurları da tam zərərsizləşdirməyə zaman lazımdır...” - ÇAĞIRIŞ
Bu gün, 17:34
Küsmələrinə səbəb pul imiş
Bu gün, 17:26
“Ramiz Mehdiyev, Eldar Mahmudov ciddi cəzalandırılmalı, rütbələri, ordenləri geri alınmalıdır!” - Eks-nazir
Bu gün, 17:23
“PAŞA Sığorta”nın İdarə Heyətinə yeni təyinat baş tutub - BUNDAN SONRA...
Bu gün, 17:13
II Qaregin Köçəryanın adamıdır - Rubinyan
Bu gün, 17:06
Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanıldı - BUNA GÖRƏ...
Bu gün, 17:03
Azərbaycanda şirkətin təsisçiləri, direktoru və adı dəyișilir
Bu gün, 16:58
“Proseslərin başında Ramiz Mehdiyev dururdu” - Rasim Balayev sirləri açdı
Bu gün, 16:55
Husilərin Baş Qərargah rəisi öldürülüb
Bu gün, 16:53
Sosial şəbəkələrdə vəzifəli şəxslərin adından saxta profillər yaradılır - Ermənistan MTX
Bu gün, 16:50
Abid Şərifovun səhhətində ciddi problemlər yaranıb - XƏSTƏXANADADIR
Bu gün, 16:47
Gürcüstan sərhədində QALMAQAL: - Erməni yük maşınları saxlanılır, sənədlər müsadirə olunur
Bu gün, 16:39
Rusiya "İskəndər"lə Ukraynanın təlim poliqonuna zərbə endirib, itkilər var
Bu gün, 16:37
Dövlət çevrilişinə cəhd edən yüksək vəzifəlilər –onların sonrakı aqibəti necə oldu?
Bu gün, 16:25
ELMED klinikasında xəstə ifliclə üz-üzə qaldı: Həkim "yod çək, keçəcək" dedi - DƏLİXANADIR, VALLAH...
Bu gün, 16:15
Azərbaycandan Avropaya ixracla bağlı istehsalçılara yeni tələb qoyulub - TƏFƏRRÜAT
Bu gün, 16:09
ƏDALƏTİN BUDURMU, AY İNAM? - İnam Kərimovun məhkəmələri GÜL VURUR...
Bu gün, 16:05
Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı - Prezident İlham Əliyev
Bu gün, 15:56
"Sənin ərində gözüm yoxdur, mənə əxlaqsız gözü ilə baxa bilməzsən"
Bu gün, 15:53
Bu mənzillər BAHALAŞACAQ - Qərar hansı binalara ŞAMİL OLUNACAQ?
Bu gün, 15:47
Azərbaycanda zərgərlər işsiz qalıb - Qızıl bazarında görünməmiş vəziyyət
Bu gün, 15:42
Elsevər Ağayevin "SEM-AZ"ı daha bir tenderdə qalib oldu - 800 minlik sifariş
Bu gün, 15:37
Ermənistanda “kilsə əməliyyatı” - Paşinyanla ruhani elita arasında açıq savaş başlayır
Bu gün, 15:32
DTX-nın saxladığı sabiq diplomat Ramiz Vəliyevə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 15:27
Ramiz Mehdiyev haqqında “Boz kardinal” ifadəsini ilk dəfə kim işlədib? - FOTO
Bu gün, 15:25
Paşinyan Rusiya ilə ticarət dövriyyəsinin hesablamalarında nə qədər səhv edib? - “Past”
Bu gün, 15:15
Paşinyanı öldürmək istəyən dəstə komandiri azadlıqdan məhrum edilib - KİV
Bu gün, 15:13
ŞOK FAKT: Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - “Mehdiyev işi”nin DETALLARI
Bu gün, 15:08
Anar Sadıqovun hakimlik fəaliyyətinə XİTAM VERİLDİ
Bu gün, 15:06
Burda qanunlar nəzərə keçərli deyil? - FOTOFAKT
Bu gün, 15:04
Azərbaycan əsgəri bu dəfə QƏZZADA... - Tramp da bunu istəyir...
Bu gün, 14:55
Azərbaycanlı müğənni Rusiyadan 20 illik deport olundu
Bu gün, 14:50
“Hamısı generalların, polkovniklərin pullarıdır...” - Şabalıd davası
Bu gün, 14:47
“PAŞA Sığorta”nın İdarə Heyətinə yeni təyinat baş tutub - BUNDAN SONRA...
Bu gün, 14:40
“ExpressBank” kapitalını itirib - HESABAT
Bu gün, 13:51
Ermənistanda sürücülər ayağa qalxdı
Bu gün, 13:49
Ramiz Mehdiyevin həbs qərarını KİM ÇIXARIB: Səbail məhkəməsi xəbərsizdir... - NƏ BAŞ VERİR?
Bu gün, 13:41
Rəsmi Tbilisi ATƏT-ə etiraz notası verib
Bu gün, 13:14
Hərbi Prokurorluqda yeni təyinatlar - ƏMR
Bu gün, 13:13
Ramiz Mehdiyev Bulvar yaxınlığında 1.5 milyona ev axtarır - Kürəkəni təkzib etmədi
Bu gün, 13:11
Parlament Ramiz Mehdiyevə görə buraxılacaq? - AÇIQLAMA
Bu gün, 13:10
Nazir Eşqi Bağırovu yola salır? – İnanılmaz fakt
Bu gün, 13:07
"Vəngi kəndinə köçmək üçün dəfələrlə müraciət etmişik... AMMA..." - GİLEY
Bu gün, 13:06
DEPUTATIN QARDAŞI FƏHLƏLƏRİN PULUNU VERMİR... - daha bir MÜRACİƏT
Bu gün, 13:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru