Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                     İran Hörmüz boğazını açmasaydı... .....                     Sərhəd Akademiyasında intihar .....                     Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! .....                     Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar artmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                 

Əş-Şəraa tərəfdarlarına: 'Nə tez yoldan çıxdınız?' - HƏQİQƏTƏN DƏ...
Tarix: 1-11-2025, 07:23 | Çap et

"Bilmirdim ki, hökumətdə maaşlar belə yüksəkdir!". Bunu Suriya prezidenti Əhməd əş-Şəraa 100-dən çox tərəfdarı ilə üsyançıların keçmiş bazasında görüşü zamanı deyib. "Reuters" yazır ki, çoxu görüşə bahalı avtomobillərdə gəlmişdi və keçid prezidenti onlarla belə bir zarafat edib.

"İnqilabın oğlu olduğunuzu unutdunuz? Nə tez yoldan çıxdınız?", – əş-Şəraa görüşünə gələn məmurları, biznes liderlərini beləcə danlayıb. "Reuters" bunu görüşdə olan iki nəfərə istinadla yazır.

Suriyanın keçmiş prezidenti Bəşər əl-Əsəd 14 illik vətəndaş müharibəsindən sonra, ötən ilin dekabrında devrilib. Ölkədə ara sıra məzhəblərarası zorakılıq baş verir, bəzən əş-Şəraa hökumətinə bağlı keçmiş üsyançı fraksiyalar da onlarda iştirak edir. Zorakılıqlarda 2 mindən çox insan həlak olub. Əmlak müsadirəsi, evlərdən zorla çıxarılma halları da baş verib.

Sözügedən görüş avqustun 30-da prezidentin İdlibdəki keçmiş qərargahında keçirilib. Bundan sonra əş-Şəraa dəbdəbəli avtomobili olanlarda açarları təhvil vermələrini, yaxud qanunsuz gəlirə görə istintaqla üzləşməli olacaqlarını deyib. Tədbir bitəndə bir ovuc avtomobil açarı təhvil verilmişdi, - görüşə qatılan iki nəfər belə deyir.

Korrupsiyasız sivil hökuməti necə qurmalı

Agentlik yazır ki, bu mesaj 43 yaşlı prezidentin üzləşdiyi kritik əngəli üzə çıxarır: qiyamdan sivil hökumətə necə çevrilməli, necə etməli ki, bu yolda Əsəd rejiminin endemik korrupsiyası təkrarlanmasın.

"Əş-Şəraanın əlində institusional sistem, etibar edəcəyi dərsliklər yoxdur", – islamçı qruplar üzrə suriyalı tədqiqatçı Hössam Cazmati deyir.

"O, hansısa dövlət qurumundan deyil, fraksiyadan gəlib. 2003-cü ildən silahlı mühitdə olub. Hakimiyyət alyanslara, favoritizmə, monopoliyaya əsaslanıb", – o əlavə edir.

Cazmati əlavə edir ki, indi sadiq tərəfdarlarının müharibə qənimətlərini ələ keçirməsi onun hakimiyyətini möhkəmləndirməsinə təhlükə yaradır: "Onun administrasiyasını saxlamaq üçün böyük maliyyə resurslarına ehtiyacı var – şəxsi qazanc məqsədi üçün yox, hakimiyyətini qorumaq üçün".

Suriyanın İnformasiya Nazirliyindən "Reuters"ə deyiblər ki, əş-Şəraa İdlibdə keçmiş komandirlər, məmurlar və digər nüfuzlu şəxslərlə "dostcasına, qeyri-rəsmi" görüş keçirib, siyasi və təhlükəsizlik çağırışları, "əvvəlki rejimin formalaşdırdığı investisiya mədəniyyətini dəyişdirmək" zərurəti müzakirə olunub.

"O, dövlət qulluqçuları arasında hər hansı korrupsiya şübhəsinə dözməyəcəyini vurğulayıb", – nazirlik bunu da əlavə edib. Amma avtomobil açarlarının təhvil verilməsi barədə iddiaları təkzib edib.

Qardaşının idarəsini bağlatdırıb

"Reuters" yazır ki, əş-Şəraa ailəsi daxilində də balansı saxlamağa çalışır.

Özündən böyük iki qardaşı yeni hökumətdə vəzifələr tuturlar. Çoxsaylı rəsmilər bunu yeni administrasiyadakı boşluqları sürətlə doldurmaq ehtiyacı ilə izah etsələr də, tənqidçilər köhnə rejimdəki ailə idarəçiliyinə bənzədirlər.

Amma əş-Şəraa hakimiyyətə gələndən sonra daha bir böyük qardaşı, biznesmen Camal Dəməşqdə ofis açaraq idxal-ixrac, turizm şirkətlərini idarə edib. Prezident qardaşı isə avqustda onun ofisini qapatdırıb, hökumət qurumlarına onunla iş qurmamaq göstərişi verib. Bunu da mənbələr "Reuters"ə deyib. Qərarın səbəbinə gəlincə, iddialara görə, Camal prezidentlə bağlılığından faydalanaraq şəxsi maraqları üçün hökumət və biznes xadimləri ilə görüşlər təşkil edib.

"Reuters"in müxbiri sözügedən ofisin qırmızı mumla möhürləndiyini görüb. Suriyada qırmızı mumla korrupsiya araşdırmaları aparılan əmlak möhürlənir.

Camalın ofisi qapadılandan sonra əş-Şəraa 79 yaşlı atası daxil olmaqla ailə üzvləri ilə görüş keçirib, şəxsi qazanc üçün ailənin adından istifadə etməməklə bağlı xəbərdarlıq edib. Bunu görüşdə olan bir qohum deyib.

Bununla belə, "Reuters" post-Əsəd Suriyasında korrupsiyanın qaldığını yazır. Adamların, yaxud evlərin həbsdən çıxarılması, yaxud müsadirə olunmuş maşın, digər dəyərli əşyalar üçün rüşvət verilməsi halları yayılıb. Bir sənayeçi, iki zavod menecerinin dediyinə görə, bizneslərini davam etdirmək, Əsəd rejimi ilə iddia olunan əlaqələrə görə saxlanan işçilərini buraxdırmaq üçün vasitəçilərə nağd pul verməli olublar, onlara bunun qarşılığında heç bir qəbz verilməyib, rəsmi sənədləşmə aparılmayıb.

"Reuters" bu deyilənləri müstəqil təsdiqlədə bilmədiyini yazır.

İnformasiya Nazirliyi isə bu halların geniş yayılmadığını, rüşvət almaqda şübhəli bilinənlərlə bağlı dərhal təhqiqat başladıldığını bildirib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Bu gün, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Bu gün, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Bu gün, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Bu gün, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Bu gün, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Bu gün, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Bu gün, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Bu gün, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Bu gün, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Bu gün, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Bu gün, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Bu gün, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Bu gün, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Bu gün, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Bu gün, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Bu gün, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Bu gün, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Bu gün, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Bu gün, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Bu gün, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Bu gün, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Bu gün, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Bu gün, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Bu gün, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Bu gün, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Bu gün, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Bu gün, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Bu gün, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Bu gün, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Bu gün, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Bu gün, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Bu gün, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Bu gün, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Bu gün, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Bu gün, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Bu gün, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Bu gün, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Bu gün, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Bu gün, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Bu gün, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Bu gün, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Bu gün, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Bu gün, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Bu gün, 06:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru