“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                     İran Hörmüz boğazını açmasaydı... .....                     Sərhəd Akademiyasında intihar .....                     Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! .....                     Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar artmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                     “Rus dilinin qadağan olunmasının əleyhinəyəm” .....                     Peşə Təhsili Agentliyində kadr xaosu .....                     Vüsal Nəsirli də belə narazılıq yaradır .....                     Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb .....                     Azərbaycanda yağ və ət problemi yaşanır .....                     "Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" .....                     “Tramp marşrutu”na qarşı “qara piar” .....                     Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? .....                     Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası .....                     Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? .....                     Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma .....                     Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb .....                     ABŞ Dövlət Departamentinin nümayəndələri .....                     ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib .....                     Bir qrup şəxsə Prezident təqaüdü verildi .....                     ABŞ İsrailin Livanı bombalamasını qadağan edib .....                     Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” .....                     DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir .....                     Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb .....                     Əli Əsədov vəzifəsindən azad edilir .....                     "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" .....                     “Azərbaycanla müharibə bitməyib” .....                 

Trampın zəfəranlı İranı - Az qaldı…
Tarix: 14-01-2026, 03:09 | Çap et
2019-cu ilin apreli. Nyu York. Trampın birinci prezidentlik dönəmi. Nyu York meri, Trampın müşaviri Rudi Culianinin təşkilatçılığı ilə “İranın gələcəyi” adlı geniş tərkibli 2 günlük müzakirələrin başlamasına saatlar qalır.
Şahçılar, kürdlər, bəluclar, ərəblər, qaşqaylar, giləklər…, yavaş-yavaş yerlərini alırlar. Güney Azərbaycanı yalnız bir təşkilat təmsil edir - Azərbaycan Mərkəz Partiyası (AMP). Şahçılar qatıldığı üçün Güney Azərbaycanın digər təşkilatları dəvəti qəbul etməyib. Amma fərd olaraq dünyanın bir çox bölgəsində yaşayan güneylilər gəliblər - ABŞ-dan, Kanadadan, Fransadan, İsveçdən, Norveçdən… Müzakirələrdən tam uzaq qalmaq istəmirlər.
Biz də ordayıq. AMP-nin göndərdiyi dəvətnamə ilə ABŞ-ın Bakı böyükelçiliyi 1 gün içində bizə - Azərbaycan Respublikasından gedəcək 5 nəfərə 1 illik çoxgirişli viza verib.
Nyu Yorkun mərkəzindəki Ruzvelt otelə yerləşdirilmişik. Toplantı da burada olacaq. Molla rejiminin ola biləcək təxribatlarını önləmək üçün son dərəcə ciddi güvənlik tədbirləri görülüb. Otel polis kordonları ilə çevrələnib, paralel-perpendikulyar küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb, oteldən 1 saniyəlik belə çıxsan, üçqat yoxlamadan keçmədən geridönüş mümkünsüzdür.
Toplantı salonu girişində ABŞ üçün xarakterik “coffe break” yerinə çeşid-çeşid İran şirniləri düzülən çay süfrəsi açılıb. Şirniyə, şərbətə qatılan zəfəranın xoş qoxusu Nyu York havasına girməyə imkan vermir) Toplantının da simgəsi zəfərandır. ABŞ İranın gələcəyi üçün məhz zəfəranı simgə seçib. Akkreditə kartını alan hər kəsə bir ədəd də zəfəran təsvirli yaxa sancağı verilir. Sonra Rudi Culiani izah edəcəkdi ki, İranın gələcəyini dəyərli və gözəl gördükləri üçün bu özəllikləri daşıyan zəfəranı simvol seçiblər.
Rza Pəhləvi də oradadır. 3-5 tərəfdarı ilə bir kənarda dayanıb söhbət edir. Heç ona tərəf baxan da yoxdur…
Toplantıya 10-15 dəqiqə qalmış salondaki son yerlər dolur. Kameralar, miktafonlar son dəfə test edirlir. Az sonra Rudi Culiani və digər rəsmilər protokoldakı yerlərini alırlar. Kürsüyə də ilk Culiani çıxır. O zaman hələ adı Ukraynadakı korrupsiya qalmaqalına qarışmamış mer çox əmin danışır:”Sizi Nyu York meri və prezident müşaviri kimi əmin edirəm - 2 il sonra yer üzündə İran İslam Respublikası adlı dövlət olmayacaq”. Bu onun təxminən 20 dəqiqəlik çıxışının ən təntənəli cümləsi idi. Amma çıxışda barmaq silkələmə də vardı - mollalara yox Fransaya:”Tehran rejimi hər gün edam qərarları verir. Minlərlə insan sadəcə azad yaşamaq arzularına görə asılır. Fransa embarqolara baxmayaraq İrana iqtisadi qapılar açır. Paris!!! Bil ki, İranda günahsız insanların boğazına keçən hər kəndir həm də sənin pulunla alınır, o tökülən qanlarda sənin də əlin var. Bunun hesabını mütləq verəcəksən”.
ABŞ-ın rəsmisi Fransanı açıq-aşkar fars molla rejiminin hamisi adlandırırdı…
Ən gözlənilməz olay Culianinin çıxışından sonra oldu. İlk söz Azərbaycan Mərkəz Partiyası başqanı Saleh Kamraniyə verildi… Kürsünün tam önündə oturan şahçılar qurdalanmağa, salona dağınıq halda yayılan kürdlər vurnuxnağa başladılar… “Niyə biz yox, türklər” sualını bütün vücudları ilə canlandırdılar.
Kamrani əhatəli bir çıxış etdi. Sonrakı fəaliyyətində bəyənmədiyimiz məqamlar olsa da, ogünkü çıxışı dərin idi. İslam inqilabından sonra molla rejiminin xalqlara divan tutmasını, din qiyafəsinə bürünüb insan azadlıqlarına, fikir çeşidliliyinə savaş açdığını, milyonlarla insanı repressiya maşınından keçirdiyini, 80 milyonluq böyük bir toplumun zülm altında inlədiyini faktlarla danışdı. Sonda dünya ölkələrini Xamneyi rejiminin iranlılara qarşı törətdiyi dövlət te@rroruna səssiz qalmamağa çağırdı.
Kamranidən sonra söz digərlərinə verildi. Bu gün də düşünürəm ki, Ağ Evin təşkil etdiyi toplantıda ilk sözün Güney Azərbaycan təşkilatına - İran türklərinə verilməsi “əlifba olayı” deyildi. ABŞ belə bəsit deyil. Bu, dərin bir analizin sonucu kimi ortadaydı. ABŞ İranı yeniləyə biləcək ən təsirli güc kimi türkləri gördüyünü mollalara qarşı ondan mədəd umanlara göstərirdi.
Sonra… Pandemiya başladı. Culianinin “2 il sonra İran olmayacaq” proqnozu yubandı. Ardınca Tramp dönəmi başa çatdı, daim bayğın Bayden dönəmi gəldi. Tehran Ağ Evdən yeni embarqolar və bəyanatlardan başqa nəsnə görmədi.
İndi - ikinci dönəmində Tramp qaldığı yerdən davam edir. Köhnə nizamı sındırıb yenisini qurmağa çalışır. Mollalarla hesablaşmaq zamanının gəldiyini düşünür. Sürətli və qərarlı görünür. Saat kimi işləyən bir mexanizm qurulduğu ortadadır. Xamneyiyə göz açdırmır. Hərbi gücü haqqında əfsanələr quraşdırılan İranı daxili təhlükəsizliyini qorumaqda aciz ölkə kimi ifşa edir.
Pəhləviləri Nyu York toplantısındakı kimi indi də birinci sırada “oturdub”. Amma “ilk sözü” türklərə - məsələn, Pezeşkiana verməyəcəyi nə məlum? ABŞ-dan ən çox “biz İranın sərhədlərinin dəyişdirilməsinin tərəfdarı deyilik” cümləsi səsləndirilmirmi? ABŞ-ın regiondakı tərəfdaşları da İranın sərhədlərinin dəyişdirilməməsinin tərəfdarı deyillərmi?
Az qaldı…
14.01.2026, Bakı.
Aygün Muradxanlı - "DİA-AZ"
""DİA-AZ"-dan yazı oğurlamaq HALALDIR 










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Bu gün, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Bu gün, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Bu gün, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Bu gün, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Bu gün, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Bu gün, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Bu gün, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Bu gün, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Bu gün, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Bu gün, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Bu gün, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Bu gün, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Bu gün, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Bu gün, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Bu gün, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Bu gün, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Bu gün, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Bu gün, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Bu gün, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Bu gün, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Bu gün, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Bu gün, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Bu gün, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Bu gün, 06:46
Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma - FOTO
Bu gün, 06:31
Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb - "Axios"
Bu gün, 06:26
ABŞ Dövlət Departamentinin nümayəndələri danışıqlar üçün Kubaya səfər edib
Bu gün, 06:24
ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib - KİV
Bu gün, 06:21
Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Dünən, 18:11
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Dünən, 18:08
Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Dünən, 17:56
DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Dünən, 17:53
Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Dünən, 17:42
Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Dünən, 17:31
"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Dünən, 17:02
“Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Dünən, 16:59
İran Hörmüz boğazını açıb - KİV
Dünən, 16:55
Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Dünən, 16:52
BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Dünən, 16:49
Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Dünən, 16:31
İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Dünən, 16:29
Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Dünən, 16:25
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Dünən, 16:16
Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Dünən, 15:49
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Dünən, 15:46
“Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Dünən, 15:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru